Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-749/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs4 və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarından (anlaşılmazlığın arada n qaldırılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli 1(106)-530/2023 nömrəli qərar nəzərə alınmaqla) Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Səmədov) Məhkum (xx xxxxx 1982-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)68/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2022-ci il tarixli 1(103)- 1960/2022 nömrəli qərarı ilə həmin cəza dəyişdirilmədən saxlanılmış, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-ın 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)68/2022 saylı hökmü ilə ona təyin edilmiş 2 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli 1(105)218/2023 nömrə li qərarı ilə Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, mənzil 24-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejiml i cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 3 iyun 2022-ci ildən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (anlaşılmazlığın aradan qaldırılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli 1(106)-530/2023 nömrəli qərar nəzərə alınmaqla). Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarından (anlaşılmazlı ğın aradan qaldırılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli 1(106)-530/2023 nömrəli qərar nəzərə alınmaqla) Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə və apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən (anlaşılmazlığın aradan qaldırılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2025-ci il tarixli 1(106)-530/2023 nömrəli qərarı nəzərə alınmaqla) Məhkum tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərdab rayonu, Gödəkqobu kənd sakini Zərərçəkmiş şəxs1 2014-cü ildə yol-nəqliyyat hadisəsi törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmiş və həmin dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu Şəmistan Əzizovun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad etdirəcəyi barədə yalan vəd verib aldatmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 2021-ci il aprel ayının 13-də Zərdab rayonu, Dörd yol ayrıcı adlanan ərazidə yerləşən ərzaq mağazasındakı “eManat” ödəmə sistemi vasitəsi ilə onun “Kapital Bank”a aid kart hesabına göndərdiyi 500 manat, həmin il aprel ayının 15-də göndərdiyi 1000 manat və aprel ayının 20-də göndərdiyi 1500 manat, cəmi 3000 manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını də ləduzluq yolu ilə ələ keçirmək məqsədilə Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 qardaşı Seyfəddin Həmidovla arvadı arasında olan mübahisə ilə bağlı mülki işə dair Xaçmaz Rayon Məhkəməsində çıxarılmış qətnamədən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs2 qardaşının xeyrinə qətnamə qəbul olunmasına nail olacağı barədə yalan vəd verərək sonuncunun etibarından suiistifadə edib aldatmaqla 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt Apellyasiya Məhkəməsinin həmin şəhərdəki köhnə inzibati binası ilə üzbəüz parkdakı çayxanada ondan bu məqsədlə əvvəlcə 1500 manat pul almış, daha sonra vahid niyyətlə Zərərçəkmiş şəxs2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki Təbriz marketdə quraşdırılmış və terminal nömrəsi 0065 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə onun “Kapital Bank”a aid 416973****0665 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə göndərdiyi 100 manat, xx.xx.2021-ci il tarixdə həmin marketdə quraşdırılmış və terminal nömrəsi 01637 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 220 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 530 manat, cəmi 2550 (iki min bez yüz əlli) manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə müvəqqəti qeydiyyatla Bakı şəhərində yaşayan Ukrayna Respublikası vətəndaşı Pııala Nabııevaya (Zərərçəkmiş şəxs3 Bəhman qızı) özünü Sabunçu rayon hüquq məsləhətx anasının vəkili kimi təqdim edərək ona Azərbaycan Respublikası ərazisində 5 illik müvəqqəti yaşayış icazəsi alacağına dair yalan vəd verib etibarından sui-istifadə edib aldatmaqla 2021-ci ilin dekabr ayının əvvəllərində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Elmlər Akademiyasının qarşısındakı kafedə ondan əvvəlcə 500 manat, bundan 2 gün sonra həmin kafedə vahid niyyətlə Pııala Nabııevadan 200 manat almış, bir neçə gün sonra isə Xətai rayonunda yerləşən notariat kontorunun qarşısında guya ona aid notariat sənədlərinin hazırlanması üçün 50 manat aldıqdan sonra Pııala Nabııevaya əri Şahid2 Azərbaycan Respublikası vətəndaşlığı alacağına dair yalan vəd verib 2021-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Bakı Metropoliteninin "Koroğlu" stansiyası yaxınlığındakı "Bravo" adlanan supermarketdə ondan 650 manat almış, 2021-ci ilin dekabr ayının ortalarında saat 20 radələrində isə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Pııala Nabııevadan eyni məqsədlə əlavə 300 manat almaqla sonuncunun cəmi 1700 (min yeddi yüz) manat məbləğində pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs Pııala Nabııevaya qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Salyan rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs4 qəsdən adam öldürmə cinayəti törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmiş oğlu Rabil Dadaşova köməklik edəcəyi barədə yalan vəd verib onu aldatmaqla ilkin olaraq müqavilə bağlamaq adı ilə Zərərçəkmiş şəxs4 xx.xx.2021- ci il tarixdə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən ona göndərdiyi 500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirdikdən sonra vahid niyyətlə və eyni məqsədlə Zərərçəkmiş şəxs4 aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin inzibati binasının yaxınlığındakı parkda ondan 5000 manat almış, xx.xx.2022-ci il tarixdə isə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən sonuncunun ona göndərdiyi 2000 manat pulunu, ümumilikdə cəmi 7500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, apellyasiya instansiyası məhkəməsi bunu nəzərindən qaçırmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə həmin hadisələri ayrıca qiymətləndirib bu epizodlarla bağlı onu cinayət məsuliyyətindən azad etməli olduğu halda, bunu etməmiş, nəticədə o, həm də həmin epizodlara görə təqsirli bilinib, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Halbuki, Zərərçəkmiş şəxs1la bağl ı 3000 manatın ələ keçirilməsinə dair bir neçə epizoddan təşkil olunmuş, özü-özlüyündə böyük ictimai təhlükə törətməyən cinayət üzrə o, zərərçəkmiş şəxsdən sonuncu məbləği 20 aprel 2021-ci il tarixdə almış, axtarışda olduğu 49 gün çıxılsa belə, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı 04 oktyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş 2 illik müddət keçmişdir. Eynilə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı olan, bir neçə epizoddan təşkil olunmuş, vahid niyyətlə 2550 manatın ələ keçirilməsindən ibarət olan cinayət üzrə o, sonuncu məbləği 22 sentyabr 2021-ci ildə ələ keçirmiş, həmin halla bağlı axtarışda olmamış, beləliklə özü-özlüyündə böyük ictimai təhlükə törətməyən həmin əməl üzrə apellya siya instansiyası məhkəməsinin qərarının çıxarıldığı (birinci instansiya məhkəməsinin hökmünün qanuni qüvvəyə mindiyi) günədək Cinayət Məcəlləsinin 75.1.1ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkum hesab edir ki, hazırkı iş üzrə məsuliyyət daşımalı olduğu cinayətlərə görə təyin olunmuş cəza ilə yanaşı, CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən – cinayətlərin məcmusu qaydasında ona təyin olunmuş cəza da həddindən artıq ağırdır, onun məsuliyyətini yüngülləşdirən halları kifayət qədər nəzərə almır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizodlar üzrə cinayə t təqibinə xitam verilməsini, hazırkı iş üzrə təqsirli bilindiyi digər iki cinayət əməli üzrə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının, habelə Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzanın azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın ilk iki epizodu zərərçəkmiş şəx slər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət hadisələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq təqsirli bilindiyini, bu səbəbdən, eləcə də məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildiyi üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməsi və CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə, habelə CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətlərinin azaldılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin müəyyən edilmiş sayılan faktiki halları, o cümlədən Məhkum davam edən cinayətlər kimi təzahür edərək 2021-ci ilin aprel ayının 20-də və 2021-ci ilin sentyabr ayının 22-də başa çatmış (törədilmiş), müvafiq olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 3000 manat məbləğində pul vəsaitinin və Zərərçəkmiş şəxs2 cəmi 2550 manat məbləğində pul vəsaitinin ələ keçirilməsində ifadə olunmuş əməlləri barədə gəldikləri qənaətləri şübhə altına almaq üçün əsas görmür. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 3000 manat məbləğində pul vəsaitini n və Zərərçəkmiş şəxs2 cəmi 2550 manat məbləğində pul vəsaitinin ələ keçirilməsindən ibarət olan, davam edən (hər biri bir neçə epizoddan təşkil olunan) əməllər olduqları üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə hər bir əməl üzrə sonuncu epizodun törədildiyi vaxt, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə - 20 aprel 2021-ci ildə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə 22 sentyabr 2022-ci ildə başa çatmış (törədilmiş) hesab edilən əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair kassasiya şikayətində irəli sürülmüş dəlillərə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmələr tərəfindən baxılmış, Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan görünür ki, Məhkum adları yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərlə bağlı olan əməlləri ilə yanaşı 2021-ci ilin dekabr ayının ortalarında zərərçəkmiş Zərərçəkmiş şəxs3 Bəhman qızının 1700 manat məbləğində pulunu, 17 yanvar 2022-ci ildə isə zərərçəkmiş Zərərçəkmiş şəxs4 7500 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmiş və onun qeyd olunan bütün əməlləri – cinayətlərin təkrar törədilməsi əlaməti üzrə - CM-in 178.2.2-ci maddəsi ilə, sonuncu cinayət hadisəsi – həm də xeyli miqdarda ziyan vurma əlaməti üzrə CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli Qərarında ifadə o lunmuş hüquqi mövqeyə görə “eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir”. Həmin Qərara əsasən “Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir”. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyi hazırkı işin hallarına tətbiq olunmaqla Məhkum təkrarlığı təşkil edən hər bir dələduzluq əməli ayrıayrılıqda qiymətləndirildikdə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı, müvafiq olaraq 20 aprel 2021-ci ildə və 22 sen tyabr 2022-ci ildə törədilmiş əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi müəyyən edilir. Belə ki, özü-özlüyündə xeyli miqdarda ziyanın vurulması və yaxud cinayəti ağırlaşdıran digər tövsifedici əlamətlərlə müşayiət olunmayan zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməllər CM-in 178.1-ci maddəsinin dispozisiyasının təsiri altına düşdüyünə görə CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilirlər. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il təşkil edir. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CM-in 75.3-cü maddəsinə əsasən ci nayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Hazırki işin mübahisələndirilməyən hallarına görə müstəntiqin “şübhəli şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında” 15 aprel 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törədilmiş dələduzluq hadisəsi ilə bağlı ibtidai istintaqın gedişində Məhkum olduğu yeri müəyyən etmək mümkün olmadığından, onun barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 3 iyun 2022-ci il tarixli protokola əsasən Məhkum həmin tarixdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə təhvil verilmiş, müstəntiqin 4 iyun 2022-ci il tarixli qərarı ilə isə cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi, Məhkum müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1la bağlı cinayət hadisəsinin ibtidai araşdırılması zamanı 49 gün müddətində istintaqdan gizlənmiş və bu müddət həmin hadisəyə görə 20 aprel 2021-ci il tarixdən hesablanmağa başlayıb hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin çıxarıldığı (birinci instansiya məhkəməsinin hökmünün qanuni qüvvəyə mindiyi) gün – 4 oktyabr 2023-cü ildə bitən müddətin hesablanması zamanı nəzərə alınmamalıdır. Lakin, 20 aprel 2021-ci ildən 4 oktyabr 2023-cü ilədək olan müddətdən (2 il 5 ay 14 gündən) 49 gün çıxıldıqda belə, həmin müddətin 2 ildən çox olduğu, yəni Məhkum zərərçəkmiş Zə rərçəkmiş şəxs1la bağlı olan əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi müəyyən edilir. Eynilə, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əmələ görə 22 sentyabr 2021-ci ildə axmağa başlayan və arası kəsilmədən davam edib 4 oktyabr 2023-cü ildə bitən müddət də 2 ildən artıq olmuş, beləliklə bu əmələ görə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir (bu hadisə Məhkum 3 iyun 2022-ci ildə tutulduqdan sonra – 9 iyun 2022-ci ildə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına ərizə ilə müraciət etməsi və ifadə verməsi ilə əlaqədar aşkar olunmaqla ibtidai araşdırma predmetinə çevrilmiş, həmin dövrdə isə artıq Məhkum istintaqdan gizlənməmişdir). Məhkəmə kollegiyasının Məhkum Zərərçəkmiş şəxs2 ilə bağlı olan cinayət əməlinin Konstitusiya Məhkəməsinin yuxarıda təsvir e dilən hüquqi mövqeyi rəhbər tutulmaqla ayrıca – CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə ehtiva olunan əməl kimi qymətləndirməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanmasına dair məsələnin bundan çıxış etməklə həll etməsi ondan irəli gəlir ki, Məhkum törətdiyi ilk (zərərçəkmiş Zərərçəkmiş şəxs1la bağlı olan) dələduzluq hadisəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 4 oktyabr 2023-cü il tarixədək (birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minənədək) keçdiyi üçün həmin əməl Məhkum ikinci (Zərərçəkmiş şəxs2 ilə bağlı olan) əməlinin hüquqi qiymətləndirilməsi zamanı, o cümlədən cinayətlərin təkrarlığını yaradan hal qismində nəzərə alınmır və məhz bu səbəbdən, artıq Məhkum törətdiyi ikinci dələduzluq hadisəsi də ağırlaşdırıcı (tövsifedici) əlamətlərlə müşay iət olunmayan (özü-özlüyüyndə CM-in 178.1-ci maddəsində göstərilən cinayətin tərkibini yaradan) əməl kimi təzahür etdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti CM-in 75.1.1-ci maddəsinə əsasən (əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasına görə) həll edilir. Odur ki, məhkum edilmiş şəxsin özünün də cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə yuxarıda şərh edilən iki cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməsi barədə məsələ qaldırması (bəraətverici sayılmayan əsasın tətbiqinə razılıq verməsi) nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsinin Məhkum həmin əməllərə görə təqsirli bilinməsi ilə razılaşması CPM-in 416.1.11-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən hal kimi qiymətləndirilmə li, CPM-in 39.1.3-cü maddəsinə əsasən sözügedən əməllər Məhkum məhkəmə qərarları ilə təqsirli bilindiyi əməllərin sırasından xaric edilməklə o, həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, lakin bu dəyişiklik Məhkum təqsirli bilindiyi digər iki (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la bağlı olan) cinayət hadisələrinin CM-in 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlər kimi qiymətləndirilməsinə təsir etmədiyindən, Məhkum əməllərinin bu maddələr üzrə tövsifi dəyişdirilməməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi iki əmələ görə Məhkum təqsirli bilinməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsi ilə Məhkum cinayət məsuliyyətinə cəlb olunduğu cinayətkar hərəkətlərin in həcmi də azaldığından, bu hal məhkuma təyin olunmuş cəzada özünü göstərməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə və CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplama üsulu ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətlərinin (hər birinin 2 ay) azaldılmasını tələb edən əsas kimi qiymətləndirilməlidir. Məhkəmə cəzanın məhz bu şəkildə azaldılmalı olması barədə qənaətə gələrkən həm də hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş, cəzanın təyininə təsir göstərən (mübahisə predmeti olmayan) halları, o cümlədən Məhkum şəxsiyyətini səciyyələndirən məlumatları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edi lməməsinə dair dövlət ittihamçısının və Zərərçəkmiş şəxs4 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı yuxarıda qeyd olunan qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı və Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutu lmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Məhkum həmin məhkəmə qərarları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməllərin sırasından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə bağlı olan əməllər xaric edilsin və Məhkum bu əməllərə görə cinayət məsuliyyətindən azad edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 2 (iki) il 10 (on) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən həmin cəza Məhkum Quba Rayon Məhkəməsinin 24 yanvar 2023 -cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-749/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-749/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver