Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-75/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X25, hakimlər X23 və X8 ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxx 1983-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə 3.000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, cəriməsini ödəmiş, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2016-cı il tarixdən 20 sentyabr 2017-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün ona təyin edilmiş cəzadan çıxılmış, Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 dekabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X18, hakimlər X28 və X1 ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinni 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müdəti 8 (səkkiz) il 6 (altı) aydan 6 (altı) ilə endirilmiş, Təqsirləndirilən şəxs 02 aprel 2016-cı il tarixdən 20 sentyabr 2017-ci il tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün ona təyin edilmiş cəzadan çıxılmış, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 ( altı) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli mirdarda əmlakını təkrarən ələ keçirib dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdıraraq tədim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X12 ünvan3-də yerləşən 49 saylı mənzili ipoteka ilə almasına köməklik edəcəyini yalandan vəd verib aldadaraq X80un arvadı X5 adına saxta əmək kitabçası düzəltdirmək üçün əvvəlcə 2 012-ci il fevral ayının sonlarında Sumqayıt şəhərinin 45-ci məhəllədəki parkda yerləşən “XXX65” gül salonunda X80un 3.700 manat məbləğində pulunu, təxminən bir ay sonra, yəni 2012-ci il mart ayının sonlarında X5 adına istifadə etmək məqsədilə saxtalaşdırıb hazırladığı rəsmi hüquq verən sənəd sayılan XXX35nin Azneft X4 X11 “mühəndis-texnoloq” vəzifəsində işləməsinə dair saxta 021126 nömrəli əmək kitabçasını göstərilən “XXX65” gül dükanında X80a təqdim edib işin sürətləndirilməsinə köməklik edəcəyini deyib aldadaraq eyni işə görə 2012-ci il aprel ayının sonlarında ünvan 730/133 nömrəli bina ilə üzbə-üz yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında X80un 3.000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək zərərçəkmiş şəxsə ümumilikd ə 6.700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X3 arvadı X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evi özü tərəfindən alınması üçün banka ipoteka kreditinə qoyub oradan 50.000 manat pul vəsaiti götürəcəyinə və göstərilən məbləğlə bərabər banka ödəyəcəyi ilkin faiz pulunu da X70a qaytaracağını yalandan vəd verib aldadaraq 20 may 2012-ci il tarixdə, saat 16 radələrində ünvan4nin XX küçəsində yerləşən “XXX45”ın qarşısında X70un 5.000 manat.məbləğində pulunu, eyni işə görə 30 may 2012-ci il tarixdə, saat 14 radələrində, ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında X70un 10.000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək zərərçəkmiş şəxsə, ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X12 ünvan5nin XXX ərazisindəki “XXX44" şadlıq sarayı ilə üzbə-üz yerləşən "XXX55" yaşayış kompleksində ipotekada olan 55 saylı binadakı 77 saylı mənzili göstərib X80un arvadı X5 adına keçirilməsinə köməklik edəcəyini yalandan vəd verib aldadaraq 14 may 2013-cü il tarixində ünvan6dəki parkda yerləşən “XXX65” gül salonunda X80ıin 4.100 manat məbləğində pulunu, eyni işə görə 18 may 2016-cı il tarixdə göstərilən ünvanda X80un 800 manat məbləğində pulunu, eyni işə görə 20 may 2013-cü il tarixdə göstərilən ünvanda X80un 200 manat məbləğində pulunu və eyni işə görə 21 may 2013-cü il tarixdə göstərilən ünvanda X80un 100 manat məbləğində pulunu etibarda n suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək zərərçəkmiş şəxsə ümumilikdə 5.200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşdırılmış qaydada ünvan7nin X37ndə yerləşən mülkiyyət hüququ ilə X16 məxsus 1159 saylı 0,28 ha ərazisi olan bağ evini Zərərçəkmiş şəxs göstərib “XXX85”da girovda olmasını və girovdan çıxarılaraq dəyərindən ucuz qiymətə satacağına vəd verib aldadaraq 08 iyun 2015-ci il tarixdə ünvan8 ünvan 4 ünvanında yerləşən “XXX75” mərkəzində Zərərçəkmiş şəxsla aralarında kredit müqaviləsi bağlayıb 24.600 manat məbləğində pulu “XXX75” mərkəzinin notariusu X13 AZ85MUGA**********02400AZM37 saylı depozit bank hesabına keçirib 09 iyun 2015-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus göstərilən məbləğdə pulu həmin hesabdan çıxarıb, eyni işə görə 18 iyun 2015-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 5 saylı Notariat kontorunda Zərərçəkmiş şəxsla aralarında bağlanmış kedit müqayiləsinə əsasən 28.600 manat pulu sonuncudan alıb, eyni işə görə 2015-ci il sentyabr ayının əvvəllərində ünvan9 ərazisində fəaliyyət göstərən “XXX95” Ticarət Mərkəzinin “Elit” adlanan hissəsində yerləşən “Simpatiya” geyim dükanında X10 adına istifadə etmək məqsədilə saxtalaşdırıb hazırladığı rəsmi hüquq verən sənəd sayılan saxta ünvan10, X37, 1159 nömrəli ünvanda yerləşən 0,28 ha sahəsi olan bağ evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX 0009989nömrəli çıxarışın ksero surətini və **********27 reyestr nömrəsi olan texniki pasportunu Zərərçəkmiş şəxs oğlu X90a verərək 15 sentyabr 2015-ci il tarixdə göstərilən “Simpatiya” geyim dükanında X90dan atası Zərərçəkmiş şəxs məxsus 500 manat məbləğində pulu alıb, eyni işə görə 21 sentyabr 2015-ci il tarixdə ünvan9ndə fəaliyyət göstərən “XXX95” Ticarət mərkəzinin “Elit” adlanan hissəsindən 40 metr məsafədə yerləşən avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş dayanacaqda Azərbaycan Respublikasının milli pul vahidi ilə 20.952 manat təşkil edən 20.000 ABŞ dolları və 9.000 manat pulunu Zərərçəkmiş şəxs oğlu X90dan “X6” kimi təqdim etdiyi X24 vasitəsilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək zərərçəkmiş şəxsə ümumilikdə 83.652 manat məbləğində külli miqdarda ziyan vur maqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X14 “Azərbaycan XXX85ı”ndan 16.000 manat məbləğində kredit götürəcəyinə və X100un adına bank hesabı açıb oraya qoyduğu pulu da sonuncuya qaytaracağına yalandan vəd verib aldadaraq 14 avqust 2015-ci il tarixdə, saat 11 radələrində, ünvan 7 ünvanında yerləşən 1 nömrəli Stomatoloji Poliklinikanın qarşısında X100un 510 manat məbləğində pulunu, eyni işə görə 15 avqust 2015-ci il tarixdə, saat 10 radələrində, ünvan 7 ünvanında yerləşən 1 nömrəli Stomatoloji Poliklinikanın 12 nömrəli kabinetində X100un 210 manat məbləğində pulunu, eyni işə görə 02 sentyabr 2015-ci il tarixdə, saat 12 radələrində, həmin ünvanda X100un 210 manat məbləğində pulunu, eyni işə görə 04 sentyabr 2015-ci il tarixdə, saat 17 radələrində, ün van 8 ünvanında yerləşən “Elmar” marketin qarşısında X100un Azərbaycan Respublikasının milli pul vahidi ilə 2.097,2 manat təşkil edən 2.000 ABŞ dolları məbləğində pulunu, eyni işə görə həmin gün, saat 20 radələrində, ünvan 9 ünvanda yerləşən “Şahanə” şadlıq evinin qarşısında X100un Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.782,62 manat təşkil edən 1.700 ABŞ dolları məbləğində pulunu, eyni işə görə 05 sentyabr 2015-ci il tarixdə, saat 16 radələrində, ünvan 8 ünvanında yerləşən “Elmar” marketin qarşısında X100un 1.640 manat məbləğində pulunu, eyni işə görə 10 sentyabr 2015-ci il tarixdə, saat 15 radələrində, həmin ünvanda X100un 2.100 manat məbləğində pulunu, eyni işə görə 13 sentyabr 2015-ci il tarixdə, saat 15 radələrində, həmin ünvanda X100un 1.000 manat məbləğində pulunu, eyni iş ə görə 18 sentyabr 2015-ci il tarixdə, saat 18 radələrində, həmin ünvanda X100un 550 manat məbləğində pulunu etibardan süiistifadə etmə və aldatma yolu ilə ələ keçirib vəd etdiyi işi görməyərək zərərçəkmiş şəxsə ümumilikdə 10.099,82 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Zərərçəkmiş şəxs ilə münasibətləri, həmin şəxsdən kredit müqaviləsinə əsasən borc götürməsindən irəli gələn mülki xarakterli münasibətlər olmuş, lakin o, əsassız olaraq Zərərçəkmiş şəxs aldadıb külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinmişdir. Bundan başqa, kassasiya şikayətinin müəllifi iddia edir ki, məhkəmələr tərəfindən onun zə rərçəkmiş şəxslər X12, X7 və X15 vurulmuş zərəri tam olaraq ödəməsi, bu zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi, yəni faktiki olaraq barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin və yaxud 70-ci maddəsinin tətbiq edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu mad dəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegi yası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs ilə onun arasında olan münasibətlər mülki xarakterli olduğundan, bu əməlinin əsassız olaraq dələduzluq kimi tövsif olunduğunu, habelə məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və yaxud yüngülləşdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.0.15 və 416.0.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi tə sbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti ilə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırması və həmin əməllərə görə Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə təq sirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Mursəl İsrafilovun müdafiəçisinin apellyasiya şikayətində gətirdiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, o cümlədən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsinə görə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, məhkəmə ekspertizala rının rəyləri və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaə tlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Təsvir olunanlar baxılan işdə məhkəmələrin kassasiya şikayəti ilə ehtiva olunan Cinayət-Prosessual Məcəllənin 416.0.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermədiklərini, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (o cümlədən, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı törətdiyi əmələ görə) təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillərinin əsassız olduğunu göstərir. Kassasiya şikayətinin cəzanın mabahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmiş, cəzasını yüngülləşdirən hal kimi isə ziyanın qismən ödənilməs i nəzərə alınmışdır. Birinci instansiya məhkəməsinin cəzanı ağırlaşdıran halların olmamasına və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsinin cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmış, eyni zamanda Təqsirləndirilən şəxs əməllərini qismən etiraf edib peşman olmasının da nəzərə alınmasının zəruriliyindən çıxış edərək, Təqsirləndirilən şəxs hökmlə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 8 (səkkiz) il 6 (altı) aydan 6 (altı) ilə endirmişdir. Lakin, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də Təqsirləndirilən şəxs ailə vəziyyətini kifayət qədər araşdırmamış, nəticədə onun himayəsində azyaşlı uşağının olmasını nəzərindən qaçırmı ş, müvafiq olaraq cəzanın həddini müəyyən edərkən qeyd olunan cəzanı yüngülləşdirən halı nəzərə almamaqla yanaşı, təyin olunan cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini də lazımınca dəyərləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı toplanılmış və cinayət işinə 4-cü cildin 72-ci vərəqində əlavə edilmiş AZ-İİİ seriyalı 557660 saylı döğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə Təqsirləndirilən şəxs X20 ilə nikahdan 6 yanvar 2015-ci ildə doğulmuş bir azyaşlı uşağı (X17) var. Təqsirkarın himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin birbaşa təsbit etdiyi və bu üzdən CM-in 58.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi və onun məhkumun ailəsinin həyat şəraitnə təsirinin də yərləndirilməsi zamanı mütləq şəkildə nəzərə alınmalı olan haldır. Cinayət qanunun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Sözügedən cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azya şlı uşağının olması hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən cəzanı yüngülləşdirən, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Təqsirləndirilən şəxs şərti məhkum edilməsini və yaxud ona CM-in 62-ci maddəsinin qaydaları əsasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini deyil, cəzasının üç ay azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Təqsirləndirilən şəxs 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də Cinayət Mə cəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 31 may 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü ma ddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 31 may 2018-ci il tarixli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin 31 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) il 9 (doqquz) aya endirilsin. Təqsirləndirilən şəxs 02 aprel 2016-cı il tarixdən 20 sentyabr 2017-ci il tarixinədək həbsdə və ev dustaqlığında olduğu müddət – 1 (bir) il 5 (beş) ay 18 (on səkkiz) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq ona hazırki qərarla təyin olunm uş cəza müddətinə hesablansın, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-75/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-75/2019
16.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver