Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-75/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Alverdiyev Ramiz Xalıverdi oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiun iştiraklar ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Əfqan Niyətulla oğlu, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) xx xxxxx 1987-ci ildə Şəki rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, “Sərfəli” yük daşıma xidmətində sürücü işləmiş, Şəki rayonu, Cəyirli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünv anında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, arvadı Zərərçəkmiş şəxs maddi imkanlarının çətin olması səbəbindən ofisiant kimi işləmək istəməsi ilə əlaqədar aralarında yaranmış mübahisə nəticəsində 15.10.2018-ci il tarixdə birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən nömrəli mənzildən çıxıb getmiş, 19.10.2018-ci il tarixdə, saat 08 radələrində yaşadıqları ünvanın qarşısına gəlib gözləyərək saat 10 radələrində evdən çıxan Zərərçəkmiş şəxs arxası il ə gedib Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, 4 saylı binanın arxasında yerləşən «xxxxx» çay evinə daxil olduğunu görüb arxasınca həmin çay evinə girərək Zərərçəkmiş şəxs oraya hansı səbəbdən gəlməsini soruşmuş, sonuncu həmin yerdə işləmək istədiyini dediyindən, əsəbiləşərək Zərərçəkmiş şəxs kişilərin yığışdığı yerdə işləməsinə etiraz edib evə getməsini tələb etmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymadıqda o, Zərərçəkmiş şəxs öz fikrindən dönməyəcəyini görüb, qısqanclıq zəminində sonuncunu öldürmək qərarına gələrək çay evindən çıxıb yaxınlıqda yerləşən məişət malları mağazasından zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını alaraq əynindəki gödəkçənin cibinə qoyub saat 13 radələrində çay evinə qayıtmış, bir daha Zərərçəkmiş şəxs evə getməsini tələb etmiş və rədd c avabı aldıqda çay evinin boş zalının qarşısındakı dəhlizdə gödəkçənin iç cibindəki mətbəx bıçağını çıxardaraq qısqanclıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs qarın boşluğuna nüfuz etməyən mədəüstü nahiyənin sağ bayır səthinin bir ədəd və qarının yuxarı şöbəsinin sağ iç səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra sonuncunu sol əli ilə divara dirəyərək sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs boğazını öndən kəsib qırtlağın zədələnməsi ilə müşayiət olunan boyunun ön divarının bir ədəd kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt X1 çay evinə daxil olaraq qışqırdığından və Zərərçəkmi ş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə onun həyatının xilas olması səbəbindən o, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 06 avqust 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlə ri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Məhkum əməlinin CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmasını və cəzasını yüngülləşdirən halları nəzərə almaqla CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ədalətsiz və əsassız olduğundan dəyişdirilməli, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsi və cəzasını yüngülləşdirən halları nəzərə almaqla ona tə yin ediləcək azadlıqdan məhrum etmə cəzasının AR CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, istintaq orqanı heç bir əsaslı sübut olmadan yalnız ehtimala əsaslanaraq Məhkum həddindən artıq ağır ittiham vermiş, birinci instansiya məhkəməsi verilmiş ittihamı nisbətən yüngül maddəyə tövsif etmiş, lakin yenə də məhkəmənin gəldiyi son nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməyərək əsassız və ədalətsiz hökm çıxarılmış və Bakı Apellyasiya Məhkəməsi də müdafiə tərəfinin irəli sürdüyü faktları təkzib etmədən və heç bir əsaslandırma aparmadan ədalətsiz qərar qə bul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarında adam öldürmə cinayətinin törədilməsinə cəhdin yalnız birbaşa qəsdlə həyata keçirilə biləcəyi qeyd edilir, yəni şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etməli, onun nəticələrini qabaqcadan görüb arzu etməlidir ki, hazırki işin faktiki hallarına nəzər yetirildiyi zaman birbaşa qəsdin qeyd edilən əlamətlərinin hazırki işdə mövcud olmadığı müəyyən olunur. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən Plenum qərarında şəxsin törətdiyi cinayət əməlinin tövsifı üçün mühüm əhəmiyyət kəsb edən meyarları düzgün qiymətləndirməmiş və bu hal əməlin yalnış hüquqi tövsifı ilə nətic ələnmişdir. Məhkum törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etsə belə həmin əməlin nəticəsində zərərçəkmiş şəxsin ölmə ehtimalının olduğunu görməsi və bunu arzu etməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə tamamilə absurddur, çünki işin faktiki hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə bir neçə yüngül xəsarət yetirdiyini zənn edir. Belə olan halda təqsirkarın törətdiyi əməlin ölümlə nəticələnəcəyini görməsi və vurduğu bir neçə yüngül xəsarət nəticəsində onun ölümünü arzulaması ilə bağlı məhkəmələrin qənaəti işin hallarına uyğun deyildir. Bundan başqa şəxsin əməlində adam öldürməyə cəhd cinayət əməlinin tərkibinin yaranması üçün bir digər mühüm şərt şəxsin törətdiyi cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsidir. Hazırki işin hallarınd an göründüyü kimi hadisə yerində Məhkum öz əməlini başa çatdırmasına mane ola biləcək hər hansı hal olmamış, yəni hadisə yerində onun cinayət əməlini başa çatdırmasına mane olan başqa bir şəxs olmamış, zərərçəkmiş şəxs ona müqavimət göstərməmiş və zərərçəkmiş şəxsə tibbi yardımın gec göstərilməsi isə onun öz ifadəsi ilə təsdiq edilmişdir. Həmçinin məhkəmələr Məhkum zərərçəkmiş şəxsə onu öldürmək niyyəti ilə xəsarət yetirməsi qənaətinə yalnız yetirilmiş xəsarətlərdən birinin həyat üçün mühüm orqana yetirilməsi əsasında gəlmişdir ki, bu da şəxsin əməlinin düzgün tövsifınə şübhə yaradır. Qeyd edilən Plenum qərarının 3-cü bəndinin 2-ci abzasında göstərilən əlamətlərdən yalnız birinin olması heç də əməlin adam öldürməyə cəhd kimi qiymətləndirilməsi qənaətinə gəlməyə imkan vermir. Burada təqsirk arın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərinin nəzərə alınması da vurğulanır ki, hazırki işin hallarına nəzər yetirildiyi zaman Məhkum zərərçəkmiş şəxsi iki azyaşlı övladı ilə qəbul etməsi, onunla rəsmi nikaha girərək övladları ilə birlikdə himayəsinə götürməsi, zərərçəkmiş şəxsin də ifadəsində bildirdiyi kimi Məhkumun onun övladlarına öz övladı kimi yanaşması kimi hallar diqqətdən kənar qoyulmamalıdır. Bütün bu hallarla yanaşı plenum qərarında da qeyd edildiyi kimi təqsirkarın hadisədən sonrakı davranışları, yəni Məhkum qorxub ağlamağa başlaması, zərərçəkmiş şəxsə onu xəstəxanaya aparmağı təklif etməsi, zərərçəkmiş şəxsin Məhkum əli ilə itələyib qovması da əməlin tövsifi zamanı nəzərə alınmalı olduğu halda məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamışdır. Məhk um himayəsində iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin müalicə xərclərini ödəməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olması, əvvəllər məkum olunmaması, bu cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallardır və Məhkumun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə tövsif edilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, elə cə də həmin Məcəllənin 145-cı (sübutların qiymətləndirilməsi), 146-cı (sübutların kifayət etməsi) maddələrin tələblərinə uyğun deyildir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2010-cu il tarixli qərarını dəyişdirməklə Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və cəzasını yüngülləşdirən halları nəzərə almaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının AR CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya ş ikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin norma nın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından, o cümlədən hökmdən görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsi nə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməli olduğu və CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməli olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2019-cu il tarixli hökmü əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun özünün və onun müdafiəçisinin apellyasiya şikayətlərində Zərərçək miş şəxs məhz Məhkum tərəfindən qəsdən xəsarətlər yetirməsi fakt olaraq mübahisələndirilməmişdir. Lakin, apellyasiya şikayətinin dəlillərində, müdafiə tərəfi Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifini, onun Zərərçəkmiş şəxs qətlə yetirmək istəməsinin obyektiv və subyektiv cəhətdən düzgün müəyyən edilməməsini mübahisələndirmişdir. Belə ki, istintaq orqanı tərəfindən qanuni üsullarla toplanmış mötəbər sübutların məcmuyu ilə, məhkəməyədək icraat zamanı işin faktiki halları qiymətləndirilərkən, Məhkum tərəfindən Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmək istəməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar məhkəmə baxışında təhlil və tədqiq edilərkən, Məhkum zərər çək miş şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla deyil, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən həyatdan məhrum etməklə, öldürmək istəməsi müəyyən edilmişdir. Hazırki iş üzrə isə, məlum hadisəyə qədər Məhkum ilə, Zərərçəkmiş şəxs arasında soyuq münasibətin, daha doğrusu gərgin, lakin özünü hər an biruzə verə biləcək ciddi qarşıdurmanın mövcud olması iş materiallarına və onun faktiki hallarına əsasən müəyyən edilmişdir. Belə ki, Məhkum ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs çayxanada - kişilər yığışan yerdə xadimə işləməsindən onun xoşu gəlməmişdir. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən təqdim olunmuş sübutların birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam obyektiv araşdırılaraq, işin həqiqi hallarına düzgü n huquqi qiymət verildyini və müəyyən olunmuş halların məhkəmədə tədqiq olunmuş sübutlara və onların məcmuyuna tam uyğun olduğunu qeyd edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarının 21-ci maddəsinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi məhkumun, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri və müvafiq ekspert rəyləri əsasında müəyyən olunmuş məqamları işin həqiqi hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, cinayət işinin araşdırılması zamanı tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinin törədilməsinə onun aidiyyətini düzgün müəyyən etmiş və bu barədə qəbul edilmiş yekun məhkəmə aktı tam əsaslı olmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu ilə Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər (qısqanclıq) zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək istəməsi faktı tam müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, yuxarıda qeyd olunan sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəmə si Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki məhkəmədə tədqiq edilmiş sübutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan halla r yoxdur və həmin sübutların məcmusu ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi üzrə ittihama qiymət verilməsi üçün kifayət edir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlil ləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CMnin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, apellyasiya məhkəməsinin qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndinə istinad edilmişdir. Həmin bənddə izah olunmuşdur ki, “... qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bil ər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir... “Şikayətdə Plenum qərarının həmin izahına istinad edilərək iddia olunur ki, “... birinci instansiya məhkəməsi və apellyasıya instansiyası məhkəməsi yuxarıda qeyd edilən Plenum qərarında şəxsin törətdiyi cinayət əməlinin tövsifı üçün mühüm əhəmiyyət kəsb edən meyarları düzgün qiymətləndirməmiş və bu hal əməlin yalnış hüquqi tövsifi ilə nəticələnmişdir. İlk növbədə plenum qərarında adam öldürmə cinayətinin törədilməsinə cəhdin yalnız birbaşa qəsdlə həyata keçirilə biləcəyi qeyd edilir, yəni şəxs törətdiyi əməlin ictimai təhlükəli! olduğunu dərk etməli, onun nəticələrini qabaqcadan görüb arzu etməlidir ki, hazırki işin faktiki hallarına nəzər yetirildiyi zaman birbaşa qəsdin qeyd edilən əlamətlərinin hazırki işdə mövcud olmadığı müəyyən olunur. Məhkum törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etsə belə həmin əməlin nəticəsində zərərçəkmiş şəxsin ölmə ehtimalının olduğunu görməsi və bunu arzu etməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə tamamilə absurddur, çünki işin faktiki hallarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə bir neçə yüngül xəsarət yetirdiyini zənn edir. Belə olan halda təqsirkarın törətdiyi əməlin ölümlə nəticələnəcəyini görməsi və vurduğu bir neçə yüngül xəsarət nəticəsində onun ölümünü arzulaması ilə bağlı mə hkəmələrin qənaəti işin hallarına uyğun deyildir...”. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasında tədqiq olunaraq qiymətləndirilmiş sübutları şikayətin həmin dəlilləri baxımından bir daha təhlil edərək vurğulayır ki, ittihamda qəsdən adam öldürməyə cəhd cinayətinin heç də dolayı qəsdlə törədildiyi barədə fikir əks etdirilməmiş, əksinə, qeyd olunmuşdur ki, Məhkum məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş (“qısqanclıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs” xəsarətlər yetirmişdir), lakin öz məqsədinə nail olmamışdır (ittihamda göstərilən səbəblərdən). Məhkəmə kollegiyasının qənaətinə görə ittiham bu hissədə sübuta yetirilmiş və məhkəmələrin bu məsələdə mövqeyi sübutlarda olan məlumatlara, həmin sübutlarla (məlumatlarla) birmənalı olaraq təsdiq edilən işin faktiki hallarına əsaslanır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən Plenum qərarının 3-cü bəndindəki izahı nəzərə alır (şikayətdə də həmin bəndə istinad edilmişdir). Həmin bənddə tövsiyə edilir ki, “...təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır...”. Sübutları və işin digər faktiki hallarını Plenum qərarının həmin izahı baxımından təhlil edən məhkəmə kollegiyası vurğulayır ki, aşağıda göstər ilən hallar müvafiq qaydada sübut edilmişdir: Məhkum və zərərçəkmiş şəxs arasında ziddiyyətli münasibətlərin yaranması (məişət problemləri və qısqançılıq zəminində), hadisə günü bu ziddiyyətlərin kəskinləşməsi, Məhkum hadisədən bilavasitə əvvəl məhz cinayət törətmək məqsəd ilə mağazadan bıçaq alması, həmin bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün mühüm olan orqanlar (qarın və boğaz) nahiyəsinə ardıcıl olaraq və qısa müddətdə 4 xəsarət yetirməsi, həmin xəsarətlərdən biri həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurması (qırtlağın zədələnməsi ilə bağlı boğaza xəsarətin yetirilməsi), ardıcıl çoxsaylı xəsarətləri yetirməyi yalnız kənar şəxsin hadisə yerinə gələrkən baş verənləri görüb ona müraciət edərək “sən nə edirsən” qışqırması nəticəsində dayandırması, bundan sonra (belə ağır xəsa rət yetirdikdən sonra) zərərçəkmiş şəxsə real şəkildə yardım göstərmək üçün heç bir tədbir (o cümlədən xəstəxanaya çatdırılanadək təcili yardım tədbirləri – qanın axmasının saxlanılması üçün və sair) görmədən, ağır xəsarət almış zərərçəkmiş şəxsə hadisə yerinə gələn qadın (M.Rüstəmova) tərəfindən təkbaşına yardım göstərilə bilib-bilmədiyi məsələsinə heç bir əhəmiyyət vermədən hadisə yerindən qaçması. Bütün bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum niyyəti zərərçəkmiş şəxsi məhz öldürməyə yönəlmiş, o, öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş, bunları (zərərçəkmiş şəxsin ölməsini) arzu etmiş, lakin niyyətini ittihamda göstərilən səbəblərdən başa çatdıra bilməmişdir. Şikayətdə Zərərçəkmiş şəxs Rəcəbin əlində olan bıçağı dartması, Rəc əbin də bıçağı özünə tərəf çəkməsi, bu zaman onun özünün günahı ucbatından bıçağın onun boğazını kəsməsinə, Rəcəbin onu xəstəxanaya aparmağı təklif etməsinə dair ifadələrinə (zərərçəkmiş şəxs tərəfindən məhkəmədə verilmiş) istinad edilir. Şikayətin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ardıcıl ifadə verərək hadisənin necə baş verdiyini və bundan sonrakı halları kifayət qədər aydın və dolğun təsfir etmiş və boğazının onun özünün günahı ucbatından kəsildiyini və Məhkum xəsarət yetirdikdən sonra onu xəstəxanaya aparmağa təklif etdiyini göstərməmişdir. Əksinə, Zərərçəkmiş şəxs boğazındakı xəsarətləri də Məhkum onu ardıcıl olaraq bıçaqla vurmaqla yetirdiyini bildirmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs hadisə baş verməsindən bilavasitə sonra ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin faktiki hallarına, o cümlədən Məhkum zərərçəkmiş şəxsə ardıcıl olaraq qarın nahiyəsinə də bıçaqla daha 3 xəsarət yetirməsinə uyğun olduğu üçün hesab edir ki, məhkəmələr haqlı olaraq Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinə üstünlük vermişlər. Bundan başqa, müdafiə tərəfi özü də əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini şikayətində xahiş etməklə Məhkum zərərçəkmiş şəxsin boğazına qəsdən xəsarət yetirməsinin təsdiq olunduğu ilə faktiki olaraq razılaşmışdır. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi, Məhkum onu xəstəxanaya aparmağı təklif etməsi barədə ifadəyə gəldikdə isə, həm də qeyd olunmalıdır ki, həmin məlumat həqiqətə uyğun hesab olunsa belə, Məhkum hadisədən əvvəl və sonra hərəkətləri, o cümlədən zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmək, qanaxmanın qarşısını almaq istiqamətində müvafiq tədbirlər görmədən, M.Rüstəmovanın təkbaşına belə tədbirləri həyata keçirə və zərərçəkmiş şəxsi xəstəxanaya çatdıra bilib-bilməyəcəyi məsələsinə heç bir əhəmiyyət vermədən hadisə yerindən qaçması (Məhkum) nəzərə alınmaqla onun zərərçəkmiş şəxsə belə təklif verməsi (xəstəxanaya aparmağa dair) Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını göstərən, buna dəlalət edən amil kimi qiymətləndirilə bilməz. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, məhkəmələrin Məhkum əməlinin tövsifi ilə bağlı mövqeylərinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstəri lmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, b u səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, qərar həm in izahlarla ziddiyyət təşkil etmir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-75/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-75/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver