Məhkəmə qərarları › İş №1(102)-75/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-75/2021

09.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-75/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Bakı Ağır Ci nayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Nəsrullayeva Tamila Xudat qızı (sədrlik edən), Allahverdiyeva Ramella Allahverdi qızı və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) Məhkum – xx xxxxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ünvan1-də qeydiyyatda olmaqla Ünvan2-də yaşamı ş, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, o, xx xxxxxx 2017-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə Ünvan3 ünvanında yerləşən yataqxananın dəhlizində oynayan, onıın üçün aşkar surətdə on dörd yaşına çatmayan, yəni xx xxxxxx 2007-ci il təvəllüdlü, qonşusu Zərərçəkmiş şəxs yaşadığı yataqxananın 35 saylı otağında Zərərçəkmiş şəxs zor tətbiq etmədən sonunc unun əynindəki şalvarını və alt paltarını çıxarıb öz cinsiyyət üzvünü onun arxa oturacaq nahiyəsinə sürtərək aşkar surətdə on dörd yaşma çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə, müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Nəbiyev Hüseyn Əmir oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilərək iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəs i ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi cinayət qanun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin hökmündə şərh edilmiş hallarla nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Məhkəmə hökmü ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 ifadəsi təhrif olunmuşdur. X3 ifadəsidə cinayət hadisəsinin olmadığını bildirmiş, həmçinin ancaq onun sərxoş olduğunu, zərərçəkmiş ə video göstərdiyini, uşağına qarşı zorakılıq hərəkətləri etmədiyini bildirmişdir. Bundan əlavə X10 ona qarşı ilk gündən heç bir şikayət və iddiasının olmadığını, gələcəkdədə olmayacağını Sumqayıt şəhər “ASAN” Xidmət Mərkəzində notariat kontorunda vermiş olduğu ərisəzini öz imzası ilə təsdiq etmiş və həmin ərizə informasiya sisteminə daxil edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində onun zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zorakılıq etdiyi və ya ona zor tətbiq etməklə hədələdiyni təsdiq edən sübut müəyyən olunmamışdır. Odur ki qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv olunması və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolle giyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi-vəkil Abdıyev Rəşad İlqar oğlunun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edi lmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi cinayət qanun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldi yi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin hökmündə şərh edilmiş hallarla nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X10 ona qarşı ilk gündən heç bir şikayət və iddiasının olmadığı, həmçinin birinci instansiya məhkəməsində onun zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zorakılıq etdiyi və ya ona zor tətbiq etməklə hədələdiyini təsdiq edən sübut müəyyən olunmamışdır. Belə ki, təqsirləndirilən şəxsə qarşı ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan da görünür ki, Məhkum CM-nin 150.3.3-cü maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə, habelə ona zor tərbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, CM-nin 150.1-ci maddəsinin dispozisiyasına görə, zərər çəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Seksual xarakterli zorakılıq hərəkətlərinin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə və ya zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Şəxsin zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə o vaxt törədilmiş sayılır ki, o, özünün psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum və ya bu hərəkətlər onun iradəsinə zidd olaraq törədilmiş olsun. İşin faktiki hallarından da görünür ki, Məhkum on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib öz mənzilində, yəni kənar şəxsin olmadığı yerdə, zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq zor tətbiq edib divara sıxmaqla onun əynindəki şalvarını və alt paltarını çıxarıb öz cinsiyyət üzvünü onun arxa keçəcəyinə sürtərək cinsi ehtirasını təmin etməklə ona qarşı törədilmiş bu seksual xarakterli zorakılıq hərəkətləri bu cinayətin obyektiv cəhətini təşkil etmişdir. Təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı bu hərəkətləri edərkən iş üzrə zərərçəkmiş şəxsi və onun ailəsini uzun illərdən bəri onlarla qapı bir qonşu olmaqla Zərərçəkmiş şəxsin azyaşlı olmasını və on dörd yaşına çatmadığını əvvəlcədən bilmişdir. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını bildirsə də, işin faktiki halları, apelyasiya instansiya məhkəməsində tədqiq olunmuş mümkün, mötəbər və bir-birini tamamlayan sübutların məcmusu ilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması öz təsdiqini tapmışdır. İş üzrə keçirilm iş məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2017- tarixli, 1921 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs psixi inkişaf xüsusiyyətlərinə və emosional halına görə ona qarşı edilən uşaqbazlıq hərəkətini dərk etmək qabiliyyətinə malikdir, lakin həmin hərəkətlərin mahiyyətini tam dərk etmək iqtidarında deyildir (iş vərəqə: 103-104). Beləliklə, ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Zərərçəkmiş şəxs qarşı seksual hərəkətləri cinayəti törədilərkən zərər çəkmiş şəxs köməksiz vəziyyətdə olmuşdur. SSRİ Ali Məhkəməsi Plenumunun “Zorlama işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1964-cü il 25 mart tarixli qərarında deyilir ki, zorlama o halda zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş sayılır ki, o özünü n psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulmuş olması, sair xəstə və ya şüursuz vəziyyətdə olması və.s) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamış olsun və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olsun. Odur ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq zərərçəkmiş şəxsin azyaşlı olmasını və ona qarşı edilən hərəkətlərin mahiyyətini tam dərk etmək iqtidarında olmadığını nəzərə alaraq məhkum əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə tövsif etmişdir. Kassasiya instansiya məhkəməsi şikayətin dəlillərini iş materialları ilə birgə tədqiq edib belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır və apelyasiya instansiya məhkəməsinin qərarı nı şübhə altına almağa əsas vermir. Məhkum ifadələrində göstərdiyi hallar cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib olunmuşdur. Beləliklə kassasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilmişdir. Məhkum elan edilmiş ittihamı təsdiq edən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam əməl edilmişdir. Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdi r. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumq ayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar