Məhkəmə qərarları › İş №1(102)-75/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-75/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-75/2022 05.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu, Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abışov Sadıq Hüseyn oğlu, Məhkum Təqsirləndirilən şəx s, Müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məmmədov Qalib Sadıq oğlu, Bakı şəhəri “Ədalət” Vəkil Bürosunun vəkili Mustafayev Muxtar Nağı oğlu, Tərcüməçi – Rüstəmova – Qasımova Türkan Bəndər qızının iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020 -ci il tarixli hökmü ilə (sədrlik edən Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx.xx.1979-cu il tarixdə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 178.4-cü maddəsi ilə 10 il müddətə, CM-nin 206.3.2-ci maddəsi ilə CM-nin 12.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən, təyin edilmiş cəzasını çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Həmin hökmlə həmçinin, X14 və X12 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən müdafiəçi Bayramzadə Xanlar Əsgər oğlu, məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim X13, hakimlər X16 və X4 ibarət tərkibdə) 04 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 206.3.2 və 178.4-cü maddələri ilə məhk um edilməsinə dair hissədə dəyişdirilmədən, müdafiəçi Bayramzadə Xanlar Əsgər oğlu, məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu ilə birlikdə kassasiya şikayətinə əlavələr verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 03 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları X12 və X14, həmçinin Qazaxıstan Respublikasının vətəndaşları X2baqcadan əlbir olmuş bir qru p şəxs halında və hadisə baş verən zaman Qazaxıstan Respublikasının Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən X8 vəzifə səlahiyyətlərindən istifadə etməklə, eyni əməllərin törədilməsində köməkçi qismində iştirakı ilə Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasına göndərilərək orada satışının təmin edilməsi məqsədilə Türkiyə Respublikasından **-XR-***, OW-216-OW, MP-183-PM və LLZ-749 qeydiyyat nömrə nişanlı yük avtomobillərində göndərdiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçməklə, Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qa çaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa o, tanışları X14 və X12 vasitəsi ilə tanış olduğu, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, sonuncunu digər ölkələrdən Qazaxıstan Respublikasına göndərilən malların Gömrük Sərhədindən keçirilməsini təmin etmək imkanına malik olduğuna inandırıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasından Qazaxıstan Respublikasına göndərdiyi 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək Rusiya Federasiyasına göndərəcəyinə dair yalan vəd vermiş, həmin mallar Qazaxıstan Respublikası Gömrük Postunda saxlandıqdan so nra isə həmin malların Gömrük Postundan keçirilməsi üçün 275.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs 2017-ci ilin iyun ayında Bakı şəhərində ortaq tanışları X14 və X9 verdiyi 275.000 ABŞ dolları məbləğində pulu, həmin pulun köçürülməsi xidmətini icra etməsi üçün sonuncuların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Çin” restoranının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan Şahab adlı şəxsin tanışına təqdim etmələri müqabilində, Şahab adlı şəxsin Rusiya Federasiyasının Moskva şəhərindən göndərdiyi əvvəlcə 200.000 ABŞ dolları, sonra isə 75.000 ABŞ dolları olmaqla, ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş dir. Bundan başqa o, 2015-ci ildən etibarən ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə dair əvvəlcədən yaranmış niyyətini həyata keçirmək məqsədilə, aralarında baş tutmuş telefon danışığı zamanı sonuncuya Qazaxıstanda tütün məmulatlarının satışından yaxşı gəlir əldə edildiyini, Qazaxıstan Respublikasına tütün məmulatları göndərəcəyi halda həmin məhsulları Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirərək, satışını təmin edəcəyinə və əldə edilmiş gəlirdən ona göndərəcəyinə dair yalan vəd verərək inandırıb, təkrarən sonuncunun etibarından sui-istifadə etməklə, Zərərçəkmiş şəxs Dubaydan aldığı və 2018-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Hacı Şahid1 tanışına məxsus olmaqla, İran İslam Respublikasında beynəlxalq yükda şıma xidməti göstərən “Asan Seyir” firması vasitəsi ilə Qazaxıstan Respublikasının Aktau şəhərində yerləşən “X24” şirkətinə göndərdiyi 1.200.000 ABŞ dolları dəyərində tütün məmulatları və 2018-ci ilin aprel ayında həmin malların Gömrük Postundan keçirilməsi üçün 250.000 ABŞ dolları məbləğində gömrük xərclərinin ödənilməsinin zəruri olduğunu bildirərək, Zərərçəkmiş şəxs ortaq tanışları X14 və X12 vasitəsi ilə göndərdiyi 250.000 ABŞ dolları məbləğində pul olmaqla, ümumilikdə 1.450.000 ABŞ dolları məbləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassa siya şikayəti və məhkumun müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələr aşağıda göstərilənlərlə əsaslandırılmışdır:

1. Qazaxıstan Respublikasına aparılmış ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçirməsi ittihamı üzrə: Həmin fakt üzrə özünü təqsirli bilmir, belə ki, tekstil mallarının qaçaqmalçılığı faktı üzrə cinayət işi Qazaxıstan Respublikasında başlanmış və Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən istintaq edilmişdir. Nəticədə malların qəbulunu və bəyannamənin (deklarasiyanın) - gömrük sənədlərinin tərtibini həyata keçirən şəxs1, yük dol u nəqliyyat vasitələrini buraxılış məntəqəsindən keçirən Qazaxıstan Respublikası gömrük orqanı əməkdaşı şəxs1, həmçinin, yükün yol boyu müşayiətini həyata keçirən, gömrük sənədlərini dəyişdirmək, saxtalaşdırmaq barədə şəxs1 tapşırıq verən və yükü Qazaxıstan Respublikasına keçirərək sonradan Rusiya Federasiyası ərazisinə keçirməli olan Azərbaycan Respublikası vətəndaşları İlkin Əliyev və Malik Heydərov həmin cinayəti törətməkdə təqsirləndirilmişlər. Qazaxıstan Respublikası Baş Nəqliyyat Prokurorluğundan daxil olmuş beynəlxalq tapşırıqda hadisənin mexanizmi, iştirakçıları, hadisəni törədən şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərkən qrupdakı vəzifələri göstərilmişdir. Həmin materiallarda onun barəsində heç bir məlumat olmamış, nə sürücülər, nə şəxs1, şəxs1, malın gömrü k sərhədindən keçirilməsi məsələsinin şahidləri və sair şəxslər onun heç adını belə çəkməmişlər. X23, nə də ki şəxs1 4 yük avtomobilində tekstil mallarının hansı yolla Qazaxıstan Respublikasının gömrük sərhədindən keçiriləcəyi məsələsini onunla müzakirə etməmiş və ya onun köməyinə ehtiyacları olmamışdır. şəxs1 və şəxs1 ifadələrində də açıq-aydın göstərmişlər ki, malların gömrük sənədləşməsini həyata keçirmək tapşırığını onlara şəxs1 vermiş və üsulunu da o, izah etmişdir. 4 yük avtomobilində tekstil mallarının gömrük sənədlərini dəyişdirməklə Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirilməsi faktı üzrə Qazaxıstan Respublikası istintaq orqanları tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla cinayətin törədilməsində iştirak etmiş şəxslərin və şahidlərin əhatə dairəsi müəyyən edil mişdir. Cinayət işinin istintaqı zamanı qaçaqmalçılıq əməlinin malların Azərbaycan Respublikası sərhədlərindən keçdikdən sonra Qazaxıstan Respublikasının gömrük nəzarətindən keçirilərkən rüsumları azaltmaq məqsədilə malların qiymətinin müşayiət sənədlərində daha ucuz qiymətə göstərilməsi yolu ilə törədilməsi, həmin əməlin törədilməsinin səbəbi, xarakteri, mexanizmi təsvir edilmiş və Qazaxıstan Respublikası Aktau Şəhər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmü çıxarılmışdır. Həmin hökmdə cinayət əməlini törətməkdə təqsirli olan şəxslərlə yanaşı əməlin törədilməsinin mexanizmi, motivi, əməlin törədilməsinə şahidlik edə biləcək şəxslər göstərilmiş və onların ifadələri alınmışdır. Zərərçəkmiş şəxs, şəxs1, şəxs1, şəxs1, şəxs1, şəxs1, şəxs1, şəxs1, şəxs1e, şəxs1, şəxs1, şəxs1, şəxs1, şəx s1, şəxs1, şəxs1, Şahid6 ifadələrində hadisəni, onun səbəbini, xarakterini, mexanizmini tam təsvir etmişlər. Həmin şəxslərin ifadələrində onun cinayətin törədilməsində iştirakı, qabaqcadan əlbir olan bir qrup üzrə rolu (plan üzrə vəzifəsi), gömrük sənədlərinin dəyişdirilməsində iştirakı, saxtalaşdırmağı və ya bu hərəkətlərə etməyə tapşırıq verməsi barədə ümumiyyətlə adı belə göstərilməmişdir və göstərilməsi mümkün deyildir. Yük avtomobilində tekstil mallarının qaçaqmalçılıq yolu ilə Qazaxıstan Respublikası Gömrük Sərhədindən keçirilməsi faktı üzrə Aktau Şəhər Məhkəməsinin 21.09.2018-ci il tarixli hökmü hazırda qüvvədədir və MDB dövlətlərinin 2002-ci ildə bağladıqları “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasına tərəfdar çıxmış Azərbaycan Respublikası istintaq və məhkəmə orqanları üçün preyudisiya xarakterlidir.

2. Ümumilikdə 275.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı üzrə: Qeyd edilən 275.000 ABŞ dolları məbləğində maddi ziyan vurulması ilə dələduzluq epizodu üzrə sübutetmə predmeti ola biləcək hər hansı bir sübut yoxdur. İttihamın məzmunundan da görünür ki, göstərilənlər uydurmadır, həqiqəti əks etdirmir. İttiham tərəfinin qeyd olunan epizod üzrə ona qarşı olan sübutlar yalnız Zərərçəkmiş şəxs, X14, X7 ifadələrindən ibarətdir. Nə Zərərçəkmiş şəxs, nə şəxs1, nə də ki, şəxs1 275.000 ABŞ dolları pulun kimin vasitəsilə ona verdiklərini göstərə bilmirlər, pulun verilməsini səs yazısı, videoçəkiliş və ya hər hansı bir qəbzlə sübut edə bilmirlər. Belə olan halda, pulun ona verilməsi xüsusatı elə şübhə kimi qalıb onun xeyrinə həll edilməli idi. Lakin nə istintaq, nə də ki, məhkəmə baxışlarında Azərbaycan Respublikasından 275.000 ABŞ dolları pulun hansı yollarla Qazaxıstan Respublikasına köçürülməsi, həmin pulun kimə verilməsi nəinki müəyyən edilməyib, heç bununla əlaqədar araşdırma aparılmamışdır. Həmin məbləğin şəxs1 adlı şəxs vasitəsi ilə verilməsi göstərilsə də, ittiham tərəfi şəxs1 adlı şəxsin şəxsiyyətini müəyyən etməmiş və müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Məhkəmələr Zərərçəkmiş şəxs, şəxs1 və şəxs1 uydurulmuş ifadələri ilə kifayətlənərək onu qeyd olunan ittiham üzrə təqsirli bilmiş, lakin faktiki olaraq, ittihamda hadisə vaxtı, hadisə yeri, pulun ona kimin vasitəsilə harada verilməsi göstərilməmiş, AR qanunvericiliyinə, tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara, ümumiyyətlə hüquqi normalara zidd olan sübutlar əsasında abstrakt şəkildə ona qarşı irəli sürülmüş ittiham üzrə məhkəmələr onu təqsirli bilmişlər. Məhkəmələrin gəldiyi nəticənin məzmunundan da görünür ki, faktiki olaraq pulun ona kim tərəfindən nə vaxt, harada verilməsi, yəni, cinayətin sona çatdığı an ittiham tərəfi və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ümumiyyətlə, cinayət işinin istintaqı və məhkəmə baxışları zamanı müdafiə tərəfinin təqdim etdiyi dəlillər yoxlanılmamış, təqdim edilən dəlillər ilə əlaqədar heç bir istintaq və ya prosessual hərəkət keçirilməmiş, hətta Zərərçəkmiş şəxs, şəxs1 və şəxs1həmin dəlillərlə əlaqədar dindirmə zamanı sual da verilməmişdir.

3. Ümumilikdə 1.450.000 ABŞ dolları məb ləğində özgə əmlakını Qazaxıstan Respublikasında vahid niyyətlə ələ keçirərək, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı üzrə: Zərərçəkmiş şəxs 2017-ci ildə göndərilən tekstil malların Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən tutularaq müsadirəsindən sonra yenidən Qazaxıstana eyni üsulla tütün məmulatı göndərməsi həqiqətə uyğun deyildir, həmin epizod üzrə hər hansı bir sübut müəyyən olunmamışdır. Belə ki, tütün məmulatlarınən idxalı və ixracı prosesi konkret olaraq sifarişçi şirkətlə istehsalçı və istehsalçının nümayəndəsi arasında bağlanan real müqavilə və bununla əlaqədar hər bir dövlətin daxili qanunvericiliyi ilə tənzimlənir. İrəli sürülmüş ittiham üzrə sübutların məcmusu məhkumlar və zərərçəkmişlər nəzərə alınmasa yalnız bir şahid Hacı Şahid1 ifadəs indən ibarətdir. İş materiallarına əsasən həmin tütün məmulatları barədə hər hansı məlumat, siqaretlərin adları, istehsalçısı, Zərərçəkmiş şəxs sifarişçi kimi istehsalçı şirkət ilə müqaviləsini, ümumiyyətlə 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində siqaret almasını və həmin siqaretlərin ən əsası isə Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edə biləcək bir sənəd belə yoxdur. Bundan əlavə, hər dövlət üzrə alış-veriş məbləğinin dəyəri müəyyən məbləğdən artıq olduqda əmlakın dəyəri bank hesablaşmaları vasitəsilə həyata keçirilir. 1.200.000 ABŞ dolları məbləğində alış-verişin nağd şəkildə aparılması və bunun müqabilində dövlət ödənişinin həyata keçirilməməsi, həmin məbləğdə tütün məmulatları - siqaretin əlavə dəyər vergisi barədə müvafiq sənədləşmələr aparılmadan və bu barədə müv afiq qəbzlər verilmədən Dubaydan çıxarılması da mümkün deyildir. Həmçinin, bildirir ki, qeyd olunan epizod üzrə 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün guya Zərərçəkmiş şəxs ona şəxs1 və şəxs1 vasitəsilə 250.000 ABŞ dolları pul göndərməsini təsdiq edə biləcək heç bir sübut yoxdur. Qeyd edilən epizod üzrə kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin istintaqı zamanı Qazaxıstan Respublikasından “Kişinyov konvensiyası”na əsasən, daha bir beynəlxalq tapşırıq Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına daxil olmuşdur. Həmin beynəlxalq tapşırıq şəxs1, şəxs1, şəxs1, şəxs1 və digərlərinin iqtisadi sahədə törədilmiş cinayət əməlləri barədə olmuş və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxsda i fadəsinin alınması və iştirakı ilə bir neçə istintaq hərəkətinin keçirilməsi xahiş edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı onun təqsirsizliyi sübuta yetirilmiş, barəsində cinayət təqibinə xitam verilmiş, digər şəxslər barəsində Manqistau vilayətinin rayonlararası ixtisaslaşdırılmış məhkəməsi tərəfindən 31 dekabr 2019-cu il tarixdə hökm çıxarılmışdır. Həmin hökmdə Zərərçəkmiş şəxs iddia etdiyi 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarını göndərdiyi X24 şirkətinə daxil olan bütün malların siyahısı mövcuddur. Həmin hökmə əsasən tütün məmulatlarından 12 konteyner (siqaret) 05 fevral 2018-ci il tarixdə X24 şirkətinin adına qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilərkən saxlanılmış və Manqistau vilayətinin rayonlararası ixtisaslaşdırılmış məhkəməsi tərəfində n 31 dekabr 2019-cu il tarixdə hökmü ilə həmin 12 konteyner və ümumiyyətlə X24 şirkətinin adına daxil olmuş bütün mallar dövlət nəfinə müsadirə edilmişdir. Göstərilən xüsusatlarla əlaqədar nə istintaq orqanı, nə də ki, məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamışdır. Kassasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, ona qarşı bu cinayət işinin başlanmasında faktiki olaraq ona bir milyon ABŞ dolları borcu olan Zərərçəkmiş şəxs maraqlarını təmin etmək, bu yolla ona hədə-qorxu gəlib təhdid etmək, onun 4 yük avtomobilində tekstil mallarını daha aşağı qiymətlə Qazaxıstan Respublikası gömrük sərhədindən keçirmək üçün qaçaqmalçılıq əməlinin təşkilatçısı statusunu ört-basdır edib onun məsuliyyətdən kənar qalması maraqları olmuşdur. Bundan əlavə ibtidai istintaq zamanı bir sıra kobud p rosessual pozuntulara yol verilmiş, o, peşəkar tərcüməçi ilə təmin olunmamış, bir sıra sənədlərin tərcüməsi zamanı məzmunu dəyişdirilmiş və faktiki səmərəli müdafiə hüququ təmin edilməmişdir. Qeyd edilən pozuntular barəsində məhkəmələrdə qaldırılan vəsatətlərə ümumiyyətlə baxılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 04.02.2021-ci il tarixli qərarını ləğv etməklə, ona bəraət verilməsi xahiş edilir. Kassasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs və müdafiəçiləri kassasiya şikayətinin və əlavələrin dəlillərinə uyğun çıxış edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abışov Sadıq Hüseyn oğlu kassasiya şikayətinə etiraz edərək, dəlillərin əsassız olduğunu, məhkəmələrin düzgün nəticəyə gəldiyini bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu çıxış edərək kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, cəza təyini zamanı cinayət qanunvericiliyinin tələblərinə əməl olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının Təqsirləndirilən şəxs aid hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının ona aid hissədə dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin və əlavələrin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayəti və şikayətə əlavələrin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində və şikayətə əlavələrdə məhkum olunmuş Təqsirləndirilən şəxs CM-nin 178.4 və 206.3.2-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələn dirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsi, hökmün və qərarın əsasının yolverilməz sübutların təşkil etməsi, ziddiyyətli sübutlara istinad olunması, müdafiə tərəfinin qaldırdığı vəsatətlərə məhkəmələr tərəfindən baxılmaması, məhkəmənin cinayət tərkibi əlamətləri olmadan ittiham hökmü çıxarması iddia edilmiş, bununla da, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassas iya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. İlkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə məhkum Təqsirləndirilən şəxsə verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələrinin məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxışı iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparmadan baxan Bakı Apellyasiya Məhkəməsi 04.02.2021-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, birinci ins tansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətməkdə təqsirli bilmiş, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarına əlavə edilmiş sənədlər və işin digər faktiki halları ilə sübuta yetirilmiş, onun məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə isə özünün məsuliyyətini yüngülləşdirməyə yönələn hal kimi qiymət vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsinin isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərə k hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2020-ci il il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Əvvəla kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Təqsirləndirilən şəxs ümumilikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair yekun nəticəyə gələrkən cinayət qanununun pozuntusuna yol vermişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs əcnəbi olmasına baxmayaraq, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilərkən CM-nin 12.1. və 12.5-ci maddələrinə istinad olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Göründüyü kimi, CM-nin 12.1-ci maddəsi Azərbaycan Respublikası hüdudlarından kənarda cinayət əməli törətmiş Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslərə tətbiq edilməli olan normadır. İş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs nə Azərbaycan Respublikası vətəndaşıdır, nə də ki, Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxsdir. Rinat Qazaxıstan Respublikasının vətəndaşı olmaqla, əcnəbidir. Buna görə də, Azərbaycan Respublikası CM-nin 12.1 və 12.5-ci maddələri Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilə bilməz və o, Qazaxıstan Respublikasında törədilmiş qaçaqmalçılıq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilə bilməzdi. Kassasiy a məhkəmə kollegiyası digər iki dələduzluq faktı üzrə məhkəmələr tərəfindən sübutların tədqiqi və qiymətləndirilməsi zamanı yol verilmiş pozuntulara və xüsusilə nəzərə alınmalı prosessual normalara istinad etməyi məqsədə müvafiq hesab edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və di gər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəl lənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərinin apellyasiya baxışı zamanı pozulduğunu müəyyən edərək hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin ziddinə olaraq, sübutları kifayət qədər yoxlamadan onlardan təqsirləndirilən şəxsin əleyhinə olanları qəbul edib, lehinə olanları isə tədqiqindən imtina etdiklərindən, sübutların qiymətləndirilməsi üzrə gəldikləri nəticələrin motivlərini cinayət-prosessual qanunun 353.2.2-ci maddəsi tələb etdiyi kimi öz yekun qərarlarında t əfsilatı ilə və inandırıcı şəkildə əks etdirmədiklərindən, onların ittihamın sübuta yetirlməsinə dair yekun qənaətlərini işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, sübutların məcmusunun CPM-in 145,146-cı maddələrinin tələblərinə müvafiq şəkildə obyektiv qiymətləndirilməsinə əsaslanan nəticə kimi qəbul etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), dələduzluq cinayət əməllərini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilməmiş, bir-biri ilə uzlaşmayan, mümkünlüyü və mötəbərliyi təkzib olunan sübutların məcmusuna istinad edilmiş, ap ellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi şikayətlərin dəlillərinin (onların üzərində qurulmuş iddiaların) iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təkzib olunması barədə səhv nəticəyə gəlmişdir. Qeyd edilənləri konkretləşdirərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin istinad etdiyi cinayət təqibi üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs verilmiş dələduzluq ittihamları üzrə təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Həmin sübutlara əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, Təqsirləndirilən şəxs verilmiş dələduzluq ittihamı üzrə cinayət hadisəsi ilə əlaqəsi və ümumiyyətlə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyini müəyyən etmək mümkün deyil. İş materiallarına əsasən m üəyyən olunur ki, 275.000 ABŞ dolları məbləğində dələduzluq epizod üzrə sübutlar yalnız Zərərçəkmiş şəxs, X14, X7 ifadələrindən, 1.450.000 ABŞ dolları məbləğində dələduzluq epizod üzrə irəli sürülmüş ittiham üzrə sübutların məcmusu məhkumlar və zərərçəkmişləri nəzərə almasaq yalnız bir şahid Hacı Şahid1 ifadəsindən ibarətdir. Lakin, nə Zərərçəkmiş şəxs, nə şəxs1, nə də ki, şəxs1 275.000 ABŞ dolları pulun kimin vasitəsilə ona verdiklərini göstərə bilməmiş, nə istintaq, nə də ki, məhkəmə baxışlarında Azərbaycan Respublikasından 275.000 ABŞ dolları pulun hansı yollarla Qazaxıstan Respublikasına köçürülməsi, həmin pulun kimə verilməsi nəinki müəyyən edilməmiş, heç bununla əlaqədar araşdırma aparılmamışdır. Həmin məbləğin şəxs1 adlı şəxs vasitəsi ilə verilməsi göstərilsə də, ittiham tərəfi şə xs1 adlı şəxsin şəxsiyyətini müəyyən etməmiş və müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Müəyyən olunmamışdır ki, Nərimanov rayonu Çin restoranı yaxınlığında pulu qəbul edən Şahabın nümayəndəsi kimdir, ümumiyyətlə bu halda şəxsin nümayəndəsi dedikdə məhkəmələr kimi nəzərdə tutmuşlar. Məhkəmələr Zərərçəkmiş şəxs, şəxs1 vəlşəxs1 ifadələri ilə kifayətlənərək onu qeyd olunan ittiham üzrə təqsirli bilmiş, lakin faktiki olaraq, ittihamda hadisə vaxtı, hadisə yeri, pulun Təqsirləndirilən şəxs kimin vasitəsilə harada verilməsi müəyyən olunmamışdır. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə baxışları zamanı həmin epizod üzrə müdafiə tərəfinin təqdim etdiyi dəlillər yoxlanılmamış, təqdim edilən dəlillər ilə əlaqədar heç bir istintaq və ya prosessual hərəkət keçirilməmiş, hətta Zərərç əkmiş şəxs, şəxs1 və şəxs1 həmin dəlillərlə əlaqədar dindirmə zamanı sual da verilməmişdir. Digər epizod üzrə Zərərçəkmiş şəxs 2017-ci ildə göndərilən tekstil mallarının Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən tutularaq müsadirəsindən sonra Zərərçəkmiş şəxs niyə yenidən Qazaxıstana eyni üsulla tütün məmulatı göndərməsi sualı cavabsız qalmışdır. İş materiallarına əsasən həmin tütün məmulatları barədə hər hansı məlumat, (istehsalçısı, növü, çeşidi, miqdarı, qiyməti və s) Zərərçəkmiş şəxs sifarişçi kimi istehsalçı şirkət ilə müqaviləsi, ümumiyyətlə 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində siqaret alıb, göndərməsini, həmin siqaretlərin Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Həmçinin, qeyd olunan e pizod üzrə 1.200.000 ABŞ dolları dəyərində 12 konteyner tütün məmulatlarının Qazaxıstan Respublikası gömrük sərhədindən keçirilməsi üçün Zərərçəkmiş şəxs şəxs1 və şəxs1 vasitəsilə 250.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs məhz hansı yolla göndərilməsi, Təqsirləndirilən şəxs isə həmin məbləği almasını təsdiq edən mötəbər sübut yoxdur. Qeyd edilən epizod üzrə kassasiya şikayətində göstərilmişdir ki, cinayət işinin istintaqı zamanı Qazaxıstan Respublikasından “Kişinyov konvensiyası”na əsasən, daha bir beynəlxalq tapşırıq Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına daxil olmuşdur. Həmin beynəlxalq tapşırıq şəxs1, şəxs1, şəxs1,şəxs1 və digərlərinin iqtisadi sahədə törədilmiş cinayət əməlləri barədə olmuş və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs da ifadəsinin alınması və işti rakı ilə bir neçə istintaq hərəkətinin keçirilməsi xahiş edilmişdir. Həmin cinayət işinin istintaqı zamanı onun təqsirsizliyi sübuta yetirilmiş, barəsində cinayət təqibinə xitam verilmiş, digər şəxslər barəsində Manqistau vilayətinin rayonlararası ixtisaslaşdırılmış məhkəməsi tərəfindən 31 dekabr 2019-cu il tarixdə hökm çıxarılmışdır. Məhkum və müdafiəçilər yuxarıda qeyd edilən hallar üzrə bir çox dəlillər təqdim etdiyi halda, məhkəmələr bu iddiaların heç birini yoxlamağa cəhd belə etmədən, “özünü müdafiə etmək məqsədi daşıyır” cümləsi ilə bütün dəlillərə qiymət vermiş, ittihamda göstərilən Təqsirləndirilən şəxs hərəkətlərinin əsasında dələduzluq cinayətinin dayanması barədə ittiham ilə qane olmuşlar. Bundan əlavə ittiham tərəfi və məhkəmələr tərəfindən cinayət hadisəsinin baş vediyi tar ix və vaxt dəqiq müəyyən edilmədiyindən həmin günə ABŞ dollarının Azərbaycan Respublikası milli valyutasına münasibətdə məzənnəsi müəyyən edilməmiş və faktiki olaraq maddi ziyan Azərbaycan Respublikası milli pul vahidində göstərilməmişdir. Halbuk, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində CM-nin 178-ci maddəsi ilə ziyan anlayışı manatla göstərildiyi və həmin halın bilavasitə əməlin tövsifinə təsir göstərdiyi halda, ittihamda və məhkəmə qərarlarında maddi ziyan kimi göstərilmiş məbləğ xarici valyuta ilə göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası əvvəla qeyd etmək istəyir ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs ində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instan siyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı iş üzrə müəyyən olunmuş bütün sübutların bilavasitə tədqiq edilərək prosessual normalar ın tələblərinə uyğun qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, məhkum və müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş tələbi əsaslı sayır və qeyd olunan əsasla mübahisələndirilən qərarın məhkuma aid hissədə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təkrar baxış zamanı apellyasiya məhkəmə kollegiyası yuxarıda sadalanan pozuntuları aradan qaldırmaq üçün qismən məhkəmə istintaqı ap armaqla iş üzrə məhkum edilmiş şəxs, zərərçəkmiş şəxs, həmçinin şahidlər onların ifadələri, iş materiallarına əlavə edilmiş digər sübutlar yenidən qiymətləndirilməli, müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərə dair əsaslandırılmış qərar qəbul edilməli, həmçinin məhkəmə gedişində üzə çıxan zəruri məhkəmə istintaq hərəkətləri aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti və məhkumun müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməs ində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək, apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrə əsasən Təqsirləndirilən şəxs aid hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar