Məhkəmə qərarları › İş №1(102)-75/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-75/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-75/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4, barə sində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-2.1-ci maddəsinə əsasən xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətdən azad olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Nümayəndə2 və barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əs asən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim X6) 5 may 2022-ci il tarixli qərarı ilə 25 avqust 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1 -ci maddəsinə tövsif edilmiş, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyinə görə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edi lmişdir. Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Mülki iddia qismən, yəni 158826,25 (yüz əlli səkkiz min səkkiz yüz iyirmi altı manat iyirmi beş qəpik) manat həcmində təmin edilmiş və həmin məbləğin dövlət büdcəsinə ödənilməsi nəzərə alınmışdır. İş üzrə 645 (altı yüz qırx beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış "Alov” STA-ya məxsus hesabat və ilkin mühasibat sənədlərinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 8 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin birinci müavini, baş vergi xidmət müşaviri Nümayəndə2 və barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-4/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin birinci müavini, baş vergi xidmət müşaviri Nümayəndə2 və barəsində cinayət təqibinə xitam verilmiş şə xs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti olan “Alov” Sənaye Ticarət Assosiasiyasının (VÖEN: **********) fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bunun la əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.2, 72, 77, 78.1, 82, 103, 104, 105.1, 159, 161, 174, 175, 177, 183, 184, 186, 190, 191, 192 və 195-ci maddələrinin tələblərini pozaraq, külli miqdar təşkil edən 475847,06 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum faktiki olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edərək "Alov” Sənaye Ticarət Assosiasiyasının adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2016-cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 27233,33 manat, ƏDV- ni 4902,35 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 4902,35 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 4902,35 manat ƏDV-ni az; 2016-cı ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 31785,66 manat, ƏDV-ni 5721,42 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 5721,42 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 5721,42 manat ƏDV-ni az; 2016-cı ilin noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 42107,16 manat ƏDV-ni 7579,29 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 7579,29 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərə rək, 7579,29 manat ƏDV-ni az; 2016-cı ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 61300,33 manat ƏDV-ni 11034,06 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 11034,06 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 11034,06 manat ƏDV-ni az; 2016-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 66203,38 manat ƏDV-ni 11916,61 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 11916,61 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 11916,61 manat ƏDV-ni az; 2016-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 57145,66 manat ƏDV-ni 10286,22 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 10286,22 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 10286,22 manat ƏDV-ni az; 2016-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 33888,11 manat ƏDV-ni 6099,86 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 6099,86 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 6099,86 manat ƏDV-ni az; 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 39830,50 manat ƏDV-ni 7169,49 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 7169,49 manat göstərmə olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilmə olan ƏDV olmadığını göstərərək, 7169,49 manat ƏDV-ni az; 2017-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutul an dövriyyəni 54238,0 manat, ƏDVni 9762,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9762,66 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 9762,66 manat ƏDV-ni az; 2017-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 53440,66 manat, ƏDV- ni 9619,32 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9619,32 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 9619,32 manat ƏDV-ni az; 2017-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 34677,94 manat, ƏDV-ni 6242,03 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 6242,03 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ö dənilməli olan ƏDV olmadığını göstərərək, 6242,03 manat ƏDV-ni az; 2017-ci ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 28728,83 manat, ƏDV-ni 5171,18 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 5171,18 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 5171,18 manat ƏDV-ni az; 2017-ci ilin noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 33897,88 manat, ƏDV-ni 6101,62 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 6101,62 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək 6101,62 manat ƏDV-ni az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 33897,88 manat, ƏDV-ni 6101,62 manat, büdcəyə ödə nilməli olan ƏDV-ni 6101,62 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 6101,62 manat ƏDV-ni az; 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 80509,22 manat, ƏDV-ni 14491,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 14491,66 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 14491,66 manat ƏDV-ni az; 2016-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 113136,0 manat, ƏDV-ni 20364,48 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 20364,48 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 20364,48 ma nat ƏDV-ni az; 2016-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 69491,61 manat, ƏDV-ni 12508,49 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12508,49 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 12508,49 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 68644,05 manat, ƏDV-ni 12355,93 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12355,93 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 12355,93 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 86441,05 manat, ƏDV-ni 15559,39 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 15559,39 manat göstərməli olduğ u halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 15559,39 manat ƏDV-ni az; 2018-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 69488,88 manat, ƏDV-ni 12508,49 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12508,49 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 12508,49 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 74297,44 manat, ƏDV- ni 13373,54 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13373,54 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 13373,54 manat ƏDV-ni az; 2018-ci ilin avqust ayı üzrə əlavə dəyə r vergisi tutulan dövriyyəni 67796,77 manat, ƏDV-ni 12203,42 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 12203,42 manat göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV olmadığını göstərərək, 12203,42 manat ƏDV-ni az hesablamaqla, cəmi 221073,14 manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum faktiki olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edərək, "Alov” Sənaye Ticarət Assosiasiyasının adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2016-cı ilin sentyabr-dekabr, 2017-ci ilin fevral-2018-ci ilin sentyabr ayları üzrə vergi orqanına təqdim etmiş olduğu aksiz vergisi bəyannamələrində istehsal edilmiş 84920,05 litr şərab məhsulundan hər litrə görə 0,10 manat aksiz vergisi, həmin dövr üzrə iste hsal edilmiş 91100,0 litr araq məhsulundan hər litrə görə 2,0 manat aksiz vergisi tətbiq edilməklə, cəmi 267120, manat aksiz vergisi hesablamaqla, dövlət büdcəsinə ödəməli olduğu halda, həmin dövr üzrə vergi orqanına təqdim etmiş olduğu aksiz vergisi bəyannamələrində istehsal edilmiş şərab və araq məhsuluna görə dövlət büdcəsinə ödənilməli olan aksiz vergisinin cəmi 62094,01 manat olduğunu göstərməklə, 205025,99 manat aksiz vergisini az; 2016-cı ilin sentyabr ayı üzrə vergi orqanına təqdim etmiş olduğu aksiz vergisi bəyannaməsində istehsal edilmiş 3763,75 litr şərab və 13334,75 litr araq məhsulundan dövlət büdcəsinə ödənilməli olan aksiz vergisinin 27045,88 manat olduğunu göstərib ödəməməklə, ümumilikdə 232071,87 manat aksiz vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum faktiki olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edərək "Alov” Sənaye Ticarət Assosiasiyasının adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2016-cı il ərzində əldə etdiyi gəlirləri 339618,9 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 283015,75 manat, vergiyə cəlb olunan mənfəəti 56603,15 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 11320,63 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 11320,63 manat məbləğində mənfəət vergisini az; 2017-cı il ərzində əldə etdiyi gəlirləri 447517,5 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 372931,25 manat, vergiyə cəlb olunan mənfəəti 74586,25 manat, həmin mənfəətdən 20 faiz dərə cə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 14917,25 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 14917,25 manat məbləğində mənfəət vergisini az hesablamaqla, cəmi 26237,88 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum 2019-cu il üzrə faktiki olaraq fəaliyyətinə rəhbərlik etdiyi "Alov” Sənaye Ticarət Assosasiyasının balansında olan torpaq sahəsinə görə 2019-cu il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə 2302,0 manat torpaq vergisini bəyan edib, dövlət büdcəsinə ödəməyərək, ümumilikdə 475847,06 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Müdafiəçi kassasiya şikayətin i onunla əsaslandırmışdır ki, cinayət işinin başlanmasına səbəb Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********195063 saylı Qərarı olmuşdur. Həmin Qərar inzibati icraat qaydasında məhkəmədə mübahisələndirilmiş və həm Bakt İnzibati Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin Qərarları ilə cinayət işinin başlanmasına əsas olmuş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********195063 saylı Qərar ləğv olunmuşdur. Belə olan halda Alov STA tərəfindən vergi qanunvericiliyinin tələbinin pozulması aradan qalxmış olur və hüquqi şəxsin rəhbəri kimi Məhkum əməlində CM-in 213- cü maddəsinin tərkibinin yaranması üçün heç bir əsas qalmır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiz alarının rəyinə əsasən də Məhkum vergidən yayınma faktı aşkarlanmamışdır. Belə ki, həmin rəylərə əsasən müəssisə 20162018-ci ilə qədər nəzarət postunun yaranmasına qədər 0,25 l həcmində qablarda spirtli içki istehsal etmişdir. Hansı əsasla müəssisə tərəfindən istehsal olunmuş 0,05, 0,10, 0,20 litr həcmində istehsal olunmuş məhsulları 0,25 litr həcminə məhsul kimi qiymətləndirməsi məlum deyil. Təqsirləndirilən şəxsin əməlində CM-in 213.1-ci maddəsinin tərkibinin olması, lakin həmin tərkibi yaradan məbləğ də ödənildiyindən cinayət işinin icraatına xitam verilməsi barədə gəldiyi qənaət tamamilə yalnışdır. Belə ki, ekspertiza rəyində göstərilən məbləğ Alov STA tərəfindən təqdim olunmuş hesabata əsasən hesablanmışdır ki, həmin məbləğ də ödənilmişdir və burda vergidən yayınma faktından danışmaq belə olmaz. Bundan başqa cinayət işinin başlanmasına səbəb olmuş **********195063 saylı Qərarda təqdim olunmuş hesabata deyil, heç bir hüquqi əsası olmayan, heç bir meyyara istinad etmədən fərziyələrə istinad edilərək məbləğ hesablanmışdır ki, həmin qərar da məhkəmə qaydasında ləğv olunmuşdur. Cinayət işinin başlanmasına əsas olmuş qərarlar və həmin qərarlarda öz əksini tapan məbləğlər məhkəmə qaydasında ləğv olunursa hansı əsasla Məhkum əməli CM -in 231.1- ci maddəsində nəzərdə tutlan cinayət əməlinin tərkibi müəyyən olunur. Məhkəmə tərəfindən verilmiş hesablar üzrə dövlət büdcəsinə ödənilməli olan məbləği, sanki vergidən yayınma faktı kimi qiymətləndirərək hesab etmişdir ki, həmin məbləğ tərəfindən ödənilsə də, cinayət haisəsəi baş vermişdir, lakin sonradan ödənildiyindən xitam verilməli dir. Əməlin CM-in 213-cü maddəsinin təsiri altına düşməsi üçün bilərəkdən və qəsddən büdcəyə olan vergi borcunu ödəməkdən yaynmağı nəzərdə tutur. Lakin tərəfindən verilmiş hesabat üzrə yaranmış borc cinayət işi başlanmazdan əvvəl ödənilmişdir və bu ödənilmiş məbləğ tərəfindən mübahisələndirilməmişdir. Belə ki, həmin məbləğ hesabatda öz təsdiqini tapmışdır və bu məbləğlə bağlı hər hansısa istintaq hərəkətləri aparılmamışdır. Cinayət işinin başlanmasına əsas olmuş və vergi orqanın qəbul etdiyi qanunsuz qərarla bağlı və həmin Qərarda öz əksini tapmış məbləğlə bağlı tərəfindən məhkəməyə müraciət olunmuşdur və iddia tələbi təmin olunmuşdur. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarını ləğv edərək CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsas ən cinayət hadisəsi və əməldə cinayət tərkibi olmaması əsasları ilə Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Apellyasi ya instansiyası tərəfindən şikayətində göstərilən xüsusatlar araşdırılmamış, onlara heç bir qiymət verilmədən birinci instansiya məhkəməsinin yanlış mövqeyi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqı dövründə keçirilmiş təkrar məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4657 nömrəli, xx.xx.2021-ci il tarixli 9/7171 nömrəli və xx.xx.2022-ci il tarixli 9/152 nömrəli rəylərini mötəbər sübut kimi qəbul etmişdir. Lakin əsassız və prosessual pozuntularla verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da qanuni və əsaslı hesab oluna bilməz. Ekspertlər qarşısında hansı məbləğdə vergilərdən yayınmanın olması, hansı tədiyyələr üzrə vergi borcunun mövcud olması kimi sua llar qoyulsa da ekspertlər tərəfindən qoyulmuş suallar ətrafında deyil, daha çox öz səlahiyyətlərinə aid olmayan hüquqi rəy verilmişdir. Məhkəmənin də öz növbəsində həmin rəyi sübut kimi qiymətləndirməsi və ekspert rəyində istinad edilmiş fikirlərlə razılaşması qəbul edilmiş qərarın əsassızlığını göstərir. Ekspertiza tədqiqatı qarşısında cinayət işində olan bütün materiallar nəzərə alınmaqla “Alov” Sənaye-Ticarət Assosasiyası tərəfindən 2016-2019-cu illər üzrə yayındırılmış tədiyyələrin növü, dövrü və məbləğinin nə qədər olduğu sualı qoyulmuşdur. Buna baxmayaraq rəyin nəticə hissəsində qeyd edilən suala tam və hərtərəfli cavab verilməmişdir. Bununla yanaşı vergi ödəyicisinin tərəfindən 1.990,44 manat aksiz vergisinin, 6.396,65 manat məbləğində ƏDV-nin, 9.101,66 manat məbləğində mənfəət ver gisinin az hesablanması və 2.302,00 manat məbləğində torpaq vergisi üzrə borcunun olması qeyd edilmişdir. Qeyd ediləndən belə anlaşılır ki, vergi ödəyicisi tərəfindən yayınma sadəcə 19.790,75 manat təşkil edir və Məhkum əməlində cinayət tərkibi yoxdur. Ekspertiza tədqiqatında qoyulmuş sualın konkretliyinə baxmayaraq ekspertlər tərəfindən vergi ödəyicisinin özü tərəfindən bəyan edilib ödənilməmiş 139.035,50 manat vergi məbləğləri nəzərə alınmamış və nəticədə qərəzli rəy verilmişdir. Vergilər üzrə ekspert tədqiqatı aparılan zaman ekspertlər tərəfindən hüquqi məsələlərə qiymət verilməsi yolverilməzdir. Belə ki, Vergi Məcəlləsinin normalarının tətbiq edilməsi ekspert tərəfindən qiymətləndirilmiş və buna görə də qanunvericiliyin normaları pozulmuşdur. Məhkəmə tərəfindən prosessual pozuntularla verilmiş ekspert rəyləri mötəbər sübut kimi qəbul edilərək nəticədə iş üzrə işin mahiyyətinə uyğun olmayan, prosessual pozuntularla müşayiət olunan qanunsuz və əsassız qərar qəbul edilmişdir. İbtidai istintaq dövründə verilmiş eskpertiza rəyi heç bir halda əsassız və qanunsuz ola bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən rəy ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Apellyasiya məhkəməsi ekspert rəylərini tədqiq etmədən və qiymətləndirmədən, onun məzmununda hüquqi məsələlərə qiymət verilməsinə diqqət yetirmədən həmin rəyə əsaslanmaqla qərar qəbul etmişdir. Bununla da, məhkəmə tə rəfindən istinad olunan ekspert rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və nəticədə maddi hüquq normalarının və yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Mülki iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının tam təmin edilməsi, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilərək vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticə sində vurulan həmin ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsinə, mülki iddiaçı və müdafiəçinin özlərinin verdiyi kassasiya şikayətlərinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə mülki iddiaçının kassasiya şikayəti təmin edilməməli, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə ləğv edilməlidir. Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də g öründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146- cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya şikayətlərində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum barəsində Cinayət Məcəlləsini 213.1-ci maddəsi ilə xitam verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sü butu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət işi üzrə müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi Məhkum Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti olan “Alov” Sənaye Ti carət Assosiasiyasının (VÖEN: **********) fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Vergi xidməti Məhkum sahibkar kimi fəaliyyət göstərdiyini və 2016-2018-ci illər üzrə külli miqdarda vergidən yayındığını, Məhkum isə tərəfindən vergi ödənilməsindən yayınma hallarınını olmadığını iddia edir. Belə olan vəziyyətdə mübahisənin nədən ibarət olması aydınlaşdırılarkən müəyyən edilir ki, vergi orqanı yayındırılan məbləğin 475847,06 manat olduğunu iddia etdiyi halda birinci instansiya məhkəməsi bu məbləğin 158826,25 manat olduğu nəticəsinə gəlmişdir. Tərəflərin mübahisələndirmədiyi məsələlərdən biri də şirkət tərəfindən dövlət büdcəsinə 27 dekabr 2019-cu il tarixdən 30 mart 2021 -ci il tarixədək 278.349,48 manat məbləğində ödənişlər edilməsidir və həmin ödənilmiş 278.349,48 manat məbləğində vergilər 2016-2019-cu illərdə yaranmış vergi borcunun ödənilməsinə yönəldilmişdir. Bununla da, aşağı instansiya məhkəmələri ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmamış və şəxsin əməlini istintaq orqanı tərəfindən elan edilmiş CM-nin 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edərək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyinə görə xitam vermiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmələr ibtidai istintaq dövründəki ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsinin səbəblərini b ir daha araşdıraraq qeyd etmişdir ki, həmin rəylər araşdırma aparılmadan, yalnız vergi orqanlarının gəldiyi nəticələri təsdiq etdiyinə, habelə rəylərin özündə də göstərildiyi kimi vergi orqanlarının yalnız aksiz postu məlumatlarına əsaslandığına görə işin həqiqi hallarını əks etdirməyən sübutlardır və mötəbər sayılıb qəbul edilə bilməz. Həmçinin bu rəylər və onların əsasını təşkil edən iş materiallarında olan qaimə fakturalar, elektron vergi hesab fakturaları, bank sənədləri və. sənədlər əsasında verilmədiyinə görə ittihamın əsasını təşkil edə bilməz. Belə ki, işdə olan və aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021 -ci il tarixli, 9/4815 saylı rəyindən görünür ki, "Alov” ST A-da 2016-2017-ci illər üzrə 26237,88 manat mənfəət vergisi, 2016-cı ilin sentyabr-dekabr, 2017-ci ilin fevral2018-ci ilin avqust ayları üzrə 221073,14 manat məbləğində əlavə dəyər vergisi, 2016-cı ilin sentyabr-dekabr, 2017-ci ilin fevral-2018-ci ilin sentyabr ayları üzrə 205025,99 manat məbləğində aksiz vergisi və cari bəyannamə ilə hesablanmış 2019-cu il üzrə 2302,0 manat hüquqi şəxsi torpaq vergisi, həmçinin həmin ilin sentyabr ayı üzrə 21208,05 manat aksiz vergisi olmaqla, ümumilikdə 475847,06 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 9/4657 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesabl anmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır.(Torpaq Vergisi istisna olmaqla) Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır (Torpaq Vergisi istisna olmaqla). İş materiallarında olan sənədlər (qaimə fakturalar və s.) nəzərə alınmaqla isə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1990,44 manat məbləğində aksiz vergisinin, 6396,65 manat məbləğində ƏDV-nin, 9101,66 manat məbləğində mənfəət vergisinin az hesablanması (vergi orqanı tərəfindən əlavə hesablanmış dövrlər üzrə) və 2302.0 manat məbləğində torpaq vergisi üzrə borcunun olması müəyyən olunur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tiza Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli, 9/7171 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır.(Torpaq Vergisi istisna olmaqla) Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır (Torpaq Vergisi istisna olmaqla). İş materiallarında olan sənədlər (qaimə fakturalar və s.) nəzərə alınmaqla isə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1990,44 manat məbləğində aksiz vergisinin, 6396,65 manat məbləğində ƏDV-nin, 9101,66 manat məbləğində mənfəət vergisinin az hesablanması (vergi orqanı tərəfindən əlavə hesablanmış dövrlər üzrə) və 2302.0 manat məbləğində torpaq vergisi üzrə borcunun olması müəyyən olunur. Aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 9/4815 saylı rəyi ilə 13 avqust 2021-ci il tarixli 9/4657 saylı rəyləri arasındakı fərq onunla izah olunur ki, 11 yanvar 2021-ci il tarixli 9/4815 saylı rəy Azərbaycan Respublikası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı əsasında aparılmışdır. Belə ki, ekspertiza təyini haqqında istintaq orqanın qərarında ekspert qarşısında qoyulmuş sualda vergilərin qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla hesablanmalı olduğu göstərilmişdir. Tədqiqat zamanı qərarın təsviri hissəsində göstərilənlər (aksiz postu məlumatları) nəzərə alınmışdır. 13 avqust 2021-ci il tarixli 9/4657 saylı ekspert rəyi məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı əsasında aparılmışdır. Ekspert qarşısında qoyulmuş sualdan da göründüyü kimi tədqiqatın iş materiallarında olan qaimə fakturalar, elektron vergi hesab fakturaları, bank sənədləri və. sənədlər əsasında aparılmalı olduğu qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı "Alov” Sənaye Ticarət Assosiasiyasının iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və xx.xx.2019-cu il tarixli, **********195270 nömrə li "Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-sü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-289/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisənin əsasında iddiaçının istehsal etdiyi və qaimə-fakturada göstərilən 0,05 litr, 0,10 litr və 0,20 litr həcmində alkoqollu içkilərin 0,25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablanması dayanır. Belə ki, cavabdehin 14 noyabr 2019-cu il tarixli, **********166009 nömrəli "Səyyar vergi yoxlaması aktı”nın 2-ci bölməsində qeyd edilənlərə əsasən cavabdehin 10 oktyabr 2018-ci il tarixli qərarı ilə müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkarlanmışdır. Buna görə də, cavabdeh yoxlanılan dövr (sentyabr 2016-avqust 2018) üzrə iddiaçının qaimə-fakturada göstərdiyi 0,05 litr, 0,10 litr və 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamış və hazırkı iş üzrə mübahisələndirilən qərarı qəbul etmişdir. Göstərilənlər müdafiəçinin kassasiya şikayətinin də dəlillərini təşkil edərək vergi orqanının msüəssisənin yalnız 0,25 litr həcmində məhsul istehsal etməsi barədə gəldiyi nəticə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və xx.xx.2019- cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ilə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi “Alov” Sənaye Ticarət Assosiasiyasının istehsal etdiyi 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar nəticəs ində həyata keçirilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, qaimə fakturalara əsasən iddiaçının həm 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində, həm də 0.25 litr tutumlu qablarda alkoqollu içkilər istehsal edərək tədarük etməsi müəyyən olunmuşdur.Yəni “Alov” Sənaye Ticarət Assosiasiyasının 0,25 litr tutumlu qablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi (göstərməsi) faktı müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda vergi orqanının hansı əsasla müəssisənin istehsal etdiyi 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində tutumlarda olan məhsulu 0,25 litr tutumunda olan məhsul kimi qəbul edərək hesablamalar apa rmasının hüquqi əsasları mövcud deyildir. Aşağı instansiya məhkəmələri göstərilən halların aydınlaşdırılması istiqamətində hər hansı araşdırma aparmamış, müdafiəçinin bu barədə dəlillərinə əhəmiyyət verməmişdir. Halbuki həmin hallar hazırki cinayət işi üzrə sübut kimi qiymətləndirilən və əməlin tövsifinə təsir edən vergi məbləğlərinin hesablanmasında ekspertlərin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alır. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkumun cinayət hadisəsi və əməldə cinayət tərkibi olmaması və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə dəlillərini əsaslı hesab etməsə də, şikayətin digər dəlilləri olan və yuxarıda qeyd edilən halların aydınlaşdırılmasının hazırki cinayət işi üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırıl an vergi məbləğlərinin müəyyən edilməsində əhəmiyyətini nəzərə alır və qeyd edir ki, göstərilən məsələyə aydınlıq gətirilməsi təkrar məhkəmə ekspertizasının təyin edilməsi və ekspert qarşısında müvafiq sualların qoyulması yolu ilə mümkündür. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməy ə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə barəsində cinayət işinə xitam verilmiş Məhkum barəsində cinayət işi üzrə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları, o cümlədən ekspert rəylərini tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş, bir sübutun digərinə nisbətən daha üstün qüvvəyə malik olması barədə qənaətlərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərard a göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X7rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarı n 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sənədlər müqayisə olunaraq bir daha təhlil edilməli, onlarda olan məlumatların həqiqəti əks etdirib etdirməməsi dəqiqləşdirilməli və yalnız bundan sonra və nəticəsindən asılı olaraq həmin məsələ həll edilməlidir. Belə ki, Apellyasiya məhkəməsi göstərilən məsələyə aydınlıq gətirməmiş və iş üzrə bu barədə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası bütün qeyd edilənlərə əsaslanaraq hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə işin apellyasiya məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Mülki iddiaçının kassasiya şikayətinin dəlillərinə yuxarıda qiymət verildiyindən əsassız olmaqla təmin edilməməlidir. CPM-in 416.1.2-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə apellyasiya instansiyası m əhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, ekspert rəyləri arasında yaranmış yuxarıda şərh olunan ziddiyyətlərin aradan qaldırılması üçün təkrar ekspertizalar müəyyən edilməli, əldə olunmuş və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar