Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-750/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-909/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 20 avqust 1981-ci il tarixdə x2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, x2ndə qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 may 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tə rəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1,758 qram ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin, külli miqdarda - 2.068,433 qram olan narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 1.219,738 qram narkotik vasitə olan heroin, şəxsi istehlak miqdarından artıq miqdarda - 10,159 qram narkotik vasitə olan tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda beş ədəd, ümumi təmiz çəkiləri 0,2 qram metadon həblərini əldə edib daşımaqla üzərində saxlamış, 05 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində həmin psixotrop maddədən 1,249 qram hissəsini tanışı Cəlilabad şəhər sakini olan Təqsirləndirilən şəxs 18 manat pul müqabilində satmış, sonuncu 05 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Tomris küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda həmin 1,249 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, daha sonra 05 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum idarə etdiyi “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib üz ərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda - 0,509 qram çəkidə psixotrop maddə olan metamfetamin, avtomobilinə baxış keçirilən zaman isə avtomobilin qoltuqaltının (konsol) içərisindən üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,783 qram narkotik vasitə olan heroin, beş ədəd bükümdə ümumi təmiz çəkisi 10,159 qram narkotik vasitə olan tiryək, 5 ədəd, ümumi təmiz çəkisi 0,2 qram olan narkotik vasitə olan metadon həbi, 2 ədəd kibrit qutusunda və bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə qurudulmuş marixuana, avtomobilin yük yerindən 3 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 1217,955 qram narkotik vasitə olan heroin, həmin yerdən 1 ədəd polietilen torbada təmiz çəkisi 20 50 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin avtomobilin qoltuqaltının içərisindən bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-350/2022 nömrəli, 19 sentyabr 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilin ərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Nağıyev Yaşar Atamalı oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-909/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-350/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Mütəllimov Mehman İman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində bildirilmişdir ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirildikdən sonr a həmin əməliyyat-axtarış tədbirlərinin insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuni və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qəbul etdiyi qərarında Cəlilabad Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 05 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir”. Həmin qərar Məhkum barəsində yox, həmin işdə digər məhkum Təqsirləndirilən şəxs barəsindədir. Sorğuya əsasən Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 1997/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli məktubdan məlum olur ki, Məhkum Xəzayır oğlunun Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cin ayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinə əməliyyat-axtarış tədbiri həyata keçirilməsinə dair məlumat daxil olmamışdır. Həmin məktubdan məlum olur ki, Məhkum Xəzayır oğlu barəsində keçirilmiş əməliyyat tədbirlərinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Bu səbəbdən də hazırkı cinayət işində Məhkum Xəzayir oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittiham olunması barədə toplanmış sübutların sübut kimi qəbul edilməsi yolverilməzdir, həmin sübutlar hamısı etibarsızdır və buna görə də məhkəmə baxışından kənarlaşdırılmalıdır. Lakin buna baxmayaraq yekun qərar qəbul edən Lənkəran Ağır Cinayətlər Məhkəməsi, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işin bu hallarını nəzərə almamışdır. Nəticə etibarı ilə etibarsız sübutlara istinadən Mə hkum ağır cinayətdə ittiham olmasını təsdiq etməklə, onu ağır cəzaya məhkum etmişlər. Göstərilənlərə əsasən həmin sübutların Məhkum aid hissədə etibarsız hesab edilərək sübutlar siyahısından çıxarılması üçün cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiya da işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bi ldirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində məhkumun cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-909/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadi səsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosi al hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, kassasiya şikayətinin mahiyyəti nəzərdən keçirildikdə müəyyən olunur ki, şikayət müəllifi Məhkum Xəzayır oğlu barəsində aparılmış əməliyyat-axtarış tədbirinin qanuni və əsaslılığının məhkəmə nəzarəti qaydasında yoxlanılmadığına görə cinayət işi üzrə toplanmış sübutların mötəbərliyini şübhə altına qoymaqla, məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətdiyini mübahisələndirir.
24. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhk əmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına istinad etməyi zəruri hesab edir.
25. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinə uyğun ədalətliliyi nəzərdən keçirilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının müəyyən edilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işinə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).
26. Baxılan cinayət işinin materialları Avropa Məhkəməsinin yanaşmasına əsaslanmaqla nəzərdən keçirildikdə müəyyən olunur ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi digər məhkum Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, avtomobilə baxış keçirilməsi və götürmə barədə protokol, məhkəmə-kimyəvi-b ioloji ekspertizasının rəyi, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən bütövlükdə götürməklə sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsir li bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-909/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-909/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.