Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-751/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X3, Zərərçəkmiş şəxs2, X4 nümayəndəsi X6 iştir akları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X7 və onların nümayəndəsi X9 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) 05 iyul 2018-ci il tarixli hökmü ilə 07 may 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 179.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 26 may 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X8 və X9 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmuş, öz qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, təkrarən törədilməklə dələduzluq etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş v ə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 27 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və X7, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X10 və onların nümayəndəsi Nümayəndə tərəfind ən birgə verilmiş kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətində dəyişdirilərək, məhkuma daha ağır cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X10 və onların nümayəndəsi Nümayəndə onunla əsaslandırırlar ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş 2.210.100 manat ziyan ödənilməmiş, onlardan başqa Təqsirləndirilən şəxs digər insanları (iş üzrə digər zərərçəkmiş şəxsləri) aldadaraq onlara da ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi hökmü ilə ittiham olunan maddələrin sanksiyalarının son həddinin tətbiq etməməyini onunla əsaslandır ır ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 17.04.2014-cü il və 17.02.2017-ci il təvəllüdlü 2 nəfər azyaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, həmçinin məhkəmə məhkum edilmiş şəxsə münasibətdə cəzanı ağırlaşdıran halın olmamasını qeyd edir, həmin hissə ilə apellyasiya instansiya məhkəməsi də razılaşmışıdır. Hesab edirlər ki, məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Çünki Təqsirləndirilən şəxs bu törətdiyi ağır cinayətə görə peşman olmamış və dəymiş ziyanı ödəməmişdir. Bundan başqa, məhkum edilmiş şəxs barəsində məhkəmə obyektiv olaraq cinayətlərin məcmusu üzrə cəza təyin etməmişdir və sanki bir maddə üzrə təqsirli bilinərək 08 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bütün bu hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs cin ayətlərin məcmusu üzrə daha ağır cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onl arı sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun isl ah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs də ymiş maddi ziyanın bir hissəsini qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 179.3.2-ci maddəsi ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 178.3.2 və 179.3.2-ci maddələrinin sanksiyalarınd a 5 ildən 10 ilədək və CM-in 308.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir və məhkəmə də maddənin sanksiyalarının həddində olan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Kassasiya kollegiyasının qənaətinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarından da məhkum Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlili əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında d a qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının zərərçəkmiş şəxslərin və onların nümayəndəsinin birgə verdikləri kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X7 və müdafiəçi X9 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-751/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-751/2019
11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver