Məhkəmə qərarları › İş №1(102)-751/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-751/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-751/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1 77.3.2ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı şəhər Vəkil Bürosunun vəkili Abbasov Zaur Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanm ası hökm edilmişdir. Həmin iş üzrə həmçinin Məhkum2 da Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilmişdir. Həmin hökmlə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 5 (beş) ilə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən İstintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məhkum1 özgənin əmlakını talama məqsədi ilə 1 yanvar 2016-cı il tarixdə axşam saatlarında ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yaşayış binasının qarşısına gəldikdən sonra, həmin binanın 14-cü mərtəbəsində yerləşən 173 nömrəli mənzildə sahibinin olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə əvvəlcədən hazırladığı plastik çöpü mənzilin giriş qapısına yerləşdirməklə binanı tərk etmiş, 02 yanvar 201 6-cı il tarixdə saat təxminən 22 radələrində təkrarən həmin ünvana gəlib, 173 nömrəli mənzilin giriş qapısına yerləşdirdiyi çöpün yerində olduğunu müəyyən etdikdən sonra, mənzil sahibinin mənzildə olmadığına tam əmin olub, həmin mənzildən özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək bu məqsədlə binanın damına qalxıb, gecənin düşməsini gözləməyə başlamış, 03 yanvar 2016-cı il tarixdə saat 02 radələrində özü ilə götürdüyü alpinizm üçün nəzərdə tutulmuş xüsusi alət və vasitələrindən istifadə etməklə mənzilin eyvanına, orada isə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olaraq, yataq otağından Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində 1 ədəd “Geneva” markalı, qara kəmərli, qızıl kişi qol saatını, 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qəhvəyi kəmərli qızıl kişi qol saat ını, 1.000 manat dəyərində Rusiya istehsalı olan brilyant qaşlı bir cüt sırğa, bir ədəd üzükdən ibarət qızıl dəsti, 1.000 manat dəyərində mirvari qaşlı bir cüt sırğa, üzük, klondan ibarət dəsti, 700 manat dəyərində İtaliya istehsalı olan, bir cüt halqa formasında qızıl sırğanı, 380 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan, mavi qaşlı qızıl üzüyü, 1000 manat dəyərində 01 ədəd Rusiya istehsalı briliyant qaşlı üzüyü, 1.500 manat dəyərində İtaliya istehsalı olan qızıl üzük, bir cüt qızıl sırğadan ibarət dəsti, 900 manat dəyərində 01 ədəd İtaliya istehsalı olan halqa formasında qızıl boyunbağını, 2.000 manat dəyərində 01 ədəd zəncirvari formada qızıl boyunbağını, 50 manat dəyərində 01 ədəd yol çantası ilə birlikdə həmin dövr üzrə Azərbaycan Respublikasının Milli Bankının məzənnəsinə nisbə tdə 81.275,13 manat təşkil etmiş 45.900 ABŞ dolları və 1.100 manat əskinasla pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 92.105 manat 13 qəpik (doxsan iki min yüz beş manat on üç qəpik), yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, müxtəlif vaxtlarda xeyli və külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qəra r qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, müdafiə tərəfi iş materiallarında olan tibbi və digər sənədlərə istinadən uzun illər müxtəlif psixi xəstəliklərdən, o cümlədən anlaqlığı istisna edən Bipolyar affektiv pozuntu psixi xəstəliyindən əziyyət çəkən Məhkum1 bu cinayətlərin törədildiyi dövrdə və hazırda da anlaqsız olub-olmamasını müəyyən etmək məqsədi ilə onun barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının keçirilməsinə dair birinci instansiya məhkəməsində xx.xx.2021-ci il tarixdə, apellyasiya instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət etmişdir. Psixiatr Azad İsazadənin rəyi, Məhkum1 3-cü qrup əlil olmasına və hərbi xidmətə yararsız olmasına dair rəsmi sənədlər, habelə onun hazırkı psixi durumu barədə Bakı İ stintaq Təcridxanasının xasiyyətnaməsi Məhkum1 həm bu cinayətlərin törədildiyi dövrdə, həm də hazırda anlaqsız olma ehtimalını kifayət qədər möhkəmləndirmişdir. Lakin, buna baxmayaraq, məhkəmələr bu mühüm halı müəyyən etməkdən imtina edərək, Məhkum1 barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasının təyin edilməsinə dair vəsatəti CPM-nin 33. 144-146-cı maddələrini pozaraq əsassız olaraq rədd etmişlər. Müdafiəçi hesab edir ki, ekspert-psixiatr bu rəyi verərək CPM-nin 127.2. və 271.2.6cı maddələrinin tələblərini də pozmuş və hansı üsulla təkbaşına və ambulator qaydada bu nəticəyə gəldiyini bu rəydə qeyd etməmişdir. Bu rəyin əsassızlığı və qeyri mötəbərliyi həm də onunla sübut olunur ki, ekspertiza dövrü Məhkum1 müşahidə olunmuş intermissiya mərhələsi bitmiş və bu xəstəlik yenidən aktiv fazaya keçmişdir. Məhz bu səbəbdən ona bipolyar affektiv pozğunluqların müalicə və profilaktikası habelə epileptik tutmaların müalicəsi üçün istifadə olunan Depakin adlı dərman təyin olunmuşdur. Müdafiəçinin fikrincə, uzun illər müxtəlif psixi xəstəliklərdən, o cümlədən anlaqlığı istisna edən Bipolyar affektiv pozuntu psixi xəstəliyindən əziyyət çəkən Məhkum1 bu cinayətlərin törədildiyi dövrdə və hazırda da anlaqsız olub-olmamasını müəyyən etmək məqsədi ilə onun barəsində təkrar stasionar məhkəmə-psixiatrik komisyon ekspertizasını keçirmədən və onun anlaqlı olması təsdiq edilmədən onu azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi yolverilməz və qanunvericiliyə ziddir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkum ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəy işdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar