Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-751/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ver ilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.A.Əliyev, hakimlər O.Y.Cəlilov və X.A.Nuriyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1993-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan1ndə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6, 152.1 və 245-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə cəza təyin edilməmiş, Məhkum cəzasının ilk 7 (yeddi) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2015-ci ilin yanvar ayında dəqiq məl um olmayan tarixdə, gecə vaxtı aralarında 7 il yaş fərqi olan on altı yaşına çatmamış, 30 yanvar 2000-ci il təvəllüdlü ünvan4 sakini doğma əmisi qızı X5 ilə sonuncunun birlikdə yaşadığı atası X12a məxsus rayonun ünvan5ndə yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxsnın razılığı ilə onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozmuş, törətdiyi cinayətin digər şəxslər tərəfindən bilinməməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə Zərərçəkmiş şəxs ilə nişanlanıb daha sonra evlənəcəyini öhdəlik kimi üzərinə götürmüş, lakin sonradan əsassız bəhanələr gətirərək Zərərçəkmiş şəxs ilə evlənmək istəməməsi səbəbindən aralarında olan narazılığa aydınlıq gətirmək üçün 05 iyul 2015-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxsnı idarə etdiyi “XXX111” markalı **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobilinə mindirib yaşadıqları evdən təxminən 4-5 km aralıda ünvan6 ünvan5nin ərazisində yerləşən əkin sahəsinə aparmış, orada aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs uca səslə ona sözünə əməl etməyib evlənməyəcəkləri təqdirdə onunla cinsi əlaqədə olması və qaçıraraq həmin yerə gətirməsi barədə şikayət edəcəyini bildirdiyini və sakitləşmədiyini görərək törətmiş olduğu cinayəti gizlətmək məqsədilə, idarə etdiyi avtomaşının yük yerində tərəvəz doğramaq üçün saxladığı məlum olmayan bıçağı götürüb Zərərçəkmiş şəxsnın boğaz nahiyəsinə qəsdən bir zərbə vuraraq onu öldürməklə həyatdan məhrum etmiş, bundan sonra o, törətdiyi qətl cinayətinin izini itirmək, meyiti yoxa çıxarmaq və cinayətin alət və vasitələrini məhv etmək üçün Zərərçəkmiş şəxsnın meyitini avtomobilin yük yerinə qo yaraq sahənin o biri tərəfinə, yəni təxminən 1 km aralıda yerləşən su kanalının axdığı əraziyə aparıb özü ilə gətirdiyi kürəklə yer qazaraq meyiti orada basdırmış, təxminən bir ay sonra həmin yerə gələrək meyitin qismən skeletləşərək üzə çıxdığını görüb cinayətin izini bir daha itirmək məqsədilə dəqiq məlum olmayan tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsnın meyitini gizlətdiyi yerdən çıxardıb özü ilə gətirdiyi balta ilə meyiti üzərində təhqiredici hərəkətlər etməklə baş hissəsini iki yerə ayıraraq orada qazılmış xəndəkdə basdırmış, meyitin digər hissələrini isə bir kisəyə yığıb təxminən 500600 metr məsafədə özü ilə daşıyaraq ünvan5 ərazisindən keçən su kanalının kənarında zibilxana kimi istifadə olunan qazılmış xəndəyə ataraq özü ilə gətirdiyi şüşədə olan benzini üzərinə tökməklə Zərərç əkmiş şəxsnın meyitinin qalan hissələrini yandırmış, bu hərəkətləri ilə o, on altı yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqla həmin cinayəti gizlətmək məqsədilə onu qəsdən həyatdan məhrum edərək, meyit üzərində təhqiredici hərəkət etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum əməli düzgün olmayaraq – ağırlaşdırıcı halla qəsdən adam öldürmə cinayəti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə tövsif olunmuş və bu səbəbdən, eləcə də cəza təyin edilərkən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsi, öhdəsində iki azyaşlı uşağının olması, ailənin yeganə dolandıranı o lması, özünü qismən – CM-in 120.1-ci maddəsi ilə təqsirli bilməsi, əməlindən peşman olması nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məhkum olunmuşdur. Əməlinin düzgün tövsif olunmaması barədə qənaətini müdafiəçi onunla izah edir ki, Məhkum əvvəlcədən zərərçəkmiş şəxsi öldürmək məqsədi olmamış, o, zərərçəkmiş şəxsin və onun anasının şantaj xarakterli hərəkətləri ilə faktiki olaraq cinayət törətməyə təhrik edilmişdir. Belə ki, əvvəl Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olması səbəbindən Zərərçəkmiş şəxs ondan evlənməyi tələb etmiş, onu tutduracağı ilə hədələmiş, hadisə zamanı da aqressivlik göstərmiş, sakitləşmək əvəzinə qışqırmağa başlamış, nəticədə Məhkum özündən asılı olmayaraq Zərərçəkmiş şəxsnın boğazından bıçaqla bir zərbə vurmuş, Zərərçəkmiş şəxs yerə y ıxılaraq ölmüşdür. Həmçinin, kassasiya şikayətində iddia olunur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CM-in 152.1 və 245-ci maddələri ilə Məhkum cəza təyin edilməsə də, onun həmin maddələrlə təqsirli bilinməsi əsassız olmuşdur. Məhkum CM-in 245-ci maddəsi ilə əsasız olaraq təqsirli bilinməsinə dair qənaətini müdafiəçi onunla izah edir ki, ekspert rəylərinə görə təqdim edilən sümüklər insanın deyil, heyvanın sümükləri olmuş, baltada isə Zərərçəkmiş şəxsnın qan izləri müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, zərərçəkmiş şəxsin qəbri ümumiyyətlə olmamış və bu üzdən Məhkum qəbir üzərində təhqiredici hərkətlər etməkdə təqsirli bilinməsi istisna olunur. Məhkum CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinməsinin əsassız olması barədə qənaətini isə müdafiəçi onunla izah edir ki, şahidlərin ifadələrinə və müvafiq ekspertiza rəyinin olmamasına görə Məhkum həmin cinayəti törətməkdə təqsirli hesab edilə bilməzdi. Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum yüngül cəzanın təyin edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə Məhkum əməllərində cinayət tərkibi, təqsirliliyini təsdiq edən sübutlar olmadığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə təqsirli bilindiyini, eləcə də zərərçəkmiş şəxsin öldürülməsində ifadə olunan əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq CM-in 120.2.6-cı maddəsi ilə tövsif edildiyini və onun məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib CM-in 120.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsinə dair yeni qərarın çıxarılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətindən görünür ki, o, Məhkum 16 yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını və qəbir üzərində təhqiredici hərəkətlə r etmədiyini, Zərərçəkmiş şəxsnı da istəyərək və başqa cinayəti gizlətmək məqsədi ilə deyil, Zərərçəkmiş şəxsnın özü və anası tərəfindən edilən aqressiv və şantaj xarakterli hərəkətlərlə təhrik edildiyinə görə öldürdüyünü iddia etməklə, Məhkum barəsində CM-in 152.1, 245-ci maddələri ilə əsassız olaraq ittiham hökmünün çıxarılması, onun əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli olması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək yeni qərarın çıxarılması haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları tədqiq etməklə işin fakt iki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, Məhkum əməllərində CM-in 152.1 və 245-ci maddələrində göstərilən cinayətlərin tərkiblərinin olmamasına, onun əməlinin C M-in 120.2.6-cı maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tövsif edilməli olmasına dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, müdafiə tərəfi eyni dəlilləri apellyasiya şikayətində də irəli sürmüş və həmin apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası biri nci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi zamanı sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinə əməl olunub-olunmaması, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayətprosessual qanunun digər tələblərinin gözlənilib-gözlənilməməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6, 152.1, 245-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.6, 152.1, 245-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinmə sini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının, eləcə də əməlin CM-in 120.2.6-cı maddəsindən 120.1-ci maddəsinə tövsif edilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin prinsiplərinin, sübutların araşdırılması qaydalarının pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşd ırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində Cinayət Məcəlləsinin 120.2.6, 152.1, 245-ci maddələrində göstərilən cinayət tərkiblərinin olması, onun həmin maddələr ilə təqsirli bilinməsi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilmiş Məhkum özünün belə ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə o, əmisi qızı Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı və 15 yaşında olduğunu bilə-bilə 2015-ci ildə cinsi əlaqədə olduğunu, bununla əlaqədar onun öz istəyinin ziddinə olaraq Zərərçəkmiş şəxsnin və onun valideynlərinin onunla Zərərçəkmiş şəxsnın evlənmələrini aralarında razılaşdırdıqlarını, hadisə günü Zərərçəkmiş şəxsnin təkidi ilə öz avtomobilində onu ünvan5ndə yerləşən əkin sahəsinə apardığını və Zərərçəkmiş şəxs aqressiv şəkildə onunla evlənməyi tələb edib, evlənmədiyi təqdirdə cinsi əlqədə olmaqla ona təcəvüz etməsi barədə şikayət edəcəyini bildirdikdə, bundan və Zərərçəkmiş şəxsnin evlərinə qayıtmağa razı olmamasından əsəbləşdiyi üçün avtomobilindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxsni boğazından vurduğunu, 2-3 dəqiqə yerdə süründükdən sonra Zərərçəkmiş şəxsnin öldüyünü, Zərərçəkmiş şəxsni basdırmaq üçün telefonla dostu Şahid1 çağırdığını, Şahid1 gəlsə də, ona kömək etmədiyini, kanalın yaxınlığındakı qamışlıqda yeri qazıb Zərərçəkmiş şəxsnin meyitini orada gizlətdikdən 10-12 gü n sonra həmin yerə gəlib meyitin iyləndiyini gördükdə, meyitin başını özü ilə gətirdiyi balta ilə bədənindən ayırıb iki hissəyə bölərək xəndəyə atdığını, saçlarını və bədən sümüklərini isə kisəyə yığaraq kənd əhalisinin zibillik kimi istifadə etdiyi yerə atıb üzərinə benzin tökərək yandırdığını göstərmişdir. Məhkum 15 yaşında olan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını və bu zaman Zərərçəkmiş şəxsnın bakirəliyinin pozulmasını, Məhkum valideynlərinin təklifi ilə Zərərçəkmiş şəxs ilə Məhkum11in evlənmələri barədə aralarında razılığa gəldiklərini, Zərərçəkmiş şəxs itkin düşəndən sonra aparılan araşdırmanın gedişində Zərərçəkmiş şəxsni Məhkum öldürməsinin üzə çıxdığını zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3, şahid qismində dindirilmiş onun arvadı Şahid2, habelə şahidlər Şah id3, Şahid5 hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilən ifadələrində təsdiq etmişlər. Hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ifadələrinə istinad olunmuş şahidlər - məhkumun atası Şahid6 və anası Şahid7 da ifadələrində onu təsdiq etmişlər ki, Məhkum bunu inkar etsə də, Zərərçəkmiş şəxsnın və onun valideynlərinin sözlərindən, eləcə də Zərərçəkmiş şəxsni müayinə edən həkimin sözlərindən onu bilmişlər ki, Məhkum11 Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evdə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxsnin bəkarət pərdəsini pozmuş və bununla əlaqədar onlar Məhkum11lə Zərərçəkmiş şəxsnin evlənmələri barədə sonuncunun valideynləri ilə razılığa gəlmişlər. Şahid1 isə hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir olunmuş i fadəsində Məhkum ifadəsində göstərdiyi xüsusatları - Məhkum hadisə günü onu əkin sahəsinə çağırmasını, orada Məhkum əmisi qızı Zərərçəkmiş şəxsni öldürməsini bildirdiyini və özünün də Zərərçəkmiş şəxsnin meyitini gördüyünü, Məhkum ondan meyiti basdırmaqda köməklik etməsini xahiş etsə də, qorxduğu üçün bundan imtina etdiyini, odur ki, Məhkum təkbaşına meyiti avtomobilinin yük yerinə qoyub kanalın qırağına apardığını, meyiti gizlətdikdən sonra birlikdə onun evinə gəldiklərini və orada Məhkum yuyunub, qanlı paltarları dəyişdikdən sonra yandırdığını təsdiq etmişdir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzər ində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların daha ətraflı təsvir və şərh edilməsinə zərurət görmür. Sübutlar və onların əsasında müəyyən edilmiş faktiki hallar məhkəmələrin onlardan hasil etdikləri hüquqi nəticələrin də doğru olduğunu, kassasiya şikayətində irəli sürülmüş məhkumun əməlində CM-in 152.1 və 245-ci maddələrində göstərilən cinayətlərin tərkiblərinin olmaması, eləcə də CM-in 120.2.6-cı maddəsində təsbit edilən (başqa cinayəti gizlətmək kimi məqsədlə müşayiət edilən) cinayətin deyil, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında iddialarının sübutlara və işin faktiki hallarına əsaslanmadığını gösətərir. Belə ki, CM-in 152.1-ci maddəsinin cinayət törədilən vaxt qüvvədə olmuş dispozisiyasına görə həmin maddə ilə on altı yaşına çatmaya n şəxslə cinsi əlaqədə olmaya görə məsuliyyət müəyyən olunmuş, Məhkum isə 2015-ci ilin yanvar ayında əmisi qızı Zərərçəkmiş şəxs ilə onun 15 yaşında olduğunu bilə-bilə cinsi əlaqədə olmuşdur. CM-in 245-ci maddəsinin dispozisiyası kassasiya şikayətində iddia olunanların əksinə olaraq yalnız qəbir üzərində deyil, həm də meyit üzərində təhqiredici hərkətlərin edilməsini cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutmuş, Məhkum isə əvvəl qamışlıqda gizlətdiyi meyiti 10-12 gün sonra çıxardıb balta ilə onun başını bədənindən ayırdıqdan sonra iki hissəyə bölüb xəndəyə atmaqla, meyitin qalan hissələrini isə torbağa yığıb yerli əhalinin məişət tullantıları üçün istifadə etdiyi yerdə yandırmaqla CM-in həmin maddəsinin dispozisiyası ilə ehtiva olunan, meyit üzərində təhqiredici məzmunda olan hərək ətlər törətmişdir. Məhkum cinayət təqibinə cəlb edilənədək heç vaxt Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını boynuna almaması, onun və Zərərçəkmiş şəxsnın valideynlərinin onların evlənmələri barədə razılığa gəlsələr də, Məhkum buna qarşı çıxması, onu göstərir ki, hadisə günü də Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olması barədə şikayət edəcəyini bildirdikdə, məhz bunun gizlədilməsinə nail olmaq onun mənafeyinə xidmət edən nəticə olmuş, beləliklə də başqa cinayəti gizlətmək istəyi onun Zərərçəkmiş şəxsnı öldürməsini şərtləndirən motiv rolunu oynamışdır. Yəni, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum əməlində CM-in 120.2.6-cı maddəsində göstərilən cinayətin deyil, 120.1ci maddəsində təsbit edilən cinayətin tərkibinin olması barədə dəlil də əsassız olmuşdur. Odur ki, məhkəm ə kollegiyası qeyd olunan dəlillərlə razılaşmaq, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə və yaxud dəyişdirməklə məhkumun əməlini CM-in 120.2.6-cı maddəsindən 120.1-ci maddəsinə tövsif etmək, CM-in 152.1 və 245-ci maddələri isə cinayət işi üzrə icraata xitam vermək üçün, istər işin faktiki halları, istərsə də hüququn tətbiqi nöqteyi-nəzərindən əsas tapmır. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayəti ilə əlaqədar Məhkum təyin olunmuş cəzanın əsaslılığını və qanuniliyini yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, Məhkum hökmlə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə təyin olunmuş ilk 7 ilini həbsxanada çəkməklə 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlamaqla (CM-in 152.1 və 245-ci maddə ləri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəza təyin edilməmişdir) cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi nə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-751/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-751/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver