Məhkəmə qərarları › İş №1(102)-752/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-752/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-752/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, Məhkum, müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1994-cü ildə Lerik şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cənub RTES-da elektrik çilingəri işləyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayən də, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi XXX qızı, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Lerik şəhər sakini Məhkum 2018-ci ilin may ayının əvvəlində gecə saat 01-02 radələrində onunla qonşuluqla yaşayan, xx xxxxxxxx 2004-cü ildə doğulmaqla, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs valideynləri ilə yaşadığı evdə 2007-ci il təvəllüdlü bacısı Təhməzova Alsu Rasim qızı, 2010-cu il təvəllüdlü bacısı Təhməzli Ayan Rasim qızı və qardaşı Təhməzli Balağa Rasim oğlu ilə birlikdə yatdığı otağın pəncərəsinin önünə gələrək pəncərəni döyüb Zərərçəkmiş şəxs yuxudan o yadaraq, onu əli ilə işarə edərək evin həyətinə, yanına çağırmışdır. Zərərçəkmiş şəxs əynində şortik və gecəköynəyi olmaqla yataqdan durub, bu barədə onunla bir otaqda yatan qardaş-bacılarına və qonşu otaqda olan ata-anasına hiss etdirmədən evin giriş qapısından bayıra çıxaraq həyətdə onu gözləyən Məhkum yanına gəlmiş və ondan nə istədiyini soruşmuşdur. Məhkum Zərərçəkmiş şəxs ona qarşı hissləri olduğunu demiş və onunla öz razılığı ilə qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs eyni qayda ilə evə qayıdaraq yatdığı otağa getmişdir. Bundan əlavə, Məhkum bir həftədən sonra gecə saatlarında yenidən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, onun qardaş-bacıları ilə yatdığı otağın pəncərəsinin önünə gələrək pəncə rəni döyüb, onu yuxudan oyadaraq yenidən evin həyətinə, yanına çağırmışdır. Zərərçəkmiş şəxs yenə də qonşu otaqda olan ata-anasına və onunla bir otaqda yatan qardaş-bacılarına hiss etdirmədən yataqdan durub, evdən bayıra çıxaraq həyətdə onu gözləyən Məhkum yanına getmişdir. Məhkum onunla öz razılığı ilə təkrar qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqəyə girməklə ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra Məhkum 2018-ci ilin may ayının axırlarında gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib, onun bacısı və qardaşları ilə yatdığı otağına pəncərədən daxil olaraq onunla razılığı ilə, həmin otaqda yatan qardaş-bacılarına hiss etdirmədən təkrarən yatağında qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqəyə girməklə seksual xarakterli hərəkətlər etmişdir. S onra Məhkum pəncərədən evin həyətinə düşmüşdür. Zərərçəkmiş şəxs da onun ardınca yatdığı otağın pəncərəsindən düşərək evin həyətində olan Məhkum yanına getmişdir. Məhkum yenidən evin həyətində Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı ilə qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqəyə girməklə təkrar seksual xarakterli hərəkətlər etmişdir. Daha sonra, Məhkum 2018-ci il iyun ayının 05-dən 06-na keçən gecə, saat 01-02 radələrində spirtli içki qəbul edib sərxoş vəziyyətdə olmaqla Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evin həyətinə gəlmiş, pəncərədən Zərərçəkmiş şəxs qardaş-bacıları ilə yatdığı otağa daxil olaraq onunla yatdığı çarpayıda, həmin otaqda yatmış qardaş-bacılarına hiss etdirmədən, razılığı ilə qeyri-təbii yolla, arxa keçəcəkdən cinsi əlaqəyə girməklə təkrar seksual xarakterli hərəkətlər etmiş, sonra isə sərxoş vəziyyətdə olduğundan Zərərçəkmiş şəxs çarpayısında yatıb qalmışdır. Zərərçəkmiş şəxs Məhkum onun çarpayısında yatıb qaldığını, evi tərk etmədiyini görərək çıxılmaz vəziyyətdə qalmış, artıq valideynlərinin bu barədə biləcəklərini dərk etməklə, valideynlərinin yataq otağına gələrək anasına Məhkum onun çarpayısında yatıb qaldığını demişdir. Zərərçəkmiş şəxs atası Rasim Təhməzov yuxudan oyanaraq Selcanın yatdığı otağa gəldikdə Məhkum sərxoş vəziyyətdə olmaqla qızı Zərərçəkmiş şəxs çarpayısında yatdığını görərək onu qaldırıb evindən həyətə çıxarmış və onunla dalaşmışdır. Onların dalaşmalarını görən Aynur Təhməzova Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək bir nəfərin evinə girdiyini və evində yaxaladıqlarını bildirmişdir. Bundan sonra Məhku m anası və bacıları Rasim Təhməzovun həyətinə gəlib onu evlərinə aparmışlar. Məhkum valideynləri Rasim Təhməzovdan şikayət etməmələrini, məsələni özlərinin aydınlaşdırmalarını xahiş etdiklərindən Rasim Təhməzov polisə zəng edərək həyətinə guya ki, mal-qara girdiyini, qonşusu Məhkum mal-qaranı aparmaq üçün həyətinə gəldiyini bildirmişdir. Beləliklə də Məhkum evinə girərək qızının çarpayısında yatdığını gizli saxlamışdır. Zərərçəkmiş şəxs atası Rasim Təhməzov və anası Aynur Təhməzova narahatçılıq keçirməklə ondan Məhkum ona qarşı nə kimi hərəkətlər etdiyini, onunla cinsi əlaqədə olubolmadığını soruşduqda Selcan Təzməzova Məhkumla aralarında baş verənləri, yəni gecə onlar yatdıqları zaman dəfəlrlə evdən həyətə çıxaraq Məhkumla görüşməsini, Məhkum onunla həm evin həyətində, həm də pəncərədən y atdığı otağa daxil olmaqla yataq otağında dəfələrlə qeyritəbii yolla cinsi əlaqədə olmasını gizli saxlamış, Məhkum ona qarşı hər hansı qeyri-əxlaqi hərəkətlər etmədiyini bildirmişdir. Lakin Rasim Təhməzov və Aynur Təhməzova Zərərçəkmiş şəxs dediklərinə inanmamış, onu həkim müayəinəsindən keçirmək qərarına gəlmişlər. Bu məqsədlə Rasim Təhməzov x xxxx 2018-ci il tarixdə Lerik rayon məhkəmə-tibb eksperti Fətəliyev Cavid Mirəziz oğluna zəng etməklə qızı Zərərçəkmiş şəxs qızlıq bəkarətinin pozulub-pozulmamasını müəyyən etmək üçün onu müayinə etməsini xahiş etmişdir. Cavid Fətəliyev isə prokurorluğun və ya polisin qərarı olmadan qızının qızlıq bəkarətinin pozulub-pozulmamasını yoxlaya bilməyəcəyini bildirmişdir. Lakin Rasim qızı Selcanı Lənkəran şəhərinə gətirməklə həmin vxt «Buta» tibb mərkəz ində olan Cavid Fətəliyevlə görüşmüşdür. Cavid Fətəliyevin xahişi ilə həkim Zərərçəkmiş şəxs ulturasəs müayəinəsindən keçirmiş, onda hər hansı dəyişiklik müəyyən edilməmişdir. Lakin Rasim Təhməzov Məhkum Selcanla təbii yolla cinsi əlaqədə olmasından, qızının qızlıq pərdəsinin zədələnməsindən şübhəli qalaraq bu barədə qohumlarına və Məhkum valideynlərinə məlumat vermişdir. Məhkum valideynləri Zərərçəkmiş şəxs valideynləri ilə Məhkum hərəkətlərini gizli saxlamaqla Selcanı ona ərə vermək barədə razılığa gəlmişlər. Ona görə də xx xxxx 2018-ci il tarixdə Məhkum valideynləri Zərərçəkmiş şəxs yaşadığı evə gələrək onu Məhkumla evləndirməyə bir daha razılıq əldə etmişlər. Bu məqsədlə də Məhkum valideynləri həmin gun Zərərçəkmiş şəxs öz evlərinə aparmışlar. Məqsəd Zərərçəkmiş şəxs nikah yaşına çatan a kimi Elman Məmmədovun evində saxlamaq, sonra isə onu Məhkumla evləndirmək olmuşdur. xx xxxx 2018-ci il tarixdən başlayaraq sosial şəbəkələrdə Zərərçəkmiş şəxs Məhkum tərəfindən zorlanması, hamilə olması barədə məlumatlar yayılsa da, Zərərçəkmiş şəxs və Məhkum valideynləri Məhkum etdiyi hərəkətləri gizli saxlamaqla ört-basdır etmişlər. Bu məqsədlə də, Zərərçəkmiş şəxs atasının evinə qaytarmışlar. Eyni zamanda həmin məlumatları yaymış sosial şəbəkələrə qarşı məhkəmədə mülki qaydada iddia qaldırmışlar. 2018-ci ilin avqust ayında məhdud sayda ailə üzvləri və qohumların iştirakları ilə Zərərçəkmiş şəxs və Məhkum nişan mərasimi keçirilmiş, Məhkum valideynləri Zərərçəkmiş şəxs nişan üzüyü gətirmişlər. Bundan sonra xx xxxxxxxx 2018-ci il tarixdə Məhkum valideynləri Selcn Təhməzovanı yenidən öz e vlərinə aparmışlar. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs, gələcək gəlin kimi, Elman Məmmədovun evində yaşamağa başlamışdır. Lakin Elman Məmmədovun ailəsi Zərərçəkmiş şəxs məktəbə buraxmadığına və onunla pis davrandıqlarına görə ailələr arsında narazılıq yaranmışdır. Ona görə də Rasim Təhməzov xx xxxxxxx 2018-ci il tarixdə Lerik rayon prokurorluğuna qızı Zərərçəkmiş şəxs Məhkum tərəfindən zorlanması barədə şikayət ərizəsi yazmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-nin 150.3.3-cü maddəsindən CM-nin 152.2-ci maddəsinə tövsif edərkən iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla onun Məhkum Zərərçəkmiş şəxs özünün razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqəyə girib ona qarşı seksual xarakterli hərəkətləri etməsi, ona qarşı zor tətbiq etməməsi və ya zor tətbiq edədəcəyi ilə hədələməsi kimi işin faktiki hallarınauyğun olmayan nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə top lanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Halbuki, cinayət işinin materialları ilə də Məhkum on dörd yaşma çatmamış Zərərçəkmiş şəxs qızma qarşı zor tətbiq edərək, zor tətbiq edədəcəyi ilə hədələyərək və köməksiz vəziyyətindən istifadə edərək təkrarən onunla qeyri-təbii yolla cinsi əlaqəyə girib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmuyu ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zərərçəkmiş şəxsin hədələrə məruz qalmağını ümumiyyətlə obyektiv qiymətləndirməmiş və ibtidai istintaq zamanı müəyyən olunmuş həmin xüsusatı ittihamdan əsassız olaraq tamamilə xaric etmişdir. Hesab edirəm ki, qanunvericiliyin tələbləri baxımından bütün bu hallar zərər çəkmiş şəxsin hüquqla rının pozulmasıdır. Çünki ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmiş şəxsin maraqları da nəzərə alınmalıdır. Bu baxımdan hesab edirəm ki. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı zərərçəkmiş şəxsin mənafeyini əks etdirmədiyinə görə və tam əksinə zərərçəkmiş şəxsin mənafeyini açıq-aşkar pozduğuna görə qanuni, ədalətli və əsaslı deyil. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq aktlarının tələblərinə görə, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nə ticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Qeyd olunanların nəzərə alınmasını və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, istintaqın əlində bir ailənin üç üzvünün, yəni zərərçəkmiş şəxs kimi tanınmış Təhməzov Rasim Balağa oğlu, onun qızı Zərərçəkmiş şəxs və arvadı Təhməzova Aynur Əlizadə qızının qisas xarakterli olmaqla qeyri səmimi, biri digərinə zidd olan böhtan və yalanlarla dolu izahat və ifadələrindən başqa heç bir sübut-sənəd yoxdur. Məhkum heç bir cinayət əməli törətməmiş, tamamilə əsassız və qanunsuz olaraq onun barəsində cinayət işi başlanılmışdır. Hesab edirəm ki, Məhkum qarşı irəli sürülən ittihamların heç bir əsası ol mamaqla yalnız və yalnız qisas almaq xarakteri daşımaqla yalan və böhtanlar yığımından ibarətdir. Hətta həmin ittihamların həqiqət olmadığını «zərərçəkmiş şəxs» Təhməzov Rasim Balağa oğlu, onun qızı Zərərçəkmiş şəxs və arvadı Təhməzova Aynur Əlifağa qızının ziddiyyətli, birinin digərinə zidd olan ifadəələri və iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin t əmin edilməməsi barədə məhkumun və müdafiəçinin, kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası mə hkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkumun təqsirsiz olmasına dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkumun təqsirsiz olmasına dair müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 152.2-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət əməli nəzərdə tutulmuşdur. Həmin məcəllənin 150.3.3-cü maddəsində isə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməli təsbit edilmişdir. İş materialları ilə, həmçinin zərərçəkmişin özünün dəfələrlə verdiyi ifadələrindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs özündən yaşca kiçik bacıları və qardaşı ilə bir otaqda, ata-anası isə evin qonşu otağında yatdıqları halda onlardan gizli olaraq, onlara hiss etdirmədən dəfələrlə evdən həyətə çıxmış, evin həyətində Məhkum ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra evə qayıdaraq öz yatağında yatmış, hətta Məhkum onunla çarpayısında qeyd edil ən tərzdə əlaqədə olduqdan bir az sonra Məhkum çağırışı ilə yenidən həyətə düşmüş, yenidən həmin hərəkətlər onların arasında təkrarlandıqdan sonra otağına qayıdıb yerinə uzanmış, baş vermiş hadisə barədə heç kimə heç nə deməmişdir. Hətta bir neçə dəfə Məhkum pəncərədən Zərərçəkmiş şəxs yatdığı otağa daxil olmuş, Zərərçəkmiş şəxs onunla eyni bir otaqda yatmış qardaş-bacılarına və qonşu otaqda yatmış valideynlərinə hiss etdirmədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Eyni bir şəkildə dəfələrlə təkrarlanaraq davam etmiş həmin hadisələr zamanı Zərərçəkmiş şəxs Məhkum qarşı hər hansı bir formada heç bir müqavimət göstərməmiş, sifətini, bədənini, paltarını cırmaqlamamış, ona qarşı Məhkum tərəfindən edilmiş zorakılığın ardıcıl şəraitdə davam etməsinə imkan yaratmışdır. Beləcə, Zərərçə kmiş şəxs Məhkumla münasibətini uzun müddət valideynlərindən gizli saxlamış, lakin 2018-ci il iyun ayının 5-dən 6-na keçən gecə Məhkum sərxoş vəziyyətdə olmaqla pəncərədən Zərərçəkmiş şəxs yatdığı otağa daxil olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs yatağında yatıb qaldığından, evi tərk etmədiyindən, Zərərçəkmiş şəxs çarəsiz, çıxılmaz vəziyyətdə qalaraq, həmçinin belə bir vəziyyətdə artıq işin üzünün açılacağını dərk etdiyindən məcburən valideynlərinin yatdıqları otağa getmiş, onları yuxudan oyatmaqla Məhkum onun çarpayısında yatıb qaldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertzasının rəyindən də görünür ki, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və əqli inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkət lərin xarakteri və mənasını anlaya bilərdi və özünün psixi, yaş, fərdi-psixi xüsusiyyətləri, əqli inkişafı və emosional halından asılı olaraq Məhkum müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə-tibb ekspertizasının Zərərçəkmiş şəxsnnın arxa keçəçəyində qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət və xəsarət aşkar edilməməsi barədə xx xxxx 2018-ci il tarixli, 80 nömrəli rəyi işin faktiki hallarına uyğun deyildir və buna görə sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, hadisənin baş vermə şəraitini, inkişaf dinamikasını, Zərərçəkmiş şəxs ona qarşı Məhkum tərəfindən seksual xarakterli hərəkətlərin edilməsi zamanı və sonrakı davranışlarını tədqiq edərək əldə etdiyi təkzibedilm əz sübutlara əsaslanaraq təqsirləndirilən şəxs Məhkum onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətləri Zərərçəkmiş şəxs özünün razılığı ilə etməsi, bu zaman ona qarşı zor tədbiq edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, cinayət işində mövcud olan digər dəlilləri müqayisəli şəkildə təhlil və tədqiq edərək birinci instansiya məhkəməsinin qərarını əsaslı olaraq qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən 152.2-ci maddəsinə tövsif edilməsin ə dair qəbul edilmiş qərarı əsaslı hesab edir, iş üzrə gəlinən yekun nəticə işin faktiki hallarına uyğundur, iş materiallarında mövcud olan dəlillərlə tam uzlaşır və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Göstərilənlərə əsasən kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız ol duğundan kassasiya protesti və kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar