Məhkəmə qərarları › İş №1(102)-752/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-752/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-752/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Əliyeva X Nurəddin qızının müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 1(103)-676/2024 nömrəli hökmündən Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xəta i Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(011)426/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim S.S.Hacıyeva) xx xxxxxx 1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş, Zərərçəkmiş şəxs döyülməsi faktı ilə bağlı inzibati qaydada araşdırmanın aparılması üçün materiallar Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Hökmdən dövlət ittihamçısı Abdullayeva Gülüstan Hümmət qızı tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəf indən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən İ.A.İbrahimli, hakimlər Ə.N.Ələkbərov və Z.N.Hüseynovdan ibarət tərkibdə) 07 oktyabr 2024-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı Abdullayeva Gülüstan Hümmət qızının apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(011)-426/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli hökmündən Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Yekun protokola əsasən, Məhkum aralarında yaranmış münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən 21 saylı evin 136 saylı mənzilinin qonaq otağında sonuncuya əvvəllər borc qismində verdiyi 18.000 manat məbləğində pulu geri qaytarmamasını irad bildirməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən əl zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək ona başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlu birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müraciət müəllifləri iddia edirlər ki, bəraət hökmündən verilmiş apellyas iya protestinə və apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi işdə olan ziddiyyətli məqamları təqsirli şəxsin ziyanına şərh etmiş, məhkəmə yekun məhkəmə aktında yolverilməz sübutlara əsaslanmış və mövcud sübutlara düzgün qiymət verməmişdir. Kassatorlar sadalanan hallardan çıxış edərək Məhkum heç bir cinayət törətmədiyi halda əsassız olaraq CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğunu qeyd edirlər. Məhkum və müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudl arını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən ed ir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlu birgə verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasl ar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlunun birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tö rədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün Məhkum barəsindəki cinayət işinin materiallarına müraciət etməyi və bir sıra sübutları qanunvericiliyin tələblərinə əsaslanmaqla şərh etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində və məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 20 ildən çoxdur ki, Lənkəran şəhərindən tanıyır. Təxminən 7 ildir ki, X ondan borca pul alır və vaxtında ödəyir. Sonuncu dəfə 10 gün bundan əvvəl ondan 3.000 manat pul almış və beləliklə borcu 18.000 manata çatmışdır. Hər gün X onun kart hesabına 25 manat pul göndərirdi. X xx.xx.2023-cü il tarixdə günorta saatlarında ona zəng edərək onunla danışmaq istədiyini bildirmiş və onu yaşadığı mənzilə dəvət etmiş, X də ora getmişdir. Mənzilin qonaq otağında ikisi arasında gedən söhbət zamanı X ona borcunu qaytara bilmədiyini, vəkil tutacağını və vəkili ilə onunla söhbət edəcəyini bildirmişdir. O da bu sözdən çox əsəbiləşmiş, qonaq otağının divanının üstündə əyləşdikləri vaxt onun saçından tutub başından və bədəninin müxtəlif nahiyələrindən əlləriylə vurmağa başlamışdır. X ayağa qalxıb kənara çəkilmiş, X onunla razılığa gəlməyəcəyini görüb oradan çıxıb getmişdir. Aralarındakı mübahisə 10-15 dəqiqə ərzində, onun X vurması isə 1-2 dəqiqə ərzində baş vermişdir. O, Xi döydüyü vaxt mənzildə ikisindən başqa heç kim olmamışdır. Mübahisə zamanı Xi vursa da, ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Məhkum 2015-ci ildən bəri həmyerlisi kimi tanıyır. Aralarında münasibət normal olmuşdur, belə ki, o, X hissə-hissə olmaqla 18.000 manat borc pul almışdır. 16 iyun 2023-cü il tarixdə günorta saatlarında Xyə zəng edərək ona olan borcunu ödəyə bilmədiyini, onlara gələrək bu mövzu barədə danışmalı olduqlarını bildirmişdir. Belə olduğu halda təxminən saat 20:00 radələrində X onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 21, birinci mərtəbədə yerləşən 136 saylı mənzilə gəlmiş və onlar qonaq otağında söhbət etməyə başlamışdırlar. Ona ayda 750 manat verə biləcəyini bildirmiş, X isə iyun ayının 20nə kimi 18.000 manatını qaytarmağını təl əb etmişdir. Zərərçəkmiş şəxs də belə olduğu halda vəkillə danışdığını, görüşüb birlikdə söhbət etmələrini bildirmişdir. X bu dediyindən sonra əsəbləşmiş və onun saçından tutaraq başından və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, Xnin əlindən çıxmaq üçün ayağa qalxmış və kənara çəkilmiş, X isə onu nalayiq sözlərlə təhqir etməkdə davam etmiş və bir neçə dəqiqə sonra çıxıb getmişdir. Aralarındakı mübahisə 10-15 dəqiqə, Xnin onu vurmağı isə 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı yanlarında heç kim olmamış, sadəcə balaca qızı otaqda ağlayırmış. X getdikdən sonra DİN-in 102 Xidmətinə hadisə barəsində məlumat vermişdir. Uşaqları üçün evində quraşdırdığı kameralara həmin hadisə qeydə alınmış, tərəfindən iş materiallarına əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, vide ogörüntüdə endirilən zərbələrdən başqa, ona başqa xəsarətlər yetirilməmişdir. Halhazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Məhkum ilə barışmamışdır. Ona qarşı şikayətçidir. Odur ki, onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 680 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığı n qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 461/MEŞ saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları müəyyən edildi. Ayrı-ayrılıqda dərəcəsinə görə başın sağ təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol saidin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kə nar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Birinci instansiya məhkəmə iclasında ekspert qismində dindirilmiş X bildirmişdir ki, ekspertiza rəyi videogörüntülər əsasında verilə bilməz. Xəsarətlə bağlı rəy canlı şəxsin tədqiqi ilə keçirilə bilər. Rəydə sağ ya sol sözləri bəzən texniki olaraq yanlış qeyd edilə bilər. O vermiş olduğu rəyin doğruluğunu təsdiq edir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə Məhkum ona xəsarət yetirməsini əks etdirən videogörüntülər təqdim edilmiş, tərəflərin iştirakı ilə həmin videogörüntülər tədqiq edilmiş və keçirilmiş baxış nəticəsində Məhkum Zərərçəkmiş şəxs saçını yolması və onun başının sol təpə-gicgah hissəsindən bir neçə dəfə vurması halı öz təsdiqini tapdığı halda, Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyəsinə hər hansısa bir xəsarət yetirilməsi halı müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 680 saylı, xx.xx.2023-cü il tarixli və 461/MEŞ saylı, xx.xx.2023-cü il tarixli rəylərinə çıxış edərək Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən yalnız sağ təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması, qeyd olunan xəsarətlərin məhz Məhkum tərəfindən yetirilməsinin təqdim edilmiş videogörüntülərlə öz təsdiqini tapmaması haqqında nəticəyə gəlib, yekunda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Verilmiş apellyasiya müraciətləri əsasında işə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmamış, məhkəmənin cinayət işi üzrə obyektiv araşdırmanın təmin etməməsinə, yekun nəticənin işin faktiki hallarına və hadisənin görüntülərinə uyğun olmamasına istinad edərək, bəraət hökmünü ləğv etmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktına diqqət etdikdə qeyd olunan nəticənin hasil olmasına əsas məhkəmə baxışı zamanı dindirilmiş ekspert X9 vermiş olduğu məlumatlar və məhkə mə tərəfindən tədqiq edilmiş videogörüntülər olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı dindirilmiş ekspert X10 hadisənin videogörüntüləri olan CD diskə baxış keçirildikdən sonra ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər, yəni onun başının sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi onun saçlarının dartılması (yolunması) nəticəsində də əmələ gələ bilər. Əlavə olaraq sualları cavablandırarkən ekspert qeyd olunan video-görüntüdən Məhkum tərəfindən Zərərçəkmiş şəxs vurulan çox saylı zərbələrin sağ təpə-gicgah nahiyəsindən dəyməsi və zərərçəkmiş şəxsin saçlarının dartılması halının istisna olunmamasını bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına ekspert X9 məhk əmə iclasında səsləndirdiyi fikirlərin az bir hissəsi daxil edilmişdir. X13 ekspertiza təyin olunarkən ona hər hansı video təqdim edilməməsi, zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri başqa yerdə də ala bilməsi, bununla bağlı təhqiqatçının ekspert qarşısında əlavə suallar qoyması, həmçinin ola bilməz ki, xəsarət solda olsun o isə sağda yazsın kimi səsləndirdiyi fikirlər məhkəmə aktına daxil edilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin hadisəni əks etdirən videogörüntülərə ekspert X11 ilə baxış keçirməklə paralel olaraq sonuncuya hadisənin mexanizmi ilə bağlı suallar verməsi özü özülüyündə başa düşülməzdir. Belə ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs yetirilən zərbələrin sonuncunun sağ və ya sol təpə-gicgah nahiyəsindən dəyməsinin müəyyən edilməsi bilavasitə məh kəmənin özü tərəfindən baxılıb həll edilməli olan məsələ olduğu halda, məhkəmə bunu sanki xüsusi biliklər tələb edən hal kimi dəyərləndirmişdir (sübutun həkim-ekspert tərəfindən tədqiq edilib qiymətləndirilməsi kimi). Bununla apellyasiya məhkəməsi tərəfin təqdim etdiyi və təqsirləndirilən şəxsi ifşa və ya bəraət qazandıran sübutun tədqiq, təhlil və qiymət verilməsi baxımından cinayət prosessual qanunvericiliyinin tələbləri ilə uzlaşmayan prosessual hərəkətlərə yol vermişdir. Əslində apellyasiya məhkəməsinin hadisəni əks etdirən videogörüntülərə ekspert X11 ilə baxış keçirməklə hüquqi məsələyə münasibətdə sonuncudan sanki məsləhət alması özü özlüyündə məhkəmədə Məhkum təqsirliliyi ilə bağlı qəti hüquqi mövqeyin formalaşmamasına, qeyd olunan videogörüntülərdə təqsirləndirilən şəxsin təqsirli liyinə dair aradan qaldırıla bilinməyən şübhələrin mövcud olmasına dəlalət edir ki, belə vəziyyətdə apellyasiya məhkəməsi video görüntülərdə əks olunanları Məhkum ziyanına deyil sonuncunun xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməli idi. Apellyasiya məhkəməsi həmçinin ekspert X9 məhkəmə iclasında səsləndirdiyi Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin, yəni onun başının sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi onun saçlarının dartılması (yolunması) nəticəsində də əmələ gələ bilərdi ifadəsindən çıxış edərək, Məhkum Zərərçəkmiş şəxs saçından tutulub dartılmasının sonuncuya münasibətdə ittihamda göstərilən xəsarətin əmələ gəlməsinə əsas verən hal kimi dəyərləndirmişdir. Apellyasiya məhkəməsinin hasil etdiyi nət icəyə münasibətdə kollegiya qeyd edir ki, hadisənin ardıcıllığı ilə bağlı həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunan şəxs Məhkum Zərərçəkmiş şəxs saçından tutulub dartılması ilə bağlı ifadələr versələr də, Məhkum elan olunmuş ittihamda qeyd olunan mexanizm nəticəsində zərərçəkmiş şəxsə (həmçinin apellyasiya instansiyası məhkəməsinin işin hallarına dair gəldiyi nəticəyə) yüngül xəsarətin yetirilməsi öz əksini tapmamışdır. Belə ki, elan edilmiş ittihamın məzmuna görə, Məhkum Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı qəsdən əl zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək ona başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sol saidin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Eyni ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 680 saylı, xx.xx.2023-cü il tarixli və 461/MEŞ saylı, xx.xx.2023-cü il tarixli rəylərindən görünür ki, xəsarətlər dartılma nəticəsində deyil, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Göründüyü kimi apellyasiya məhkəməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın faktiki məzmunundan kənara çıxaraq, ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar daxil (göstərilən xəsarətin Zərərçəkmiş şəxs saçının dartılması ilə alınmasına münasibətdə) etmişdir ki, bu da əməlin hüquqi tövsifini dəyişməsə də, fakt iki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə əsas olmuşdur. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəməd ə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Məhkəmə kollegiyası hesab edir ki, ittihamın məzmununun bu şəkildə dəyişdirilməsi Məhkum müdafiə hüququnun pozulmasına səbəb olmaqla yanaşı, faktiki hallara münasibətdə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittiham kimi dəyərləndirilməlidir. Belə olan halda apellyasiya məhkəməsinin belə dəyişikliyə yol verməsi - cinayət-prosessual qanunun məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələbləri ilə uzlaşmayan nəticə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə qənaətə gələrkən həm ehtimal xarakterli hallara, həm bu halların arxa sında dayanan ziddiyyətli sübutlara əsaslanmış, heç bir araşdırma aparmadan, mövcud ziddiyyətləri aradan qaldırmadan, araşdırılmış sübutların məhkumun təqsirli bilinməsi üçün kifayət edib-etməməsi, onların mötəbər nəticəyə gəlməyə imkan verib-verməməsi məsələlərini nəzərdən keçirməmişdir. Belə olan halda Məhkum Zərərçəkmiş şəxs başın sağ təpə-gicgah nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi ilə nəticələnən bədən xəsarəti yetirməsini təsdiq edən sübutlar olmadığı vəziyyətdə apellyasiya məhkəməsinin X Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması barədə nəticəyə gəlməsi cinayət-prosessual qanunun təqsirsizlik prezumpsiyası prinsipinin, sübutların tədqiqinə, hökmün əsaslılığına dair qaydaların pozuntusu kimi özünü göstərir. Məhkəmə kollegiyası belə nəticəyə gəl ərkən cinayət-mühakimə icraatını tənzimləyən prinsip və şərtlər nəzərdə tutulmuş qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrinə əsaslanır. İlki növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəalar ı həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsini n Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsas ən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusion tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqla r haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhk əmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılm ası imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qəra rı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndiril ən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməl idir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan q alması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü tək zib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsi rin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezump siyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqed ici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsi də əsaslılığını aşağıdakı tələblərə cavab verməsi ilə şərtləndirmişdir: m əhkəmə hökmünün • məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır; • bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməlidir; • məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin bir sıra məsələlər üzrə verdikləri şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında tərəflərin təqdim etdikləri mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməkl ə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə apellyasiya instansiya məhkəməsinin Məhkum barəsində çıxardığı ittiham hökmünü yoxladıqda, həmin y ekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Bu baxımdan, məhkəmə kollegiyası təsvir olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb ed ən sübutların tədqiqindən əsassız olaraq imtina etməklə, sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməməklə məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermiş və Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində əsassız olaraq ittiham hökmü çıxarmışdır. Buna görə, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərini əsaslı və qəbul edilən sayıb bu dəlillərlə razılaşaq hesab edir ki, həmin şikayət təmin edilməklə (kassasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə bəraət hökmünün çıxarılması səlahiyyəti prosessual qanunvericilikdə nəzərdə tutulmadığına görə) Məhkum ittiham olunduğu (təqsirli bilindiy i) cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli hökmü ləğv edilməli və cinayət işinin icraatına bu əsasla, yəni CPM-in 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilməlidir. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. təqsirliliyinin sübuta Həmin Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 419.10.3-cü maddəsinin tələblərindən görünür ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasının nəticələri üzrə qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və ci nayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, həmin şikayətin təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum CMin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli hökmü ləğv edilməli, onun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata isə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasl anaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Hacıyev Vüqar Oqtay oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli, 1(103)-676/2024 nömrəli hökmü ləğv edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar