Məhkəmə qərarları › İş №1(102)-753/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-753/2018

24.05.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-753/2018 24.05.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-753/2018 AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 24 may 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X4 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, məhkumun müdafiəçisi A və zərərçəkmiş şəxs X1 iştirakları ilə, Bakı Ağlr Cinayətlər Məhkəməsinin xx xx 2016- cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 128 və 134-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi A tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli, 1(101)-xx/2016 saylı hökmü ilə (sədrlik edən hakim Fikrət Qəribov, hakimlər Əfqan Hacıyev və Faiq Qəniyevdən ibarət tərkibdə), Məhkum, xx xxxx 1986-cı ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, orta təhsilli, fərdi işlə məşğul olmuş, hərbi mükəlləfiyyətli, əvvə llər məhkum olunmamış, Füzuli rayonunun Horadiz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan1 yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 128 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 60 və 63.3-cü maddələri tətbiq olunmaqla CM-nin 29,120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM- nin 128-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 134-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyi n edilmişdir. Hökmdən dövlət ittihamçısı Anar Tanverdiyev tərəfindən verilən apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Vüqar Məmmədovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra hökmdən müdafiəçi X6 xx xx 2017-ci il tarixdə apellyasiya şikayəti və eyni zamanda xx xx 2017-ci ildə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən müdafiəçi X3 verdiyi apel lyasiya şikayətinin buraxılma müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Həmin qərardan məhkumun müdafiəçisi A.Ə.Rəsulov tərəfindən verilmiş apellyasiya şikayətinə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirpaşa Hüseynov, hakimlər Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi A.Ə.Rəsulov tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi A.Ə.Rəsulov kassasiya şikayətini əsaslandıraraq qeyd etmi şdir ki, birinci instansiya məhkəməsi özünün qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, "Məhkum barəsində çıxarılan xx xx 2016-cı il tarixli ittiham hökmünün surəti ona xx xx 2016-cı il tarixdə göndərilmiş, məhkum hökmün surətini xx xx 2016-cı il tarixdə almış və ona həmin hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Bu əsasla da məhkəmə vəsatətində buraxılmış müddətin bərpa edilməsi üçün göstərdiyi səbəbləri araşdırmadan və yoxlamadan vəsatətini təmin etməmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi özündən əvvəlki məhkəmə kimi hadisənin Məhkum və onun yaxın qohumları arasında baş verməsi, həmin hadisənin davamı kimi aralarında olan yaxın qohumluq münasibətləri pozulması,məhkəmə istin taqında məhkəmə qərarı əsasında işə cəlb edilmiş müdafiəçi vəkil tərəfindən birinci instansiya məhkəməsi çərçivəsində üzərinə düşən müdafiə funksiyalarını ədalət mühakiməsinin sonunacan yerinə yetirməməsi, özünün isə azadlıqdan məhrum etmə yerində olması və baş vermiş hadisə nəticəsində ailə ilə münasibətlərin qırılmasının nəticəsi olaraq çaşqınlıq içində olması bu səbəbdən də apellyasiya şikayətini müdafiəçisi tərəfindən verilib - verilməməsi halını nəzarətdə saxlaya bilməməsi ilə bağlı dəlillərini yoxlamamışdır. Kassator yuxarıda göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini və yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Ko llegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Aun, zərərçəkmiş şəxs İntizar Məhərrəmovanın və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İlkin Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsiin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq inin düzgünlüyünü yoxlayır. Kassator kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin əsassız olaraq bərpa edilməməsini vurğulayaraq apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) tələblərinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut lar bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi hüquqlarına malik olması barədə səlahiyyətlərini təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı ilə Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən müdafiəçi X3 verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin olunmamışdır. Həmin qərardan məhkumun müdafiəçisi A.Ə.Rəsulov tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəmə si öz qərarında Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1, 128 və 134-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağlr Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən müdafiəçi X3 verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməsi üçün hər hansı bir halın müəyyən edilmədiyi qənaətinə gəlmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı dəyişdirmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi məqbul hesab edir: Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəm ənin digər qərarının elan olunduğu andan 20 gün müdətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin xx xx 2016-cı il tarixli protokolundan görünür ki, məhkum F.Məmmə dov və müdafiəçisi T.Nəsirov birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş və hökm elan olunduqdan sonra məhkuma hökmdən şikayət vermə müddəti və qaydası izah edilmişdir. (cild 3, iş vərəqə 63) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, hökmdən elan edildiyi (hökm məhkuma verildiyi vaxtdan) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ izah edilmişdir. Bundan başqa, iş materiallarında olan qəbzlərdən görünür ki, müdafiəçi T.Nəsirov hökmün surətini xx xx 2016-cı il tarixdə almış və qəbzi imzalamış, Məhkum isə xx xx 2016cı il tarixdə hökmün surətini almış və qəbzi imzalamışdır. (cild 3, iş vərəqə 84, 85) Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmünün surətini xx xx 2016-cı il tarixdə almasına baxmayaraq o, həmin hökmdən xx xx 2017-ci il tarixdə vermiş ( 01 (bir) il 02 (iki) aydan artıq vaxt keçdikdən sonra), apellyasiya şikayəti vermə müddəti isə xx xx 2016-cı il tarixdə bitmişdir. (cild 3, iş vərəqə 185). Məhkəmə kollegiyası belə hesab edir ki, işə baxan məhkəmələr haqlı olaraq buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərar qəbul etmişlər. Belə ki, işin materiallarından görünür ki, Məhkum qərardan apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyindən qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiya sı işinmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum müdafiəçisi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCinayət-Prosessual Məcəlləsinin 419.10.1-cimaddəsinirəhbərtutaraq,məhkəməkollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi A.Ə.Rəsulovun kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 128 və 134-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Ağır C inayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmaması barədə həmin Məhkəmənin xx xx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar