Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-753/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-c ü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Nəcəfova Şövkət Hüseyn qızı) xx xxxxxx 1963-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən,məhkumluğu olunmayan, ünvan1-də qeydiyyatda olmaqla, ünvan2-də yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasə n işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) xx xxxxxx 2020ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etm ə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Dövlət Gömrük Komitəsinə 4000050000 manat pul müqabilində bir ay müddətində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Alatava adlanan ərazidə 5000 manat pulunu, 2017-ci ilin noyabr ayının əvvəllərində isə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qəbələ” yeməkxanasında 5000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində olan xeyli miqdarda maddi ziyan vurmaqla dələduzlu q etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. 2017-ci ilin oktyabr ayında o, Babəkdən 5.000 (beş min) manat, bir aydan sonra isə yenə 5.000 (beş min) manat borc pul almış, üç ay ərzində Zərərçəkmiş şəxs 5.000 (beş min) manat borcu vaxtında qaytarmış, 5.000 (beş min) manatı isə gecikdiyindən vaxtında qaytara bilməmişdir. Belə olduqda Zərərçəkmiş şəxs onun həmin pulu qaytarmaq istəməməsi qənaətinə gələrək Abşeron rayon Polis Şöbəsində guya işə düzəltmək adı altında ondan pul alması barədə şikayət ərizəsi yazmışdır. Saxta və formal məhkəmə istintaqı üç nəfərdən ibarət cinayət işi altı ay ərzində davam etmişdir. Cinayət işi materiallarında formal olaraq bir nəfər zə rərçəkmiş, bir məhkum, bir nəfər də guya şahid qismində iştirak etmişdir. O şahid ki, nə zaman polis şöbəsində olmuşdur, ifadəsində nələri qeyd etməsi bəlli deyil. Həmin şahid ümumiyyətlə heç bir məhkəməyə gəlməmişdir. O, özü yüksək vəzifələrdə olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi barədə az-çox məlumatı vardır. Ona məlumdur ki, hərbi xidmətdə olmayan bir şəxsin dövlət strukturlarında işə qəbulu düzgün deyil. Onun bunu bilə-bilə həmin şəxsdən işə düzəltmək adı ilə pul alması ağlabatan deyil. Odur ki, göstərilənləri, bu çətin iqtisadi vəziyyətdə təqaüd almamasını, səhhətini, keçmiş polis əməkdaşı, “Qarabağ müharibəsi veteran” olmasını, ailəsini dolandıra biləcək başqa gəlir yerinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 5.000 manatını tam ödədiyini nəzərə almaqla, ona təyin edilmiş cəza olduqca ağır və ədalətsiz olduğundan barəsindəki apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi, işin üçün mühüm əhəmiyyət kəcb edən sübutun tədqiqindən əsassız imtina etməsi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımı ndan düzgün qiymətləndirilməməsinə, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməsinə, məhkəmələrin CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsinə istinad edilərək bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, kollegiya mudafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. İlkin olaraq işə baxan Abşeron Rayon Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, Abşeron Rayon Polis İdarəsin in İstintaq Şöbəsinin müstəntiqinin ifadəsi və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuş şahid ifadəsi ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Abşeron Rayon Məhkəməsi şəxsin təqsirliliyi barədə yekun nəticəyə gələrkən belə qənaətə gəlmişdir ki, “...təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışı dövründə də zərərçəkmiş şəxsi aldatmaqla öz müdafiəsi üçün uydurduğu mətndə kompüter vasitəsilə yazılaraq çap edilmiş hazır ərizəni so nuncuya imzaladıb müdafiəçisi vasitəsi ilə məhkəməyə təqdim etməsi və ona məhkəməyə gəlməməsinə təsir etməsi bir daha onun qeyri səmimiliyindən və cinayət məsuliyyətindən yayınmaq üçün aldadıcı üsullara əl atmasından xəbər verir...”. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində eyni ilə kassasiya şikayətində göstərdiyi dəlilləri, hər hansı dələduzluq cinayətinə yol vermədiyini qeyd edib, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmaları zamanı onun təqsirliliyini təsdiq edən hər hansı bir sübutun müəyyən edilmədiyini qeyd etməklə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında həmin dəlilləri əsassız hesab edərək məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliyi şübhə doğurmayan cinayət işinin materiallarında olan sübutlar toplusu ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, “....birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum məhkəmədəki ifadəsinə tənqidi yanaşmış, həmin ifadələrin özünün müdafiəsinə yönəlməklə, məsuliyyətdən əsassız olaraq azad edilməsi məqsədi daşıması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hökmdə Məhkum Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, sonuncunu Dövlət Gömrük Komitəsinə bir ay müddətində işə düzəldəcəyinə inandırıb aldadaraq 10000 manat pulunu ələ keçirib dələduzluq etməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. İşdə məhkumun Zərərçəkmiş şəxs məxsus 10000 manat pulu dələduzluq niyyəti ilə ələ keçirməsi faktını təsdiq edən kifayət qədər sübutlar vardır. Beləliklə, məhkəmə kollegiyası Məhkum ittihamını sübut olunmuş hesab edir və iş üzrə çıxarılmış hökmün ləğv olunması, yaxud dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir....”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsin in qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq itti hamın təsdiqi barədə yekun nəticəyə gəlmək üçün kifayət hesab etdikləri sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu, məhkəmələr həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, müm künlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutların təhlil olunması və bir-biri i lə müqayisə edilməsi, yeni sübutların toplanması, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyinin müəyyənləşdirilirməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi kimi müəyyən etmişdir. Belə ki, məhkəmələrin şəxsin ittiham olunmuş əməlin törədilməsində təqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün istinad etdiyi sübutlar Zərərçəkmiş şəxs ifadəsi, birinci instansiya məhkəməsində məhkəmə iclasında dindirilmiş şahid – Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi (üzləşdirmə faktının təsdiqinə dair) ifadəsi və məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid X1 ifadəsindən ibarətdir. Məhkum isə həm birinci instansiya, həm də apellyasiya məhkəmə baxışında oxşar məzmunlu ifadələr verərək ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Həmin ifadələrdə şikayətə uyğun dəlillərə istinad edərək, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini, həmin cinayət əməlini törətmədiyini, yuxarıda qeyd olunan pul məbləğini zərərçəkmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə deyil, şəxsi məqsədləri üçün borc kimi aldığını qeyd etmişdir. Bundan əlavə müdafiə tərəfi məhkəmə baxışında Zərərçəkmiş şəxs notarial təsdiq olunmuş borc alınması faktını təsdiq edən etitaf ərizəsini təqdim etmiş, Zərərçəkmiş şəxs isə ərizə barədə verilən suallara cavab olaraq göstərmişdir ki, Məhkum məhkəmə dövründə ona dəyən ziyanın qalan hissəsini ödəməsi, yaxın qohumlarına və dostlarına dəfələrlə zəng edib xahiş etməsi ilə əlaqədar hakim köməkçisi kimi özünü təqdim etmiş şəxs tərəfindən kompüter vasitəsi ilə yazılmış hazır bir ərizə ona təqdim olunaraq işin bağlanması üçün qaydanın belə olduğunu bildirdiyindən ona inanaraq həmin ərizəyə imza atmışdır. Həmin ərizənin mətni barədə heç bir məlumatı olmamış və yalnız məhkəmədə onun mətni ilə tanış olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları prosessual qanunvericiliyin tələbləri baxımından dəyərləndirərək qeyd edir ki, Cinayət Prosessual Мəcəlləsinin 124.1ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbə yinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyinə görə məhkəmənin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə yeganə şahid kimi X1 məhkəmə baxışına gəlməmiş, məhkəmə onun məhkəmə baxışına məcburi gətirilməsi barədə qərar vermiş, şahidin yeri məlum olmadığı üçün qərar icra olunmamış, məhkəmədə X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan olunmaqla tədqiq edərək şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi istinad etmişdir. Lakin həm iş materiallarına, həm də şikayətlərin dəlillərinə əsasən müəyyən olunur ki, məhkum iş üzrə yeganə şahid X1 ifadələrini mötəbərliyi baxımından mübahisələndirərək həmin şəxsin belə bir ifadə vermədiyini qeyd etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM-ə 19.4.5-ci maddə) təqsirləndirlən şəxsin əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirilməsinin təmin edilməsini təqsirləndirilən şəxsin hüququ kim i müəyyən etməklə məhkəmə üzərinə vəzifə kimi qoymuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin müvafiq hissələrində deyilir: “
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq”. Eyni zamanda prosessual qanunvericilik ifadələrin elan olunması institutuna da müəyyən etmiş və Cinayət-Prosessual Məcəllənin 329.1-ci maddəsidə göstərmişdir ki, “şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audioyazısının səsləndirilməsinə, video və kino çəkilişin göstərilməsinə yalnız şahidi n məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir”. Maddənin mətnində istinad olunan cinayət-prosessual qanunun 327.1-ci maddəsi göstərilən əsasdan başqa şahidin əvvəl vermiş olduğu ifadəsinin daha iki halda məhkəmədə elan edilməsini ehtiva edir: -şahid məhkəmədə ifadə verməkdən imtina etdikdə (maddə 327.1.1); -şahidin əvvəl vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (maddə 327.1.3). Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1-ci maddələrini CPM-in 19.4.5-ci maddəsi ilə birlikdə götürülməklə təfsir etdikdə aydın olur ki, cinayət-prosessual qanunun 19.4.5-ci maddəsi ümumi qaydanı nəzərdə tutur, 329.1 və 327.1-ci maddələri isə həmin qaydadan, yəni təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri bilavasitə məhkəmədə dindirmək hüququndan istisnaları müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi də Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin tətbiqi məsələlərinə həsr olunmuş bir çox qərarlarında, o cümlədən “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı iş” üzrə xx xxxxxx 2011-ci il tarixli, “Matisına Rusiyaya qarşı iş” üzrə xx xxxx 2014-cü il tarixli, “Scholer Almaniyaya qarşı iş” üzrə xx xxxxxx 2014-cü il tarixli, “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə xx xxxxxx 2014-cü il tarixli, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrə xx xxxxx 2013cü il tarixli qərarlarda təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüququndan istisnaları yolverilən s ayır, lakin bu zaman təqsirləndirilən şəxsin müdafiə hüququnun gözlənilməsini, məhkəmə araşdırmasının ədalətliliyinin təmin olunmasını vazkeçilməz şərtlər kimi irəli sürür. Avropa Məhkəməsinə görə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarın tələblərinə əməl olunmalıdır. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini gerçəkdən də istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi hər hansı səbəblə bağlı olursa-olsun işə baxan məhkəmə şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməlidir. Bu tələb Avropa Məhkəməsinin “Yevgeniy İvanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında da təkrarladığı, birinci meyarla üzvü surətdə bağlı olan bir standartdır. İkinci meyar məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən ittihamın əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə hətta şahidin məhkəməyə gəlməməsinin üzürlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmə də dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təmintalarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Məhkəmə bir sıra, o cümlədən “Əl Havaya və Taheri Birləşmiş Krallığa qarşı”, “Matisina Rusiyaya qarşı” iş üzrə qərarlarında bəyan etmişdir ki, müdafiə tərəfinə şahidin məhkəmə iclasında dindirilməsindən irəli gələn itkilərini kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədələtlə və dərindən yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırlmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən də istifadə oluna bilər. Beləliklə, məhkəməyə gəlməyən şahidinin ifadəsi ilə hökmün əsaslandırılması məsələsinin müqayisə edilməli olduğu üçüncü meyar müdafiə tərəfinin itkilərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Yəni, araşdırılmalıdır ki, məhkəməyə gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini sübut kimi qəbul edən məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə hüququnun itkilərini kompensasiya etmək, beləliklə də, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görmüşdürmü? Sözügedən ü ç meyar barəsində Avropa Məhkəməsinin hüquqi mövqeyini “Evgeniy İvanov Rusiyaya qarşı iş” üzrə qərarında əksini tapmış aşağıdakı müddəalardan görmək olar: 41.... Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “d” yarımbəndi belə qayda nəzərdə tutur ki, cinayət prosesinin çəkişməli xarakterinin təmin edilməsi üçün şəxsin təqsirli bilinməsindən əvvəl bütün sübutlar onun iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu qaydadan istisnalar mümkündür, lakin onlar təqsirləndirilən şəxsə ifadəni mübahisələndirmək, ona qarşı ifadə vermiş şahidi ifadə verdiyi anda və yaxud prosesin daha sonrakı mərhələlərində dindirmək üçün adekvat və səmərəli imkanın yaradılmasını ehtiva edən müdafiə hüququnu məhdudlaşdırmamalıdır.
42. Yuxarıdakı ümumi qaydadan iki tələb irəli gəlir. Birincisi, şahidin məh kəməyə gəlməməsinin üzrlü səbəbi olmalıdır. İkincisi, ittiham yalnız və yaxud əsasən təqsirləndirilən şəxsin ibtidai istintaqda və yaxud məhkəmədə dindirə bilmədiyi şəxsin ifadələrinə əsaslanarsa, müdafiə tərəfinin hüquqları Konvensiyanın 6-cı maddəsinin nəzərdə tutduğu təminatlarla bir araya sığmayan həddə məhdudlaşa bilər.
43. Bununla belə, hətta elan edilmiş ifadə təqsirləndirilən şəxsə qarşı yeganə və yaxud həlledici sübut olarsa, onun sübut kimi qəbul edilməsi avtomatik olaraq 6-cı maddənin 1-ci bəndinin pozuntusunu yaratmayacaqdır. Lakin, ittiham yalnız və yaxud həlledici şəkildə məhkəməyə gəlməyən şahidlərin ifadələrinə əsaslandığı halda Məhkəmə bu ifadələri xüsusi tələbkarlıqla yoxlamalıdır. Hər iş üzrə araşdırılmalıdır ki, məhkəmələr tərəfindən bu cür ifadələrin etibarlı olub-olma masının ədalətli və lazımınca qiymətləndirilməsini təmin edə biləcək vasitələr də daxil olmaqla kifayət qədər tarazlaşdırıcı tədbirlər görülmüşdürmü? Belə vəziyyətlərdə həmin ifadələrin iş üçün əhəmiyyəti nəzərə alınaraq, yalnız etibarlılığı kifayət qədər müəyyən edilmiş ifadələr vasitəsi ilə ittiham hökmü əsaslandırıla bilər”. Lakin, Avropa Məhkəməsinə görə təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu gerçəkdən də istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü haldan irəli gəlmədikdə və yaxud bu cür halın mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsi ndən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, beləliklə də məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Baxılan cinayət işinin yuxarıda təsvir edilmiş hallarını qeyd olunan cinayətprosessual normalarla və Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisə etdikdə, hazırki işdə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahid X1 birinci və apellyasiya instansiyası məhkəmələrində dindirilmədikləri üçün, belə hüququ nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4.5-ci maddəsinin və ifadələrin elan edilməsinə yol verən halları təsbit edən C PM-in 329.1-ci maddəsinin tələblərinin pozulduğu, şərh olunan vəziyyətin Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci bəndi və 3-cü bəndinin (d) yarımbəndi, habelə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmadığı müəyyən olunur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkum və müdafiəçinin apellyasiya məhkəməsinin iclasında şahid X1 ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsini məhkəmənin mülahizəsinə buraxmaqla yanaşı ifadənin mümkünlüyünə etiraz etmələri şərh olunan hüququndan imtina etmənin birmənalı ifadəsi kimi qiymətləndirilə bilməz. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi sübutların tədqiqindən yuxarıda şərh olunan qaydada imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Kassasiya məhkəmə kollegiyası həmçinin məhkəmə iclasında ifadə vermiş Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X2 dindirilməsini CPM-nin 143-146-cı maddənin tələbləri baxımından qiymətləndirərək aşagıdakıları qeyd edir. Ümumiyyətlə qeyd edilən oxşar sübütun qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov Azərbaycana qarşı xx xxxxxx 2007-ci il tarixli, İrlandiya Birləşmiş Krallıqa qarşı 18 yanvar 1978-ci il məhkəmə qərarında, həmçinin bir sıra qərarlarda sübütları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübütetmə stadartını tətbiq ed ir. Belə ki, polis əməkdaşının (və ya istintaq aparan şəxsin) fəaliyyət göstərdiyi orqan və ya özü tərəfindən aparılan istintaq hərəkətlərinin və həqiqiliyinin təsdiqinə dair verdyi ifadələrinin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə müstəntiq ifadələr arasında ziddiyyəti nəzərə alıb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında ibtidai istintaq zamanı üzləşdirmə aparılmasını və digər istintaq hərəkətlərinin aparılmasını təmin etmişdir. Lakin nəzərə almaq lazımdır kı, müstəntiqin bu barədə məhkəmədə verdiyi ifadələr eyni zamanda məhz onun özünün fəaliyyətini qanuniliyini əks etdirən informasiya daşıyıçısıdır. Bu ifadə Məhkum verilmiş ittihamın əsasını təsdiq etməklə yanaşı, eyni zamanda, m üstəntiqin öz hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, müstəntiqin öz istintaq hərəkətlərinin qanuniliyinin təsdiqi kimi verdiyi ifadələrə eyni zamanada ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübüt kimi istinad olunması yuxarıda qeyd edilən standarda uyğun gəlmir. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı x xxxxx 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin “Məhkum məhkəmə baxışı dövründə də zərərçəkmiş şəxsi aldatmaqla öz müdafiəsi üçün uydurduğu mətndə kompüter vasitəsilə yazılaraq çap edilmiş hazır ərizəni sonuncuya imzaladıb müdafiəçisi vasitəsi ilə məhkəməyə təqdim etməsi və ona məhkəməyə gəlməməsinə təsir etməsi bir daha onun qeyri səmimiliyindən və cinayət məsuliyyətindən yayınmaq üçün aldadıcı üsullara əl atmasından xəbər verməsi....” barədə məhkəmənin gəldiyi nəticəni də əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs şəxsi ehtiyac üçün borc verdiyi Məhkum ona olan borcunun bütöv deyil bir hissəsini verdiyi üçün ondan əsəbi olaraq polis idarəsinə ərizə verdiyini, hazırda borcunu bütünlükdə ödədiyi üçün verdiyi ərizəsini geri götürdüyünü və ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nətic əyə gələrkən Zərərçəkmiş şəxs bu barədə verilən suallara cavab olaraq Məhkum ona vurduğu ziyanı ödəməsini, yaxın qohum və dostlarının ona zəng vuraraq xahiş etməsini, hakim köməkçisi kimi özünü təqdim etmiş şəxs tərəfindən komputer vasitəsi ilə yazılmış hazır bir ərizənin ona təqdim olunaraq ərizəyə imza atması, ərizənin məzmunundan xəbərdar olmamasına dair göstərdiklərinə istinad etmişdir. Sonradan apellyasiya məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Lakin məhkəmələr nəzərdən qaçırmışlar ki, Zərərçəkmiş şəxs ali təhsilli şəxsdir, onun yəni, notarial qaydada təsdiq olunmuş ərizə verən şəxsin şəxsiyyəti müəyyən olunaraq ərizədə qeyd edilmiş, ərizədəki imzanın həqiqiliyi Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş və həmin ərizə məhz notariusda tər tib olunmuşdur (bax QR kod, ərizə nömrəsi). Bu hal “hakim köməkçisi kimi özünü təqdim etmiş şəxs tərəfindən komputer vasitəsi ilə yazılmış hazır bir ərizənin ona təqdim olunmasına” dair zərərçəkmiş şəxsin söylədikiləri ilə tamamilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr qeyd edilən ziddiyyətli ifadələrə aydınlıq gətirməməklə yanaşı həmin ziddiyyətli hallları ittihamın xeyrinə şərh etmişlər. Halbuku Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrin ə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, məhkəmələr şəxsin barəsində ittihamedici hökm çıxararkən, sonradan apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan qərar qəbul edərkən şəxsin təqsirliliyi üçün kifayət hesab etdiyi bir neçə sübutu – yəni, zərərçəkmiş şəxsin ifadəsini, şahid – Polis İdarəsinin müstəntiqinin ifadəsini, bir nəfər şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəni elan etməklə qiymətləndirilməsi zamanı düzgün nəticəyə gəlməmiş, heç bir əlavə araşdırma aparmadan, əlavə sübutlar əldə etmədən, sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə prosessual qanunvericiliyin tələblərinə müvafiq qiymətləndirmə aparmadan şəxsin təqsirliliyi barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Bunlarla əlaqədar məhk əmə kollegiyası vurğulayır ki, ibtidai istintaq orqanının təqdim etdiyi, birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş məhdud sayda sübutlar, onlarda olan məlumatlar qeyd olunan pul məbləğinin Məhkum tərəfindən etibardan sui-istifadə və aldatma yolu ilə, zərərçəkmiş şəxsi işə düzəltmək adı ilə alması barədə qəti fikir söyləməyə əsas vermir. İstintaq orqanı kifayət qədər sübutlar əldə etməmişdir ki, həmin pul məbləğinin məhz zərərçəkmiş şəxsi işə düzəltmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alınmasını təsdiq etmiş olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən dələduzluq cinayətinin törədilməsi yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. İttiham hökmü isə mülahizələrə (ehtimallara) əsaslana bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ittihamın sübut edilməsində yaranmış və artıq aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirir. Belə şübhələr isə yuxarıda qeyd edilən qanunun tələbinə görə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Apellyasiya məhkəməsi isə qeyd olunanlara əhəmiyyət verməmiş, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, onlarla razılaşmadığının səbəblərini qərarda ətraflı göstərməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası iş üzrə sübutları kassasiya şikayətinin dəlilləri baxımından ətraflı təhlil edərək belə qənaətə gəlir ki, tədqiq olunmuş sübutların məcmusu Məhkum təqsirliliyini təsdiqi üçün kifayət deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Cinayət Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsinə görə kassasiya məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüs usi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək barədə qərar çıxara bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları (sübutların tətqiqindən əsassız imtina edilməsinə, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə və məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməsinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, qərarın və hökmün Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ləğv edilməsini, CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10. 3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilsin, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin. Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı barəsində tətbiq edilmiş məhdudiyyətlər dərhal ləğv edilsin.