Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-753/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 2007-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən, qanunsuz olara q özgə əmlakını talamaq məqsədilə 2022-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq 16 fevral 2023-cü il tarixədək olan müddət ərzində babası Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağından hər dəfə 100 manat olmaqla hissə-hissə 3.600 manat məbləğində pul vəsaiti vahid niyyətlə qəsdən, tamah niyyətilə, qanunsuz olaraq oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 3.600 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır.
3. Ağcabədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 26 aprel 2023-cü il tarixli, 1(017)-64/2023 nömrəli hökmü ilə Məhkum CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasının təyin edilməsi, təyin olunan ictimai işlər növündə cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə çəkməsi, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
4. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağcabə di rayon məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmünü cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi hakim), X3 və X4 ibarət məhkəmə tərkibində) 21 iyun 2023-cü il tarixli, 1(106)426/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-64/2023 nömrəli, 26 aprel 2023cü il tarixli hökmünün həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət i ttihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilmiş, lakin bu zaman Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməmiş, beləliklə də, məhkəmə tərəfindən cinayət qanununun normaları düzgün tətbiq olunmamışdır.
8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.9-cu maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz hə min maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini iddia edərək, mübahisələndirilən qərarın cinayət qanununun normasının düzgün tətbiq edilməsi məqsədi ilə ləğv edilib yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.9-cu maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasi ya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Belə ki, məhkəmə kollegiyası kassasiya protestinin cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsi barədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq səhvə yol vermiş, cəza məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cəza təyin edərkən mövcüd qaydalara düzgün riayət etməmiş, bununla da cinayət qan unu normasını düzgün tətbiq etməmişdir.
19. Belə ki, cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum xx xxx 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşma çatmayan şəxs hesab olunur.
20. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
21. Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 1(017)-64/2023 nömrəli hökmündən görünür ki, Məhkum CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir.
22. CM-in 47.2-c i maddəsinə əsasən, ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
23. CM-in 85.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur.
24. Göründüyü kimi qanunverici həm yetkinlik yaşına çatmış, həm də yetkinlik yaşına çatmayanlara islah işləri cəzasının aşağı və yuxarı hədlərini müəyyən etmiş, konkret əmələ görə isə islah işləri cəzasının aşağı və yuxarı hədləri CM-in Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən etmişdir.
25. CM-in 62.1-ci maddəsinə əsasən, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilə r, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
26. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən, yetkinlik yaşma çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
27. Kassasiya kollegiyası, həmin tələbə əsasən qeyd edir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxsə cəza təyin edilərkən, CM-in müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın müddəti və va miqdarının aşağı həddi CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddindən yuxarı olduğu halda CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddi (azadlıqdan mərum etmədə 10 il, ictimai işlərdə üç yüz iyirmi saat) təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
28. Lakin hazırki iş üzrə aşağı instansiya məhkəmələri CM-in 62-ci maddəsini tətbiq etmədən Məhkum üç yüz iyirmi saat deyil, üç yüz saat müddətinə içtimai işlər cəzasını təyin etməklə Cinayət Qanunu və Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinin tələblərini pozmuşlar.
29. Beləliklə, aşağı instansiya məhkəmələri, CM-in 62-ci maddəsini tətbiq etmədən Məhkum CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin etməklə cinayət qanununun normasını düzgün tətb iq etməmişdir.
30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hallar qismində onun yetkinlik yaşına çatmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş zərərin tam ödənilməsini nəzərə almışdır.
31. Məhkəmə kollegiyası məhkum barəsində qeyd edilən halları işin müstəsna halları kimi qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən də az cəza təyin edilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbayc an Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
32. Məhkəmə kollegiyası törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.
33. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
34. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlillər i ilə razılaşaraq, həmin protestin təmin edilməsini, Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)426/2023 nömrəli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilərək Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini, ona istinad olunan maddənin sanksiyası çərçivəsində nəzərdə tutulmuş ictimai işlər cəzası qismən azaldılmasını, qalan hissədə həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)-426/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilsin.