Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-753/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X6 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X13 28 oktyabr 1981-ci ildə Əli Bayramlı (hazırdaŞirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şirvan şəhəri, Bülbül küçəsi, ev 27-də qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almış şəxs X8 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2, 520 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini (bundan sonra - heroin) istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 dekabr 2022-ci il tarixdə, saat 01:00 radələrində Şirvan şəhəri, Bülbül küçəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi olmadan qanunsuz saxladığı 1 ədəd sellofan bükümündə təmiz çəkisi 2,520 qram olmaqla külli miqdarda heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət məhkəmə tərkibində) 29 may 2024-cü il, 1(099)-30/2024 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, hökmün bu hissədə icra edilməsi üçün Şirvan ŞPŞ-yə göndərilməsi, bəraət alması ilə əlaqədar X8 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilərək X7 CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət məhkəmə tərkibində) 3 okt yabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, X8 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(099)-30/2024 nömrəli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Samir Qasımova CM-in 234.1-1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
8. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qey d edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilm əsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hü dudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X13 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia e dərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbay can Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
18. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
19. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 2,520 qram narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X7 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsə işgəncə və digər qəddar davranışların tətbiqi yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X8 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi qanun i və əsaslı olmuşdur.
21. Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.
22. Belə ki, bəraət almış şəxs X13 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid6 onun uşaqlarının kirvəsidir, bundan əlavə həm də bir-biriylə yaxındırlar, bəzi hallarda onun maşının da sürür. 26 dekabr 2022-ci il tarixdə, təxminən saat 22-23 aralığında evində olarkən Şahid6 mobil telefonu ilə Şahid5 ona zəng etmiş və İqbalı həmin gün saat 21 radələrində polis şöbəsinə düşürdüyünü, telefonu və açarlarının onda olduğunu, lakin İqbaldan bir xəbər çıxmadığını demiş, o da Rahibə onu evdən götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Rahib İqbala aid avtomobillə onun evinə gəlmiş və onu da götürərək Rahibin kompüter oyun salonuna getmişlər. Həmin salona çatmamış Şirvan ŞPŞ-nin DYPB-də işləyən əmisi oğlu Elvin onun mobil nömrəsinə zəng edərək yol polis rəisi Sadiq müəllimin onu axtardığını bildirmiş, o isə Sadiqin mobil nömrəsinin onda olmadığını, nömrəsini ona verməyi xahiş etmişdir. Daha sonra Sadiq müəllim ona zəng edib İqbalın telefonunu və maşını və açarlarını polis şöbəsinə gətirməsini tələb etmişdir. O, isə İqbalın telefonu və maşınının onda olmadığını bildirmişdir. Bundan sonra Rahibin kompüter oyun salonuna gəlmişlər və otaqda Rahib, onun atası, qardaşı və özü oturub çay içən zaman Şahid7, İsmayıl və keçmiş polis işçisi Rauf adlı şəxs içəri girmişlər. Bu zaman Şahid8 ona bidlirmişdir ki, “Samir nə hörməts izlik edirsən, səni polisə çağırırlar gəlmirsən” demiş, o, isə ondan İqbalın telefonu ilə maşınını istədiklərini, lakin onda olmadığını, buna görə də şöbəyə gəlmədiyini bildirmişdir. Bundan sonra ona şöbəyə getmək təklif olunmuş, o, da razılaşmışdır. Rahibi və onu həmin şəxslər Şirvan ŞPŞ-yə aparıb növbətçi hissəyə təhvil vermişlər. Həmin vaxt növbətçi hissənin rəisindən icazə alıb ayaqyoluna da, siqaret çəkməyə də getmişlər. Təxminən 15-20 dəqiqə keçdikdən sonra rəis müavini Farid gəlib onun qarşısında dayanıb telefonu niyə gətirmədiyini soruşmuş, daha sonra da üzünü ona tutub “bunun üstündə narkotik var, ondan şübhələnirəm” demiş, o, isə heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Farid isə “darıxma biləcəksən” deyib getmək istəyəndə onun boynunun dalından vurmuş, daha son ra orada olan işçilərə “bunu narkotiklə oformut edin” deyə göstəriş verib getmişdir. Bundan sonra onu binanın yuxarı mərtəbəsinə qalıdırmışlar və orada 5-6 nəfər polis əməkdaşı olmuş, orada da Farid bildirmişdir ki, gedib evindən yarım kiloqram narkotik çıxaracaqlar və bundan sonra polisə hörmətsizlik etməz. O isə bildirmişdir ki, o, polisə heç bir hörmətsizlik etməmiş, qohumlarının çoxu dövlət orqanlarında işləyir. Sonra Tural adlı şəxs ona yaxınlaşıb bir bükümü ona verib çəkiliş zamanı çıxarmağını tələb etmişdir. Farid adlı polis əməkdaşı onu döydüyündən, həmçinin evindən narkotik çıxaracağı ilə hədələdiyindən onlardan qorxub bir bükümü üzərinə götürməyə razılaşmışdır. Farid onu köynəyindən tutub boğarkan boğazında iz də qalmışdır.
23. X7 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
24. Məhkəmələrin X7 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
25. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bi lavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
26. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X13 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zaman ı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədiyindən, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan X7 üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
28. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “məhkəmələrin təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılar aq qanuni və əsaslı nəticəyə gəlinmişdir.
29. Belə ki, məhkəmələr belə qənaətə gəlmişlər ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların müqayisəli təhlili ittihamın əsaslılığının şübhə altına alınmasını qaçılmaz edir. X7 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olu nmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab etmişdir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X7 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur.
30. Məhkəmə X7 ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə məhkəmələr tərəfindən qeyd edilmişdir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir.
31. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
32. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.
33. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın süb uta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
34. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
35. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İt tihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
36. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
37. X13 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cav ab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
38. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
39. Belə olan halda məhkəmə kollegiyası proses iştirakçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM -in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-839/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya prote stinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.