Məhkəmə qərarları › İş №1(102)-754/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-754/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-754/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi X9 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Hüseynov Zeyqəm Hüseyn oğlu) 14 dekabr 2017-ci il tarixli hökmü ilə xx xxx 1983-cü ildə Salyan şəhərində anadan olan, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib zərərçəkmiş X1 aid epizod üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli qərarı ilə Məhkum 02 illik sınaq müddəti ilə şərti məhkum edilməsi ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 02 il 10 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Hüseyn Əmir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 04 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2017-ci tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissəsi ləğv edilmiş, Məhkum əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1 4 dekabr 2017-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli qərarı ilə Məhkum təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apelyasiya Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təyin edilmiş 2 il 10 ay 3 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla Məhkum 2 (iki) il 10 (on) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin228.1-cimaddəsiilətəyinedilmiş 1(bir)il6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş, çəkilməmiş qalan 2 (iki) il 10 (on) ay 3 (üç) gün müddətinə azadlıq dan məhrum etmə cəzası qismən birləşdirilsin və üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 Köçəri oğlu kassasiya protesti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 221.3 və 228.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə X8 oğlu X10u ali təhsil almaq məqsədi ilə universitetə düzəldəcəyini vəd verib, aldadaraq 2007-ci ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanında 3800 m anat pulunu ələ keçirməklə, X1a xeyli miqdarda - 3800 manat ziyan vurub, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə X8 oğlu X10u ali təhsil müəssisəsinə qəbul etdirdiyini və sonuncuya tələbə bileti almaq üçün 600 manat pul lazım olduğunu bildirməklə aldadaraq, 2007-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, 16-cı mikrorayon, 4 №-li evin yaxınlığında həmin pulu X1dan alaraq, ələ keçirib, zərərçəkmiş şəxsə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə X8 oğlu X10a əlaqələrindən istifadə edib sürücülük vəsiqəsi düzəldəcəyini vəd verib aldatmaqla, 2007-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında X2un 800 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan baş qa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə X8 oğlu X10u əlaqələrindən istifadə edib hərbi xidmətə çağırışdan azad etdirəcəyini vəd verib aldatmaqla, 2008-ci ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında X2un 1500 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə X4 əlaqələrindən istifadə edib Moskva Dövlət Universitetinə tələbə kimi qəbul etdirəcəyinə söz verib aldatmaqla, vahid qəsdlə, X3nin 2015-ci ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, Sülh küçəsində 1000 manat, 2015-ci ilin iyun ayının axırlarında Sumqayıt şəhəri, Sülh küçəsində 1500 manat, 2015-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, Sülh küçəsində 3000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miq darda, cəmi 5500 manat məbləğində ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, 26 noyabr 2016-cı il tarixdə saat 14.30-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, 17-ci məhəllə ərazisində yerləşən “Lider inşaat”a məxsus hündürmərtəbəli binanın qarşısında, küçədə, X11 verdiyi 6700 manat pulunu geri qaytarmasını ondan tələb etdikdə, heç bir əsaslı səbəb olmadan ətrafda toplaşan çoxsaylı insanlara laqeydlik və etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, üzərində daşıdığı və silah qismində istifadə etdiyi bıçaqla X2un sol əlinə bir dəfə qəsdən vuraraq, sonuncuya sol əlin beşinci barmağının dırnaq falanqasının arxa səthinin kəsilmiş yarası ilə n əticələnən xəsarət yetirdikdən sonra qanunsuz hərəkətlərini davam etdirərkən, oraya gələrək onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları X1, X7, X3 onun qanunsuz hərəkətlərini dayandırmaq barədə etdiyi tələbləri yerinə yetirməyərək, yaxın gəldikləri halda əlində olan bıçaqla onlara xəsarət yetirəcəyi ilə hədələyərək, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq “Makarov” tipli tapançaya məxsus 7 ədəd istifadəyə yararlı, döyüş sursatı hesab olunan patronu özündə saxlamaqla daşıyıb, idarə etdiyi “Kia Cerato” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirərkən, etdiyi xuliqanlıq hərəkətləri ilə bağlı Sumqayıt şəhəri, 17ci məhəllə ərazisində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmiş, saat 17.15-də “Kia Cerato” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd ağ rəngli süfrə kağızına bükülmüş vəziyyətdə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Makarov” tipli tapançaya məxsus 7 ədəd istifadəyə yararlı, döyüş sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bəraət hökmü çıxarılan zaman işin hallarına düzgün hüquqi qiymət verilməmiş, ittiham tərəfin təqdim etdiyi sübutları, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cÜ maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiq edən kifayət qədər sübut olduğu nəzərə alınmamış, məhkəmə mülahizələrə əsaslanmış, ibtidai istintaq zamanı toplanmış sübutları isə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tam və hərtərəfli yoxlamamış, habelə əldə olunmuş sübutları müqayisəli şəkildə təhlil etməmiş və əsassız olaraq ittiham sübutlarının mötəbərliyini şübhə altına almış, qanunsuz və əsassız hökm qəbul etmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya müraciətlərinin dəlillərini müza kirə edərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə dövlət ittihamçısının, hökmün dəyişdirilmədən saxlanılması barədə müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhk əməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin arqumentləri işin obyektiv halları ilə təkzib olunur. Kollegiya kassasiya protestinin dəlillərini tədqiq edərək hesab edir ki, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə bəraət verilməsinə dair qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmiş və işin faktiki hallarına uyğun qaydada həmin sübutlara düzgün hüquqi qiymət vermişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə topla nmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Kollegiya kassasiya müraciətinin məhkəmə tərəfindən bəraət hökmü çıxarılan zaman işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, ittiham tərəfin təqdim etdiyi sübutların nəzərə alınmadığı, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tam və hərtərəfli yoxlamadığı, Məhkum Azərbayc an Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiq edən kifayət qədər sübut olduğu barədə dəlillərini məqbul hesab etmir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ittiham üzrə bəraət verərkən, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi kontekstində qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, onun əməlində həmin cinayətin tərkibi yoxdur. Məhkum ifadəsində göstərmişdir ki, hadisə yerində tanışı F.İ.Nəhmətovla danışan zaman zərər çəkmiş şəxs X7 ona yaxınlaşmış və yaxasından tutub onun ünvanına söyüşlər edərək onu zorla yola tərəf aparmağa cəhd etmişdir. O, isə zərər çəkmiş şəxsin əllərini dartıb yaxasından ayrılmışdır. Bundan sonra zərər çəkmiş şəxs yenidən onu yaxasından tutub yola tərəf aparm aq istəmiş, lakin o, zərər çəkmiş şəxsin əlini özündən dartaraq buna imkan verməmişdir. Məhkum ifadəsi münaqişənin başlaması zamanı hadisə yerində olmuş şahid F.İ.Nəhmətovun ifadəsi və Sumqayıt şəhəri, H.Əliyev prospekti, 17-ci məhəllədə yerləşən binada “Lider inşaat”-ın ofisinin qabağında quraşdırılmış kamera ilə çəkilən video görüntü ilə təsdiq edilir. İstintaq orqanı tərəfindən Məhkum xuliqanlıq əməllərinin sübuta yetirilməsi üçün təqdim edilən və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər sübutlarla – şahidlər X5, X6, X7, X8, X9 və X10 ifadələri ilə məhkumla zərər çəkmiş şəxsin arasında artıq başlanılmış münaqişə zamanı nəhkumun zərər çəkmiş şəxsə qarşı törədilmiş hərəkətləri təsdiq edilir. Həmin sübutlarla münaqişənin kimin qanunsuz hərəkətlərinin nəticəsində baş verməsi m üəyyən edilmir. Kollegiya hesab edir ki, belə olan halda apellyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxs Məhkumlə zərər çəkmiş şəxs X7un arasında baş vermiş münaqişənin məhz zərər çəkmiş şəxs X7un təqsirləndirilən şəxs Məhkum qarşı törədilmiş qanunsuz hərəkətlərinin nəticəsində başlanması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq haqqında cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Belə ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərindən fərqləndirilməsi zərurətinə cəlb edilmiş və izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibələr zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsas olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi,Məhkumlə, X7un arasında münaqişə sonuncunun təşəbbüsü ilə başlanmış, Məhkum tərəfindən zor tətbiq edilməsi xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində olmuşdur. İşin bu halları məhkumun əməlində xuliqanlıq cinayətinin əlamətlərini istisna edir. Zərərçəkmiş şəxs X7 birinci instansiya məhkəməsində şahidlər X8, X9, X10, X11 və X12 ifadələrindən fərqli olaraq həmin şəxslərin (polis əməkdaşları)məhkuma özlərini təqdim etmələri göstərilsə də, apelyasiya instansiya məhkəməsində göstərmişdir ki, məhkumla mübahisə edən zaman bir neçə mülki şəxs onlara yaxınlaşmış və onu saxlamışlar. Hadisə vaxtı o, onu tutan şəxslərin kim olduqlarını bilmədiyi üçün«102»-yə zəng etmişdir. Zərərçəkmiş şəxs X7un polis əməkdaşlarının məhkuma təqdim edilməsinə dair birinci instansiya məhkəməsində verdiyi ifadəsi, polis əməkdaşların ifadəsinə uyğun gəlmədiyindən və onun özünün apelyasiya instansiyası məhkəməsində verdiyi ifadə ilə təkzib o lunduğundan mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən xüsusatları cinayət işinin materiallarında öz əksin tapan dəlillərlə qarşılıqlı şəkildə araşdırdıqda apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı olaraq, Məhkum barəsində bəraət hökmünün çıxarılması nəticəsi ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutları tam, hərtərəfli araşdıraraq və işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkumun xuliqanlıq cinayəti törətməsində təqsirinin olmaması ilə bağlı düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CPM-nın 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üz ərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nın 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya protesti və kasassiya şikayəti təmin edilməməlidir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdaf iəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar