Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-754/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 və Məhkum Rəşid oğlunun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Oruc Cəlilov və Xamməd Nuriyevdən ibarət tərkibdə) 1(099)-14/2019 nömrəli 09 yanvar 2019-cu il tarixli hökmü ilə, Məhkum, 03 dekabr 1990-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham CPM-in 318-ci maddəsinə əsasən ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə X2 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2016-cı ilin mart ayının axırında atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli b ilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 dekabr 2016-cı il tarixdə Bakı istintaq Təcridxanasında vəfat etmiş X3 mətbəxdəki dolabında olan şəxsi əşyalarına baxdıqda dəri əl çantasının içərisində olan ona məxsus, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 13 bükümdə, ümumi təmiz çəkisi 259.851 qram külli miqdarda narkotik vasitə tiryəki, 2 bükümdə ümumi təmiz çəkisi 6,952 qram külli miqdarda psixotrop maddə metamfetamini və 3 həbdən ibarət bir həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatını taparaq yaşadığı evin ikinci mərtəbəsində yerləşən mətbəxdə quraşdırılmış mebelin bır hissəsi olan dolabın alt hissəsində gizlətməklə saxlamış, 0 6 iyun 2018-ci ıl tarixdə saat 16 radələrində Məhkum həmin çantadan ayrı-ayrılıqda təmiz çəkiləri 109.930 qram və 1,372 qram olmaqla 2 büküm narkotik vasitə tiryəki satmaq üçün götürüb evdən çıxdıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərinin “********** ” adlanan ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən ümumi təmiz çəkisi 111,302 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı kimi onun qardaşı A6 yaşadığı, Masallı şəhərinin ************ küçəsində yerləşən ********** evə baxış keçirilən z aman isə evin ikinci mərtəbəsində yerləşən mətbəx mebelinin bir hissəsi olan dolabın alt hissəsindəki dəri çantanın içərisindən 11 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,921 qram, 4,908 qram, 4,892 qram, 4,940 qram, 4,886 qram, 4,914 qram, 4,935 qram, 4,890 qram, 4,897 qram, 4,562 qram və 99,804 qram, ümumi təmiz çəkisi 148,594 qram olan külli miqdarda narkotik vasitə tiryək, 2 bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 4,887 qram və 2,065 qram ümumi təmiz çəkisi 6,952 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 3 həbdən ibarət bır həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Hökmdən iş üzrə məhkum şəxslər Məhkum və B6 tərəfind ən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. O, üzərində aşkar edilərək götürülmüş narkotik vasitələrin mərhum atasın a aid olduğunu məhkəmə istintaqı zamanı dəflərlə bildirmişdir. Məhkum qeyd olunan narkotik maddələri satmaq niyyəti olmamış, əməlindən peşmançılıq çəkir, eyni zamanda ağır ürək xəstəsidir, narkomaniya xəstəliyindən əziyyət çəkir və onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Müdafiə tərəfi olmaq onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasına əsaslı hesab edirəm. Kassatorun qeyd etmişdir ki, istintaq orqanı tərəfindən onun narkotik maddəsini satmaq istəyi sübut olunmayıb, cinayətin digər hər hansı iştirakçısı müəyyən olunmayıb, Məhkum əvvəllər məhkum olunmamışdır. Hökm və qərarda onun narkotik maddə satması ilə bağlı əməliyyat məlumatı olması qeyd olunsa da, faktiki olaraq bu hallar sübut olunmamışdır və apellyasiya mə hkəməsi onun apellyasiya şikayətini əsassız olaraq təmin etməyib, subyektiv mülahizələrə əsaslanmışdır. Ona görə də əməlin hüquqi tövsifi dəyişdirilməlidir. Məhkum ifadəsində də qeyd edir ki, atasının əl çantasında olan narkotik maddələri 2016-cı il mart ayında aşkar edilib gizlədib 2 il sonra 2018-ci il iyun ayında istifadə məqsədilə həmin narkotik maddələrdən 1 büküm götürüb evdən çıxarkən tutulub. Əgər Məhkum narkotik maddələri satan olsa idi, 2 il gizlətməzdi və narkotik maddələri müştəri tapıb çoxdan satardı. Özünün dediyi kimi ürək ağrılarını azaltmaq üçün sadəcə həmin narkotik maddədən istifadə etmişdir. Ona görə də onun əməli düzgün hüquqi tövsifini tapmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir və bu maddə ilə cəzalanmalıdır. Ona görə də qərar dəyişdirilməlidir. Məhkum ağır ürək xəstəsi olub, əməliyyat keçirib. Uzun müddət müalicə alıb, hazırda da X5 müalicə olunur, 3-cü qrup əlildir. Onda narkomaniya xəstəliyi aşkar olunub. Kassator göstərilənlərə əsasən, kassasiya şikayətinin təmin olunmasını, məhkumun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif tövsif olunmasını və ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin ed ilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnı z həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, bu tələbini apellyasiya instansiyası məhkəməsi tərəfindənAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinin (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol verildikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və işə baxan məhkəmələrin hökm və qərarından görünür ki, məhkəmələr Məhkum barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutları mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və sübutların hansına üstünlük verilməsi barədə məhkəmə qərarlarında kifayət qədər məntiqi əsaslandırmışlar. Cinayət qanunvericiliyinə əsasən əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, CM-in 234.4.3-cü maddəsi ilə isnad edilən cinayət əməlinin Məhkum tərəfindən törədilməsi məhkəmə araşdırmaları zamanı şahidlərin ifadələri, özünün qismən etirafı, iş üzrə digər məhkumun ifadəsi, həmçinin ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, məhkəmə icla slarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. İş materialından görünür ki, 2016-cı ilin mart ayının axırında Məhkum atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 dekabr 2016-cı il tarixdə Bakı istintaq Təcridxanasında vəfat etmiş X3 mətbəxdəki dolabında olan şəxsi əşyalarına baxdıqda dəri əl çantasının içərisində olan ona məxsus, istintaqa məlum olmayan mənbədən əldə etdiyi 13 bükümdə, ümumi təmiz çəkisi 259.851 qram külli miqdarda narkotik vasitə tiryəki, 2 bükümdə ümumi təmiz çəkisi 6,952 qram külli miqdarda psixotrop maddə met amfetamini və 3 həbdən ibarət bir həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatını taparaq yaşadığı evin ikinci mərtəbəsində yerləşən mətbəxdə quraşdırılmış mebelin bır hissəsi olan dolabın alt hissəsində gizlətməklə saxlamış, 06 iyun 2018-ci ıl tarixdə saat 16 radələrində Məhkum həmin çantadan ayrı-ayrılıqda təmiz çəkiləri 109.930 qram və 1,372 qram olmaqla 2 büküm narkotik vasitə tiryəki satmaq üçün götürüb evdən çıxdıqdan sonra onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərinin ********** adlanan ərazisində saxlanılaraq RP Ş-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən ümumi təmiz çəkisi 111,302 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı kimi onun qardaşı A6 yaşadığı, Masallı şəhərinin ************* küçəsində yerləşən ********** evə baxış keçirilən zaman isə evin ikinci mərtəbəsində yerləşən mətbəx mebelinin bir hissəsi olan dolabın alt hissəsindəki dəri çantanın içərisindən 11 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,921 qram, 4,908 qram, 4,892 qram, 4,940 qram, 4,886 qram, 4,914 qram, 4,935 qram, 4,890 qram, 4,897 qram, 4,562 qram və 99,804 qram, ümumi təmiz çəkisi 148,594 qram olan külli miqdarda narkotik vasitə tiryək, 2 bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 4,887 qram və 2,065 qram ümu mi təmiz çəkisi 6,952 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 3 həbdən ibarət bır həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı, həmçinin 1 ədəd “VENDS” yazısı olan elektron tərəzi və 1 ədəd üzərində “DİGİTAL SCALE” sözləri yazılmış dəri qabda olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinın baş əməliyyat müvəkkili X7 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatın əsasən 06 iyun 2018-ci il tarixdə saat 16 radələrində Məhkum yaşadığı ev yerləşən ərazidə, Masallı şəhərinin ********** adlanan ərazisində olması barədə məlumat əldə edib həmin is tiqamətə getmişlər. Qeyd edilən ərazidə Məhkum görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Məhkum etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Masallı rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Z6 otağına gətirildikdən sonra Məhkum şübhəli şəxs kimi tutulmuş, ona hüquqları və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi X6 və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Məhkum üzərində şəxsi axtarış həyata keçirilmişdir. Axtarış başlamazdan əvvəl Məhkum üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Məhkum da əynində olan qara rəngli idman şalvarının sol yan cib indən biri balaca, digəri isə böyük büküm olmaqla 2 ədəd sellofan bükümdə olan kütləni təqdim etdikdən sonra həmin kütlənin narkotik vasitə tiryək olduğunu, qardaşı Asimə məxsus çantadan sonuncunun məlumatı olmadan götürdüyünü, satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş bükümlər elektron tərəzi vasitəsilə çəkilərkən çəkilərinin 112 və 2 qram olduğu müəyyən edilmişdir. B6 üzərində axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar edilərək götürülmüş narkotik vasitə tiryək bükümləri zərfə qoyulub DİN-in 90 saylı möhürü ilə möhürlənərək üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daxil olmuş əməliyyat məluma tına əsasən Ə6 və A6 yaşadığı evdə də narkotik vasitələrin olması şübhələri olmuş, həmçinin Məhkum üzərinə baxış keçirilən zaman o, təqdim etdiyi narkotik vasitənin qardaşı Asimə məxsus çantadan götürdüyünü bildirdiyindən istintaq-əməliyyat tədbirlərinin davamı kimi Ə6 və A6 yaşadığı evə baxış keçirmək üçün Masallı şəhərinin ************* küçəsində yerləşən, atasına məxsus olmuş, hazırda anaları ilə birlikdə yaşadıqları ünvana getmişlər. X14 şübhəli şəxs kimi tutularaq ona hüquqları izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Asim və Məhkumların anası S8 evə baxış keçirilməli olduqlarını bildirərkən o buna etiraz etməyərək bu barədə ərizə yazmışdır. Həmin vaxt baxışda iştirak etmək üçün iki hal şahidi də dəvət olunmuşdur. Daha sonra polis əməkdaşlarının, iki hal şahidinin və müdafiəçi Q6 iştirakı ilə evə baxış keçirməyə başlamışlar. Baxış zamanı A6 mətbəxdəki mebelin altında olan qara rəngli çantanı təqdim etdikdən sonra həmin çantanın içərisinə baxdıqda orada 2 ədəd tərəzi və bükümlər olduğunu müəyyən etmişlər. Həmin bükümlərə baxış keçirilən zaman 11 ədədinin içərisində tiryək, 2 ədədinin içərisində psixotrop maddə metamfetamin, 1 ədədinin içərisində isə metadon həbləri olması aşkar edilmişdir. Daha sonra aşkar edilərək götürülmüş bükümlər çəkilən zaman həmin bükümlərdən içərisində narkotik maddə tiryək olanlardan biri olan büküm 100 qram olmuş, digər bükümlərin hər biri isə 0-5 qram arası olmuşdur. Aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və dərman həbləri təhqiqatçı tərəfindən qablaşdırılaraq üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra A6 yataq otağına baxış keçirilən zaman oradan bir ədəd ov tüfəngi aşkar edilib götürülmüşdür. Bundan başqa evin digər hissələrinə, həyətyanı sahəsinə, yardımçı tikililərə baxış keçirilsə də, qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. Daha sonra baxış barədə protokol tərtib edilərək üzəri imzalanmışdır. Şifahi sorğu zamanı A6 həmin çantanın atasına məxsus olduğunu, atası vəfat etdikdən sonra qardaşı Ə6 tapdıqlarını və evdə gizlətdiklərini bildirmişdir. İş materiallarında olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr A6 və Məhkumların atası X4 məxsus olmuş, RA6 həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə yaşadığı evdə saxlamışdır. R6 2015-ci ildə nar kotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulmuş və on istintaq təcridxanasında ölmüşdür. O, öldükdən sonra saxladığı narkotik vasitələr A6 və Məhkum tərəfindən tapılmış, yeri dəyişdirilərək satış məqsədilə saxlanılmışdır. X2 və Məhkum narkotik vasitələr qəbul etməsi müəyyən edilmiş, onların narkotik maddələr qəbul etməsi ehtimalı olan şəxslərlə mütəmadi ünsiyyətdə olmaları və narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” Protokoldan müəyyən edilir ki, Masallı Rayon Polis Şöbəsində hal şahidlərinin iştirakı ilə 06 iyun 2018-ci il tarixdə Məhkum üzərində şəxsi axtarış keçirilmiş və Məhkum əynində olan idman üslubunda qara rəngli şalv arının sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan tiryəkdir, həmin narkotik vasitə olan tiryəki 06.06.2018-ci il tarixdə saat 14 radələrində pula ehtiyacı olduğundan yaşadığı evin ikinci mərtəbəsində olan mətbəx otağında quraşdırılmış mətbəx mebelinin aşağı hissəsində qardaşı A6a məxsus qara rəngli dəri çantadan oğurlamış və sonradan həmin narkotik vasitəni satmaq məqsədilə üzərində gəzdirmişdir. Həmin təqdim edilən bükülü açıldıqda içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Qeyd edilən bükülülər elektron tərəzidə çəkilmiş və birinci bükülünün 112 qram, ikinci bükülünün isə 2 qram olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 26). Qeyd olunan protokoldan görünür ki, Məhkum protokolu heç bir irad bildirmədən imza etmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” Protokoldan müəyyən edilir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Məhkum qardaşı A6 yaşadığı, Masallı şəhərinin ********** küçəsində yerləşən ********** evə baxış keçirilən zaman isə evin ikinci mərtəbəsində yerləşən mətbəx mebelinin bir hissəsi olan dolabın alt hissəsindəki dəri çantanın içərisindən 11 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,921 qram, 4,908 qram, 4,892 qram, 4,940 qram, 4,886 qram, 4,914 qram, 4,935 qram, 4,890 qram, 4,897 qram, 4,562 qram və 99,804 qram, ümumi təmiz çəkisi 148,594 qram olan külli miqdarda narkotik vasitə tiryək, 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,887 qram və 2,065 qram ümumi təmiz çəkisi 6,952 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 3 həbdən ibarət bır həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. (cild 1,iş vərəqə 45-46). Göründüyü kimi istər Məhkum üzərindən aşkar edilmiş, istərsə də yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr ayrı-ayrı bükümlərə bükülmüşdür. Bundan başqa, Məhkum izahatından müəyyən edilir ki, o, müdafiəçisi X1 iştirakı ilə verdiyi izahatında 06.06.2018-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolunda qeyd edilənləri təsdiq edərək bildirmişdir ki, o, narkotik vasitə qəbul etmir.(cild 1, iş vərəqə 28). Məhkum şübhəli şəxs kimi dindirildiyi 7 iyun 2018-ci il tarixli ifadəsində göstərmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitəni satmaq üçün üzərində saxlamışdır (cild 1, iş vərəqə 8990). Məhkum təqsirləndirilən şəxs kimi dindirildiyi 8 iyun 2018-ci il tarixdə verdiyi ifadəsində ona qarşı irəli sürülən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, narkotik vasitə qəbul etmir, tutulan gün ilk dəfə olaraq narkotik maddəni satmaq istəmişdir, o da alınmayıb (cild 1, iş vərəqə 113-115). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Masallı Rayon Məhkəməsinin 8 iyun 2018-ci il tarixli qərarından müəyyən edilir ki, Məhkum məhkəmədə özünü ona qarşı irəli sürülmüş CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsir li bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir (cild 1, iş vərəqə 129-131). Məhkum məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bilərək narkotik maddəni satmaq üçün deyil, özü istifadə etmək üçün götürdüyünü desə də, işin ibtidai araşdırılması zamanı nə səbəbə narkotik maddəni satmaq üçün götürdüyü barədə ifadə verməsinə dair heç bir dəlil gətirməmişdir. Sadəcə olaraq göstərmişdir ki, indi düzgün ifadə verir. Halbuki, məhkum işin ibtidai istintaqı zamanı verdiyi bütün ifadələrində narkotik maddəni ilk dəfə olaraq məhz satmaq üçün evdən götürdüyünü bildirmişdir. Birinci və apellyasiya instansiyaları məhkəmələrinin məhkəmə iclas protokollarından da görünür ki, məhkəmə araşdırmaları zamanı müdafiə tərəfi ittiham orqanı tərəfind ən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamı təkzib edə biləcək heç bir tutarlı dəlil gətirə bilməmişdir. İttiham tərəfi göstərilən maddə ilə irəli sürülmüş ittihamın Məhkum tərəfindən törədilməsini sübuta yetirə bilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığ ın olması və işin digər halları nəzərə alınmalıdır”. İstər cinayət işinin materiallarındakı sübutların, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, Məhkum saxlanılarkən onun üzərində iki müxtəlif bükümlərdə 112 və 2 qram olmaqla narkotik vasitə olan tiryəkin aşkar edilməsi, həmçinin məhkumun yaşadığı evdə axtarış keçirilərkən 11 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,921 qram, 4,908 qram, 4,892 qram, 4,940 qram, 4,886 qram, 4,914 qram, 4,935 qram, 4,890 qram, 4,897 qram, 4,562 qram və 99,804 qram, ümumi təmiz çəkisi 148,594 qram olan kül li miqdarda narkotik vasitə tiryək, 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,887 qram və 2,065 qram ümumi təmiz çəkisi 6,952 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 3 həbdən ibarət bır həbdə 40 milliqram olmaqla ümumi təmiz çəkisi 0,12 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı, həmçinin 1 ədəd “VENDS” yazısı olan elektron tərəzi və 1 ədəd üzərində “DİGİTAL SCALE” sözləri yazılmış dəri qabda olan elekton tərəzinin aşkar edilərək götürülməsi Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməllərini törətməsinə heç bir şübhə yeri qoymur. Beləliklə, məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının Məhkum aid hissədə qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə al araq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumna aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-754/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-754/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver