Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-754/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, Məhkum və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə) 4 oktyabr 2021-ci il tarixli hökmü ilə 7 oktyabr 1991-ci il tarixdə Cəbrayıl rayonu, Kavdar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Kavdar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 224 saylı baxçada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 aprel 2021-ci ildə saat 20:20-də Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayonu İ.Zülfüqarov küçəsi 109-da yerləşən mağazasına müştəri qismində daxil olaraq kassa aparatından 1200 manat nağd pul götürməklə, hadisə yerindən qaçmaq istəyərkən, mağazanın müdir müavini Zərərçəkmiş şəxs1 ilə satıcı Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə qarşısı alınaraq 1200 manatın qaytarılması tələb edilməklə mağazadan qaçmasına mane olaraq pul geri alındıqda, Məhkum üzərində saxladığı silah qismində istifadə etdiyi açılıb- bağlanan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuracağı ilə hədələyib hücuma məruz qalmış şəxslərin həyatvəsağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək, ələ keçirdiyi 1200 manat puldan yalnız 5 manat nağd pul vəsaiti ilə hadisə yerindən qaçıb gizlənməklə, Zərərçəkmiş şəxs3 MMC-nə maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum törətdiyi əmələ düzgün hüquqi qiymət verməmiş, yəni cinayətin subyektiv və obyektiv cəhətlərini düzgün təhlil etməmiş, nəticədə səhv nəticəyə gələrək törədilmiş cinayət əməlini düzgün tövsif etməmişdir. Apellyasiya məhkəməsi öz qərarında Məhkum törətdiyi əməli təhlil edərək quldurluq cinayətinin obyekti kimi onun əməlini mülkiyyət münasibətlərinə və insan sağlamlığına qarşı törədildiyini, obyektiv cəhətini özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın olduğunu qeyd e tməklə kifayətlənmişdir. Videogörüntüdən göründüyü kimi Bayramov kassadan hansısa əşyanı götürür, lakin aydın görünmədiyindən kassadan götürülən əşyanın həqiqi pul nişanı olub-olmadığı, əskinasların nominalı, ümumi məbləği və oğurluq və digər hüquqazidd əməllər nəticəsində pul nişanlarının tədavülə yararsız hala düşüb-düşməməsini müəyyən etmək qeyri mümkündür. Həmçinin talamanın predmeti olan bu əşya istintaq orqanı tərəfindən müəyyən edilərək götürülmədiyindən, nə istintaqda, nə də məhkəmədə tədqiq edilməyib. Bu səbəbdən Bayramovun törətdiyi talama hərəkətləri ilə ələ keçirdiyi pul məbləğinin 1.200 manat olub-olmaması, bu 1.200 manat məbləğdən yalnız 5 manat nağd pul vəsaiti ilə hadisə yerindən qaçıb gizlənməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 MMC-yə dəymiş maddi ziyan arasında səbəbli əlaq ə müəyyən edilmir. Üstəlik basqın törətmiş şəxsin 1.200 manat pulu talayaraq sonradan qaytarması və hadisə yerindən qaçıb gizlənməsi zamanı yalnız 5 manat pul vəsaitini talaması faktı sübut edilmədiyi üçün əməlin tövsifındə nəzərə alınmaya bilməz. Məhkum oğurluq etdikdən sonra hadisə yerindən qaçmağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılmışdır. Bayramov saxlananadək heç kimlə qarşılaşmamışdır, heç kimə hücum etməmiş, əlində nə silah var, nə də ki silahlı basqın edir. Mağazadan çıxmaq istəyərkən onu mağaza işçisi saxlayır. Bayramov bildirmişdir ki, onu tutub saxladıqları vaxt onu buraxmaları üçün bel nahiyəsində saxladığı bıçağı çıxarıb yaxınlaşmamasını bildirmişdir. Pulları qaytardıqdan sonra oradan uzaqlaşmışdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli 1(103)-1917/2021 nömrəli qərarını dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilmiş əməlinin CM-nin 29,177.2.3-cü maddəsinə tövsif edilməsi, onu həmin maddə ilə təqsirli bilib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və təyin edilmiş cəzanı tam çəkdiyi üçün məhkəmə iclas zalından onu dərhal həbsdən azad edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinl əyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxsləri n də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini müdafiəçinin kassasiya şikayətinin əməlin tövsifinə dair dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud d a cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsAslanndığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) CM-in 181.2.5-ci maddəsi quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçun təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddən dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Basqın o halda quldurluq tərkibini yaradır ki, hücuma məruz qalmış şəx sin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq, yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə- özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq formal tərkibli cinayətdir. Belə ki, bu cinayət əmlakın ələ keçirilibkeçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən pr edmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan quldurluq cinayətini törətməsi barədə aşağı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu ə məlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif edilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum məhkəmə istintaqında quldurluq cinayətini deyil, oğurluq cinayətini törətməsi barədə məhkəmədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə etmək üçün uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi yalnız cəzadan yayınmaq üçün irəli sürülən dəlillər kimi nəzərə almışdır. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə özgən in əmlakını ələ keçirmək məqsədi ilə 25 aprel 2021-ci ildə saat 20:20-də, Zərərçəkmiş şəxs3 Bakı şəhəri Xətai rayonu İ.Zülfüqarov küçəsi 109-da yerləşən mağazasına müştəri kimi daxil olaraq kassa aparatından 1200 manat nağd pul götürüb hadisə yerindən qaçmaq istəyərkən, mağazanın müdir müavini Zərərçəkmiş şəxs1 ilə satıcı Zərərçəkmiş şəxs2 ona müqavimət göstərməklə, qarşısı alınaraq 1200 manatın qaytarılması tələb edib mağazadan qaçmasına mane olaraq pulu geri almışlar. Məhkum üzərində saxladığı silah qismində istifadə etdiyi açılıb-bağlanan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuracağı ilə hədələməklə, hücuma məruz qalmış şəxslərin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək, ələ keçirdiyi 1200 manat puldan yalnız 5 manat nağd pul vəsaiti ilə hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs3nə maddi ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində müdafiə etdiyi şəxsin quldurluq deyil, məhz oğurluğa cəhd etmə cinayətinin törətməsi barədə irəli sürülən dəlilləri araşdıraraq hesab edir ki, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 5-ci bəndində qeyd olunur ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həy at və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzrdə tutulan cinayət əməlini törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müda fiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyi ni həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət ha disəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də m üəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kas sasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və törədilmiş cinayətin zorakı cinayət növünə aid olduğunu və zoraki cinayətin ictimai yer olan “Almarket” mağazasında törədildiyini nəzərə alan birinci instan siya məhkəməsinin məhkumun yalnız azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi halda, cəzanın məqsədlərinə və pozulmuş sosial ədalətin bərpasına nail olmağın mümkün olması barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmiş və mübahisələndirilən qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətd
Məhkəmə qərarları › İş №1(102)-754/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-754/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver