Məhkəmə qərarları › İş №1(102)-755/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-755/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-755/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Təqsirləndirilən şəxs müdafiəçisi X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Zərərçəkmiş şəxs2) 18 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Kanarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru vəzifəsində işləmiş və hazırda vəzifəsinin icrasından kənarlaşdırılmış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetir ilmədiyi üçün ona bəraət verilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 28 dekabr 2017ci il tarixdə saat 07:20 radələrində "B" kateqoriyalı, AC****** seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Land- Cruiser-Prado minik" markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsi istiqamətində təxminən 50-60 kilometr saat sürətlə hərəkətdə olarkən, ünvan 2 ünvanda yerləşən yaşayış binasının qarşısına düşən yol hissəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü h ərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq piyada X4 yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiyini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək həmin avtomobilin qabaq sol tərəfi ilə piyada X5i vurması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 baş beyinin yumşaq qişasına, maddəsinə və mədəciklərinə qansızma, kəllə tağı sümüklərinin qəlpəli və kəllə əsasına keçən xətti sınıqları, üz skeleti sümüklərinin çoxsaylı sınıqları, başın yumşaq toxumalarının iç səthində qansızma, baş beyinin hissəvi evakuasiyası, başın yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları, sifətin yumşaq toxumasının qançırı, sol baldır sümüyünün və sol dirsək oynağı sümüklərinin açıq sınıqları kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan Ağır zərər vuraraq həyatla bir araya sığmayan bədənin ağır küt travması ilə nəticələnməklə ölməsinə səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs2 idarə etdiyi "Nissan Sentra Minik" markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə Zərərçəkmiş şəxs2 2200 manat maddi ziyan vuraraq yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və R.M.Abdulovdan ibarət tərkibdə) 10 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittih amçısı Vüsal Əliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Şəmmədov Rizvan Qaraş oğlu verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Şəmmədov Rizvan Qaraş oğlu onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə bəraət verərkən ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən, “Daewoo” markalı **- XX-*** dövlət qeydiyyat nişanlı 202 saylı marşrut ilə hərəkət edən avtobus hadisə yerində olm adığından və sonradan da müstəntiq tərəfindən həmin nəqliyyat vasitəsi və onun sürücüsü müəyyən edilmədiyindən, avtobusun bilavasitə yolun hansı hissəsində dayanması yalnız Təqsirləndirilən şəxs sözlərilə göstərildiyindən; həmçinin, müstəntiq tərəfindən ümumiyyətlə istintaq eksperimenti keçirilmədən əldə edilmiş məlumatlarla məhkəmə istintaqında əldə olunmuş məlumatlar fərqli olduğundan, məhkəmə istintaqı zamanı əldə edilmiş məlumatların daha mötəbər olduğunu hesab etmiş, həmin məlumatlar əsasında təyin edilmiş əlavə məhkəmə avtotexniki ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə bəraət vermiş, məhkəmə kollegiyası həmin hökmü əsassız olaraq qüvvədə saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinay ət əməlinin törədilməsi iş üzrə toplanmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Müstəntiq tərəfindən hadisə baş verdikdən dərhal sonra hadisə yerinə baxış keçirilmiş və yolun hadisə baş verən tərəfinin 3 zolaqdan ibarət olmaqla hər zolağın eninin 3.2 metr olması, avtobusun yol çiynində dayanması, avtobusun qarşısından piyadanın vurulma yerinə qədər olan məsafənin 8.4 metr olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmiş məlumatlar əsasında təyin edilmiş məhkəmə avtotexniki ekspertizasının 2 fevral 2018-ci il tarixli 396 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan R espublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs 15.01.2018-ci il tarixdə ifadəsi yerində yoxlanmış və onun hadisə yerində göstərdiklərinə əsasən piyada X4 vurulma yeri müəyyən edilmiş və avtobusun qarşısından piyadanın vurulma yerinə qədər olan məsafənin 7.8 metr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanması zamanı müəyyən edilmiş məlumatlar əsasında təyin edilmiş əlavə məhkəmə avtotexniki ekspertizasının 28.02.2018ci il - tarixli 5035 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Göründüyü kimi, ibtidai istintaq zamanı həm hadisə yerinə baxış zamanı aşkar edilmiş məlumatlar əsasında, həm də təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanması zamanı onun hadisə yerində göstərdiklərinə əsasən müəyyən edilən məlumatlar əsasında məhkəmə avtotexniki ekspertizası rəyləri ilə Toyota Prado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olması təsdiq edilir. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən sübutlara heç bir qiymət verməyərək əsassız olaraq həmin sübutları nəzərə almadan təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı keçirilmiş istintaq eksperimentinin nəticələ rinə dair 16 may 2018-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişərək piyada X4 avtobusun qarşısından vurulma yerinə qədər olan məsafənin 3.1 metr olmasını göstərir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi yerində yoxlanarkən göstərdikləri ilə istintaq eksperimenti zamanı göstərdikləri arasında yaranmış ziddiyətə heç bir izah verə bilməmişdir. Bu isə təqsirləndirilən şəxsin məhz özünü müdafiə məqsədi ilə yalan ifadə verməsini təsdiq etmişdir. İstintaq eksperimentinin nəticələrinə dair 16 may 2018-ci tarixli protokoldan görünür ki, piyada X4 avtobusun qarşısından vurulma yerinə qədər 3.1 metr məsafə qət etməsi yalnız təqsirləndirilən şəxsin ifadəsi əsasında müəyyən edilmişdir. Bu isə ö zlüyündə həmin məlumatları şübhə altına almaqla mötəbərliyinə xələl gətirir. Ona görə də məhkəmələr qeyd edilən məlumatları özünümüdafiə xarakterli məlumatlar kimi qiymətləndirməklə rədd etməli və təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarmalı idi. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yalnız 16 may 2018-ci tarixli istintaq eksperimenti zamanı əldə edilmiş məlumatlar əsasında keçirilmiş əlavə məhkəmə avtotexniki ekspertizasının 14374 saylı 8 iyun 2018-ci il tarixli rəyini əsas götürmüşdür. Lakin, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi hökm və qərarı qəbul edərkən nə üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə baş verdikdən dərhal sonra göstərdiklərini deyil, məhz hadisənin üstündən 5 aya yaxın bir zaman keçdikdən sonra unudulması ehtimal edilə bilən, bilərəkdən və ya bilməyərəkdən təhrifə məruz qalması mümkün olan məlumatları daha mötəbər hesab etməsi isə hökm və qərarda əsaslandırılmamışdır. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2018ci il tarixli 148 saylı rəyindən görünür ki, X4ün ölümünə səbəb həyatla bir araya sığmayan bədənin ağır küt travması olmuşdur. X9un meyitində aşkar edilmiş xəsarətlər bədənin baş, döş və ətraflarına qısa müddət ərzində yetirilən güclü zərbələrdən yarandıqlarından, “A” və “B” qrup xəsarətlərin hər birindən, ayrı-ayrılıqda ölümün baş verməsi mümkün olduğundan onları ayırmaq mümkün deyildir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş “Toyota P rado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildən silinərək götürülmüş parolon qubkaların səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X5ə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş “Nissan Sentra” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobildən silinərək götürülmüş parolon qubkaların səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X5ə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Beləliklə də, ibtidai istintaq və eləcədə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs təqsirliliyi, yəni onun tərəfindən yol hərəkəti qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş X4ün ölümünə səbəb olması təsdiq edildiyi halda, məhkəmələr Təqsirləndirilən şəxs əməlində cinayət tərkib inin olmaması ilə bağlı gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına əhəmiyyət verməmiş və ona CMnin 263.2-ci maddəsi üzrə əsassız olaraq bəraət verməkdə haqlı olmamışlar. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələr sırf özünümüdafiə xarakteri daşımaqla, əsl həqiqəti əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edərək, əsasən birinci instansiya məhkəməsinin çıxardığı hökmdə göstərilənləri təkrarlamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında zəruri əsaslandırma aparmadan birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qeyri-obyektiv mövqeyi ilə razılaşmaqla, hökmdə qeyd olunan əsassız müddəaların qərara köçürülməsi ilə kifayətlənmiş dir. Apellyasiya baxışı zamanı məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, prosses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin həmin normalara riayət etməsini yoxlayarkən müəyyən etmişdir ki, məhkəmələr Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham olunmasına dair hazırkı cinayət işinə baxarkən prosessual hüquq normalarını pozmuşlar. Kassasiya protestinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, məhkəmələrin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və nəticədə Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İşin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, yolun hadisə baş verən tərə fi 3 zolaqdan ibarət olmaqla hər zolağın eninin 3.2 metrdir, avtobus yolun çiynində dayanmışdır, avtobusun qarşısından piyadanın vurulma yerinə qədər olan məsafə 8.4 metrdir. Həmin protokol və hadisə yerinin sxemi digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İşin materiallarına olan “Məhkəmə avtotexniki ekspertizasının təyin edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərardan görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın yolun sağ kənarında yerləşən avtobus dayanacağında dayanmış avtobusun qabağından çıxdığı andan yaranmış və həmin andan vurulmaya kimi piyada iti qaçışla 8,4 metr məsafə qət etmişdir. “Məhkəmə avtotexniki ekspertizasının təyin edilməsi haqqında” 05 yanvar 2018-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tanış edilməsi barədə işdə məlumat olmasa da ona etiraz verilməsi də görünmür. Qeyd edilmiş məlumatlar əsasında təyin edilmiş məhkəmə avtotexniki ekspertizasının 2 fevral 2018-ci il tarixli 396 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prado” markalı **XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 15 fevral 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində göstərdiklərinə əsasən piyada X4 vurulma yeri müəyyən edilmiş və avtobusun qarşısından piyadanın vurulma yerinə qədər olan məsafənin 7.8 metr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanması zamanı müəyyən edilmiş məlumatlar əsasında təyin edilmiş əlavə məhkəmə avtotexniki ekspertizasının 28.02.2018-ci il tarixli 5035 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin materiallarında olan 07 mart 2018-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsir li bilmişdir. İşin materiallarında olan 10 mart 2018-ci il tarixli “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduğunu və heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı həm hadisə yerinə baxış zamanı aşkar edilmiş məlumatlar əsasında, həm də təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanması zamanı, onun hadisə yerində göstərdiklərinə əsasən müəyyən edilən məlumatlar əsasında təyin edilmiş məhkəmə avtotexniki ekspertizasının rəyləri ilə Toyota Prado” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olması təsdiq edilir. Məhkəmə i stintaqı zamanı keçirilmiş istintaq eksperimentinin nəticələrinə dair 16 may 2018-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişərək piyada X4 avtobusun qarşısından vurulma yerinə qədər olan məsafənin 3.1 metr olmasını göstərir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi yerində yoxlanarkən göstərdikləri ilə istintaq eksperimenti zamanı göstərdikləri arasında yaranmış ziddiyyətə heç bir izah verə bilməmişdir. İstintaq eksperimentinin nəticələrinə dair 16 may 2018-ci tarixli protokoldan görünür ki, piyada X4 avtobusun qarşısından vurulma yerinə qədər 3.1 metr məsafə qət etməsi yalnız təqsirləndirilən şəxsin ifadəsi əsasında müəyyən edilmişdir. Bu isə özlüyündə həmin məlumatları şübhə altına almaqla mötəbərliyinə xələl gətirir. Birinci instansiya məhkəməsi qeyd edilən məlumatlara tənqidi yanaşmamış, nə üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə baş verdikdən dərhal sonra göstərdiklərini deyil, məhz hadisənin üstündən 5 aya yaxın bir zaman keçdikdən sonra unudulması ehtimal edilə bilən, bilərəkdən və ya bilməyərəkdən təhrifə məruz qalması mümkün olan məlumatları daha mötəbər hesab etməsini hökm əsaslandırmamışdır. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməsi barədə nəticəyə gəlmiş, lakin ittihamın sübutu olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının ekspertizasının 2 fevral 2018-ci il tarixli 396 saylı və 28.02.2018-ci il tarixli 5035 saylı rəylərinə heç bir qiymət verməmiş, hansı əsasla bu sübutları qəbul etmədiyini göstərməmiş, ümumiyyətlə qeyd edilmiş sübutlar diqqətdən kənarda qalmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxarkən protestdə bəraət hökmünün ləğv edilməsi xahiş olunması üçün dəlillər gətirilməsinə baxmayaraq həmin dəlilləri araşdırmamış, protestin dəlilləri ilə razılaşmamasının səbəblərini əsaslandırmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 3 saylı qərarının 4-cü bəndinə əsasən məhkəm ələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmən in hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli mün asibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərd i maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, ob yektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 263.2-ci maddəsinin tərkibinin olmaması və onun barəsində bəraət hökmünün çıxarılması barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, sübutlara obyektiv qiymət verməmiş, işin faktiki halları ilə təkzib olunan halları nəzərə almamış, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri əsaslandırmamış, nəticədə Azərbaycan Respublikası CPM-in 353.2.2-ci maddəsinin tələblərini pozmuşlar. Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək səlahiyyətinə malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət prosessual qanunların normaları düzgün tətbiq edilməmişdir. Ona görə də verilmiş kassasiya protesti təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydad a tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar