Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-755/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İsgəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixl i hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Həsənova Gülnar İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Kamranov Hafiz Eldar oğlu) Məhkum - xx xxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Məhkum üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla, cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ba kı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İşin halları: Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə satıb pulunu sonradan ödəyəcəyini yalandan vəd verib aldadaraq xx xxx 2016-cı il tarixdə ünvan 2 ünvanda Zərərçəkmiş şəxs1 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış 01 ədəd üzük-sırğa dəsti, 01 ədəd boyunbağı və 01 ədəd klon olmaqla, ümumilikdə 2.700 manat dəyərində qızıl-zinət əşyaları almış, həmin qızıl-zinət əşyalarına görə Zərərçəkmiş şəxs1 cəmi 300 manat pul ödəmiş və qalan 2.400 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu i lə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə satıb pulunu sonradan ödəyəcəyini yalandan vəd verib aldadaraq xx xxx 2016-cı il tarixdə ünvan 2 ünvanda yerləşən “xxx” restoranında Zərərçəkmiş şəxs1 ilə görüşərək sonuncudan 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd üzük-sırğa dəsti və 01 ədəd üzük olmaqla ümumilikdə 3.800 manat dəyərində qızıl-zinət əşyaları almış, həmin qızıl- zinət əşyalarına görə Zərərçəkmiş şəxs1 cəmi 400 manat pul ödəmiş və qalan 3.400 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə satıb pulunu sonradan ödəyəcəyini yalandan vəd verib aldadaraq xx xx xx 2016-cı il tarixdə Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 ilə görüşərək, sonuncudan 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış 02 ədəd üzük-sırğa dəsti, 02 ədəd boyunbağı və 01 ədəd qolbağ olmaqla, ümumilikdə 9.600 manat dəyərində qızıl-zinət əşyaları almış, həmin qızıl-zinət əşyalarının içərisində olan 3.200 manat dəyərində 01 ədəd 35,5 qram çəkidə olan boyunbağını ünvan 4 ünvanda yerləşən “Moskva” Univermağında 1.350 manat pula sataraq Zərərçəkmiş şəxs1 cəmi 1.000 manat pul ödəmiş və qalan 8.600 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakı nı talama, yəni ələ keçirmə məqsədi ilə qohumu X2 adı ilə yalandan vəd verib aldadaraq 2016-cı ilin iyul ayında ünvan 5 ünvanında yerləşən “Zərifə Əliyeva” adına parkda Zərərçəkmiş şəxs1 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış 01 ədəd 500 manat dəyərində üzük-sırğa dəstini aldıqdan sonra sonuncuya qızıl-zinət əşyasına görə 100 manat odənilsə də, lakin həmin qızıl-zinət əşyasını ələ keçirərək Zərərçəkmiş şəxs1 400 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə qohumu X2 adı ilə yalandan vəd verib aldadaraq 2016-cı ilin avqust ayında ünvan 6 ünvanında yerləşən “Nərimanov” adına pakda Zərərçəkmiş şəxs1 2 ədəd 750 və 583 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış ümumilikdə 550 manat dəyərində olan üzük qızıl-zinət əşyasını aldıqdan sonra, sonuncuya 100 manat ödəsə də, lakin həmin qızıl-zinət əşyasını əİə keçirərək Zərərçəkmiş şəxs1 450 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən Zərərçəkmiş şəxs1 şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparıldığını öyrənib, əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə sonuncuya guya Bakı şəhəri 5 nömrəli hüquq məsləhətxanasında vəkil işlədiyini, ona hüquqi yardım göstərəcəyini və şikayəti üzrə onun xeyrinə qərar qəbul olunmasını təmin edəcəyi barədə yalan vəd verməklə hətta ondan bu məqsədlə öz adına rəsmi etibarnamə alaraq aldadıb 2016-cı ilin noyabr ay ında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasında Zərərçəkmiş şəxs1 1200 manat nağd pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə toy məclisində istifadə edib birisi gün geri qaytaracağını yalandan vəd verib aldadaraq xx xxxxxx 2016-cı il tarixdə ünvan 8 ünvanında yerləşən “Gənclik Mail” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs1 üzərində olan 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış 01 ədəd 1.200 manat dəyərində üzük-sırğa dəstini almış və həmin qızıl-zinət əşyasını ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apell yasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Həsənova Gülnar İbrahim qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Həsənova Gülnar İbrahim qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum çox yüngül cəza verilmişdir. Apelyasiya instansiyasında işə baxılarkən təqsirləndirilən şəxs borcu qısa müddət də ödəyəcəyi barədə izahat vermiş, belə olduğu halda hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs1 məhkəməyə heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Lakin məhkəmə bitdikdən sonra təqsirləndirilən şəxs borcunu ödəməyəcəyini və məhkəmənin yekunlaşması üçün yalandan izahat verdiyini bildirmişdir. Bu səbəblə Məhkum xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 8İ/13365 reyester nomrəli ərizəsinin etibarsız sayılmasını xahiş etməsinə baxmayaraq məhkəmə ərizə ilə bağlı heç bir tədbir görməmişdir. Həmçinin bildirmək istəyirəm ki, təqsirləndirilən şəxs barəsində məhkəmədə digər cinayət işinin istintaqının getdiyi dövrdə Məhkum qrup şəklində aldadaraq əmlakını ələ keçirməsini məhkəmə düzgün qiymətləndirməyərək təqsirləndirilən şəxsə yüngü l cəza təyin etmiş, digər şəxsi isə şahid qismində dindirmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs1 nümayəndəsi-vəkil Həsənova Gülnar İbrahim qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum çox yüngül cəza verilmişdir. Apelyasiya instansiyasında işə baxılarkən təqsirləndirilən şəxs borcu qısa müddətdə ödəyəcəyi barədə izahat vermiş, belə olduğu halda hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs1 məhkəməyə heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Lakin məhkəmə bitdikdən sonra təqsirləndirilən şəxs borcunu ödəməyəcəyini və məhkəmənin yekunlaşması üçün yalandan izahat verdiyini bildirmişdir. Bu səbəblə Məhkum xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 8İ/13365 reyester nomrəli ərizəsinin etibars ız sayılmasını xahiş etməsinə baxmayaraq məhkəmə ərizə ilə bağlı heç bir tədbir görməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Yəni məhkumun hüquqi vəziyyətini dəyişdirən hər hansı qərar qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə qərar qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən həm təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi və həm də cəza təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilibedilməməsini, apellyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmamasını yoxlayır. Məhkəmə kollegiyası qərar qəbul edərkən zərərçəkmiş şəxsin və ya prosesin digər iştirakçısının yazdığı ərizələrlə bağlı deyil, ya lnız cinayət işi üzrə obyektiv qanuni və əsaslı qərar qəbul etməlidir. Cinayət işi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş hökm və həmin hökmün dəyişdirilmədən saxlanması barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanuni və əsaslı olduğundan, zərərçəkmiş şəxsin kassasiya şikayəti isə əsassız olduğundan qərar dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən digər hallarla yanaşı vurulmuş zərəri qismən ödəməsini, bununla da onun islah yoluna düşməsini nəzərə almış və sanksiyada nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdır. Bundan başqa Azərbaycan Respublikası CPPM-nin 318.1-cvi maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadə ləşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə Məhkum qrup halında cinayət törətməsi barədə ittiham elan edilməmişdir. Ona görə də məhkəmələr yalnız təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə qərar qəbul etmişlər. Kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Zərərçəkmiş şəxs1 ədalətli mə hkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-755/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-755/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver