Məhkəmə qərarları › İş №1(102)-755/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-755/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-755/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi X1, məhkumun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Elvan” şokolad sexində operator işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 28 fevral 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 18 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəmə sinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum atası Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə ailə münaqişəsi yaradıb ona və anası Şahid1 qarşı təhqiredici ifadələr işlətməklə ailədə narahatçılıq yaratmasına baxmayaraq, anası ilə birlikdə atasının hərəkətlərinə dözüm göstərərək səbirli olsa da, növbəti dəfə 20 mart 2021-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında atası spirtli içki qəbul etdikdən sonra yenidən spirtli içki istədiyi üçün arvadı Şahid1 spirtli içki gətirməsini tələb etmiş, sonuncu bun dan imtina etdiyi üçün yaranmış münaqişə zamanı atası Zərərçəkmiş şəxs onun anası Şahid1 döyərək, sonuncuya alının səthi əzilmiş yarası, sağ dirsəyin, sol əlin qançırları, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsini görüb, atasını sakitləşdirməyə çalışarkən atasının ona qarşı işlətdiyi təhqiredici sözlərə görə, yəni onu nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək artıq aralarında yaranmış ailə münaqişəsi zəminində qisas niyyəti ilə özünün cinayətkar niyyətini həyata keçirmək üçün 20 mart 2021-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəmir Yolu РÇ-4 A/Yat ünvanında atası Zərərçəkmiş şəx s qəsdən sağlamlığına ağır zərər vurmaq məqsədi ilə bədənin müxtəlif nahiyələrindən yumruqla ardıcıl olaraq bir neçə dəfə zərbə vurmuş, nəticədə, atası Zərərçəkmiş şəxs başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar kimi ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri olan, sol gözaltı nahiyənin əzilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın, alının, qaşarası nahiyənin, sağ saidin, sol budun, sağ dizin sıyrıqları, hər iki göz ətrafı nahiyənin qançır və ağlı qişanın qansızması, burunun, boyunun sağ yan səthinin, döş qəfəsinin, sol üst qalça darağının, hər iki bazunun, sağ dirsək nahiyənin, hər iki saidin qançırları kimi həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən getmiş, hadisədən sonra atası Zərərçəkmiş şəxs ixtisaslaşmış tibbi yardım olunmasa da, lakin anası Şahid1 ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə etməklə sonuncuya ilkin yardım göstərilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs 22 mart 2021-ci il tarixdə, saat 06-da başbeyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar səbəbindən ölmüş, bununla da, Məhkum qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-819 /2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 mart 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəasının hökmdən xaric edilməsini, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi A zərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə hökmün dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, iş üzrə ekspertiza rəylərinin mötəbər və kifayət qədər dolğun olmadığını, habelə mərhum zərərçəkmiş şəxsin yıxılıb xəsarət alması nəticəsində öldüyünü qeyd etməklə, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-819/20 22 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinin əsassız olduğunu iddia etməklə, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahi ş edir.

11. Həmçinin məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini xahiş edir.

12. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin təmin edilməməsini xahiş edir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya insta nsiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı verdiyi kassasiya protestində Məhkum təyin edilən cəzanı mübahisə ləndirməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin cinayətdə təqsirinin olmadığını iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və onlarla əlaqədar B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “ Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

22. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

23. Məhkəmə kollegiyası kassasiya protestində və kassas iya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində və apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin və kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində və kassasiya şikayətində istinad edilən hallara dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəl diyi nəticələr protest və şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində və kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan ape llyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstər ir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1642/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar