Məhkəmə qərarları › İş №1(102)-755/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-755/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-755/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina və kassasiya şikayətinin geri qaytarılması haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 1 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, 17 av qust 1990-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, məhkum olunmamış, Biləsuvar şəhəri, İ.Məmmədov küçəsində qeydiyyatda olmaqla yaşamış CM-in 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 da CM-in 29,144.2.3 və 29,144.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum və tanışı Təqsirləndirilən şəxs2 Zərərçək miş şəxs2 Məhkum onunla evlənməsi məqsədilə qaçıraraq oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 10 aprel 2021-ci il tarixdə saat 12 radələrində hər ikisi Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes» markalı, **-ME-*** qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən «Cənub» marketin yaxınlığına gələrək avtomobili yolun sağ kənarında saxlamış, bu zaman Biləsuvar şəhərinin mərkəzinə doğru piyada hərəkət edən Zərərçəkmiş şəxs2 həmin avtomobilin yanından keçərkən Məhkum və Təqsirləndirilən şəxs2 birlikdə onun iradəsinə zidd olaraq əllərindən tutub saxlamış, sonuncunun qışqırıb kömək istəməsi və dartınıb onların əlindən çıxmağa cəhd etməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün tə hlükəli olan zor tədbiq etməklə onu göməkləşib avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra Məhkum arxa oturacaqda Zərərçəkmiş şəxs2 tutub saxlamış, Təqsirləndirilən şəxs2 isə avtomobilin sükanı arxasına əyləşərək avtomobili idarə etməklə hərəkətə gətirərkən Zərərçəkmiş şəxs2 müqavimət göstərərək Məhkum əlindən çıxıb avtomobilin sol qapısını açaraq özünü avtomobildən yerə atmış, nəticədə sol və sağ daban-ayaqaltı nahiyədə dərin sıyrıq, yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid, sağ iç topuq, sol saiddə sıyrıqlar, sol bazu, döş qəfəsinin arxa səthində sağda, sol budda qançır kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almış, Zərərçəkmiş şəxs2 müqavimət göstərərək özünü avat otmobildən yerə atması və kənar şəxslərin hadisə yerinə toplaşması səbəbindən öz iradələrindən aslı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək adam oğurluğuna birlikdə cəhd etmişlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Həsənov İbarət Əhəd oğlu, Əliyev Hikmət Vilayət oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Mənsimov Rəsul Əlibala oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 15 mart 2022ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmı şdır. Bundan sonra Məhkum 14 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək eyni zamanda həmin şikayətin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 29 noyabr 2023-cü il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilmiş, həmin məhkəmənin 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət isə bərpa edilmişdir. Daha sonra Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 15 mart 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətini geri götürməsi barədə 16 aprel 2024-cü il tarixli ərizə ilə Ali Məhkəməyə müraciət etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 24 aprel 2024-cü il tarixli qərarı ilə onun kassasiya şikayəti geri qaytarılmışdır. 3 sentyabr 2024-cü il tarixdə Məhkum yenidən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək, eyni zamanda həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxdığı üçün həmin müddətin bərpa edilməsinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxılm ası üçün həmin şikayətin Ali Məhkəməyə göndərilməsinə dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə) 1 noyabr 2024cü il tarixli qərarı ilə isə həmin vəsatətin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən bu müraciət kassasiya şikayəti ilə birlikdə geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2024-cü il tarixli qərarıdan Məhkum kassasiya şikayəti verərək kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barə sində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından yenidən 03 sentyabr 2024-cü il tarixdə kassasiya şikayəti verərkən o, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Cinayət işi üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı ilə bərpa edilmişdir və buna görə hesab edir ki, onun apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 12 aylıq müddət həmin tarixdən hesablanmalıdır. Bu hal isə ona dəlalət edir ki, onun 15 mart 2022-ci il tarixli qərardan 29 noyabr 2024-cü il tarixədək kassasiya şikayəti vermək hüququ mövcud olmuşdur. Odur ki, şərh edilənləri nəzərə alaraq onun kassasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasi ya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi ha qqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Ci nayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələbləri nə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutula n qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki birinci instansiya məhkəməsinin ittiham hökmündən və ya digər yekun qərarından apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın ba xılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxs lərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunvericilik aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçı larına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təfsirin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarında” m üəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən bur axıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatəti əsaslı hesab edən həmin apellyasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası 29 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin etmişdir. Daha sonra Məhkum apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarından verdiyi kassasiya şi kayətini geri götürməsi barədə ərizə ilə Ali Məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Məhkum daha sonra yenidən 3 sentyabr 2024-cü il tarixdə (qanunvericilikdən nəzərdə tutulmuş 12 aylıq müddəti buraxmaqla) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin şikayətin veriləməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum tərəfindən kassasiya şikayəti yenidən qanunvericilikdə nəzərdə tutulmuş 12 (on iki) ay müddət ötürülməklə verilmiş, lakin o, öz vəsatətində həmin müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bunun səbəbini onun kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin 29 noyabr 2023-cü il tarixli Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə təmin olmasını və qeyd olunan tarixdən də 12 ay müddətində, yəni 29 noyabr 2024-cü il tarixədək yenidən kassasiya şikayəti verə biləcəyi ilə əsaslandırmışdır. Lakin iş materiallarından görünür ki, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarından 12 ay ərzində deyil, bu müddət bitdikdən sonra kassasiya şikayəti, eyni zamanda kassasiya şikayəti vermə müddətinin bərpası haqqında vəsatət vermişdir. O, həmin vəsatətində müddəti ötürdüyünü təsdiq etmiş və bunun səbəblərini üzrlü hesab edərək apellyasiya instansiyası məhkəməsindən həmin müddətin bərpa edilməsini xahiş etmiş, məhkəmə isə yenidən göstərilən müddətin bərpa edilməsi üçün əsaslar müəyyən etməyərək 1 noyabr 2024-cü il tarixli qərarla məhkumun vəsatətini və kassasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 1 noyabr 2024-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tu tulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, sonuncu apellyasiya instansiyası məhkəməsinin qərarından hansı müddətdə və qaydada kassasiya şikayətinin verilməsindən məlumatlı olmuş, lakin o, yenidən CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-in 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum tərəfindən verilmiş vəsatətdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 15 mart 2022-ci il tarixdə yekun qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamış və onun həmin qərardan kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum həmin məhkəmənin 1 noyabr 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi və kassasiya şikayətinin geri qaytarılması haqqında həmin apellyasiya insta nsiyası məhkəməsinin 1 noyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3 və 29,144.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi və kassasiya şikayətinin geri qaytarılması haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 1 noyabr 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar