Məhkəmə qərarları › İş №1(102)-756/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-756/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-756/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova Qasımova qızının Türkən Bəndər katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 177. 2.1-ci maddəsi ilə xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və yaşayan Məhkum2 CM-in 29,177.2.1-ci maddəsi ilə xx xxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan və yaşayan Məhkum3 CM-in 29,177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hök mü ilə (sədrlik edən hakim V.Ə.Abdullayev) Məhkum1 – CM-nın 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən bu cəza Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum1 təyin olunmuş 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hökm çıxarılan tarixə çəkilməmiş hissəsi – 26 gün ilə əhatə olunmaqla ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - CM-nın 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqs irli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, 400 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. Məhkum3 - CM-nın 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, 400 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı A.Abbasov tərəfindən apellyasiya protesti, Məhkum1 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhku m1 cəza təyin edilməsinə aid hissədə dəyişdirilmişdir. Hökmlə Məhkum1 təqsirli bilindiyi CM-nin 29, 177.2.1-ci maddəsi ilə təyin edilmiş cəzasına Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə təyin olunmuş 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hökm çıxarılan tarixə çəkilməmiş hissəsi, yəni 27 günü Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə ona qəti olaraq 2 (iki) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub xx xxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Zərərçəkmiş ş əxs1 məxsus 204 manat dəyərində, 17 kq çəkidə, 1,3 yaşında 1 baş qoyunu Gəncə şəhərinin Şərq küçəsi istiqamətində talayarkən zərər çəkmiş şəxs onları saxladığından öz iradələrindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi, məhkumlar X5 və Məhkum3 barəsində CM-nin 62-ci maddəsinin xaric edilməsi və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi, həmçinin məhkum X3 təyin edilən cəzanın ağırlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun 15 baş heyvanı, yəni 10 baş qoyunu və 5 baş keçisi oğurlandığı halda, məhkəmə onun dediklərini əsas götürməmiş, təqsirləndirilən şəxsləri yalnız 1 baş qoyunun oğurlanmasına görə məhkum etmişdir. Bundan başqa, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxslər X5 və Məhkum3 barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək törətdikləri cinayətin xarakterinə uyğun olmayan cəza təyin etmişdir. Zərərçəkmiş şəxs həmçinin hesab edir ki, məhkəmənin təqsirləndirilən şəxs Məhkum1 təyin etdiyi cəza da yüngüldür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya i nstansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində məhkumlar barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir və cəzasının ağırlaşdırılması xahiş olunur. Həmçinin, zərərçəkmiş şəxs kassasiya şikayətində onun 15 baş heyvanının oğurlandığı halda, təqsirləndirilən şəxsləri yalnız 1 baş qoyunun oğurlanmasına görə məhkum edilmələrini mübahisələndirir. Məhkəmə kollegiyası şikayətd ə göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 cinayət əlaqəsinə girərək törətmiş olduqları həmin cinayət əməli və əməl nəticəsində vurulmuş ziyanın məbləği mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, özlərinin etiraf edici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan, toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 13-17 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ev inin həyətyanı sahəsindən ona məxsus 15 baş xırdabuynuzlu heyvanın (10 baş qoyun və 5 baş keçinin) oğurlanması ilə bağlı etdiyi müraciətdə kifayət qədər əsaslar olmadığı üçün həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılmışdır. Həmin qərar mübahisələndirilməmişdir və hal-hazırda qüvvədədir. Zərərçəkmiş şəxs1 həmin qərardan şikayət verməmişdir. Halbuki, CPM-in 449-cu maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və həmin qərardan zərərçəkmiş şəxsin məhkəməyə şikayət etmək hüququ vardır. Zərərçəkmiş şəxs1 istintaqın gəldiyi həmin nəticə ilə razılaşmış, mülki iddia qaldırmamış və xx xxxxx 2019-cu il tarixli protokolla cinayət işinin başa çatması elan edilərkən və istintaq materialları tanış olmaq üçün ona təqdim oluna rkən heç bir vəsatət verməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan, xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işinin materialları ilə tanış olmuş, cinayət işi ilə tanış olma nəticəsində həmin iş üzrə onun hər hansı bir etirazı və vəsatətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam ver ilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 qarşı irəli sürülməyən ittihamlara baxa bilməz. Məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum2 və Məhkum3 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cə za təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və c əmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxili ndə cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konk ret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müə yyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif ha llar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. İş materiallarından görünür ki, məhkəmə məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyin edərkən törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, törətdikləri cinayəti etiraf edərək əməllərindən səmimi peşman olmalarını, bundan başqa Məhkum2 və Məhkum3 əvvəllər məhkum olunmadıqlarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və himayələrində azyaşlı uşaqlarının olmalarını cəzalarını yüngülləşdirən hallar kimi, həmçinin təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindikləri maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar