Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-756/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəfərova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxslər Məmmədova Mehriban Xosrov qızının, Məmmədova Fəxriyyə Xosrov qızının, Həsənova Çimnaz Ramazan qızının, nümayəndəsi və z ərərçəkmiş Həsənova Samirə Məmməd qızının iştirakları ilə xx xxx 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, Sadəqcan küşəsi 52, inzibati binada qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhku m Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə məhkum olunduğu 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanılmaqla cinayətlərinin məcmusu üzrə qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum edilməsi, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2016-cı il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 0 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), Q.X.Babayev və Ə.İ.Qasımov apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X19 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin avqust ayında Həsənova Samirə Məmməd qızının etibarından sui-istifadə edib ona müxtəlif banklarda girovda olan Bakı şəhərinin Yasamal rayonunda Mətbuat prospektində bir ədəd 3 otaqlı və Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında bir ədəd 3 otaqlı mənzilləri 120. 000 manata hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla, Məmmədova X8 Həsənovanı inandırandan sonra X27 Həsənovanı aldatmağa şərait yaratmış, İradə Cəfərli də Samirə Həsənovadan 11 avqust 2014-cü ildə Bakı şəhərinin Yasamal rayonunda “5 mərtəbə” adlanan ərazidə “Kapital” bankın inzibati binasının qarşısında 71.760 manatı, 05 sentyabr 2014-cü ildə isə Bakı şəhərinin Yasamal rayonunda “5 mərtəbə” deyilən yerdə “Unibankın” inzibati binansının qarşısında 48240 manatı götürəndən sonra, Samirə Həsənovanın xəbəri olmadan 01 oktyabr 2015-ci ildə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili kirayə götürüb həmin mənzili Samirə Həsənovaya güya bank yolu ilə onun üçün adlığını bildirib mənzili ona təqdim edib aldatmaqla vahid niyyətlə hissə-hissə sonuncudan küllü miqdarda,yəni 120.000 mana t məbləğində pulu ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X19 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin yay aylarının axırında Tağıyev Rüfət Vahid oğlunun etibarından sui-istifadə edib ona güya bankda girovda olan Bakı şəhərinin Nizami rayonunda Qara Qarayev prospektində yerləşən metronun «Qara Qarayev» stansiyasının yanında yerləşən yaşayış binasından 1 ədəd 3 otaqlı mənzili alacağına dair yalan vəd verib aldatmaqla Məmmədova X13 Tağıyevi inandırandan sonra X33 Tağıyevi aldatmağa şərait yaratmış, İradə Cəfərli də Rüfət Tağıyevdən 10 sentyabr 2014-cü ildə Bakı şəhərinin Yasamal rayonunda metronun «Nizami» stansiyasının yaxı nlığında yerləşən «Füzuli» meydanında 50.000 manat pulunu, daha sonra isə həmin mənzilin güya sənədləşmə işlərinin həllinə görə X42 Tağıyevi aldadaraq 15 okyabr 2014-cü ildə Bakı şəhərinin Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, «Akkord» yaşayış kompleksinin 10-cu mərtəbəsində yerləşən mənzildə Məhkum iştirakı ilə 5.000 manat pulunu, daha sonra isə həmin vədlə yenidən X42 Tağıyevdən 25 okyabr 2014-cü ildə Bakı şəhərinin Nizami rayonunda Qara Qarayev prospektində yerləşən metronun «Qara Qarayev» stansiyasının yanında 10.000 manat pulunu, daha sonra isə həmin vədlə yenidən X42 Tağıyevi aldadaraq Qara Qarayev metrosunun yaxınlığında olan binanın yaxınlığında 1 ədəd 3 otaqlı mənzilin əvəzinə ona Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayış binalarının birindən 1 ədəd 3 otaqlı mənzilin təşk il edilməsi adı ilə 24 noyabr 2014-cü ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 25, mənzil 1- də 3.000 manat pulunu, 2014-cü ilin dekabr ayında X34 Rüfət Vahid oğlundan güya banka pul qoyub faiz götürəcəyi və pulu faizi ilə birlikdə ona verəcəyinə dair yalan vəd verib aldatmaqla 25 dekabr 2014-cü ildə Bakı şəhərinin Nərimanov rayonunda X35 küçəsi ev 70, mənzil 78-A-da 10.000 manat pulunu, daha sonra X38 Məmmədova ilə birlikdə Rüfət Tağıyevi daha da inandırmaq məqsədi ilə Rüfət Tağıyevin xəbəri olmadan 07 avqust 2015-ci ildə ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzili kirayə götürüb həmin mənzili Rüfət Tağıyevə güya bank yolu ilə aldığlarını bildirib mənzili ona təqdim edib aldatmaqla 10 avqust 2015-ci ildə Məhkum iştirakı ilə həmin mənzilin texniki sənədlərinin al ınması adı ilə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 11 B, mənzil 26-da İradə Cəfərli Rüfət Tağıyevdən 1000 manat pulunu, 02 sentyabr 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi 11B saylı binanın qarşısında Məhkum Məhəmmədiyyə qızı Rüfət Tağıyevdən 800 manat pulunu və sonuncu dəfə 10 sentyabr 2015-ci ildə İradə Cəfərli Rüfət Tağıyevi ünvan 3 ünvanına qeydiyyata salmaq adı ilə aldadaraq Rüfət Tağıyevdən Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 11 B-nin qarşısında 200 manat pulunu alaraq vahid niyyətlə hissəhissə sonuncudan küllü miqdarda, yəni 80.000 manat məbləğində pulu ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X23 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin dekabr ayında Həsənova Samirə Məmməd qızının anası X11 etibarından sui-istifadə edib ona müxtəlif banklarda girovda olan Bakı şəhərinin Binəqədi rayonunda 9-cu mikrorayonda bir ədəd 3 otaqlı mənzili və Bakı şəhərinin Yasamal rayonunda ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzili 100.000 manata hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla, Məhkum Məhəmmədiyyə qızı cinayətdən xəbəri olmayan Samirə Həsənovanı inandırandan sonra X27 Həsənovanın anası Çimnaz Həsənovanı aldatmağa şərait yaratmış, İradə Cəfərli də qaytarmaq niyyəti olmadan və Çimnaz Həsənovanı daha da inandırmaq üçün Çimnaz Həsənova ilə 11 dekabr 2014-cü ildə 5 saylı notariat kontorunda 50.000 manat məbləğində pulun 2 ay müddətinə borca aldığı barədə müqavilə bağlayaraq, həmin tarixtə Çimnaz Həsənovadan Bakı şəhərinin Yasamal rayonunda “5 mərtəbə” adlanan ərazidə yerləşən 5 saylı notariat kontorunun qarşısında 50.000 manat pulunu, 25 dekabr 2014-cü ildə isə Bakı şəhərinin Yasamal rayonunda “5 mərtəbə” deyilən yerdə “Unibankın” inzibati binansının qarşısında X39 Həsənovanın 50.000 manat pulunu götürəndən sonra vahid niyyətlə Çimnaz Həsənovanın küllü miqdarda, yəni 100.000 manat məbləğində pulu ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X23 ilə birlikdə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2015-ci ilin fevral ayında X7 Məmmədovanın köməyi ilə özünü Svetlana Cəf ərovaya vəkil kimi təqdim edərək onun etibarından sui-istifadə edib 2010-cu ildə sonuncunun mərhum əri X18 adına olmuş əmlakları müəyyən edib onun adına sənədləşdirəcəyinə və ilkin sənədləşmə işləri aparacağına dair yalan vəd verib aldatmaqla, Məhkum Svetlana Cəfərovanı inandırandan sonra X20 Cəfərovanı aldatmağa şərait yaratmış, İradə Cəfərli də özünü vəkil kimi təqdim etdiyinə görə Svetlana Cəfərovadan dövlət və qeyri dövlət orqanlarından onun adından müvafiq sənədlərinin götürülməsinə dair 5 il müddətinə 11 fevral 2015-ci il tarixli etibarnaməni alaraq, ilk dəfə 11 fevral 2015-ci ildə Svetlana Cəfərovanın yaşadığı Bakı şəhərinin Xətai rayonunda Süleyman Vəzirov küçəsi ev 22, mənzil 95-də Svetlana Cəfərovadan 4.300 manatı, 18 fevral 2015-ci ildə Bakı şəhərinin Səbail rayonunda İçəri Şəhə rdə, Qala küçəsində yerləşən «Bank of Baku» bankının yanında İradə Cəfərli Svetlana Cəfərovadan 6.000 manatı, 01 mart 2015-ci ildə Bakı şəhərinin Səbail rayonunda İçəri Şəhərdə, Qala küçəsində yerləşən «Bank of Baku» bankının yanında X28 Cəfərovadan 16.500 manatı, 29 mart 2015-ci ildə Bakı şəhərinin Xətai rayonunda SüleymanVəzirov küçəsi ev 22, mənzil 95-də X28 Cəfərovadan 2.350 manatı, 31 mart 2015-ci ildə ünvan 6, mənzil 95-də X28 Cəfərovadan 2.600 manatı, daha sonra X38 Məmmədova ilə birlikdə öz cinayət əməllərini davam etdirərək X28 Cəfərovadan mərhum əri X18 adına olmuş avtomobilləri güya Lənkəran rayonunda yerləşən cərimə meydançasından çıxaracağına dair yalan vəd verib 12 may 2015-ci ildə Bakı şəhərinin Xətai rayonunda Süleyman Vəzirov küçəsi ev 22, mənzil 95-də X28 Cəfərovadan 1. 500 manatı, 24 avqust 2015-ci ildə ünvan 6, mənzil 95də X28 Cəfərovadan 2.000 manatı və sonuncu dəfə 15 fevral 2016-cı ildə ünvan 6 ünvanın qarşısında X28 Cəfərovadan 140 manatı alıb ələ keçirək vahid niyyətlə zərərçəkmiş şəxs Svetlana Cəfərovaya xeyli miqdarda, yəni 35390 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X23 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin mart ayının axırında Məmmədova Fəxriyyə Xosrov qızının etibarından sui istifadə edərək Məhkum Cəfərli İradə Kazım qızını Fəxriyyə Məmmədovaya vəkil, həmçinin bank sektorunun əməkdaşı kimi təqdim edib inandırandan sonra İradə Cəfərliyə Fəxriyyə Məmmədovanı aldatmağa şərait yaratmış, İradə Cəfərli Məmmədova Fəxriyyə Xosrov qızının anası X14 dövlət tərəfindən şəhid anası kimi verilməli olan 11.000 manat pulun kompensasiyanın alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 01 aprel 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 25, mənzil 1-də sonuncudan Məhkum iştirakı ilə 1000 manat pulunu,daha sonra Məhkum İradə Cəfərli ilə birlikdə öz cinayət əməllərini davam etdirərək Məmmədova Fəxriyyə Xosrov qızına güya bankda girovda olan Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən “ATV” telekanalının inzibati binasınını yaxınlığında olan 9 mərtəbəli yaşayış binasınını 3–cü mərtəbəsində olan bir ədəd 3 otaqlı mənzili hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 02 aprel 2015-ci ildə Nəri manov rayonunda Aşıq Molla Cümə küçəsi ev 25 mənzil 1-də İradə Cəfərli Məhkum iştirakı ilə Fəxriyyə Məmmədovadan 38000 manat pulunu, daha sonra isə həmin vədlə yenidən X38 Məmmədova ilə birlikdə Fəxriyyə Məmmədovanı aldadaraq ona güya bankda girovda olan Bakı şəhərinin Nizami rayonunda Qara Qarayev prospektində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən yaşayış binasından 1 ədəd 2 otaqlı mənzili hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 05 aprel 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Mola Cümə küçəsi ev 25, mənzil 1-də X38 Məmmədovanın iştirakı ilə Fəxriyyə Məmmədovadan 14.000 manat pulunu, sonra isə 2015- ci ilin may ayında Məhkum ilə İradə Cəfərli yenidən Məmmədova Fəxriyyə Xosrov qızını aldadaraq İradə X1 Vüsal Azər oğlunu Tibb Texnikumunun stamatologiya fakultəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib 29 may 2015-ci ildə Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yanında X30 Məmmədovanın 8.000 manat pulunu və sonuncu dəfə İradə Cəfərli Məmmədova Fəxriyyə Xosrov qızınından qaytarmaq niyyəti olmadan 5500 manat məbləğində borca pul istəyib həmin pulu 3 gün müddətinə qaytaracağına yalan vədlər verib aldatmaqla 30 may 2015-ci ildə Bakı şəhərinin Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yanında X30 Məmmədovadan 5.500 manat pulunu alaraq vahid niyyətlə hissə-hissə sonuncudan küllü miqdarda, yəni 66500 manat məbləğində pulu ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bi r qrup şəxs halında tanışı X23 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin mart ayının axırında Məmmədova Mehriban Xosrov qızının etibarından sui istifadə edərək Məmmədova X6 İradə Kazım qızını Mehriban Məmmədovaya vəkil, həmçinin bank sektorunun əməkdaşı kimi təqdim edib inandırandan sonra X21 Məmmədovanı aldatmağa şərait yaratmış, X26 Mehriban Xosrov qızına Bakı şəhərinin Xəzər rayonunda Mərdəkan qəsəbəsində ayrı-ayrı yerlərdə yerləşən güya bankda girovda olan 2 ədəd bağ evlərini ümumi 80.000 manata hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 08 iyul 2015-ci ildə Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yanında X31 Məmmədovadan 20.000 manat pulun u, 10 iyul 2015-ci ildə Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yanında isə X31 Məmmədovadan 60.000 manat məbləğində pulunu hissə-hissə vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxs Mehriban Məmmədovaya külli miqdarda,yəni 80.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X23 ilə birlikdə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Quliyeva Şövkət Telman qızını aldadaraq ona “Zamin” bank və yaxud “Muğan” bankdan ipoteka yolu ilə 25 il müddətinə hər ay 350 manat ödəmək şərti ilə bir ay müddətinə Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yeni inşa olunan binalardan 2 otaqlı mənzil almağı tə şkil edə biləcəyi barədə yalandan vədlər verib bu işin həllinə 10.000 manat məbləğində pulun verilməsinin zəruriliyini vurğuluyaraq, 2015-ci ilin aprel ayının əvvəllərində Məhkum kirayədə yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda 4cü mikrorayonda Əlisgəndər İsgəndərov küçəsi ev 1 A, mənzil 42-də Şövkət Quliyevadan 2000 manatı, Məmmədova X10 Quliyevanı inandırandan sonra X32 Quliyevanı aldadılmasına şərait yaratmış, İradə Cəfərli də Şövkət Quliyevadan 05 may 2015-ci ildə kirayədə yaşadığı Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 25, mənzil 1- də 7000 manatı və sonuncu dəfə 2015-ci ilin may ayının ortalarında İradə Cəfərli Bakı şəhərinin Binəqədi rayonunda 8-ci mikrorayonda yerləşən “OAZİS” restoranının qarşısında Şövkət Quliyevadan 1000 manatı alaraq vahid niyyətlə hiss əhissə sonuncudan 10.000 manat məbləğində pulu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X23 ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin mart ayının axırında cinayətdən xəbəri olmayan Məmmədova Fəxriyyə Xosrov qızının etibarından sui istifadə edərək Məmmədova X6 İradə Kazım qızını cinayətdən xəbəri olmayan Fəxriyyə Məmmədovaya vəkil, həmçinin bank sektorunun əməkdaşı kimi təqdim edib inandırandan sonra İradə Cəfərliyə cinayətdən xəbəri olmayan Fəxriyyə Məmmədovanın vasitəsi ilə Əliyeva Gülnar Oktay qızını aldatmağa şərait yaratmış, X37 Gülnar Oktay qızına güya bankda girovda olan Bakı şəhərinin Nəsimi rayonunda ” Nəsimi bazarı” deyilən yerin yaxınlığında yerləşən bir ədəd 3 otaqlı mənzili hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 12 aprel 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsi ev 25, mənzil 1-də X40 Əliyevadan cinayətdən xəbəri olmayan xalası Fəxriyyə Məmmədovanın vasitəsi ilə 15000 manat pulunu, daha sonra isə həmin vədlə yenidən X38 Məmmədova ilə birlikdə Gülnar Əliyevanı cinayətdən xəbəri olmayan xalası Fəxriyyə Məmmədovanın vasitəsi ilə aldadaraq ona güya bankda girovda olan Bakı şəhərinin Nərimanov rayonu ərazisisndə yerləşən “Favorit” marketin yaxınlığında olan bir ədəd 3 otaqlı mənzili hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 15 aprel 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Mola Cümə küçəsi ev 25, mənzil 1-də X40 Ə liyevadan cinayətdən xəbəri olmayan xalası Fəxriyyə Məmmədovanın vasitəsi ilə 15000 manat pulunu, daha sonra isə həmin vədlə yenidən X38 Məmmədova ilə birlikdə Gülnar Əliyevanı cinayətdən xəbəri olmayayn xalası Fəxriyyə Məmmədovanın vasitəsi ilə aldadaraq ona güya bankda girovda olan Bakı şəhərinin “Bakı Avropa məktəbinin” yaxınlığında olan bir ədəd 2 otaqlı mənzili hərrac yolu ilə alacağına dair yalan vəd verib aldatmaqla 21 aprel 2015-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda Aşıq Mola Cümə küçəsi ev 25, mənzil 1-də X40 Əliyevandan cinayətdən xəbəri olmayan xalası Fəxriyyə Məmmədovanın vasitəsi ilə 23500 manat pulunu və sonuncu dəfə X38 Məmmədova ilə birlikdə Gülnar Əliyevanı aldadaraq ona və cinayətdən xəbəri olmayan xalası X12 güya hərrac yolu ilə satdıqları ümumi 5 ədəd mənzilləri Gü lnar Əliyevanın anası Məmmədova Mehriban Xosrov qızının adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldatmaqla 15 iyun 2015-ci ildə Bakı şəhərinin Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yanında İradə Cəfərli Əliyeva Gülnar Oktay qızından 15.000 manat məbləğində pulunu alaraq vahid niyyətlə hissə-hissə ələ keçirib zərərçəkmiş şəxs Gülnar Əliyevaya külli miqdarda, yəni 68.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, bu işdə vasitəçi olub, törətdiyi əməldən peşmandır və bununla yaşını, xəstəliyini, yüngülləşdirici halları nəzərə alıb cəzasının yüngülləşdirilməsini və qanunda nəzərdə tutulan minimal həddə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslər M.Məmmədova, F.Məmmədova, Ç.Həsənova, H.Həsənovanın və dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yox lanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, c inayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcr ası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onu n törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngüllə şdirən hal kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətlə ndirmiş və haqlı olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi il ə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-756/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-756/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver