Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-756/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Mə hkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, X11 və X3 ibarət tərkibdə) 21 iyul 2022-ci il tarixli hökmü ilə 08 avqust 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natam am orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmış və qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 67.1ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 01 il, 06 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilmiş və ona 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 oğlunun sədrliyi, X4 və X2 ibarət tərk ibdə) 4 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 22 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Kingsmart” marketinin qarşısında taksi fəaliyyəti ilə məşğul olduğu idarə etdiyi “KİA “RİO” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən mübahisəsi olduğu Zərərçəkmiş şəxs1 tanımadığı qardaşı Zərərçəkmiş şəxs2 mü ştəri qismində avtomobilə əyləşib onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 6 saylı avtoparkın yaxınlığına aparmasını istədikdə razılaşmış, həmin avtoparka çatdıqda öncədən onları orada gözləyən Zərərçəkmiş şəxs1la münaqişənin aydınlaşdırılması məqsədilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu qəsdən öldürmək qərarına gələrək avtomobildə saxladığı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən ümumi uzunluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, dəstəyinin uzunluğu 9 sm olan cib bıçağını götürüb həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı sət hinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmiş- kəsilmiş yaraları xəsarətlərini yetirməsinə baxmayaraq, məqsədinə nail olmaq üçün öz hərəkətlərini davam etdirərək qanitirmədən ölümə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları” xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmiş, qanunazidd davranışlarını dav am etdirərək mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 bir dəfə eyni bıçaqla zərbə vuraraq ona “sol bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya adi bədən xəsarətləri yetirmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, aşağı instansiya məhkəmələri yekun qərarlarında Məhkum cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini (qeyd edilən yüngüləşdirici hal CM-nin 60-ci maddəsinin tətbiqi üçün əsas olmuş) və yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə almışlar. Göründüyü kimi məhkəmələr cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictima i təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, yalnız göstərilən cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Belə ki, cəza təyini zamanı məhkəmələr baş vermiş cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və CM-nin 60.1-ci maddəsini tətbiq etməklə Məhkum CM-nin 120.1-ci maddəsinin sanksiyanın yuxarı həddinin dörddə üçündən çox olmayan cəza təyin etmişlər. Məhkəmələr hansı əsaslarla qeyd edilən xüsusatı yüngülləşdirici hal kimi hesab etmələrini öz yekun qərarlarında əsaslandırmamışlar. Belə ki, Məhkum Zərərçəkmiş şəxs1 qətlə yetirməsi və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti y etirməsi şəxsi münasibətlər zəminində qisas almaq məqsədi İlə və qarşılıqlı dalaşma nəticəsində baş verməsi sübuta yetirilmişdir. Qeyd edilən xüsusatlar Zərərçəkmiş şəxs2 və Şahid1 ifadələri ilə təsdiqini tapmışdır. Lakin məhkəmələr qarşılıqlı dalaşma nəticəsində baş vermiş cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin nəticəsi kimi qiymətləndirmiş və bununla hüquqi səhvə yol vermişlər. Cinayət hadisəsinin tərəflərin şəxsi münasibətlərin pozulması nəticəsində qisas almaq niyyəti ilə törədilməsi, mübahisənin məhz qarşılıqlı olması və dalaşanların bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri qisas motivini təsdiq edən amillərdəndir. Məhkəmə nəzərə almamışdır ki, CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş büt ün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Habelə, məhkəmələr Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. Məhkəmələr cəza təyin edərkən Məhkum cinayət hadisəsi törətdikdən sonra Zərərçəkmiş şəxs1 üzərinə daş atmasını, avtomobil sürməsini, xəsarət yetirdiyini bildiyi halda zərərçəkmiş şəxslərə tibbi və ya digər hər hansı yardım göstərməyərək hadisə yerini tərk etməsini nəzərə almamışdır. Qeyd edilənlər qanunsuz hərəkətlər həm də zərərçəkmiş şəxlərə nifrətin və törətdiyi əmələ haqq qazandırmasının nümayişidir, bu da onun cəmiyyətdə kriminal ünsür kimi davranışlara malik olması və yaranmış problemləri qanundan kənar qaydada həll edən şəxs olmasını bir daha təsdiq edir. İş materiallarından həmçinin görünür ki, təqsirləndirilən şəxs avtomobilində mütəmadi olaraq bıçaq gəzdirmişdir. Şəxsin heç bir əsas olmadan üzərində bıçaq gəzdirməsi bir daha onun təhlükəli niyyətinin və cəmiyyət arasında təhlükəli fərd olmasının göstəricisidir. Dadaşov X6 rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmünə əsasən CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm çıxan günə kimi isə əlavə cəzası çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, Məhkum hadisə gününə qədər taksi sürücüsü kimi fəaliyyət göstərmiş, hadisə yerinə də özünün idarə etdiyi avtomobili ilə gəlmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, şəxs əvvəllər cinayət törətməsinə baxmayaraq, islah olunmamış, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsinə baxmayaraq, qanunsuz olaraq avtomobil idarə etmişdir. Məhkum nə ibtidai istintaq, nə məhkəmə istintaqı zamanı, nə də apellyasiya icraatı zamanı mövqeyini bildirərkən, verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və bununla bağlı hər hansı bir formada peşmançılıq çəkməsini bildirməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixlr qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və zərərçəkmiş şəxs tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, cəzanı ağırlaşdırmağa kifayət qədər əsaslar olmasına baxmayaraq nədənsə yüngülləşdirici mövqedən işə baxılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin baş vermiş cinayət hadisəsinə qədərki qanunsuz və əxlaqsız davranışını, CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cinayət işində cəz anı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmənin gəlmiş olduğu bu nəticə olduqca əsassızdır. İş üzrə ilkin istintaq dövründən təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət verilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 gözləri önündə 14 bıçaq zərbəsi ilə öldürülməsi, Zərərçəkmiş şəxs2da bıçaqla xəsarət yetirilməsi həmçinin bu hərəkətlərinin acı davamı kimi şahid Şəhriyyara da hücum çəkməsinin sonucunda təqsirləndirilən şəxsin əməli CM-nin 120.1 və 128-ci madələri ilə tövsif olunması qəbul edilən deyildir. Kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının cəza hissəsində ləğv edilərək Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş sanksi yada 10 ildən daha ağır cəza verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, ibtidai araşdırma zamanı və cinayət işinin materiallarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Müdafiə tərəfi olaraq Apellyasiya məhkəməsinin qərarı ilə razı deyil. Qərar çıxarılarkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamışdır. Belə ki, iş materiallarından və hadisənin bilavasitə şahidi olan şəxslərin verdiyi ifadədən də göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən döyüldüyü üçün zəruri müdafiə vəziyyətində Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuşdur. İşin hallarından da göründüyü kimi Məhkum qabaqcada n əlbir olan bir qrup şəxsin hücumuna məruz qalmış, hətta “kömək edin” deyərək qışqırmağa başlamışdır. Bu hal belə onun Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyəti olmadığını təsdiqləyir. Hətta Məhkum yerə yıxıldığı üçün bıçağı kortəbii şəkildə hərəkət etdirdiyi Şahid1 və Sənan Cəfərovun verdiyi ifadə ilə bir daha öz təsdiqini tapır. Şahid ifadələrinə əsasən, Zərərçəkmiş şəxs1 Məhkum bıçağı kortəbii şəkildə hərəkət etdiriyini görməsinə baxmayaraq ona təpik vurmağa davam etmiş və həmin əsnada qıçından xəsarət almışdır. Məhkum verdiyi ifadəyə əsasən hücumuna məruz qaldığı şəxslərin əlində beşbarmaq olmuşdur. Məhkum ictimai təhlükəli qəsddən yalnız ona hücum edən şəxslərə zərər vurmaq yolu ilə mühafizə oluna bilərdi. İşin hallarından da göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs1 və onun qardaşına xəsarət yetirən zaman öncədən başlayan qəsd davam etmiş, yəni qəsd başa çatmamışdır. Artıq hüquqlarını müdafiə etdiyi şəxsin həyatı üçün real təhlükə yaranmışdır. Məhkum qəsd başa çatdıqdan sonra mərhum Zərərçəkmiş şəxs1 və digərlərinə xəsarət yetirməmişdir. Əksinə şəxsi istifadəsində olan avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 əlində beşbarmaq olduğu üçün hüquqlarını müdafiə etdiyi şəxsin məruz qaldığı hücum real və həqiqi olmuşdur. Həmçinin mərhumun aldığı xəsarətlərdən də göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs1 və digərlərinin zərbələrinin qarşısını almaq üçün özünü müdafiə etməyə çalışmışdır. Məhkum özündən güclü 3 nəfərin hücumuna məruz qaldığı, heç kimdən və heç bir yerdən köməyin gözlənməsi mümkün o lmayan şəraitdə özünü müdafiə, həmçinin onları qorxudaraq kənarlaşdırmaq məqsədi ilə bıçağı hərəkət etdirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 bədənindəki xəsarətlərin deşici yox, kəsici olması belə Məhkum qəsdən adam öldürmə niyyətinin formalaşmadığını göstərir. Məhkum Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmaq niyyəti olmadan onu təqib etdiyi qəbul edilcə belə, şahid ifadələrindən göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs avtomobildən düşmədən oradan uzaqlaşmış, həmin əsnada mərhum ayaqda olmuşdur. Əgər həqiqətən Məhkum niyyəti Zərərçəkmiş şəxs1 öldürmək olsaydı o, avtomobildən düşərək niyyətini başa çatdırardı. Bütün bunlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi Məhkum hərəkətlərini zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər kimi qiymətləndirməmiş və apellyasiya şikayətində olan x üsusatları nəzərə almadan onun guya cinayət əməlini birbaşa qəsdlə törətdiyi qənaətinə gəlmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətləri zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər sayıldığı üçün onun əməlində cinayət tərkibi yoxdur. Məhkəmə tərəfindən qərar çıxarılarkən hücum edənlərin sayı, müdafiə olunanların sayı, qəsdin baş verdiyi yer, vaxt, hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbəti nəzərə alınmamışdır. Yəni Məhkum təkbaşına qaranlıq və gec saatlarda 3 nəfərin hücumuna məruz qalması bir daha onun qəsdən adam öldürmə niyyətinin olmadığını təsdiqləyir. Lakin qeyd edilən hallar Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Məhkum deyil, sonuncunun üzərinə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücum etmiş, onu planlı şəkildə d öyən, qohumluq, dostluq münasibətlərində olmaqla subyektiv amillərdən çıxış edən mərhumun yaxın qohumu və dostunun ifadəsini mötəbər sübut kimi qiymətləndirilərək nəzərə almışdır. Həmçinin Məhkum himayəsində yetkinlik yaşına çatmamış övladı var, 2016-cı il tarixdə aprel döyüşlərinin iştirakçısı olmuş, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşmüşdür. Məhkum əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 1(103)1780/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə ko llegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və zərərçəkmiş şəxsin birgə verdiyi kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və zərərçəkmiş şəxsin birgə verdiyi kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessu al qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya ape llyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməm əsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və zərərçəkmiş şəxsin birgə verdiyi kassasiya şikayətində məhkuma təyin edilən cəza mübahisələndirilmişdir. Müdafiəçi tərəfindən isə şəxsin CM-in 120.1-ci maddəsi ilə təqsirlilk məsələsi mübahisələndirilmiş və ona bəraət verilməsi iddia edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkum edilmiş şəxsin CM-in 12 0.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını iş materiallarında olan obyektiv sübutların məcmusu, o cümlədən şahid ifadələri, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum olunmuş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 120.1 və 128-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli həmin M əcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002- ci il tarixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həl li üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Cinayət işinin materiallarında olan və aşağı məhkəmə instansiya məhkəmələri tərəfi ndən tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 81 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş "döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmiş-kəsilmiş yaraları” xəsarətləri iti uca və kənara malik əşya (alət) təsirindən törənmişlər, hayatidirlər, mərhumun ölümündən az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə törənə bilərdilər. Qeyd olunmuş xəsarətlərdən döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən, sağ budun yuxarı 1/3-nin ön-iç səthinin bud arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan deşilmişkəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanıın, sol çiyin qurşağının, döş qəfəsinin sağ yarı səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qarınüstü nahiyənin, sağ kürək nahiyəsinin tış və iç hissələrinin, hər iki kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən, sol budun orta və aşağı 1/3-nin, sol saidin, sol iç topuğunun deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirkər. Mərhum Zərərçəkmiş şəxs1 bədən sə thində aşkar edilmiş xəsarətlərin təqdim edilmiş bıçaqla və ya həmin tipli digər bıçaqla yetirilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ budun yuxarı 1/3-nin ön- iç səthinin bud arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarası nəticəsində törənən kəskin xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meytinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2021-ci il, saat 02:00) 3-4 saat əvvəl baş vermişdir. Qeyd olunan xəsarətlər yetirildikdən sonra mərhum Zərərçəkmiş şəxs1 yeriyə və məqsədyönlü hərəkətlər etməsi inkar edilmir; Məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 727 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekpsertizası zamanı onda aşkar edilm iş "sol bazunun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası” xəsarəti deşicikəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi xx.xx.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin bıçaqla yetirilməsi mümkündür. Təqdim edilmiş mavi rəngli köynəkdəki zədə nahiyəsi Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlə uyğunluq təşkil edir. Kassasiya məhkəmə kollegiyası ilk əvvəl müdafiəçinin kassasiya şikayətinə münasibət bildirməyi zəruri hesab edir və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu xüsusatl ara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və məhkum olunmuş şəxsin əməlin özünü müdafiə etmək istəyərkən, zəruri müdafiə vəziyyətində hadisənin baş verməsi dəlilinin subyektiv mülahizə və məsuliyyətdən yaxa qurtarmaq cəhdi olması kimi əsaslı nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq məhkum olunmuş şəxs Məhkum özünü təqsirli bilməməsinə dair ifadələrini qeyri-səmimi ifadələr kimi qiymətləndirilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi baş vermiş cinayət hadisəsinə, o cumlədən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün hallarına düzgün hüquqi qiymət vermişdir. Bununla bağlı məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zəruri müdafiə həddini aşma dedikdə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə açıq-aşkar uyğun olmayan qəsdən törədilən hərəkətlər başa düşülür. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əsas məqsədi qəsd edənin həyatdan məhrum edilməsi deyil, ictimai-təhlükəli qəsddən müdafiə olunmaqdır. Göründüyü kimi, təqsirkarın əməlinin zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməli kimi qiymətləndirilməsi üçün iki hal- zəruri müdafiə vəziyyətinin yaranması və şəxsin zəruri müdafiə həddi aşılmaqla digər şəxsi qətlə yetirməsi müəyyən edilməlidir. Yəni Məhkum əməlinin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün real ictimai-təhlükəli qəsd mövcud olm alıdır. Lakin məhkəmələr tərəfindən araşdırılan sübutlardan göründüyü kimi, hadisə zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş versə də, Məhkum hər hansı qəsddən özünü qorumağı zəruri edən şərait yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, məhkum edilmiş şəxsin cinayət əməlini birbaşa qəsdlə törətməsi və Zərərçəkmiş şəxs1 ölümündən ibarət olan nəticəni arzu etməsi, eyni zamanda Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması araşdırmalar zamanı öz təsdiqini tapmış və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində Məhkum bəraət verilməsi ilə bağlı dəlillərini araşdı raraq hesab edir ki, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, aşağı instansiya məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəraitini, ekspertiza rəylərini nəzərə alaraq Məhkum cinayətin zərərçəkmiş şəxsi qisas almaq niyyətilə törədilən və onun hərəkətlərinin sadə adam öldürməyə görə məsuliyyət nəzərdə tutan cinayət maddəsinin tərkibini yaratması barədə əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq CM-in 120.1-ci maddəsi ilə tövsif etmişlər. Müdafiəçinin kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunması və ya CM-in 120.1-ci maddəsi ilə Məhkum bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindi yi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya müraciətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsini rəhbər tutaraq, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin baş vermiş cinayət hadisəsinə qədərki qanunsuz və əxlaqsız davranışını, Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və cinayət işində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəz ərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halla r, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkuma cəza təyini ilə bağli mövqeyi ilə razılaşaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin ağırlaşdırılmasının islah təsiri baxımından mütənasib hesab etmir və qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunm ası, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya müraciətlərinin bu barədə dəlilləri əsassızdı r. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin, müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və zərərçəkmiş şəxsin birgə verdiyi kassasiya şikayətlərinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi və eləcə də ona təyin edilmiş cəzanın ağırlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası göstərilən məsələlərlə bağlı kassasiya müraciətlərinin dəlillərini heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillər hesab edir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş, M əhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-756/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-756/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver