Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-756/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun Əliyev Kamal Vəli oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 sen tyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 12.1, 32.4,120.2.1 və 12.1, 32.4,120.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi K.V.Əliyev tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəmənin 09 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, 18 avqust 1970-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Naftalan şəhər MKİT-da mühafizəçi vəzifəsində ünvanda yaşamış, işləmiş, ünvan 1 CM-nin 12.1, 32.4,120.2.1 və 12.1, 32.4,120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 12.1,182.4, 12.1,32.3,120.2.1, 12.1,32.3,120.2.5, 12.1,32.3,120.2.11 və 12.1,32.3,228.2.1ci maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 12.1, 32.5,120.2.1, 12.1, 32.5,120.2.5, 12.1, 32.5,120.2.11 və 12.1, 32.5,228.2.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məh kum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası hüdudlarından kənarda sifarişlə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətinin başqa şəxs tərəfindən törədilməsini ələ alma, sövdələşmə üsulu ilə sövq etməklə təhrik etmişdir. Belə ki, 2019-cu ilin yanvar ayında Rusiya Federasiyası Arxangelsk vilayətində taxta-şalban məhsullarının tədarükü, o cümlədən Azərbaycan Respublikasına ixracı ilə məşğul olan Zərərçəkmiş şəxs doğma qardaşı X9 sifarişlə, hədə-qorxu ilə tələblə əlaqədar maddi maraq müqabilində qəsdən öldürülməsi barədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və onunla uzun müddət yaxın münasibətlərdə olan, həmin cinayətə görə Rusiya Federasiyasında məhkum olunmuş X3 təklif etdikdə sonu ncular həmin sifarişi qəbul etmiş, X3 cinayət niyyətini həyata keçirmək üçün 2019-ci ilin yanvar ayında ona müraciət edib hədə-qorxu ilə tələblə əlaqədar olmasını bildirməyərək X9un öldürülməsi üçün əvvəllər tanıdıqları və onunla yaxın münasibətlərdə olan, Belarus Respublikasında kriminal qruplaşmanın üzvü olmuş, həmin cinayətə görə RF-da məhkum olunmuş X11 15000 ABŞ dolları (məzənnəyə görə 25500 manat) müqabilində qətlin icraçısı qismində cəlb etməsini təklif etdikdə o, razılaşaraq cinayət niyyəti ilə əlbir olub bir qrup şəxs halında RF-nın Voronej şəhərində yaşayan sonuncu ilə müasir texniki vasitələrdən istifadə etməklə əlaqə yaratmaqla həmin təklifi çatdırmış, X9un öldürülməsinə yönəlmiş niyyəti həyata keçirmək üçün X3 ilə razılaşdırılmış şəkildə, mobil rabitə vasitələri ilə X11la danı şıqlar aparmaqla, dilə gətirməklə və pulla sonuncunu cinayət törədilməsinə sövq edib 15000 ABŞ dolları vəd etmiş, sonuncunun razılığını aldıqdan sonra X9un öldürülməsinin bilavasitə planlaşdırılması zamanı X3 və X11un birbaşa əlaqələri olması məqsədi ilə sonuncuları telefon nömrələri və olduqları yer barədə məlumatlandırmışdır. 17-30 yanvar 2019-cu il tarixləri ərzində X3 və Təqsirləndirilən şəxs2 Arxangelsk vilayətinin Nyandoma şəhərində olaraq, X11un hərəkət etməsi üçün VAZ21074 markalı, H971KT/29 dövlət qeydiyyat nişanlı avtomobili tapmış, 30 yanvar 2019-cu il tarixdə X11 X3nin göstərişi ilə Arxangelsk vilayəti Nyandoma şəhəri ərazisinə gəldikdə, sonuncu 45000 rus rublu məbləğində pul vəsaiti verdikdən sonra X11 həmin avtomobili almışdır. X9un sifarişlə öldürülməsi niyyətini davam edərə k, X3 X11a X9un öldürüləcəyi yer və üsul barədə göstərişlər, eləcə də zərərçəkmiş şəxsin şəxsiyyəti və istifadə etdiyi «Ssang Yong Action Sport» markalı, R196SA/69 dövlət qeydiyyat nişanlı avtomobili barədə məlumatları verdikdən sonra, 30 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə VAZ-211540 markalı, H597US/29 dövlət qeydiyyat nişanlı avtomobildə Nyandoma şəhərindən Arxangelsk vilayəti, Karqopol rayonu, Şeloxovskaya kəndi istiqamətində gedərək arxalarınca aldıqları VAZ-21074 markalı, H971KT/29 dövlət qeydiyyat nişanlı avtomobillə gələn X11a BrinNavolok-Karqopol-Vıteqra avomobil yolunda gizli yerdən qabaqcadan tapıb atəş açmaq üçün hazırlanmış odlu silahı, markası və modeli müəyyən olunmamış səssiz atəş üçün qurğulu, 9 mm kalibrli tapança və onun sursatlarını götürüb verərə k atəş üçün yararlı olmasını bildirmiş, bundan sonra Karqopol rayonu Şeloxovskaya kəndində X9 olacağı istehsalat bazasına, X9un öldürüləcəyi yerə kimi marşrutu göstərmişlər. X3 və Təqsirləndirilən şəxs2 cinayətin törədiləcək yer və üsul barədə göstərişləri X11a verdikdən sonra çıxıb getmiş, sonuncu isə ona verilmiş göstərişləri icra edərək avtomobil yolda qalıb zərərçəkmiş X9u gözləmiş, bu zaman X3 mobil telefonla X11un istifadəsində olan onun verdiyi mobil telefon nömrəsinə zənglər edərək göstərişlərinin icrasına nəzarət etmişdir. 31 yanvar 2019-cu il tarixdə saat 01.30-02.30 müddət ərzində X11 Arxangelsk vilayəti, Karqopol rayonu, Şeloxovskaya-Ozerko kəndləri istiqamətində avtomobil yolunda, Arxangelsk vilayəti, Karqopol bələdiyyə rayonu, «Priozernoye» Bələdiyyə qurumu ünvanında yerləş ən 1 №-li tikilidən təxminən 40 metr aralı və Şeloxovskaya kəndi, Sportivnaya küçəsi, ev 20 yaşayış binasından 720 metr cənubi-qərbdə olaraq, əvvəlcədən X3 və Təqsirləndirilən şəxs2 ona verdikləri naməlum modelli səsboğucu ilə təchiz edilmiş 9 mm kalibrli tapança ilə silahlanıb X9u qəsdən öldürmək məqsədi ilə, öz hərəkətlərinin ictimai təhlükəli olmasını dərk edərək, X9un ölümü kimi ictimai-təhlükəli nəticələrini qabaqcadan bilərək və bunu arzulayaraq, sonuncunun həyat üçün vacib orqanları yerləşdiyi nahiyyələrinə, döş və baş nahiyyələrinə, 3 dəfə atəş açaraq X9un hadisə yerində ölümünə səbəb olan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs öldürdükdən sonra X11 mobil rabitə vasitəsilə X3yə və Təqsirləndirilən şəxs2 məlumat vermiş, sonuncular da qabaqcadan danışılmış pul mükafatını ver əcəylərini vəd etmişdir. Bundan sonra, X11 yaşadığı RF-sı Voronej şəhərinə qayıtmış, bank kartını yoxladıqda pulun daxıil olmadığını görüb X3 ilə əlaqə yarada bilməyib Məhkum ilə əlaqə yaradaraq cinayət əməlinə görə vəd edilmiş pulun ödənilməsini tələb etdikdə sonuncu X3 və cinayət qrupun digər üzvləri ilə əlaqə saxlayaraq X11a vəd edilmiş pulu sonuncuya çatdırmağı üzərinə götürmüş, X3nin tapşırığı ilə Təqsirləndirilən şəxs2 onunla görüşüb 13000 ABŞ dolları (məzənnəyə görə 22100 manat) pulu ona verdikdən sonra, X11la əlaqə saxlamaqla pulu Moskva şəhərində yaşayan, cinayətlə heç bir əlaqəsi olmayan X23 verəcəyini bildirmiş, lakin sonuncuya pul köçürülmədiyindən və 04 fevral 2019-cu il tarixdə X11 Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulduğundan, sonuncuya sifarişlə t örətdiyi cinayətə görə pulu çatdırmamışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi K.V.Əliyev, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Əliyev İlqar Kamil oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayılov Yusif Yaşar oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X13 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 13 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 12,1, 32.3,120.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 12.1, 32.5,120.2.1-ci maddələri ilə, Məhkum isə CM-nin 12.1,32.4,120.2.1-ci maddələri ilə təqsirli bilinmələrinə dair müddəalar onlara qarşı irəli sürülmüş ittihamlardan xaric edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçi K.V.Əliyev ayrı-ayrılıqda kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsi haqqında yekun məhkəmə qərarı çıxarılaraq onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) bir sıra maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3 və 6-cı maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” və qüvvədə düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 30 mart 2006-cı il və 27 dekabr 1996-cı il tarixli Qərarlarına, iş üzrə toplanmış və araşdı rılmış bəzi sübutlara, Məhkum qarşı irəli sürülmüş ittihama və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinə və həmin ölkənin Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi K.V.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs heç bir təqsiri olmadığı halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, iş üzrə ibtidai araşdırma və işə məhkəmə baxışları bir çox prosessual pozuntularla, o cümlədən Məhkum müdafiə hüququnun pozulması ilə aparılmış, araşdırılmış sübutlara isə düzgün qiymət verilməmiş, məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını is ə yolverilməz sübutlar təşkil etmişdir. Müdafiəçinin qənaətinə görə, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi heç bir sübutla təsdiq olunmamış, Zərərçəkmiş şəxs qətlə yetirilməsinə görə Rusiya Federasiyasında məhkum olunmuş X3 və X11 isə əlaqəyə girərək onun barəsində böhtan xarakterli ifadələr vermişlər. Məhkum həmin şəxslərlə telefonla əlaqə saxlasa da, bu hal onun X11u qəsdən adam öldürmə cinayətini törətməsinə təhrik etməsinə dəlalət etmir. Digər tərəfdən isə müdafiə tərəfi öz vəsatət və müraciətlərində dəfələrlə qeyd etmişdir ki, Məhkum hec bir cinavət əməli törətməməklə yanaşı ləyaqətli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarsı vuruşduğuna görə tam əsassız, qanunsuz, qeyri-obyektiv və qərəzli olaraq Rusiya Federasiyasında ol an erməni və erməni yönümlü qüvvələr və şəxslər tərəfindən təqdim olunmuş saxta sübutlar əsasında cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum edilmişdir. Məhkəmələr isə nəzərə almamışlar ki, hətta X11 ibtidai araşdırmanın müxtəlif mərhələlərində törədilmiş cinayət barədə Məhkum xəbəri olmadığını bildirmişdir. Yalnız 05 iyun 2019-cu il, 03 iyul 2019-cu il, 28 oktyabr 2019-cu il və 05 noyabr 2019-cu il tarixlərdə X11 heç bir ehtiyac olmadığı halda əlavə olaraq dindirilmiş və həmin dindirmələr zamanı Məhkum barəsində ifadələr verməyə başlamış, ifadələrinin dəyişməsi səbəbini isə hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki, anası erməni millətindən olan X11un başqa məzmunda ifadələr verməsinin səbəbi ondan ibarət olmuşdur ki, Məhkum birinci Qarabağ müharibəsi zamanı iki erməni zabitini qətl ə yetirdiyinə görə ermənilər onun özünün öldürülməsinə görə mükafat kimi 100.000 ABŞ dolları məbləğində pul vəd etmiş, X11 da bu vəddən istifadə edərək, habelə aldığı puldan bir hissəsini X3yə verərək nəinki özü yalan ifadələr vermiş, həmçinin sonuncunu da belə ifadələr verməyə təhrik etmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayət əməli törədilən zaman Məhkum Azərbaycan Respublikasında olmuş və onun bu cinayət haqqında heç bir məlumatı olmamışdır. Məhkəmə iclaslarında həm X11un, həm də X3nin məhkəməyə gətirilmələri və şahid qismində dindirilmələri barədə qaldırılmış vəsatətlər isə təmin olunmamışdər, baxmayaraq ki, həmin şəxslər Rusiya Federasiyasında aparılmış cinayət təqibinin müxtəlif mərhələlrində biri birinə ziddiyyətli ifadəldər vermiş, X3 isə Rusiya Federasiyasında 18 aprel 2022-ci il tarixdə verdiyi ifadələrində Məhkum şərlədiyini və onun günahsız olduğunu bildirmişdir. Daha sonra müdafiəçi K.V.Əliyev qeyd etmişdir ki, ibtidai araşdırma zamanı Məhkum hüquqlarının müdafiə olunması üçün onunla müqavilə bağlanmasına baxmayraq, müstəntiq ona dövlət hesabına müdafiəçi təyin etmiş, onu isə ibtidai araşdırmanın aparılmasına prosesinə buraxmamış və Məhkum ilə bir sıra istintaq hərəkətlərinin keçirilməsində o, iştirak edə bilməmiş, bununla da məhkumun müdafiə hüququ pozulmuşdur. Bu halların araşdırılması üçün müdafiə tərəfi məhkəmə iclaslarında müstəntiqin dindirilməsi barədə vəsatətlər qaldırsa da, məhkəmələr tərəfindən həmin vəsatətlər təmin olunmamışdır. Bundan başqa, kassasiya şikayətində qeyd olunur ki, hazırki iş üzrə ibtidai araşdırma bir çox prosessual pozuntularla aparılsa da, məhkəmələr bu pozuntulara da diqqət yetirməmiş və birinci instansiya məhkəməsinin hazırlıq iclasında CPM-nin 303-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırılmasına baxmayaraq bu vəsatət də təmin edilməmişdir. Daha sonra, məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul edərkən Rusiya Federasiyasının Arxangelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmünə əsaslanmış, bu hökmü hazırki iş üzrə də preyudisial əhəmiyyətə malik olan yekun məhkəmə aktı kimi qiymətləndirmiş, lakin CPM-nin 142.1-ci maddəsinin tələblərini pozmaqla nəzərə almamışlar ki, həmin hökm Azərbaycan Respublikasında tanınmadığına görə belə akt kimi ona istinad oluna bilməzdi. Qeyd olunanlarla bağlı kassasiya şikayətində daha ətraflı dəlillər irəli sürən müdafiəçi K.V.Əliyev onun həmin şikayətinin təmin olunmasını xahiş edir. Məhkum Ş.Ə.Qasmızadə apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində özünün cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinə, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini onunla əsaslandırlmışdır ki, o, heç bir cinayət əməli törətməmiş, yalnız X3nin xahişi ilə onu əvvəllər də tanıdığı X11la əlaqələndirmiş, lakin onların hər hansı cinayəti törətməsindən xəbəri olmamışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, o, qanunsuz və əsassız olaraq məhkum e dilmiş, məhkəmələr isə araşdırılmış sübutlara düzgün qiymət verməyərək bu haqda yekun məhkəmə aktları qəbul etmişlər. Bu dəlillərə əsaslanaraq Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü tələbin təmin olunmasını xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxsin hüquqi varisi X13 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərər çəkmiş şəxsin hüquqi varisi X6nın və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilm işdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, Məhkum və onun müdafiəçi K.V.Əliyev tərəfindən verilmiş həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmuş, iş üzrə toplanmış və araşdırılmış sü butlara düzgün hüquqi qiymət verilməmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, nəticədə də Məhkum təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, Məhkum və müdafiəçi K.V.Əliyev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv olunması və Məhkum bəraət verilməsi haqında qərarın qəbul edilməli olması barədə tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya q aydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi K.V.Əliyevin şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum və digərlərinin məhk um olunmalarına dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qərarın əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş ha llar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclas ında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq nor masının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına a lınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhk əmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunv ericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prins ipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutları n təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqq ında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM- də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cina yət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ gö rə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şə xs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbi t edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu dey ildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının p ozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilm əyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tu tulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsəl ələrə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dai r müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və ( və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqla rına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutla ra uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsind əki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bu nu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “ Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunveri ciliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi K.V.Əliyevin kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşin müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, Məhkum 2019-cu ilin yanvar ayında Rusiya Federasiyasının Arxangelsk vilayəti ndə taxta-şalban məhsullarının tədarükü, o cümlədən Azərbaycan Respublikasına ixracı ilə məşğul olan Zərərçəkmiş şəxs doğma qardaşı X9 sifarişlə, hədə-qorxu ilə tələblə əlaqədar maddi maraq müqabilində qəsdən öldürülməsi barədə üçün əvvəllər tanıdığı və onunla yaxın münasibətlərdə olan, Belarus Respublikasında kriminal qruplaşmanın üzvü olmuş X11 15000 ABŞ dolları (məzənnəyə görə 25500 manat) müqabilində qətlin icraçısı qismində cəlb etməsi təklifini X3dən qəbul edib bu təkliflə razılaşaraq RF-nın Voronej şəhərində yaşayan X11la telefon vasitəsilə əlaqə saxlayıb onunla danışıqlar aparmaqla ona edilmiş təklifi sonuncuya çatdırmış, onu cinayət törədilməsinə sövq edib 15000 ABŞ dolları məbləğində pulu ona verməyi vəd etmiş, X11un razılığını aldıqdan sonra X9un öldürülməsinin bilavasitə planla şdırılması zamanı X3 və X11un birbaşa əlaqələri olması məqsədi ilə onları telefon nömrələri və olduqları yer barədə məlumatlandırmış, əldə edilmiş razılığa əsasən isə X11 31 yanvar 2019-cu il tarixdə saat 01.30-02.30 müddət ərzində Arxangelsk vilayəti, Karqopol rayonu, Şeloxovskaya-Ozerko kəndləri istiqamətində avtomobil yolunda, Arxangelsk vilayəti, Karqopol bələdiyyə rayonu, «Priozernoye» Bələdiyyə qurumu ünvanında yerləşən 1 №-li tikilidən təxminən 40 metr aralı və Şeloxovskaya kəndi, Sportivnaya küçəsi, ev 20 yaşayış binasından 720 metr cənubi-qərbdə olaraq, əvvəlcədən X3 və Təqsirləndirilən şəxs2 ona verdikləri naməlum modelli səsboğucu ilə təchiz edilmiş 9 mm kalibrli tapança ilə silahlanıb Zərərçəkmiş şəxs həyat üçün vacib orqanları yerləşdiyi nahiyyələrinə, döş və baş nahiyyələrinə, 3 dəfə atəş açaraq ona ölümü ilə nəticələnən bədən xəsarətləri yetirmişdir. Bundan sonra X11 mobil rabitə vasitəsilə X3yə və Təqsirləndirilən şəxs2 məlumat vermiş, sonuncular da qabaqcadan danışılmış pul mükafatını ona verəcəklərini vəd etmişdir. Bundan sonra, X11 yaşadığı RF-nın Voronej şəhərinə qayıtmış, bank kartını yoxladıqda pulun daxıil olmadığını görüb X3 ilə əlaqə yarada bilməyib Məhkum ilə əlaqə yaradaraq cinayət əməlinə görə vəd edilmiş pulun ödənilməsini tələb etdikdə sonuncu X3 və cinayət qrupun digər üzvləri ilə əlaqə saxlayaraq X11a vəd edilmiş pulu sonuncuya çatdırmağı üzərinə götürmüş, X3nin tapşırığı ilə Təqsirləndirilən şəxs2 onunla görüşüb 13000 ABŞ dolları (məzənnəyə görə 22100 manat) pulu Məhkuma verdikdən sonra, X11la əlaqə saxlamaqla pulu Moskva şəhərində yaşayan, cinayətlə heç bir əlaqəsi olmayan X23 verəcəyini bildirmiş, lakin sonuncuya pul köçürülmədiyindən və 04 fevral 2019-cu il tarixdə X11 Rusiya Federasiyasının hüquq- mühafizə orqanları tərəfindən tutulduğundan, sonuncuya sifarişlə törətdiyi cinayətə görə pulu çatdırmamışdır. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli hökmündə və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olunmuş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansi yası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-nin 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlu m olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan aşağı instansiya məhkəmələri CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət əməlini törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış sübutlar həm 09 sentyabr 2022- ci il tarixli hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası həmin sübutların bir qisminə müraciət edərək hazırki qərarda da onlara istinad etməyi zəruri bilir. Əvvəla, cinayət işinin materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, X11u və X3ni tanımış, sonuncu ilə təxminən 2002-2003-cü illərdə Belarusiya Respublikasının Qomel şəhərində bazarda alver edən zaman tanış olmuş, X11la isə 1995-ci ildə birlikdə kiqboksinqlə məşğul olmuşdur. 2008-ci ildə X11 və X3 Belarusiya Respublikasının Qomel şəhərində quldurluq cinayəti törətmiş, Ruslan həmin vaxt Belarusiya Respublikasından Rusiya Fedar asiyasına, X3 isə Ukrayna Respublikasının Donetsk vilayətinə qaçmışdır. Sonra X3 Ağdaş şəhərinə gətirilmiş və bu cinayəti törətdiyinə görə məhkəmənin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 bu cəzanın 10 ilini sonra 2018-ci ildə azadlığa çıxmış və Rusiya Federasiyasına getmiş, o, da ara-bir onun mobil nömrəsinə zəng edib danışaraq ondan həl əhvalını öyrənmişdir. Belə danışıqların birində X3 ondan X11la əlaqəsinin olubolmamasını soruşmuş, o, isə buna cavab olaraq ona hərdən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə X11la əlaqə saxladığını demişdir. Sonra X3 ondan X11un mobil nömrəsini istəmiş və o, da X3ə X9un nömrəsini şifahi olaraq bilmədiyini, telefona baxıb deyə biləcəyini demişdir. Daha sonra X11la əlaqə saxlayaraq X3ün onun nömrəsini istədiyini, ver ib-verməməsini soruşmuş, X9 isə ona vaxtı olmadığını, X3ün nömrəsini ona verməsini və özünün X3 ilə əlaqə saxlayacağını bildirmişdir. Buna görə o, İntiqamın telefon nömrəsini X11a vermiş, daha sonra X3ə zəng edərək bu barədə onu məlumatlandırmış, lakin sonradan X11la X3 arasında telefon danışıqlarının aparılması, bu danışıqların məzmunu barədə onun xəbəri olmamışdır. 2018-ci ilin sonları, 2019-cu ilin əvvəlləri X3 ona telefon vasitəsi ilə zəng edərək özünün X9a pul verməli olduğunu, Azərbaycandan Rusiyanın Moskva şəhərinə 13000 ABŞ dolları məbləğində pul göndərmək lazım olduğunu deyərək ondan köməklik istəmişdir. O, da həmin pulun nə pul olması barədə İntiqamdan soruşduqda sonuncu ona bu haqda telefonda deyə bilməsinin mümkün olmadığını, sonradan ona məlumat verəcəyini bildirib 13000 ABŞ d olları məbləğində pulun onun köməkliyi ilə ona göndərilməsini xahiş etmişdir. Bundan sonra tanımadığı bir nəfər şəxs X3ün adından onun yaşadığı Naftalan şəhərinə gələrək göstərilən məbləğdə pulu ona vermişdir. Həmin pulu Moskva şəhərinə göndərmək üçün, o, həmin şəhərdə yaşayan X23la əlaqə yaradaraq onun verdiyi telefon nömrəsi ilə Xlə əlaqə saxlamış və onunla görüşüb pulu Xə vermiş, X isə onun yanında X23ə zəng edərək ona pulu götürdüyünü demiş, X23 da pulun çatdırılmalı olan şəxsin telefon nömrəsini ona verməyi xahiş etmişdir. Bu danışıqdan sonra o, X11a zəng etmiş, X23ün telefon nömrəsini X11ə vermiş və ona həmin şəxsə zəng edib X3ün verdiyi pulu ondan götürə biləcəyini demişdir. Lakin sonradan 13000 ABŞ dolları məbləğində pulun bir dəfəyə göndərilməsi mümkün olmadığından X11a bu haqda m əlumat vermiş, sonuncu da pulu özlərində saxlamalarını, Moskva şəhərinə gələndə özünün həmin pulu götürəcəyini bildirmişdir. Daha sonra o, X11la əlaqədə yarada bilməmişdir ona görə ki, onun telefonu bağlı olmuşdur. Bu haqda o, X3yə məlumat vermiş, İntiqam da hələlik pulun X23da qalmasını təklif edərək danışığı kəsmişdir. Bu danışıqdan sonra o, gedib pulu Xdən götürmüş, əvvəllər, təxminən 2004-cü ildə X3yə xurma satdığına, onun isə xurmanın dəyərini – 9500 ABŞ dolları məbləğində pulu ödəmədiyinə görə, o, 13000 ABŞ dolları məbləğində puldan İntiqamın ona olan borcunu, yəni 9500 ABŞ dollarını çıxıb götürmüş, pul birinci dəfə Moskva şəhərinə göndərilərkən buna 1000 ABŞ dolları sərf olunmuşdur. Bir müddət sonra X3ün X adlı dostu ona zəng edərək X3ün tutulduğunu, türmədə olduğunu və pulunu istəd iyini demişdir. O, da öz növbəsində Xə X3ün ona olan 9500 ABŞ dolları pul borcunu həmin puldan çıxdığını, 1000 ABŞ dolları məbləğində pulun isə sözügedən pulun göndərilməsinə sərf olunduğunu, yerdə qalan 2500 ABŞ dolları pulu “Kapital bank” vasitəsi ilə göndərəcəyini X3ə deməsini xahiş etmişdir. X3 türmədən ona zəng edərək nəyə görə onun pulunu göndərmədiyini soruşduqda o, X adlı şəxsə dediklərini ona da demiş, X3 isə pulu tam həcmdə göndərməyəcəyi təqdirdə onu tutduracağı ilə hədələmişdir. Buna görə, o, əsəbləşib telefonunu sındırmış, mobil nömrəsini dəyişmiş və bir daha X11la və X3la əlaqə saxlamamışdır. Bu ifadələrə Məhkum həmçinin kassasiya şikayətində də istinad etmişdir. İbtidai araşdırma zamanı da Məhkum oxşar məzmunda ifadələr vermiş və qeyd etmişdir ki, onun X3 ilə pul mübahisəl əri olduğundan sonuncu Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilərək dindirilərkən məhz bu mübahisəyə görə onun haqqında həqiqətə uyğun olmayan ifadələr vermiş, eyni zamanda X11u da belə ifadələr verməyə təhrik etmişdir. Halbuki, o, X11a kimisə 15000 ABŞ dolları məbləğində pul müqabilində öldürməyi təklif etməmiş və sadəcə olaraq X11u və X3ni sonuncunun xahişi ilə əlaqələndirmiş, X11un Zərərçəkmiş şəxs qətlə yetirməsindən isə xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və qanuni qüvvəsini almış Rusiya Federasiyası Arxangelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmündən görünür ki, X3 və X11 zərərçəkmiş şəxs X9un qətlə yetirilməsinə görə təqsirli bilinmiş, X3 Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəs i, 105-ci maddəsinin 2-ci hissəsinin «z» bəndi, 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, X11 isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin «z» bəndi, 222-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Göstərilən hökmlə cinayətin törədilməsində həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum də iştirakları müəyyən edilərək onların adları qüvvəyə minmiş həmin yekun aktında onların soyadları şərti olaraq «L» (Təqsirləndirilən şəxs2), «S.» (Təqsirləndirilən şəxs1) və «Q.» (Məhkum) hərfləri ilə işarələnmiş, lakin hazırki iş üzrə məhkum olunmuş bu şəxslərin əməlləri də ətraflı təsvir edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhz sübutların mövcudluğu və həmin sübutların tədqiqi hissəsində preyudisial qüvvəyə malik olan yekun məhkəmə aktı kimi istinad etdikləri və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş hökmdən görünür ki, Məhkum və hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin cinayətin törədilməsində iştirakları müəyyən edilmiş, Rusiya Federasiyasında törədilmiş cinayətin icraçısı hesab edilərək cinayət məsuliyyətinə cəlb olunub məhkum edilmiş X11 Rusiya Federasiyasının Arxanqelsk Vilayət Məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilsə də Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə istinad edərək ifadə verməkdən imtina etmişdir. Buna görə məhkəmə tərəfindən Rusiya Federasiyası CPM-nin 276-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq onun həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən aparılmış ibtidai araşdırma zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və hökmdə adı çəkilən məhkumun və X3nin onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinmələri, habelə digər şəxslərlə yanaşı Məhkum də törədilmiş cinayətdə iştirakı barədə nəticəyə gələrkən məhkəmə digər sübutlarla yanaşı məhz həmin ifadələrə, habelə X3nin də ibtidai araşdırma zamanı verdiyi ifadələrinə əsaslanmışdır. X11 onun və X3nin barələrindəki cinayət işi üzrə Rusiya Federasiyasında aparılan ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dəfələrlə (kassasiya şikayətind ə istinad olunan 05 iyun 2019-cu il, 03 iyul 2019-cu il, 28 oktyabr 2019-cu il və 05 noyabr 2019-cu il tarixlərdə) dindirilərkən isə eyni məzmunlu ifadələr vermiş və göstərmişdir ki, o, müxtəlif modifikasiyalı odlu silahı əminliklə və bacarıqlı şəkildə istifadə edir, onun tanışları arasında Məhkum və X7 var. 2018-ci ilin dekabr ayının ortalarında o, yaşadığı Rusiya Federasiyasının Voronej şəhərində olarkən ona Məhkum zəng edərək bildirmişdir ki, X3 ona 15 000 ABŞ dolları məbləğində pul müqabilində sonuncunun təşkil edəcəyi odlu silahı istifadə etməklə qeyri rus milliyyətindən, kişi cinsindən olan bir şəxsi öldürməyi təklif edir. O, Məhkum bu cinayəti törətməyə razılıq vermiş, lakin vaxtı olmadığına görə həmin cinayəti 2019-cu ilin yanvar ayında törədə biləcəyini bildirmişdir. Bu danışıqdan sonra Ş.A.Qasımzadə onun razılığı barədə X3yə xəbər vermiş, o, isə 27 yanvar 2019-cu il tarixdə Məhkum ilə əlaqə yaradaraq təklif olunmuş cinayəti törətməyə hazır olduğunu bir daha bildirmiş, Məhkum isə bununla əlaqədar X3nin özü ilə əlaqə yaratmaq üçün sonuncunun mobil telefon nömrəsini ona vermişdir. Bir sutka ərzində X3 ona zəng etmiş və onu Arxangelsk vilayətinin Nyandoma şəhərində gözlədiyini dedikdə, o, 28 yanvar 2018-ci il tarixdə qatara bilet alaraq Arxangelsk vilayətinin Nyandoma şəhərinə yola düşmüş, 30 yanvar 2019-cu il tarixdə saat 00:36 dəqiqədə oraya çatmış, X3 onu sonradan tanıdığı Təqsirləndirilən şəxs2la birlikdə qarşılamış və onlar VAZ-2115 markalı avtomaşında mehmanxanaya getmişlər. Yolda X3 bir daha təsdiqləmişdir ki, onların yerlisi olan bir kişini öldürmək lazımdır və cinayəti törətmək üçün silah artıq hazırdır. Bu ifadələrin sonrakı hissəsində X11 ətraflı olaraq X3 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs qətlə yetirilməsi üçün gördükləri hazırlıq işləri və həmin cinayəti törətməsinin hallarını ətraflı təsvir etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, X11 bu məzmunda ifadələri həmçinin həmin ifadələr hadisə yerində yoxlanılarkən və istintaq eksperimenti keçirilərkən bir daha təkrarlamışdır. Məhkum X3 də Arxanqelsk Vilayət Məhkəməsinin məhkəmə iclasında Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə əsaslanaraq ifadə verməkdən imtina etmiş və buna görə məhkəmə tərəfindən Rusiya Federasiyası CPM-nin 276-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq onun ibtidai araşdırma zamanı verdiyi ifadələ r elan olunmaqla tədqiq edilmiş və, yuxarıda qeyd olunduğu kimi, məhkəmə çıxardığı hökmlə müəyyən olunmuş məsələləri həll edərkən onun bu ifadələrinə əsaslanmışdır. İbtidai araşdırma zamanı isə X3 göstərmişdir ki, 2018-ci ilin noyabr ayının son günləri - 2019-cu ilin yanvar ayının ilk günlərinin birində Azərbaycan Respublikasının Ağdaş şəhərində Təqsirləndirilən şəxs1, Səmədov Rüfan və Umarov Ramiz ona Hüseynov Ruslanın qətlə yetirilməsində iştirak etməyi təklif etmiş və ona cinayətin icraçısını tapmağı tapşıraraq onun özünə 10.000 ABŞ dolları, icraçıya isə 15.000 ABŞ dolları mükafat verəcəklərinə söz vermişlər. O, bu təkliflə razılaşaraq bu cinayəti törətmək üçün icraçı qismində X11u cəlb etmək qərarına gəlmiş və bu barədə Təqsirləndirilən şəxs1, Yə və Zə bildirmişdir. Lakin, X11un telefo n nömrəsi onda olmadığına və bu səbəbdən onunla birbaşa əlaqə saxlaya bilmədiyinə görə, o, əvvəllər tanıdığı və Belarusiya Respublikasının Qomel şəhərində bazarda alver etdikləri, eyni zamanda X11u tanıyan və sonuncu ilə əlaqəsi olan Məhkum zəng etmiş və ona Arxangelsk vilayətinin Nyandoma şəhərində X9u öldürmək lazım olmasını, buna görə 15.000 ABŞ dolları mükafat veriləcəyini bildirərək bu cinayəti törətmək üçün onu X11la əlaqələndirməyi xahiş etmişdir. Bir müddət sonra Məhkum ona zəng edərək, X11dan bu cinayəti, yəni X9u qətlə yetirə biləcəyi barədə onun razılığını aldığını, lakin X11un bu işi bir aydan sonra görə biləcəyini bildirməsi barədə məlumat vermişdir. O, da öz növbəsində bu haqda Təqsirləndirilən şəxs1, Ya və Zə demişdir. Daha sonra X3 öz ifadələrində də X11la və Təqsirləndiril ən şəxs2la birlikdə Zərərçəkmiş şəxs qəsdən öldürülməsi üçün birilikdə gördükləri hazırlıq işlərinin hallarını və bundan sonrakı hərəkətlərini təsvir etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X3 təsvir edilmiş ifadələrini təsdiq etmiş və eyni zamanda bildirmişdir ki, X11un qəsdən adam öldürmə cinayətinin törədilməsində icraçı qismində cəlb edilməsini o yox, Məhkum təklif etmiş, belə təkliflə Məhkum Təqsirləndirilən şəxs2 müraciət etmişdir. 28 aprel 2020-ci il tarixli hökmdən göründüyü kimi, məhkəmə X3nin bu ziddiyyətli ifadələrini inandırıcı hesab etməmiş və iş üzrə müvafiq nəticələrə gələrkən digər sübutlarla uzlaşan X11un etirafedici ifadələrinə üstünlük vermişdir. Həmin ifadələrində isə X11 ardıcıl olaraq göstərmişdir ki, 15000 ABŞ dolları məbləğində pul müqabilində son radan adını bildiyi X9un qətlə yetirilməsini ona 2018-ci ilin dekabr ayında məhz Məhkum təklif etmiş və o, da bu təkliflə razılaşaraq 31 yanvar 2019cu il tarixdə təqsirli bilindiyi cinayət əməlini törətmiş, bundan əvvəl isə bu cinayətin törədilməsi üçün bütün hazırlıq işlərini X3 və Təqsirləndirilən şəxs2la birlikdə görmüşdür. İbtidai araşdırma zamanı X3nin ifadələri hadisə yerində yoxlanılarkən o, da əvvəllər verdiyi və məhkəmə iclasında verdiyi ifadələrlə üst-üstə düşən ifadələrini bir daha təsdiq etmişdir. Göstərilən məhkum olunmuş şəxslərin ifadələri ilə yanaşı həmin ifadələrdə göstərilən hallar həm hazırki iş, həm də Rusiya Federasiyasında baxılmış cinayət işi üzrə əldə edilmiş Məhkum, X11un və X3nin biri-biri ilə öz aralarında apardıqları telefon danışıqları və yazışmaları barədə m əlumatlarla təsdiq olunur və məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr bütün bu sübutların fövqündə haqlı olaraq Məhkum tamah məqsədilə qəsdən adam öldürmə cinayətinin törədilməsində təhrikçi kimi iştirak etməsi barədə nəticəyə gəlmiş, onun törətdiyi əməl isə CM-nin 12.1, 32.4, 120.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. İşə həm Şəki Ağır Cinayətlər Məhkəməsində, həm də Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən baxılarkən Rusiya Federasiyasında cəza çəkən X11un və X3nin buna görə Azərbaycana gətirilərək dindirilmələri mümkün olmadığından bu haqda müdafiə tərəfinin qaldırıığı vəsatət əsaslandırılmış şəkildə cavablandırıldığndan, məhkəmə kollegiyası adları çəkilən məhkumların ifadələrinin elan olunaraq tədqiq edilməsində hər hansı qanun pozuntusunu görmür və hesab edir ki, bu halda həm “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. X11un və X3nin barələrindəki Azərbaycan Respublikasında tanınmamış Rusiya Federasiyası Arxanqelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmünün Məhkum təqsirli bilindiyi cinayəti törətməsini təsdiq edən sübutların mövcudluğu, bu sübutların qanuniliyi hissələrində preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı kimi düzgün olmayaraq qiymətləndirilməsinə dair müdafiəçi K.V.Əliyevin dəlillərinə cavab olaraq, məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməs inə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 142.1.-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Əvvəla, iş materiallarından göründüyü kimi, Arxanqelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmü qüvvəyə minmişdir və hal hazırda icra olunur. Qanunun təsvir edilmiş normasından görünür ki, həmin normada hökmün başqa dövlətin məhkəməsi tərəfindən çıxarılmasından və Azərbaycan Respublikasında tanınıbtanınmamasından asılı olmayaraq istənilən qanuni qüvvəyə minmiş hökmdə nəzərdə tutulur ki, hazırki iş üzrə məhkəmələrin əsaslandıqları 28 aprel 2020-ci tarixli hökm işə baxılarkən qüvvədə olmuşudur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin preyudisial əhəmiyyətə malik olan hökm və ya digər yekun qərar hesab etdikləri məhkəmə aktı qanuni yolla əldə olunmuş sübutlara əsaslansın, bu sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilsin, bu hökmü çıxarmış və ya digər yekun aktını qəbul etmiş məhkəmə iş üzrə gəldiyi nəticələri, bu və ya digər halların mövcudluğunu ehtimallar üzərində qurmayaraq kifayət qədər əsaslandırsın, bu zaman müvafiq sübutlara əsasən işin faktiki hallarını müəyyən edərkən cinayət prosesi iştirakçılarının, o cümlədən cinayətin törədilməsində iştirakları müəyyən edilmiş, laki n bu və ya digər səbəbdən baxdığı iş üzrə cinayət məsuliyyətinə cəlb edilməmiş şəxslərin hüquqlarının pozulmasına yol verməsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarında Konstitusiyanın 60 və 63-cü maddələrinə, habelə CPMnin 142.1-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Qanunverici cinayət prosesində sahədaxili (CPM-nin 142.1-ci maddəsi) və sahələrar ası preyudisiyanı (CPM-nin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən CPM-nin 142-ci maddəsində preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qismi digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üstə düşə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər... Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılm asına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyasına və şahidlərin dindirilməsinə təminat verən Konvensiyanın 6-cı maddəsinin 2-ci və 3(d)-cü bəndləri, həmin maddənin 1-ci bəndi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissələrini təşkil etməklə, ümumilikdə, məhkəmə araşdırmasının ədalətliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (Böyük Palatanın Gäfgen Almaniyaya qarşı iş üzrə 2010-cu il 1 iyun tarixli Qərar; Al Khawaja və Tahery Birləşmiş Krallığa qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərar). Avropa Məhkəməsi həm də hesab etmişdir ki, bir neçə şəxsin iştirakı ilə törədilən mürəkkəb cinayət işinin eyni icraatda aparılması mümkün olmadıqda, təqsirləndirilən şəxslərin təqsiri məsələsini həll etmək məqsədi ilə məhkəmə, cinayətin törədilməsində iştirak edən və sonradan ayrıca mühakimə ediləcək üçüncü şəxslərin adlarının çəkilməməsini tələb edə bilər. Cinayət işlərinə baxan məhkəmələr, təqsirləndirilən şəxsl ərin hüquqi məsuliyyəti ilə əlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində, sadəcə, mülahizə və ya şübhə kimi bəhs edə bilməzlər. Bu, həmçinin üçüncü şəxslərin iştirakçılığı ilə əlaqədar hallara da aiddir. Lakin bu halların qeyd olunması vacib olduqda, məhkəmə təqsirləndirilən şəxsin hüquqi məsuliyyətinin həll olunması üçün labüd olmayan dəlilləri təqdim etməkdən çəkinməlidir. Bu baxımdan məhkəmə qərarlarının tərtibatında digər iş üzrə məhkəmə araşdırmasının ədalətliliyini şübhə altına qoymamaq üçün üçüncü şəxslərin təqsiri ilə əlaqədar ilkin mülahizələrdən çəkinmək lazımdır (Karaman Almaniyaya qarşı iş üzrə 2014-cü il 27 fevral tarixli Qərar, § 64 65). Eyni zamanda, Avropa Məhkəməsi qeyd etmi şdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kə sb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır (2016-cı il 23 fevral tarixli Qərar, 46632/13 və 28671/14, §104105)... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından CPM-nin 142.1-ci maddəsinin müddəaları ci nayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və özünün CPM-nin 142.1-ci maddəsinə verdiyi təfsirdən çıxış edərək vurğulayır ki, X11un və X3nin barələrindəki Arxanqelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş və Məhkum təqsirli bilindiyi ittihamda əksini tapmış işin faktiki halları müəyyən edilərkən həmin məhkəmə əvvəla qanuni yolla əldə edilmiş və tam, hərtərəfli və obyektiv araşdırılmış sübu tlara əsaslanmış, həmin sübutların yolverilməzliyini müəyyən etməmiş, digər tərəfdən isə qəsdən adam öldürmə cinayətinin törədilməsində iştirak etmiş Məhkum bu əmələ görə təqsirli bilinməsini əvvəlcədən həll etməmiş, yəni təqsirsizlik prezumpsiyası prinsipinin tələblərini pozmamış, sonuncunun təqsirlilik məsələsi isə hazırki işə baxan Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin həm Rusiya Federasiyasında, həm də Azərbaycan Respublikasında aparılan cinayət təqibi zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tədqiq edilərək mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş, digər tərəfdən isə həm 28 aprel 2020-ci il tarixli, həm 09 sentyabr 2022-cxi il tarixli hökmlərdə, həm də 13 mart 2023-cü il tarixli qərarda təsvir edilmiş sübutlar əsasında həll edilmişdir. Odur ki, məhkəmələr haqlı olaraq Arxanqelsk Vilayət Məhkəməsinin 28 aprel 2020-ci il tarixli hökmünü müvafiq sübutların mövcudluğu və həmin sübutların qanuniliyi hissələrində preyudisial xarakter daşıyan yekun məhkəmə aktı kimi qiymətləndirməklə qanunun tələblərinə əməl etmiş və bununla bağlı müdafiəçi K.V.Əliyevin kassasiya şikayətinin dəlillər qəbul edilməz sayılmaqla onlar Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. O, ki, qaldı Məhkum I Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək iki erməni zabitini qətlə yetirdiyinə görə erməni qəsbkarları tərəfindən onun özünün öldürülməsi üçün 100.000 ABŞ dolları məbləğində pul şəklində mükafat təy in etmələrinə, X11un və X3nin məhz həmin puldan yararlanaraq onun barəsində böhtan xarakterli ifadələr vermələrinə, bunun əsasında həmçinin X11un anasının erməni millətinin nümayəndəsi kimi “Daşnaksyutun” partiyasının fəal üzvü olmasına dair müdafiəçi K.V.Əliyevin dəlillərinə və bu dəlillərə əsasən adları çəkilən şəxslərin ifadələrinin yolverilməz sübutlar kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi haqqında tələbinə, məhkəmə kollegiyası bu dəlillərlə də razılaşmır və müdafiəçinin irəli sürdüyü tələbin təmin edilməsini mümkün bilmir ona görə ki, istər sonuncu, istərsə də onun tərəfindən hüquqları müdafiə olunan Məhkum həmin dəlillərlə və tələblə bağlı təsdiqedici sübutları istər ibtidai araşdırma orqanına və məhkəmələrə təqdim etməmiş, məhkəmələr də belə sübutları araşdırm amış və təsvir edilən halların həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Halbuki, CPM-nin 139.0.6-cı maddəsinin tələblərinə əsasən 139.0.6, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası belə olan halda Məhkum CM-nin 12.1, 32.4, 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi və onun əməlinin həmin maddələrlə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə məhkum olunmuş digər şəxslərin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə deyil, həmçinin iş üzr ə məhz məhkəmə iclaslarında araşdırılmış başqa sübutların da məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun Qərarlarında, o cümlədən qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrlə üst-üstə düşür. Son olaraq, məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, Məhkum və onun müdafiəçisi K.V.Əliye vin kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz olması ilə bağlı irəli sürülmüş dəlilləri tamamilə əsassızdır və baxılan işdə həmin məhkəmənin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi K.V.Əliyevin, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, Məhkum və onun müdafiəçi K.V.Əliyevin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli qərarı Ş.Q.Qasımzadəyə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 32.4,120.2.5ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-756/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-756/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver