Məhkəmə qərarları › İş №1(102)-757/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-757/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-757/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 23 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs X5, müdafiəçi X7, mülki iddiaçının nümayənd əsi X9 iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə X5 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsi və ona Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Abbas İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər məhkəməsinin (sədrlik edən hakim X10) 15 avqust 2018-ci İl tarixli hökmü ilə, X8 - 01 mart 1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonu, ************* * kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan AzərbaycanRespublikasıCM-nin192.2.2-ci maddəsiiləelan edilmiş ittiham üzrə bəraət verilmiş, 213.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. İşin halları: X11 ittiham edilmişdir ona görə ki, 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2n “Samur-Abşeronsutikinti” törəmə müəssisəsində (VÖEN **********) 01.01.2011-ci il tarixdən 01.03.2013-cü il tarixədək müdir vəzifəsində işləyərkən müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablan ması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası VM-nin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82.1 və 104.2ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdar təşkil edən 594991,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti il məşğul olaraq külli miqdar təşkil edən 779589,71 manat gəlir əldə etmişdir. Belə ki, X11 müdiri old uğu "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin 2011-ci ilin: yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 2653831,35 manat, əlavə dəyər vergisi 477689,64 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 477689,64 manat olduğu halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 41059,00 manat, əlavə dəyər vergisini 7390,63 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 19999,98 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 12609,36 manat göstərərək, əlavə dəyər vergisini 490299,00 manat az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 52128,82 manat, əlavə dəyər vergisi 9383,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 5046,06 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 4337,13 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1052128,82 manat, əlavə dəyər vergisini 189383,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 12977,22 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 176405,97 manat göstərərək, əlavə dəyər vergisini 172068,84 manat artıq; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 44651,70 manat, əlavə dəyər vergisi 8037,31 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 8037,31 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 39650,85 manat, əlavə dəyər vergisini 7137,15 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 ma nat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 7137,15 manat göstərərək, əlavə dəyər vergisini 900,15 manat az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 1667971,85 manat, əlavə dəyər vergisi 300234,93 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 300234,93 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 264320,32 manat, əlavə dəyər vergisini 47577,66 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 47577,66 manat göstərərək, əlavə dəyər vergisini 252657,28 manat az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 226520,13 manat, əlavə dəyər vergisi 40773,62 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0, 00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 40773,62 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 846259,77 manat, əlavə dəyər vergisini 152326,76 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 152326,76 manat göstərərək, əlavə dəyər vergisini 111553,14 manat artıq; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 910238,35 manat, əlavə dəyər vergisi 163842,90 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 25506,74 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 138336,16 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 965236,44 manat, əlavə dəyər vergisini 173742,56 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 25506,74 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 148235,82 manat göstərərək, əlavə dəyər vergisini 9899,66 manat artıq; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 1221222,61 manat, əlavə dəyər vergisi 218200,77 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 210936,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 7264,46 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1221222,61 manat, əlavə dəyər vergisini 219820,07 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 210936,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 8883,76 manat göstərərək, əlavə dəyər vergisini 1619,3 manat artıq; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 515286,24 manat, əlavə dəyər vergisi 92751,52 m anat, əvəzləşdirilən əlavə dəyər vergisi 201164,11 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisi 108412,59 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 112800,00 manat, əlavə dəyər vergisini 20304,00 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 201164,11 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 180860,11 manat göstərərək, əlavə dəyər vergisini 72447,52 manat artıq; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 370183,10 manat, əlavə dəyər vergisi 66632,96 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 946,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 65686,65 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1641369,77 manat, əlavə də yər vergisini 295446,56 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 946,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 294500,25 manat göstərərək, əlavə dəyər vergisini 228813,6 manat artıq; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 657049,15 manat, əlavə dəyər vergisi 118268,85 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 30604,66 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 87664,19 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamdə əlavə dəyər vergisi tutulan dövriyyəsini 657048,83 manat, əlavə dəyər vergisini 118268,79 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 30604,66 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 87664,13 manat göstərərək, əlavə dəyər vergisini 0,06 manat az; 2012-ci ilin yanvar ayı üzrə müəssisənin əlavə dəyər ve rgisi tutulan dövriyyəsi 55674,58 manat,əlavə dəyər vergisi 10021,42 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 10021,42 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 929212,30 manat, əlavə dəyər vergisini 167258,21 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 167258,21 manat göstərərək, əlavə dəyər vergisini 157236,79 manat artıq; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 38134,74 manat, əlavə dəyər vergisi 6864,25 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 2886,81 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 3977,44 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergi si tutulan dövriyyəsini 38134,75 manat, əlavə dəyər vergisini 6864,26 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 2886,81 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 3977,45 manat göstərərək, əlavə dəyər vergisini 0,1 manat artıq; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 40828,82 manat, əlavə dəyər vergisi 7349,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 6780,38 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 568,81 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 40828,00 manat, əlavə dəyər vergisini 7349,04 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 6780,38 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 568,66 manat göstərərək, əlavə dəyər vergisini 0,15 manat az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 146505,58 manat, əlavə dəyər vergisi 26371,00 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 3959,18 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 22411,82 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 146505,63 manat, əlavə dəyər vergisini 26371,01 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 3959,18 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 22411,83 manat göstərərək, əlavə dəyər vergisini 0,1 manat artıq; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 108857,83 manat, əlavə dəyər vergisi 19594,41 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 6611,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 12983,10 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər ve rgisi tutulan dövriyyəsini 108858,55 manat, əlavə dəyər vergisini 19594,54 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 6611,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 12983,23 manat göstərərək, əlavə dəyər vergisini 0,13 manat artıq; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 616165,24 manat, əlavə dəyər vergisi 110909,74 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 73680,34 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 37229,4 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 303350,61 manat, əlavə dəyər vergisini 54603,11 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 73680,34 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 19077,23 manat göstərərək, əlavə dəyər vergisini 56306,63 manat az; iyu l ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 325582,31 manat, əlavə dəyər vergisi 58604,82 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 7067,13 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 51537,69 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 255618,89 manat, əlavə dəyər vergisini 46011,40 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 7067,13 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 38944,27 manat göstərərək, əlavə dəyər vergisini 12593,42 manat az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 739146,70 manat, əlavə dəyər vergisi 133046,41 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 3063,92 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 129982,49 manat olduğu halda, vergi orqanına təqdim etdi yi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 235809,63 manat, əlavə dəyər vergisini 42445,73 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 3063,92 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 39381,81 manat göstərərək, əlavə dəyər vergisini 90600,68 manat az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 169911,11 manat, əlavə dəyər vergisi 30584,51 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 4150,36 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 26433,64 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 263336,67 manat, əlavə dəyər vergisini 47400,60 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 4150,36 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 43250,24 manat göstərərək, əlavə dəyər verg isini 16816,6 manat artıq; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 786560,10 manat, əlavə dəyər vergisi 141158,10 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 141158,10 manat olduğu halda olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 260608,86 manat, əlavə dəyər vergisini 46909,59 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 46909,59 manat göstərərək, əlavə dəyər vergisini 94248,51 manat az göstərməklə, cəmi 245045,32 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin o, "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin 2011-ci il üzrə ümumi gəliri 8373023,66 man at, gəlirin əldə edilməsinə çəkilmiş xərcləri 6977519,72 manat, mənfəəti 1395503,94 manat, büdcəyə ödənilməli mənfəət vergisi 279100,79 manat olduğu halda, vergi oranına təqdim etdiyi bəyannamədə cəmiyyətin mənfəətini 40478,68 manat, büdcəyə ödənilməli mənfəət vergisini 8095,74 manat göstərərək, 271005,05 manat məbləğində mənfəət vergisini, 2012-ci il üzrə ümumi gəliri 2410533,68 manat, gəlirin əldə edilməsinə çəkilmiş xərcləri 2008778,07 manat, 6977519,72 manat, mənfəəti 401755,61 manat, büdcəyə ödənilməli mənfəət vergisi 80351,12 manat olduğu halda, vergi oranına təqdim etdiyi bəyannamədə cəmiyyətin mənfəətini 7052,00 manat, büdcəyə ödənilməli mənfəət vergisini 1410,40 manat göstərərək, 78940,72 manat məbləğində mənfəət vergisini, cəmi 349945,77 manat məbləğində mənfəət vergisini dövlə t büdcəsinə ödəməkdən yayındırmış, ümumilikdə, X2 miqdar təşkil edən 594991,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan əlavə, X11 "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” Törəmə müəssisəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» 02.09.2002-ci il tarixli Fərmanı və həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların tələblərini pozaraq dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) al madan 01.01.2011-ci il tarixdən 01.03.2013-ci il tarixədək olan dövrdə Quba rayonu ərazisində Qusarçay, Qudyalçay, Ağçay və Qaraçay çaylarında sahilbərkitmə işləri üzrə, Xaçmaz rayonu ərazisində Qudyalçay çayında sahilbərkitmə işləri, Bakı şəhəri, **************************** məhəllədə inşa edilən çox mərtəbəli “Uğur- yaşayış kompleksində tikinti-quraşdırma işləri, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Bakı-Sumqayıt yolunun şərq hissəsində inşa edilən yaşayış kompleksində tikinti-quraşdırma işləri, Qusar rayon Prokurorluğu və Gədəbəy rayonu məhkəməsinin inzibati binalarının tikintisi işlərini həyata keçirərək, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdar təşkil edən 779589,71 manat gəlir əldə etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya prote stinə, mülki iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə) 24 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Abbas İsmayılov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Depart amentinin baş direktoru A6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cinayət işində olan çoxsaylı məhkəmə qərarlarından görünür ki, "xxxx" ASC-nin “SamurAbşeronsutikinti” törəmə müəssisəsinin 01.01.2011 -ci il tarixindən 01.03.2013-cü il tarixədək olan dövr üzrə 151.166,9 manat, ona tətbiq edilən maliyyə sanksiyası üzrə 75.583,45 manat məbləğində borcu vardır. Məhkəmə qərarının 8-ci səhifəsində ASC-nin şəxsi hesab vərəqəsinə əsasən 25.05.2018-ci il tarixə 181.492,39 manat məbləğində artıq ödənişin olduğu qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə vergi orqanı tərəfindən “şəxsi hesab vərəqəsində dürüstləşmənin aparılması barədə" 22.06.2018-ci il tarixli ************* nömrəli məktub və vergi ödəyicisinin həmin tarixli şəxsi hesab vərəqəsindən çıxarış təq dim edilmişdir. Həmin çıxarışdan və hazırda şikayətə əlavə olunan şəxsi hesab vərəqəsindən aydın görmək mümkündür ki, qeyd olunan tarixə şəxsi hesab vərəqəsində artıq ödəniş mövcud olmamış, əksinə 08.05.2018-ci il tarixdən etibarən əsas vergi üzrə 249.380,45 manat məbləğində borc olmuşdur. Məhkəmə isə yanlış olaraq qeyd olunan nəticəyə gəlməklə bərabər ziddiyyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi öz qərarında 151.169,90 manat məbləğində verginin az hesablandığı, 181.492,39 manat artıq ödənildiyi əsas gətirilərək apellyasiya şikayətini təmin etmədən saxlamışdır. Lakin 181.492,39 manat məbləğində artıq ödəmənin yaranma səbəbi ilə bağlı məhkəməyə təqdim edilmiş “şəxsi hesab vərəqəsində dürüstləşmənin aparılması barədə” 22.06.2018-c i il tarixli məktubda ətraflı izah verilmişdir. Belə ki, “Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474- VQ nömrəli Qanunun 1-ci maddəsinə əsasən vergi ödəyicilərihiıi vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinir. Qanunun icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin yuxarıda qeyd edilən tarixə mövcud olan 434.432,35 manat (o cümlədən 17.10.2013-cü il tarixli məsuliyyət qərarı ilə hesablanmış vergilərin faizi) məbləğində borcu 14.01.2017-ci il tari xində silinmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 21.02.2018-ci il tarixli 2-1(102)-18/18 nömrəli qərarı 26.04.2018-ci il tarixində icra edilərkən şəxsi hesab, vərəqəsindən 2.690.399,60 manat azaldılmalı olduğu halda 3.154.689,63 manat (3.121.272,44 manat əsas borc, 33.417,19 manat faiz) azaldılmışdır. Göründüyü kimi vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən 464.290,03 manat çox azaldılmışdır. Beləliklə texniki xəta nəticəsində faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış, faiz borcu 14.01.2017-ci il tarixdə azaldılsa da, sonradan 26.04.2018-ci il tarixdə texniki səhv nəticəsində ləğv edilmiş qərar üzrə hesablanmış faizlər təkrarən ümumi borcdan silinmişdir. Nəticədə "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsini n şəxsi hesab vərəqəsində 181.492,39 manat məbləğində artıq ödəmə yaranmışdır. 08.05.2018-ci il tarixində təkrar azalma məbləğinə dürüstləşdirmə verilmiş və həmin tarixə müəssisənin 430.872,84 manat əsas, 2.743,18 manat məbləğində faiz borcu şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Lakin qeyd edilən hal məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən araşdırılmadan düzgün olmayaraq “Azərsutikinti" ASC-nin “SamurAbşeronsutikinti” törəmə müəssisəsinin vergi borcunun olmaması nəticəsinə gəlinmişdir. 2 saylı Ərazi Vergilər Departamenti apellyasiya şikayətində dəlil kimi avtomatlaşdırılmış vergi informasiya sistemi tərəfindən yol verilmiş texniki səhvin səbəblərini qeyd etsə də, məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikasının “Vergi ödəyicilərinin 2017-ci il 1 yanva r tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 30 dekabr 2016-cı il tarixli 474-VQ nömrəli Qanunun 1-ci maddəsinin və həmçinin də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2018-ci il tarixli 2-1(102)-18/18 nömrəli qərarının icrası zamanı eyni borc üzrə təkrar azalmalar aparılmasını nəzərə almamış və eləcə də apellyasiya şikayətində qeyd edilmiş bu dəlilə hüquqi qiymət verməmiş, texniki səhvin həqiqətən də mövcud olub-olmamasına, mövcuddursa bunun vergi ödəyicisi üçün hər hansı əlavə öhdəlik yaradıb-yaratmamasına münasibət bildirməmiş, habelə həmin halları araşdırmamışdır. İş üzrə mülki iddiaçı 2 saylı Ərazi Vergilər Departamentinin apellyasiya şikayətində vergidənyayınma (mülki iddia) məbləğinin qanunvericiliyin tələbinə uyğun olmayar aq, azaldılması və məhkəmənin mülki iddiaçı tərəfindən təqdim edilən sübutlara qiymət verməməsi qeyd edilməsinə baxmayaraq məhkəmə kollegiyası fərqli nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilərinə qiymət verməkdən əsassız imtina etmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 213.2.2-ci madəsinə aid hissədə ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Cinayət işinin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı “SamurAbşeronsutikinti” törəmə müəssisəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş 09 sentyabr 2013-cü il tarixli ************ saylı səyyar vergi yoxlaması aktının və “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************* №-li 17 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi haqqında 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli qərarı qismən – yoxlanılan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 oktyabr 2013 -cü il tarixli, ************* №-li qərarı 1.040.511,02 manat əlavə hesablanmış vergilər və 884.945,65 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası olmaqla, cəmi 1.925.456,67 manat hissəsində ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 may 2014-cü il tarixli 7200 №-li rəyi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qismən ləğv edilmiş, yoxlama aktı üzrə aparıldığından qeyri mötəbər sübut kimi hesab edilmiş və cinayət işi üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Məhkəmə-mühasibat ekspertizasının 31 may 2018-i tarixli 5730 №-li rəyinə əsasən 01 yanvar 2011-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövr üzrə "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 151.169,9 manat məbləğində müəyyən olunur. "xxxx" ASCnin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi 01 yanvar 2011-ci il tarixdən 24 may 2018-ci il tarixədək olan dövrü üzrə şəxsi hesab vərəqəsinə əsasən müəssisənin 26 aprel 2018-ci il tarixinə 181.492,39 manat məbləğində artıq ödənişi olduğu qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin (VÖEN:**********) şəxsi hesab vergisindən görünür ki, 25 may 2018-ci il tarixinə “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin 181.492,39 manat məbləğində artıq ödənişi qeydə alınmışdır. Beləliklə, apellyasiya və birinci instansiya məhkəmələrində sübutlar qismində tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərə istinad edərək müəyyən etmişdir ki,"xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 151.169,9 manat, artıq ödənilmiş verginin məbləği isə 181.492,39 manat olmuşdur. Məhkəm ələr işin göstərilən hallarını, yəni "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin verginin 151.169,9 manat məbləğində az hesablanması və 181.492,39 manat məbləğində artıq ödənilməsini nəzərə alaraq, Ş.İ.Qafarovun Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 213-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə olan cinayət işinin icraatına xitam verilməsi barədə nəticəyə gəlmişlər. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iclasında mülki iddiaçı 2 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X15 mülki iddianı müdafiə edərək göstərmişdir ki, 01.01.2011-ci il tarixdən 01.03.2013-cü il tarixədək olan dövr üzrə "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsi tərəfindən aparılmış əməli yyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin məbləği qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən 151169,9 manat məbləğində müəyyən olunmuşdur. İstintaq dövründə təqsirləndirilən şəxs tərəfindən 10000 manat ödəniş edilmişdir. Bundan başqa 2 saylı ərazi vergilər departamenti tərəfindən verilmiş "xxxx" ASC-nin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin şəxsi hesab vərəqəsində dürüstləşdirmə aparılmışdır. Belə ki, "xxxx" ASCnin “Samur-Abşeronsutikinti” törəmə müəssisəsinin (VÖEN: **********) 01.01.2017-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 2567737,02 manat (o cümlədən, əsas vergilər üzrə 1172775,57 manat, maliyyə sanksiyası üzrə 960529,1 manat, faizlər üzrə 434432,35 manat) vergi borcu mövcud olmuşdur. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi bo rclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə müəssisənin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 434432,35 manat borcu 14 yanvar 2017-ci il tarixdə silinmişdir. Həmin məbləğin 430872,84 manatı 26 aprel 2018-ci il tarixdə səyyar vergi yoxlamasının nəticələrinin qismən ləğv edilməsi haqqında məhkəmə qərarı icra edilərkən şəxsi hesab vərəqəsində təkrarən azaldılmışdır. Qeyd olunanlara əsasən eyni faiz məbləği üzrə iki dəfə azalma verildiyindən 08.05.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 430872,84 manat borc məbləği müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bundan başqa 2 saylı ərazi vergilər departamenti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 22 iyun 2018-ci il tarixli məktubdan da görünür ki, «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə müəssisənin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 434432,35 manat borcu 14 yanvar 2017-ci il tarixdə silinmişdir. Həmin məbləğin 430872,84 manatı 26 aprel 2018-ci il tarixdə səyyar vergi yoxlamasının nəticələrinin qismən ləğv edilməsi haqqında məhkəmə qərarı icra edilərkən şəxsi hesab vərəqəsində təkrarən azaldılmışdır. Qeyd olunanlara əsasən eyni faiz məbləği üzrə iki dəfə azalma verildiyindən 08.05.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 430872,84 manat borc məbləği müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Göstərilən sə nəd və 2 saylı ərazi vergilər departamentinin nümayəndəsinin həmin sənədin məzmununda göstərilənlərlə əlaqədar məhkəmə iclaslarında gətirdiyi dəlillər həm cinayət işinə baxmış birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsinin diqqətindən kənarda qalmışdır. Göstərilən halın tam, hərtərəfli və obyektiv araşdırıb, hüquqi qiymət verilməsi üçün əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi müzakirə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2 saylı ərazi vergilər departamenti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədə göstərilən faktların həqiqiliyi yoxlanmadan məhkəməyə təqdim edilmiş bütün sübutların tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsinə gəlinməsi qanunun tələbinə uyğun hesab edilməməlidir. Azərbaycan Respublikası CPM-n in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya q ərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə bəraət verilməsi və CM-nin 213.2.2-ci madəsi ilə cinayət təqibinə xitam verilməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarının CM-nin 213.2.2-ci maddəsinə aid hissəsi ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar