Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), ), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakları ilə, Məhkum Sabirabad Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Nürəddin Bağırov) Məhkum, xx xxxx 1966-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanda yaşaymış, CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhru m edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X25 da CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinəcək məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində “BC" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “XXXX” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Qaragüney kəndi ərazisində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə, yəni 110-120 km/saat sürətlə hərəkət etdirib, həmin maddəni n tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək ötmə əməliyyatı aparmaq üçün qarşı hərəkət zolağına çıxmış, bu zaman asfalt yolun sağ hərəkət hissəsindən sola dönmə əməliyyatı apararaq əks hərəkət zolağına çıxan “XX XX” markalı avtomobillə toqquşmuş, onun ehtiyatsızlığı “XX XX” markalı avtomobilin sürücüsü X7 tərəfli 1-2-3-4-5-6-7-ci qabırğaların yerdəyişən sınıqları, iki tərəfli hemotrpaks, sol tərəfli pnevmotoraks, sol tərəfli dərialtı emfizema və hər iki ağciyərin subplevral kontuziyası, travmatik şok ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, avtomobildə əyləşən sərnişin X6 körpücük sümüyünün akromial çıxıntısının qapalı yerdəyişən, sağ incik sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun mü ddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, idarə etdiyi avtomobildə əyləşən sərnişinlərdən X8 almacıq sümüyünün qapalı lokal xətti sınığı ilə müşayiət olunan, alın nahiyyəsındə, sağ dirsək oynağının bayıt səthində sıyrıqlar, sağ almacıq sümüyü proyeksiyasında, sağ yanaqda qançırlar ilə nəticələnən sağlamlığın uzun müdcətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, X11 dirsək oynağının bayır səthində sıyrıq ilə nəticələnən sağlamlığa dərəcəsi təyin edilməyən zərər vurulmasına, X9 baldırın aşağı 1/3də ön səthdə sıyrıq ilə nəticələnən sağlamlığa dərəcəsi təyin edilməyən zərər vurulmasına, yetkinlik yaşına çatmayan X12 baldırın aşağı 1/3-də ön səthdə, sol bayır topuc nahiyyəsində sıyrıqlar ilə nəticələn sağlamlığa dərəcəsi təyin edilməyən zərər vurulma sına, “VAZ 21074” markalı avtomobilə isə 4845,0 manat miqdarında maddi ziyan vurulmasına səbəb olmuşdur. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edilmişdir. Kassasiyaşikayətinin dəlilləri: Məhkum kassasi ya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş maddi ziyanı tamamilə ödəmiş və buna görə də o, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-cibəndinə əsasən cinayət məsuliyyətindən azad edilməldilir. Məhkum öz kassasiya şikayətində irəli sürdüyü dəlilin əsası kimi həmin şikayətinə zərərçəkmişlər X15 və X22 notarial qaydada təsdiq olunmuş ərizələrini əlavə edib CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə istinad edərək vurğulamışdır ki, bu hissədə nəzərdə tutulmuş tələbə görə, CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göstərilənlərə əsaslanaraq məhkum hesab edir ki, kassaiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti təmin edilməklə barəsində göstərilən normanın tətbiq edilməsi haqqında qərar qəbul edilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər X25, X24, X26, X29 və X27 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, həmin şəxslər məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adalrı çəkilən zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayətprosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun elan olunmuş ittiham üzrə cinayəti törətməsi, cinayət əməlinin hüquqi tövsif mübasiləndirilməyərək yalnız zərər çəkmiş şəxslərlə barışdıql arına onlara vurulmuş zərəri tam ödədiyinə görə barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən onun cinayət məsliyyətindən azad edilməsi haqqında qərarın qəbul edilməsi xahiş olunur. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 5.1-ci maddəsinin tələblərinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət işinin materiallarına, o cümlədən birinci və apellyasiya i nstansiyası məhkəmələri tərəfindən Məhkum barəsində çıxarılmış yekun məhkəmə aktlarına əsasən, sonuncu xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində “XX" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “XX XX” markalı ** XX*** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Qaragüney kəndi ərazisində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin və 3.24-cü maddəsinin tələblərini pozmuş və onun yol hərəkəti qaydalarını pozması idarə etdiyi avtomaşının toqquşduğu “XX XX” markalı avtomobillin sürücüsü X2 ağır zərərin, həmin avtomobildə əyləşən sərnişin X1 az ağır zərərin, özünün idarə etdiyi avtomobildə əyləşən sərnişinlər X3 az ağır zərərin, X20, X18 və X21 hər birisinin sağlamlığına isə dərəcəsi təyin edilməyən zərərin və X25 idarə etdiyi “XX XX” markalı avtomobilə 4845,0 manat miqdarında maddi zərərin vurulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin göstərilən hallarına əsaslanan ibtidai araşdırma orqanı və işə baxan məhkəmələr CM-nin 3 və 5-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum əməllərini CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif etmiş və bu hüquqi qiymətləndirmənin əsasını məhkum tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş X25 sağlamlığına ağır zərər vurulması olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-nin 39-cu maddəsində cinayət təqibi üzrə icraata xitam verilməsi əsasları təsbit edilmişdir ki, CPM-nin 39.1.1-ci maddəsinə əsasən bunlardan biri də cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün halların müəyyən edilməsidir. Cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün hallar isə CM-nin 72, 73, 73-1, 73-2, 74, 74-1-ci maddələrində habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallardır ki, bunlardan biri də, CM-nin 263.1 və 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədən şəxslərə münasibətdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bənddə göstərilən haldır. CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. CPM-nin 43.1.2-ci maddəsinin tələblərinə görə isə, məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin, CPM-nin 43.1.2 və 419.10.3-cü maddələrinin birgə təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı zamanı CPM-nin 43.1.2-ci maddəsində n əzərdə tutulmuş hallar, o, cümlədən CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində təsbit edilmiş hal müəyyən edildikdə, kassasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökm və qərarların ləğv edilməsi və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkum barəsindəki cinayət işinin materialları ilə müəyyən edilir ki, məhkumun törətdiyi əməllər nəticəsində X25 sağlamlığına ağır zərər, zərərçəkmiş A3 sağlamlığına az ağır, oğlu R.Məhkum sağlamlığına az ağır, A1 A4 və A5, hər birisinin sağlamlığına isə dərəcəsi təyin edilməyən zərər və D.O.Vəliyevin idarə etdiyi “VAZ 21074” markalı avtomobilə 4845,0 manat miqdarında maddi zərər vurulmuş, Məhkum məhkəmələrə, o cümləd ən Ali Məhkəməyə təqdim ərizələrə əsasən, o, yalnız iş üzrə zərər çəkmiş şəxslərdən A4, A11, A5 və A6 ilə barışıq əldə etmiş, lakin onlara vurulmuş maddi zərərin onun tərəfindən tamamilə ödənilməsi həmin ərizələrdən görünmür, məhkumun kassasiya şikayətinə məhkəmə baxışı zamanı verdiyi izhatına görə isə, o, zərərçəkmiş D.O.Vəliyevlə barışıq əldə edə bilməmiş və ona dəymiş zərəri maddi imkansızlıbı səbəbindən tamamilə ödəyə bilməmişdir. Belə olan məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə Məhkum haqqında CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tətbiq edilməsi, yəni onun barəsindəki qüvvəyə minmiş məhkəmə aktlarının ləğv edilməsi və onun cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin işinin icraatına xitam verilməsi üçün əsaslar yoxdur, belə əsasları birinci və apellyasiya instansyası məhkəmələri də müəyyən etməmiş və işin bütün hallarını, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində qanuni və əsaslı cəzaların təyin edilməsi haqqında düzgün nəticəyə gəlmişlər. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum, həmin şikayətin təmin edilməsi üçün əsasların olmaması barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıd ır. Şər olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-757/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-757/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver