Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən) R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 17 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apell yasiya şikayəti və sapellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə özəl müəssisənin fəaliyyətinə rəhbərlik etməklə səlahiyyətli vəzifəli şəxs kimi - xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu qeyrisi ilə- bir qrup şəxslə ona e tibar edilmiş özgənin külli miqdarda əmlakını təkrarən mənimsəməklə talamışdır. Belə ki, o, 02 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış "XXX” MMC-nin təsisçisi və 03 fevral 2009-cu il tarixli 001/030209 nömrəli sərəncamı ilə həmin Cəmiyyətin direktoru təyin edilməklə, cəmiyyətin Nizamnaməsinə əsasən qanunverciliklə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmadan ibarət fəaliyyət istiqaməti üzrə, birbaşa olaraq QSC "Bank” X6 Heyətinin sədri X8 tapşırığı ilə niyyətlərinə uyğun olaraqqe yd edilən Cəmiyyətin direktoru kimi onun fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, M2la qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək etibar edilmiş özgə əmlakı talama niyyətilə, sonuncu ilə həmin dövrdə qeyd olunan banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına kreditlərin ayrılması barədə razılığa gəlib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qeyd edilən bankın aidiyyatı vəzifəli şəxsinin "Kreditin verilməsi və təhlili cədvəlində” apardığı qeydə əsasən kreditin verilməsinin məqsədəuyğun hesab olunmamasına baxmayaraq, M2ın birbaşa göstərişi ilə təminatsız kredit müqavilələri ilə bankın Müşahidə Şurasının razılığı olmadan, "YYY” MMC-nin səhmlərinin 30%-ni almaq və tikinti işlərinin sonlandırmaq adı ilə məqsədli kredit vəsaitlərinin ayrılmasının rəsmiləşdirilməsini birlikdə təmin edib, "XXX” MMC-nin adına bankın İdarə Heyyətinin sədri M2ın 189 nömrəli əmrinə əsasən 23.02.2009-cu il tarixdə ********** nömrəli kredit müqaviləsi ilə 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7.000.000 manat, 05.03.2010-cu il tarixdə 348 nömrəli əmrinə əsasən 941.500 manat, 18.05.2010-cu il tarixdə 775 nömrəli əmrinə əsasən 1.000.000 manat, 31.08.2010-cu il tarixdə 1492 nömrəli əmrinə əsasən 1.808.000 manat olmaqla, bankdan "XXX” MMC-yə üm umilikdə 10.749.500 manat məbləğində kredit vəsaitlərinin ayrılmasına nail olaraq, həmin vəsaitdən 02 mart 2009-cu ildən 04.10.2010-cu il tarixə kimi Şahid1 ilə aralarında bağlanmış 41 borc müqaviləsi əsasında rəsmiləşdirilməklə 3.849.073 manat və 3.727.233,6 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3.001.914 manat olmaqla cəmi 6.850.987 manat nağd qaydada, eyni zamanda "xxxx" MMC-nin hesablaşma hesabından 24 sentyabr 2009-cu il tarixli 15266 saylı ödəniş tapşırığı əsasında 327.367 manat və eyni qaydada 30 dekabr 2009-cu il tarixli 4244 saylı ödəniş tapşırığı ilə 500.000 manat olmaqla cəmi 827.367 manat pul vəsaitilərini isə "YYY” MMC-nin hesablaşma hesabına köçürməklə, ümumilikdə 7.678.354 manat vəsaiti Şahid1 verərək, göstərilən kredit vəsaitləri üzrə müqavilələr əsasında müəyyən olunmuş müddətdə heç bir ödəniş aparmayaraq, götürülmüş kredit vəsaitlərindən qalan 3.071.146 manat vəsaiti bankın İdarə Heyyətinin sədri M2la aralarında əvvəlcədən yaranmış cinayətkar sövdələşməyə uyğun olaraq bölüşdürüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu X9 birlikdə - bir qrup şəxslə etibar edilmiş özgənin, yəni QSC "Bank” KB-nin külli miqdarda əmlakını mənimsəməklə talamış və qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə törətmiş olduğu həmin hərəkətləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə o, Qapalı Səhmdar Cəmiyyəti "Bank” X6 Heyyətinin sədri X13 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə gi rərək, bir qrup şəxs halında etibar edilmiş özgə əmlakını talama məqsədilə, aralarında olan yaxın münasibətlərə görə həmin bankdan əlavə olaraq fiziki şəxs kimi adına külli miqdarda kredit ayrılmasını sonuncu ilə razılaşdırıb, niyyətlərinə nail olmaq üçün M2 tərəfindən bank sahəsində müvafiq normativ sənədlərin tələbləri qəsdən pozulmaqla, "Bank” KB-nin Müşahidə Şurasının müvafiq qərarı olmadan qanunsuz olaraq adına M2ın 19 may 2009-cu il tarixli 461 saylı əmri ilə 20 may 2009-cu il tarixli ********** saylı müqavilə əsasında "bağ evinin tikintisi” üçün 12 (on iki) ay müddətinə ödənilməsi şərtilə cəmi 4.655.615 manat, bundan sonra qeyd olunan, yəni 20 may 2009cu il tarixli kredit müqaviləsinə 19 may 2010-cu il tarixli 1 saylı Əlavə saziş ilə cəmi 840.757,51 manat olmaqla, ümumilikdə 5.496.3 72,51 manat məbləğin ayrılmasına dair sənədləri imzalayıb bankın xəzinəsindən nağd olaraq almaqla, qeyd olunan vəsaiti qanunsuz və əvəzsiz olaraq götürüb tikintiyə sərf etməyərək və müqavilə öhdəlikləri üzrə müddətlərin bitməsinə baxmayaraq, göstərilən kredit vəsaitləri üzrə heç bir ödəniş aparmayıb M2la aralarında bölüşdürərək "XXX” MMC-yə ayrılmış kredit vəsaitləri üzrə 3.071.146 manat və fiziki şəxs kimi öz adına rəsmiləşdirilmiş kredit vəsaitləri üzrə isə 5.496.372,51 manat olmaqla ümumilikdə 8.567.518,51 manat pul vəsaitini öz aralarında bölməklə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu X9 birlikdə - bir qrup şəxslə etibar edilmiş özgənin, yəni QSC "Bank” KB-nin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış və qabaqcadan əl bir olduğu bir qrup şəxslə birlikdə törətmiş olduğu həmin hərəkətləri ilə hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən iş üzrə heç bir təqsiri yoxdur, özgənin külli miqdarda əmlakını mənimsəmək, talamaq və öz vəzifə səalhiyyətlərindən sui istifadə halı olmamışdır. Belə ki, QSC "BANK” Kommersiya Bankından kredit götürlüməsində yeganə məqsəd "YYY” MMC-nin səh mlərinin alınması və karton emalı zavodunun tikintisini və quraşdırılmasını başa çatdırmaq olmuşdur ki, bu məqsədə də nail olunmuşdur. Məlum olduğu kimi karton emalı zavodunun tikintisi başa çatdırılmış, hazırda işləyir və məhsul istehsal edir. Cinayət işinin materiallarından da göründüyü kimi "YYY” MMC-yə verilmiş kreditlər üzrə təminat qismində rəsmiləşdirilmiş, həmin müəssisəyə məxsus əmlak kompleksinin dəyəri 21.052.000 manat təşkil edir. "xxxx" MMC-yə ayrılmış kredit vəsaitlərinin hamısı təyinatı üzrə zavodun tikintisinə sərf olunmuşdur. Bu vəsaitin böyük hissəsi "xxxx" MMC-nin baş direktoru olan Şahid1 ilə bağlanmış müqavilələr əsasında zavodun tikintisini başa çatdırmaq üçün nağd şəkiiaə ona verilmişdir. Bu haiiar həm istintaq orqanı tərəfindən, həm də birinci instansiya məhkəməsi t ərəfindən müəyyən edilmişdir. Bundan əlavə QSC “BANK” Kommersiya Bankının ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondundan əldə edilmiş bankda olan hesablardan çıxarışlardan görünür ki, "xxxx" MMC-nin banka olan borcu 03.12.2012-ci il tarixdə tam silinmişdir. Kredit öhtəliklərinin verilməsi barədə 19.10.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC QSC “BANK” Kommersiya Bankı qarşısında olan bütün öhtəliklərdən azad edilmişdir və kredit müqavilələri üzrə bütün öhtəliklər "xxxx" MMC-nin baş direktoru olan Şahid1 keçmişdir. Hazırda da Şahid1 həmin kredit müqavilələri üzrə ödənişləri davam etdirir və birinci instansiya məhkəməsinin hökmündə də həmin hal qeyd edilmişdir. Bundan əlavə verilmiş kredit vəsaitləri üzrə təminat da mövcuddur. Belə ki, "xxxx" MMC-nin balansında olan karton zavo du hazırda Şahid1 üzərində olan kredit öhdəliklərinin təminatı qismində çıxış edir və həmin zavod dəyəri 21.000.000 (iyirmi bir milyon) manat, yəni kredit borclarından xeyli miqdarda çox müəyyən edilmişdir. Bu hal da iş materialları ilə təsdiq edilir və birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir. Qeyd edilən kredit vəsaitləri üzrə Banka heç bir ödənişin aparılmaması barədə irəli sürülmüş ittiham tam cəfəngiyyatdır və bu halı təsdiq edə biləcək hər hansı sübut nə istintaq orqanı tərəfindən, nə də işin məhkəmə baxışı zamanı əldə edilməmişdir. Belə bir sübut əldə edilə də bilməz, çünki istintaq orqanı və birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sırf zavodun tikintisinə xərclənmiş vəsaitdən əlavə olaraq ayrılmış kredit vəsaiti üzrə faizlərin, bank komissiyasının, eləcə də vergi və məcburi dövlət sığorta haqlarının ödənilməsinə böyük məbləğlər sərf olunmuşdur. "xxxx" MMC-nin QSC “BANK" Kommersiya Bankında olan hesablardan çıxarışlardan aydın görünür ki, ayrı-ayrı tarixlərdə böyük məbləğdə pul vəsaitləri kredit müqaviləsi üzrə fazilərin, bank komissiyasının, xidmət haqqının ödənilməsi üçün "xxxx" MMC-nin hesabından silinmişdir. Eyni zamanda işin apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy verilmişdir. Həmin rəylə də müəyyən edilmişdir "xxxx" MMC təfəfindən 2.766.108,62 manat faiz ödənişləri olmuş (hesabdan çıxarış və bankın öz məktubuna əsasən müəyyən edilmişdir), 155.337,75 komisyon haqqın tutulmuş. 17.870,24 manat DSMF və gəlir vergisi üzrə ödəmələr olmuş, 199.165,00 manat isə dörd borc müqaviləsi üzrə ödənişlə r olmuşdur. Yuxarıda qeyd olunan sənədlər, yəni "xxxx" MMC-nin QSC “BANK” Kommersiya Bankında olan hesablarından çıxarışlar, məhkəmənin sorğusuna əsasən QSC "BANK” Kommersiya Bankının ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondundan verilmiş cavab və cinayət işinə əlavə edilmiş borc müqavilələri və həmin sənədlər əsasında verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə ittiham tərəfinin dəlilləri tam təkzib olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamın digər hissəsi, yəni QSC “BANK” Kommersiya Bankından əlavə olaraq fiziki şəxs kimi Təqsirləndirilən şəxs adına külli miqdarda kreditin ayrılması və 5.496.372,51 manat məbləğində pul vəsaitinin ayrılmasına dair sənədləri imzalayıb bankın xəzinəsindən nağd olaraq çıxarılması ilə bağlı bildiririk ki, kiminsə külli miqdarda əmlakını m ənimsəmək, talamaq və öz vəzifə səlahiyyətlərimdən sui-istifadə etmək niyyəti olmayıb. Təqsirləndirilən şəxs bu pulları ümumiyyətlə görməmiş, kim tərəfindən bankdan götürüldüyünü və hara xərcləndiyini bilmir. Pulun götülülməsini təsdiq edən kassa məxaric orderinin kimin tərəfindən imzalanmasını bilmir. Təqsirləndirilən şəxs pul götürmədiyi üçün kassa məxaric orderini də imzalamamışdır. Kredit müqaviləsini və ona aid digər sənədləri M2ın xahişi ilə imzalamağının səbəbi odur ki, M2 ona bildirmişdir ki, bu vəsait də karton zavodunun tikintisinə və müvafiq avadanlığın alınmasına sərf olunacaqdır. Təqsirləndirilən şəxs tərəfindən QSC “BANK” Kommersiya Bankının külli miqdarda əmlakının hər hansı formada mənimsənilməsindən, iaianmasından, kiminləsə arasında bölüşdürüb şəxsi ehtiyaclarına xərclənm əsindən söhbət gedə bilməz. İş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına fiziki şəxs kimi rəsmiləşdirilmiş, 20 may 2009-cu il tarixli ********** saylı müqavilə əsasında 4.655.615,00 manat və həmin müqaviləyə 19 may 2010-cu il tarixli 1 saylı Əlavə Sazişlə 840.757,51 manat olmaqla ümumilikdə 5.496.372,51 manat pul vəsaitinin QSC “BANK” Kommersiya Bankının kassasından bilavasitə Təqsirləndirilən şəxs tərəfindən götürülməsini təsdiq edən hər hansı sənəd (kassa məxaric orderi) cinayət işinin materiallarında mövcud deyil. Apellyasiya instansiya məhkəməsi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutun tədqiqindən əsassız imtina etmiş (CPM 416.0.1-ci maddənin pozuntusu), bunun la da CPM 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş (CPM 416.0.2-ci maddənin pozuntusu), həmçinin cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq qəbul edilmiş ittiham hökmünü əsassız olaraq qüvvədə qüvvədə saxlamışdır Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətinin təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul ed ir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayara q bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırk ı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, QSC “BANK” Kommersiya Bankından götürülmüş 10.749.500 manat məbləğində kredit vəsaitlərindən 3.071.146 manat məbləğində hissəsinin həmin banka qaytarılmasının məhz həmin bankdan götürülmüş qeyd edilən kredit məbləğinin bağlanmasına yönəlmiş ödənişlərin olmasını təsdiq edən sübutlar nə ibtidai istintaq nə də ki. məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Həmçinin 20 may 2009-cu il tarixli ********** saylı müqavilə əsasında “bağ evinin tikintisi” üçün 12 (on iki) ay müddətinə ödənilməsi şərtilə cəmi 4.655.615 manat, bundan sonra qeyd olunan, yəni 20 may 2009-cu il tarixli kredit müqaviləsinə 19 may 2010-cu il tarixli 1 saylı Əlavə saziş ilə cəmi 840.757,51 man at olmaqla, ümumilikdə 5.496.372,51 manat məbləğin ayrılmasına dair sənədləri imzalamasını Təqsirləndirilən şəxs özü də etiraf etmişdir. İş materiallarında olan, şahid qismində ifadə vermiş Şahid2. Şahid3, Şahid4, Şahid6, X3 öz ifadəsində ümumilikdə 5.496.372,51 manat pul vəsitinin QSC “BANK” Kommersiya Bankının kassasından bilavasitə Təqsirləndirilən şəxs tərəfindən nağd olaraq götürülməsini təsdiq etmişdir. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəli llər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara g örə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 11 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-757/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-757/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver