Məhkəmə qərarları › İş №1(102)-757/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-757/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və bəraət verilmiş X5 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X11 (məruzəçi) və X9 ibarət tərkibdə) 25 aprel 2022-ci il tarixli hökmü ilə 21 dekabr 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Səbail RPİ üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilm iş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Bəraət alması ilə əlaqədar X7 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmuş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X4 ibarət tərkibdə) 6 oktyabr 2022-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər M əhkəməsinin 25 aprel 2022-ci il tarixli, 1(124)-14/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən X12, 02 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6.500,83 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Si yahı İ) daxil olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib Xırdalan şəhərinə daşıyaraq həmin narkotik vasitənin “BETA TEA” yazısı olan gümüşü rəngli çay paketinin içərisində bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,830 qramını üzərində, qəhvəyi rəngli karton qutunun içərisində bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 6.500,0 qramını isə yaşadığı ünvan 2 ünvanında saxlamış, 05 yanvar 2021-ci il tarixdə, saat 22:50 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,830 qram, yaşadığı mənzildə keçirilmiş baxış zamanı isə mənzilin dəhlizində qapının üstündə düzəldilmiş saxlanc yerində qəhvəyi rəngli karton qutunun içərisində bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 6.500,0 qram, cəmi ümumilikdə 6.500,83 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Anar Şahbazovun üzərinə axtarış-götürmə və yaşadığı evdə keçirilmiş baxış zamanı aşkar edilmiş qurudulmuş marixuananın ona məxsus olması sübutlarla təsdiq edilmişdir; Araşdırılan sübutların fonunda, yəni hər hansı qanun pozuntusuna yol vermədən videoçəkiliş aparılmaqla üzərinə və yaşadığı evə baxış aparılarkən narkotik vasditələrin aşkar edilməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı iş masteriallarında olan və məhkəmədə tədqiq edilən sübutlarla təsdiq edilmiş ols a da, məhkəmə qeyd edilən sübutları nəzərə almadan, nəzərə almamasının motivlərini hökmdə əsasladırmadan təqsirləndirilən şəxsə CM-in 234.4.3- cü maddəsi ilə verilmiş ittihama bəraət verərək səhvə yol vermişdir. Anar Şahbazovun yaşadığı evdə axtarış və götürmə hərəkəti özünün və müdafiəçisinin iştirakı ilə qanunun tələblərinə riayət edilməklə icra edilmiş, Anar Şahbazovun yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməklə öz iradəsini ifadə etməkdə sərbəst olmuşdur. 6500.0 qram qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən evi tərk etmək istədikləri vaxt evin giriş qapısının üstündə düzəldilmiş kiçik dolabda aşkar etmələri evdə keçirilmiş axtarış-götürmə prosessual hərəkətinin taktiki-texniki tərəfi olmaqla qeyd edilən prosessual hərəkətin qanun pozuntu su ilə icra edilməsi kimi dəyərləndirilə bilinməz. Anar Şahbazovun yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində də göstərmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxsin tutulandan dindirilmələrə kimi müdafiə hüququnun təmin edildiyini, öz müdafiəsini qurmaq üçün ona bütün imkanların yaradıldığını, ibtidai İstintaq zamanı ona qarşı hər hansı fiziki və psixi zorakılıq tətbiq edilmədiyini təsdiq edir. Anar Şahbazov ibtidai istintaq zamanı ifadələrində yaşadığı evdə üzərinə baxış aparılarkən üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirsə də, məhkəmə istintaqı zamanı qeyd edilən halı da təkzib etməklə cinayət məsuliyyətindən və layiqli cəza almaqdan yayınmağa cəhd etmişdir. Cinayət i şi üzrə müəyyən edilmişdir ki. təqsirləndirilən şəxs Anar Şahbazova ibtidai istintaq zamanı sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanı verilmiş, bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almamışdır. Cinayət işi üzrə Anar Şahbazova CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi etiraiedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr qeyd edilən hallan düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəti cəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşısan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışlar. Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X7 CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş əsassız bəraət hökmünü qüvvədə saxlanmışdır. Kassasiya protestində X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunması və ci nayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiq inin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar ü zərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbə yinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək, təqsirləndirilən şəxs X1 məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 6.500,83 qram olan külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmə, saxlamaq və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətin tərkibi olmadığından düzgün olaraq X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilməsi nəticəsinə gəlmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törət məsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmur və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Apellyasiya instansiya məhkəməsində və birinci instansiya məhkəməsində istintaq hərəkətlərində əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntülərə tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında baxıldıqda müəyyən olunmuşdur ki, Anar Şahbazovun şəxsi axtarışı və evində axtarış aparılması iki fayldan ibarət (1-ci və 2-ci video fayllar) videogörüntülərdə əks olunmuşdur. Videogörüntülərdən görünür ki, polis əməkdaşları ilkin olaraq blokda Anar Şahbazovun üzərində axtarış aparmaqla onda bir ədəd kiçik bükümdə narkotik vasitə qurudu lmuş marixuanaya bənzər kütlənin olmasını qeydə almışlar, daha sonra isə onun evində axtarış aparmaqla heç nə tapmamışlar və yalnız evi tərk etmək istədikdə evin giriş qapısının üstündə düzəldilmiş kiçik dolabda bir ədəd qəhvəyi rəngli karton qutu, onun içərisində isə ağ rəngli sintetik kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər külli miqdarda ot kütləsi aşkar etmişlər. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Anar Şahbazovun polis əməkdaşları tərəfindən yaşadığı evin blokunda, yəni pilləkən qəfəsəsində saxlanılması qeyd olunsa da, onun geyimi, xüsusilə də əynində qış vaxtı gödəkcəsinin olmaması, eləcə də blokda təhqiqatçının yazı yazmaq üçün istifadə etdiyi, Anar Şahbazovun evindən götürülmüş və sonradan evin dəhlizində görünən kiçik ağ oturacaqla eynidir. Daha so nra, Anar Şahbazova vəkil təqdim edilsə də, o, hüquqları barədə ətraflı məlumatlandırılmamış, o cümlədən evində məhkəmə qərarı olmadan axtarışın aparılmasının onun müdafiə hüququna xələl gətirə biləcəyi ona izah edilməmiş, ərizə yazmaq istəməyən Anar Şahbazova məcburən təhqiqatçının göstərişi və diktəsi ilə evində axtarış və baxış aparılmasına etirazının olmaması barədə ərizə yazdırılmışdır. Bundan sonra, axtarış istintaq hərəkətini aparan təhqiqatçı və əməliyyat müvəkkilləri bu istintaq hərəkətinin aparılması qaydalarını kobud şəkildə pozaraq axtarışın ilkin olaraq mənzilin giriş hissəsindən başlamaqla mənzilin dərininə axtarış aparmaqla getmək əvəzinə, Anar Şahbazovu dərhal dəhlizin sonunda sağ tərəfdə yerləşən qonaq otağına salmaqla mənzilin digər otaqlarını nəzarətsiz qoymuşlar, mənzil in giriş qapısı mühafizəsiz qalmaqla evdə olan sair şəxslərin sərbəst hərəkət etmələrinə və narkotik vasitəni aşkar olunduğu yerə qoyula bilməsinə şərait yaratmışlar. Qonaq otağında hər hansı bir qanunsuz əşya aşkar etməyən polis əməkdaşları mənzildə olan digər otaqda, eləcə də hamam və tualet otaqlarında, mətbəxdə və eyvanda narkotik vasitənin gizlədilə bilməsi ehtimalını yoxlamadan mənzili tərk etməyə qərara almışlar və yalnız mənzilin çıxışında olduqda qəflətən çıxış qapısının üstündə olan kiçik dolabda axtarış aparılmasına dair qənaətə gəlmişlər. Halbuki, birinci video faylın 19:15 dəqiqəsində Anar Şahbazov çıxış qapısının üstündə olan kiçik dolaba baxdıqda dərhal "bura tərpədilib, səhər evləri səliqəyə salmışdım, belə deyildir, bura tərpədilib kimi” sözləri demişdir. Qeyd olunan dolab da olan qəhvəyi rəngli karton qutunun içərisində olan ağ rəngli kisənin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər külli miqdarda kütləni görən Anar Şahbazov dərhal buna etiraz etməklə polis əməkdaşlarının bu istintaq hərəkətlərindən əvvəl onu evdə saxladıqlarını, onun əlinə qandal vurub təzyiq etdiklərini, mənzildə sərbəst hərəkət etdiklərini, sonra ona bir büküm narkotik verib bloka çıxarmaqla videoçəkiliş apardıqlarını demişdir. Həmçinin video görüntülərlə müəyyən olunmuşdur ki, qonaq otağında axtarış aparılarkən Anar Şahbazovun arvadı Şahid1, onun uşaqları və daha iki qadın axtarış ümumiyyətlə aparılmayan digər otaqda olmuşlar. Təhqiqatçı və əməliyyat müvəkkilləri tərəfindən isə axtarışa başlamazdan əvvəl onların mənzildə olması barədə heç bir məlumat verilməmiş, onların otağı tərk etməmələri və ünsiyyətdə olmamaları üçün tədbirlər görülməmişdir. Videogörüntülər müəyyən edildiyi kimi Anar Şahbazov etiraz etdikdə o, polis əməkdaşları tərəfindən qonaq otağına salınmaqla otağın qapısı bağlanılmış, onun hərəkəti məhdudlaşdırılmış, sonra isə polis əməkdaşları həmin otağa gedərək maddi sübut kimi aşkar etdikləri narkotik vasitəni mühafizəsiz qoymuşlar. Bundan başqa, istintaq hərəkətini aparan təhqiqatçı həmin narkotik vasitəni prosessual qaydada qablaşdırmadan, yalnız qutunu izolyasiya lenti ilə 3 yerdə bağlamaqla götürmüşlər. Bundan əlavə, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 yanvar 2021-ci il tarixli protokola əsasən həmin istintaq hərəkətinin saat 23:05-də başlanılması və saat 23:20-də bitməsi, mənzildə "Baxış və axtarış keçirilməsi haqqında” e yni tarixli protokola əsasən isə həmin istintaq hərəkətinin saat 23:20-də başlanılması və saat 23:45-də bitməsi göstərilsə də, 1 -ci video fayla olan videogörünütünün 16:37 və 17:07 dəqiqələrində aşkar şəkildə görünür ki, otağın sağ divarında olan və saniyyə əqrəbinin hərəkət etməsindən işlək vəziyyətdə olması bəlli olan divar saatı müvafiq olaraq saat 22:44 və 22:45 dəqiqələri göstərir. Həmçinin istintaq zamanı verdiyi ifadəsində Şahid1 aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə ilə dolu kisənin Anar Şahbazov tərəfindən evə gətirilməsi göstərsə də, videoçəkilişin ikinci faylında 01:30 və 02:50 dəqiqələrində aşkar görünür ki, Şahid1 həmin kisəni əvvəl görmədiyini və bundan xəbərinin olmadığını deyir. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi düzgün olaraq olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi video görüntülərə istinad edilən "Şəxsi axtarış və götürmə aparılması haqqında” və "Baxış və axtarış keçirilməsi haqqında” 05 yanvar 2021-ci il tarixli protokolları mötəbər sübut kimi qəbul etməməkdə və hüquqi qüvvəsi olmayan sübutlar hesab etməkdə haqlı olmuşdur. Belə ki, qeyd olunan protokollar tərtib olunarkən cinayət-prosessual məcəllənin tələbləri kobud şəkildə pozulmuş və pozuntularla əldə olunmuş sübutlarla şəxsə qarşı ittiham irəli sürülə bilməz və bu cür sübutlar şübhə doğurduğundan təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Cinayət işi materiallarında olan Abseron Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş 05 yanvar 2021-ci il tarixli əməliyyattədbirlərinin keçirilməsi barədə qə rarın əsaslandırma hissəsində X5 narkotik vasitə olan marixuananı üzərində daşıması və qəbulunda şübhəli olmasını nəzərə alaraq ətrafında əməliyyat tədbirlərinin keçirilməsi zərurətinin yarandığı qeyd edilmiş və CinayətProssesual Məcəlləsinin 445.2-ci maddəsinin və "Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-cu maddəsinin 4-cü bəndinə istinad olunmuşdur. Lakin, həmin qərarın "qərar verdim” hissəsində X5 ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi göstərilməmiş, yalnız Anar Şahbazovun ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi və insanların güdülməsi barədə əməliyyat axtarış tədbirləri həyata keçirilir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan RespublikasıQanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyy ətini həyata keçirən orqanın səlahiyyətli şəxsininəsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlən ən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Yuxarıda qeyd edilən normalardan aydın göründüyü kimi əməliyyat-axtarış fəaliyyətinin subyektləri çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Lakin cinayət prosessual qanunvericiliyin tələbinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Abseron Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən qəbul edilmiş qərarda X12 ətrafında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi göstərilməm iş, buna görə də apellyasiya instansiyası məhkəməsi bununla Cinayət-Prossesual Məcəlləsinin tələblərinin pozulmasına yol verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, "Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun ol araq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanunauyğunluğunun yoxlanılmasına nail olunmamış və nəticədə qeyri-qanuni və əsassız qərar q əbul edilmişdir. Daha sonra iş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokola əsasən müəyyən olunmuşdur ki, Anar Şahbazovun evindən aşkar olunaraq götürülmüş narkotik vasitə dərhal qanunauyğun qablaşdırılaraq möhürlənməli və bütün iştirakçılar tərəfindən imzalanmalı olduğu halda bunlar edilməmiş, sadəcə olaraq aşkar olunduğu karton qutu polis əməkdaşı tərəfindən skoçlanaraq götürülmüşdür. Halbuki, Cinayət-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1 - əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırıl mış olsun. Göstərilən halı pozuntu kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aşkar edilmiş narkotik vasitəni polis əməkdaşı dərhal rəsmiləşdirməməklə özündə saxlayaraq daşıması, daha sonra «Şəxsi axtarış və götürmə barədə» və baxış axtarış keçirilməsi barədə protokollarda Anar Şahbazovdan bir bükümdə 0.830 qram üzərindən və 6500.0 qram cəmi ümumilikdə 6500,83 qram narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilməsi, həmin maddi sübutun iş üçün əhəmiyyətini ciddi şübhə altına alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.7 və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən mill i qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsi rsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. X20 Hüquqları Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlük də ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, ibtidai araşdırma orqanının X5 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-o lmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquq larının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1 -ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-c i maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. "Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşd ırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. İnsan Hüquqlarının və X6 X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "...şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür...”. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxs in təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzr ə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üç ün hər hansı halın, o cümlədən X5 üzərindən və yaşadığı ünvandan narkotik vasitə aşkar edilməsi halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün ol mayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün o lmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şi kayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X5 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin X5 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin X5 cinayət məsuliyyətinə c əlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orq anı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X5 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Res publikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutla rın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uy ğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar