Məhkəmə qərarları › İş №1(102)-757/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-757/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-757/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 iştirakları ilə, 28 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş ı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2024 nömrəli 2 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazovdan ibarət tərkibdə) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi 2 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 tərəfindən apellyasi ya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli 17 oktyabr 2024-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və on birinci, on ikinci epizodlar üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.3-cü maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona c əza təyin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1215/2024 nömrəli 2 avqust 2024cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ay azaldılaraq 5 (beş) il 10 (on) ay həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum həbsdə saxlandığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxarılmış, üzərində 5 (beş) il 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib, həmin biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 06 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin həyətində 9.000 manat, 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral Elektrik” mağazasının qarşısında 3.500 manat, 24 may 2021-ci il tarixdə Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə 8.500 manat, 2021-ci ilin dekabr ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi 3 ünvanında yerləşən “Dostlar” kafesində 20.000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 2 ü nvanında yerləşən “Neptun” marketin qarşısında 12.000 manat, 2022-ci ilin yanvar ayının ikinci yarısında ünvan 2 ünvanında yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 2022ci ilin mart ayında ünvan 2 ünvanında yerləşən “Neptun” marketin qarşısında 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 93.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 oktyabr 2020-ci il tarixdə 3.000 manat, 1 sentyabr 2021- ci il tarixdə 20.000 manat, 2021-ci il ilin sentyabr ayının ortalarında 4.000 manat, 2021-ci il ilin oktyabr ayının əvvəllərində 4.000 manat, 07 dekabr 2021-ci il tarixdə 10.000 manat, 16 yanvar 2022-ci il tarixdə 20.000 manat, 20 yanvar 2022-ci il tarixdə 3.000 manat, 05 fevral 2022-ci il tarixdə 30.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 5.000 manat, 2022-ci ilin aprel ayının əvvəllərində 10.000 manat, 27 aprel 2022-ci il tarixdə 30.000 manat, 05 may 2022-ci il tarixdə 7.000 manat, 08 may 2022-ci il tarixdə 8.000 manat, 09 may 2022-ci il tarixdə 7.000 manat, 15 may 2022-ci il tarixdə 6.000 manat, 06 iyun 2022-ci il tarixdə 3.000 manat, 10 iyun 2022-ci il tarixdə 10.000 manat və 5.000 manat olmaqla, cəmi 15.000 manat, 19 iyun 2022-ci il tarixdə 8.000 manat, 26 iyun 2022-ci il tarixdə 1.000 manat pulunu ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 204.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvətərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində 15.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 15.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar d ələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının ikinci yarısında 10.000 manat, 02 yanvar 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin mart ayının ikinci yarısında 20.000 manat pulunu ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 40.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçir mə məqsədilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 07 yanvar 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında 20.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 20.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayında 5.000 manat, 14 fevral 2022-ci il tarixdə 10.000 manat, 25 mart 2022-ci il tarixdə 12.500 manat, 22 aprel 2022-ci il tarixdə 10.000 manat, 2022-ci ilin may ayının əvvəllərində 16.000 manat, 2022ci ilin may ayının axırlarında 4.000 manat pulunu ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 57.500 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi’’ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin yanvar ayının ortalarında 5.000 manat, 2022-c i ilin fevral ayının əvvəllərində 3.000 manat, 2022-ci ilin may ayının sonlarında 5.000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində 7.600 manat, 2022-ci ilin iyun ayının ortalarında 5.000 manat pulunun bir hissəsini taksi fəaliyyəti ilə məşğul olan Şahid4, bir hissəsini isə tanışı X2 vasitəsilə ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 25.600 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin fevral ayınm əvvəllərində 8.000 manat, 2023-cü ilin mart ayında 5.000 manat pulunu ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs8n ümumilikdə 13.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 12 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Neptun” marketin qarşısında 10.000 manat, 15 aprel 2022-ci il tarixdə 10.000 manat, 29 aprel 2022-ci il tarixdə 9.000 manat, 01 iyun 2022-ci il tarixdə 20.000 manat, 20 iyun 2022-ci il tarixdə 9.000 manat pulunu ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 58.000 manat olmaqla, külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayının ikinci yarısında ünvan 5 ünvanında yerləşən “Neptun” marketin qarşısında 50.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 50.000 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs11 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin iyun ayında ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesində 5.000 manat pulunu tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs11 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək Ticarət Mərkəzi"ndə meyvə-tərəvəz biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 19 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Dostlar” kafesinin qarşısında 5.000 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs12 5.000 manat ziyan vuraraq təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli, 17 oktyabr 2024-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, cinayət işi ədalətli araşdırılmamış, ibtidai istintaq dövründə kobud pozuntulara yol verilmiş, işin faktiki hallarına qanunvericiliyin tələblərinə uyğun düzgün hüquqi qiymət verilməmişdir. İş kassasiya instansiyası məhkəməsində baxılanadək Məhku m cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti onun özü tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2114/2024 nömrəli, 17 oktyabr 2024-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar