Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-758/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Mülki iddiaçı, Zərərçəkmiş şəxs2 nümayəndəsi X6, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs9, X40, X15, X23 və X7, Məhkum X29 müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X46, Məhkum3 müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəki l Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 16 iyun 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, halhazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1621.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə 21 noyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Nəsimi rayon məhkəməsinin 19 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 308.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə 10 iyun 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarından - dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə, -Məhkum1 müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X77, -Məhkum3 müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vək ili Müdafiəçi4, -mülki iddiaçı, Zərərçəkmiş şəxs2 baş direktorunun müavini R6 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər: R.Ə.Sadıxov, F.A.Qəribov) Məhkum1 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CMnin 213.2.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüi darə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlan ğıcının 10 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CMnin 213.2.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə aza dlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 09 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsu liyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki ) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 11 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci madd əsinə müvafiq olaraq CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə X10 Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.3-cü maddələri ilə, X55 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinrək məhkum edilmişlər. Hökmdən məhkumlar Məhkum3, Məhkum2, Məhkum1 müdafiəçiləri və iş üzrə zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum1 CM-nin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73-2.1-ci maddəsinə müvafiq olar aq Məhkum1 CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum1 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ildən 5 il 6 aya (beş il altı ay), CM-nin 192.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə, CM-nin 308.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ildən 4 (dörd) ilə, CM-nin 312.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ildən 4 (dörd) ilə endirilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar ilə əlavə cəzanı qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanları nda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum2 CM-nin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73-2.1-ci maddəsinə müvafiq olaraq Məhkum2 CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum2 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 5 (beş) ilə, CM-nin 192.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) ildən 1 il 6 aya (bir il altı ay), CM-nin 308.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə, CM-nin 312.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə endirilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar ilə əlavə cəzanı qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum2 qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay (beş il altı ay) azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum3 CM-nin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73-2.1-ci maddəsinə müvafiq olaraq Məhkum3 CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum3 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ildən 5 (beş) ilə, CM-nin 192.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə, CM-nin 308.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 3 il 6 aya (üç il altı ay), CM-nin 312.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 4 (dörd) ilə endirilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar ilə əlavə cəzanı qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum3 qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rə hbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay (beş il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. -Zərərçəkmiş şəxs66 adına olan Bakı şəhəri, ************************************ küçəsindəki ***************** ticarət mərkəzində yerləşən 17,7 kvadrat metr ölçüdə ****** saylı mağaza, ünvan 4 ünvanında yerləşən 190,9 kvadrat metr sahəni əhatə edən qeyri yaşayış sahəsi, Bərəkət MTK tərəfindən inşa edilən ünvan 5 ünvanında yerləşən çoxmənzilli binadakı 261,72 kvadrat metr ölçüdə qeyri yaşayış sahəsi, -Zərərçəkmiş şəxs67 adına ünvan 6 ünvanında yerləşən) *********** ticarət mərkəzində yerləşən 17,7 kvadrat metr ölçüdə 41 saylı mağaza, -Zərərçəkmiş şəxs67 adına Bərəkət MTK tərəfindən ünvan 5 ünvanında inşa edilmiş coxmənzilli binadakı 382 kvadrat met r sahəni əhatə edən qeyri yaşayış sahəsi və həmin (ünvan 5 ünvan) binanın 17-ci mərtəbəsində 335,4 kvadrat metr sahəni əhatə edən 92 saylı mənzil, -X11 adına olan ünvan 7 ünvanında yerləşən 23 saylı mənzil, ünvan 8ında yerləşən 4 saylı mənzil, -X9 adına Bakı şəhəri, ************************** ünvanında yerləşən 26 saylı mənzil, Bakı şəhəri, X94 küçəsində yerləşən 24 saylı mənzil, ünvan 11 ünvanında yerləşən 32 saylı mənzil, -X12 adına olan Bakı şəhəri, *********************** ünvanında yerləşən mənzil, - X19 adına olan ünvan 13 ünvanında yerləşən 26 saylı mənzil, ünvan 14 yerləşən 45 saylı mənzil, - Məhkum3 məxsus ünvan 15 ünvanında yerləşən 150,4 kvadrat metr sahəni əhatə edən 31 saylı mənzili ilə bağlı əmlaklar və -Zərərçəkmiş şəxs46 adına olan Lifan 6430 markalı Az ** *** dövlət qeydiyy at nömrə nişanlı, Volsvagen Jetta markalı az ** *** dövlət qeydiyyat nömrə nişanlı, -Zərərçəkmiş şəxs59 adına olan Hyundai İX3 markalı az ** *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə bağlı əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissə hökmdən xaric edilmişdir. Məhkum edilmiş Məhkum1, X24 və Məhkum3 alınaraq -Zərərçəkmiş şəxs9 6550 (altı min beş yüz əlli) manat, Zərərçəkmiş şəxs14 12.000 (on iki min), -Zərərçəkmiş şəxs71 17.200 (on yeddi min iki yüz) manat, -Zərərçəkmiş şəxs68 14.696 (on dörd min altı yüz doxsan altı) manat, -Zərərçəkmiş şəxs62 22.500 (iyirmi iki min beş yüz) manat, -Zərərçəkmiş şəxs70 22.692 (iyirmi iki min altı yüz doxsan iki) manat, -Zərərçəkmiş şəxs65 3570 (üç min beş yüz yetmiş) manat, -Zərərçəkmiş şəxs16 11.900 (on bir min doqquz yüz) manat, -Zərərçəkmiş şəxs33 11.800 (on bir min səkkiz yüz) manat, -Zərərçəkmiş şəxs36 8200 (səkkiz min iki yüz) manat, -Zərərçəkmiş şəxs49 8560 (səkkiz min beş yüz altmış) manat, -Nümayəndə 2585 (iki min beş yüz səksən beş) manat, -Zərərçəkmiş şəxs56 6000 (altı min) manat, -Zərərçəkmiş şəxs58 38.680 (otuz altı min altı yüz səksən) manat, -Zərərçəkmiş şəxs63 17.110 (on yeddi mi yüz on) manat, -Zərərçəkmiş şəxs17 11.303 (on bir min üç yüz üç) manat, -Zərərçəkmiş şəxs5 45.506 (qırx beş min beş yüz altı) manat, -Zərərçəkmiş şəxs20 17.303 (on yeddi min üç yüz üç) manat, -Zərərçəkmiş şəxs52 16.700 (on altı min yeddi yüz) manat, -Zərərçəkmiş şəxs60 16.164 (on altı min yüz altmış dörd) manat, -Zərərçəkmiş şəxs37 17.521 (on yeddi min beş yüz iyirmi bir) manat, --Zərərçəkmiş şəxs40 9902 (doqquz min doqquz yüz iki) manat, -X41 8000 (səkkiz min) manat məbləğində pul ödənilməsi qərara alınmışdır. Məhkum1, Məhkum2 və Məhkum3 tərəfindən 118.100 (yüz on səkkiz min yüz) manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsi nəzərə alınaraq, mülki iddia üzrə icraata xitam verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MTK-nın təsisçisi olmaqla, faktiki həmin müəssisələrin fəaliyyətinə rəhbərlik etdiyi müddətdə, MTK-nın digər təsisçisi və həmin hüquqi şəxslərin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs - direktor Məhkum3, təsisçi və rəhbər Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Abşeron rayonu Hökməli bələdiyyəsinin sabiq sədri X10 ilə əldə etdiyi şifahi razılaşmaya əsasən onun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, bələdiyyəyə məxsus 37 hektar prespektiv inkişaf fondu və 16 hektar ehtiyat fondu torpaqlarını, eyni zamanda həmin əraziyə bitişik olan örüş torpağı kimi qeydiyyata alınmış 05 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılaraq JN 0117 kod ************** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X47 məxsus olan 44 hektar torpaq sahəsinin qanunsuz əldə edilməsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların, o cümlədən örüş torpaqlarının qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda qanunvericilik aktlarında müəyyən e dilmiş qaydada, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verildiyi halda, həmin tələbləri yerinə yetirməyərək qeyd olunan torpaq sahələrin 0,02, 0,03, 0,04 və 0,06 hektardan ibarət hissələrə bölünərək "xxxx" və “Sonalı” yaşayış massivi adlandırılmaqla faizsiz kreditlə qanunsuz olaraq ayrı-ayrı şəxslərə satılması, kredit məbləğləri tam ödənildikdən sonra formal olaraq keçiriləcək hərrac yolu ilə həmin sahələrin müvafiq şəxslərin adlarına qanunsuz rəsmiləşdirilməsinin təşkil edilməsi və torpaq sahəsinə dair qanuni sənəd almadan fərdi yaşayış evlərinin tikilməsinə izacə verilməsi, eləcə də "xxxx" MTK-ya məxsus 1 hektar, X20 məxsus 0,5 hektar, X30 məxsus 0,5 hektar, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* nömrəli çı xarışlara əsasən X31 məxsus 7 hektar və X16 məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı torpaqlarda, həmçinin Anar Cavadova məxsus 44 hektar torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq çoxmənzilli yaşayış binalarının tikilməsini nəzərdə tutmaqla, binalar tikilmədən mənzillərin faizsiz kreditlə ayrıayrı şəxslərə satılmasına razılıq verilməsi üçün 2011-ci ilin yanvar ayından 11 iyun 2014cü il tarixədək Abşeron rayonu ərazisində birbaşa 300.000 (üç yüz min) ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 239.310 (iki yüz otuz doqquz min üç yüz on) AZN) və 1.152.960 (bir milyon yüz əlli iki min doqquz yüz altmış) manat nağd pulu, 34.794 (otuz dörd min yeddi yüz doxsan dörd) manat dəyərində tikinti materiallarını, parfum, telefon, telefon danışıqları üçün konturu, digər maddi əmlak nemətlərini, həmç inin maddi xassəli müxtəlif xidmətlər və işlərin görülməklə, şəxsən, eləcə də 09 avqust 2013-cü il tarixdən 06 iyun 2014-cü il tarixədək Abşeron rayon Hökməli Bələdiyyəsinin üzvü X13 vasitəsi ilə 120.785 manat nağd pulu, vəzifəli şəxs M6 tərəfindən bilə-bilə qeyd olunan qanunsuz hərəkətləri etməsinə görə ona ümumilikdə 1.547.849 (bir milyon beş yüz qırx yeddi min səkkiz yüz qırx doqquz) manat təşkil edən külli miqdarda maddi və sair neməti rüşvət vermişdir. Daha sonra, o, həmin hüquqi şəxslərin təsisçisi və rəhbəri olduğu müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Məhkum3 və Məhkum2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, verdiyi rüşvət hesabına qanunsuz əldə etdiyi Abşeron rayonu, Hökməli Bələdiyyəsinə məxsus 37 (otuz yeddi) hektar prespektiv inkişaf fondu və 16 (on altı) hektar ehtiyat fondu torpaqlarını, həmin əraziyə bitişik olan örüş torpağı kimi qeydiyyata alınmış 05 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılaraq JN 0117 kod ************** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X47 məxsus 44 hektar torpaq sahəsini qanuni sahibinin məlumatı və razılığı olmadan 0,02, 0,03, 0,04 və 0,06 hektardan ibarət hissələrə bölünməsini təşkil edərək "xxxx" və “Sonalı” yaşayış massivi adlandırdıqdan sonra, həmin sahələrin yalandan "xxxx" MMC, "xxxx" MMC və ya "xxxx" MTK-ya məxsus olduğunu iddia edib, xidmət göstərilməsi barədə bağlanmış rəsmi sənəd olan müqavilələr əsasında ayrı-ayrı şəxslərə satdığı halda, tamah niyy ətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib podrat müqavilələrində həmin ərazinin baş planının hazırlanması, orada torpaq işlərinin görülməsi və onun tikinti üçün yararlı vəziyyətə gətirilməsi, qeyd olunan massivdə yerləşən, sahibi sifarişçi olan torpaq sahəsinə elektrik, qaz və su təchizatı, kanalizasiya və telefon xətlərinin çəkilməsi, torpaq sahəsinə aparan yolların asfaltlaşdırılması, «Sonalı» yaşayış sahəsi üzrə bağlanmış podrat müqavilələrində isə fərdi yaşayış evinin tikintisi məqsədilə müvafiq ölçüdə və nömrəli torpaq sahəsinin nəzərdə tutulması qeyd olunmaqla, eyni zamanda bununla bağlı həmin şəxslərə verilmiş ödəniş qəbzlərində torpağın satılmasına dair heç bir qeydiyyat aparmadan, ödənilən pul vəsaitlərinin torpaq sahəsinin satılması üzrə məsləhət xidmətlərinin g östərilməsi üçün alınmasını rəsmiləşdirərək, faktiki mülkiyyətlərində olmayan torpaq sahələri üzrə - cəmi 1.331 (min üç yüz otuz bir) şəxsə 29.266.897 (iyirmi doqquz milyon iki yüz altmış altı min min səkkiz yüz doxsan yeddi) manat pulun müqabilində torpaq sahəsinin satılmasını vəd verib onların 11.461.587 (on bir milyon dörd yüz altmış bir min beş yüz səksən yeddi) manat, cəmi 175 (yüz yetmiş beş) şəxsə 238.446 (iki yüz otuz səkkiz min dörd yüz qırx altı) manat pulun müqabilində torpaq sahəsinə hasar çəkilməsini vəd edərək onların 169.556 (yüz altmış doqquz min beş yüz əlli altı) manat və cəmi 55 (əlli beş) şəxsə 2.457.830 (iki milyon dörd yüz əlli yeddi min səkkiz yüz otuz) manat pulun müqabilində fərdi yaşayış evinin tikilməsini vəd verərək onların 737.498 (yeddi yüz otuz yeddi min dörd yüz doxsan səkkiz) manat olmaqla, ümumilikdə 1.332 (min üç yüz otuz iki) şəxsin külli miqdarda – 12.368.641 (on iki milyon üç yüz altmış səkkiz min altı yüz qırx bir) manat, bundan başqa, "xxxx" MTK-ya məxsus 1 hektar, X20 məxsus 0,5 hektar, X30 məxsus 0,5 hektar torpaq sahələrində 10 ədəd çoxmənzilli yaşayış binalarnın təməlinin qazılmasına, onlardan 2 binanın birinci mərtəbələri və 2 binanın bünövrə işləri üzrə betonlama işlərinin həyata keçirilməsinə, 6 bina üzrə isə təməl qazıntısı üzrə torpaq işləri görülməsinə, MTK-nın adına rəsmiləşdirilmiş 1 hektarlıq torpaq sahəsində 1 girişli 6 mərtəbəli yaşayış binasının tikintisinə Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən sərəncam verilməsinə, "xxxx" MMC tərəfindən yalnız 3, 6, 7 və 10-cu binalarda mühəndisgeoloji axtarış işləri aparı laraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun MühəndisGeoloji mərkəzi tərəfindən təsdiq olunmuş müsbət hesab olunan rəy verilməsinə baxmayaraq, həmin sahədə, eləcə də verdiyi rüşvət hesabına əldə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* nömrəli çıxarışlara əsasən, X31 məxsus 7 hektar və X16 məxsus 3 hektar kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də Anar Cavadova məxsus 44 hektar örüş torpaq sahəsinin bir hissəsində sahiblərinin məlumatı və razılığı olmadan, həmin sahələrin təyinatının Nazirlər Kabineti tərəfindən dəyişdirilmədən, qanunsuz olaraq “Sevil Terrace” adlandırılmaqla, mümkün olmayacağını bildiyi halda, guya gələcəkdə inşa ediləcəyini nəzərdə tutduğu 122 (yüz iyirmi iki) ədəd 6 (altı) mərtəbədən və mansartdan ibarət çoxmənzilli yaşayış binalarının ayrı-ayrı mənzil və qeyri-yaşayış sahələrini, "xxxx" MTK-nın 31 mart 2014-cü il tarixdə təsis edilməsinə baxmayaraq, 19 dekabr 2013-cü il tarixdən etibarən tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 607 (altı yüz yeddi) şəxsə 44 (qırx dörd) binadan mənzillərin satılmasını vəd verib, onların, ümumilikdə, külli miqdarda – 3.206.531 (üç milyon iki yüz altı min beş yüz otuz bir) manat, yekun olaraq isə torpağın satılması, fərdi yaşayış evinin tikilməsi, hasarların inşası, mənzillərin və qeyriyaşayış sahələrinin satılması üçün 15.575.172 (on beş milyon beş yüz yetmiş beş min yüz yetmiş iki) manat olmaqla, həmin şəxslərin külli miqdarda əmlakını və əmlak hüquqlarını vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş və vəzifə saxtakarlığı törətmişdir. Həmçinin, o, həmin hüquqi şəxslərin təsisçisi və rəhbəri olduğu müddətdə "xxxx" MMC və "xxxx" MMC-də 2011-ci ilin fevral ayından 2013-cü ilin sentyabr ayına kimi satış meneceri işləmiş X55 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, qeyd olunan qurumlardan alınmış torpaq sahələri üçün ödənilməli olan və ödənişin aparılması üçün S8 verilmiş məbləğləri cəmiyyətin xəzinəsinə ödəməyərək, ayrıayrı vətəndaşların, o cümlədən 2011-ci ilin mart ayında "xxxx" MMC tərəfindən X1 71 nömrəli 0,03 hektar torpaq sahəsi üzrə 2013-cü ilin sentyabr və noyabr aylarında Bakı şəhəri ərazisində 2.000 manat, 14 fevral 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən X2 119 nömrəli 0,03 hektar torpaq sahəsi üzrə həmin vaxtdan 2013-cü ilin sonlarına kimi Bakı şəhəri, Qaradağ və Abşeron rayonları ərazisində onun 7.000 manat və 31 mart 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən X3 954 nömrəli 0,03 hektar torpaq sahəsi üzrə həmin tarixdə Abşeron rayonu ərazisində onun 7.500 manat məbləğində pullarını, sonuncuların onlara olan inam və etibarından istifadə edib cəmiyyətin xəzinəsinə ödənməsi üçün Səbinə Əliyevaya verdikləri, külli miqdarda, yəni 16.500 (on altı min beş yüz) manat məbləğində pulu cəmiyyətin xəzinəsinə ödəməyərək, öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, vahid qəsdlə qulluq mövqeyindən istifadə edib aldatma və etibarda n sui-istifadə etmə yolu ilə həmin əmlakı ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, qeyd olunan hüquqi şəxslərin təsisçisi və rəhbəri olduğu müddət ərzində Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Vergilər Məcəlləsinin 16.1.1, 16.1.7, 53.1, 67.14, 72, 77.3, 78.1, 82, 83.9, 150.1, 155.1, 157.3.1, 166.1, 218.1.1.2, 220.8, 221.5-ci maddələrini və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı qərarının tələblərini pozub, Abşeron rayonu ************** qəsəbəsi ərazisində torpaq sahələrinin satışını, həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisini, işıq, su, qaz və komunikasiya xətlərinin çəkilməsini, eyni zamanda coxmənzilli binaların tikilməsi və mənzillərin satılması işləri ilə məşğul olaraq mənfəət vergisinin azaldıl ması hesabına 131.142,04 manat, əlavə dəyər vergisi bəyannamələrinin vergi orqanına təqdim edilməməsi hesabına 1.012.628,89 manat, sadələşdirilmiş verginin hesabatlarda azaldılması hesabına 2.851,16 manat, ödəmə mənbəyindən tutulan verginin hesabatda azaldılması hesabına 111.721,22 manat olmaqla, ümumilikdə 1.258.343,31 (bir milyon iki yüz əlli səkkiz min üç yüz qırx üç) manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Daha sonra, o, həmin hüquqi şəxslərin təsisçisi və rəhbəri olduğu müddət ərzində Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikası Prezidentinin 13.11.2007-ci il tarixli 650 nömrəli “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) veri lməsinə görə ödənilən dövlət rüsmunun məbləği haqqında” fərmanına və Nazirlər Kabinetinin 27 fevral 2009-cu il tarixli 34 nömrəli qərarına əsasən İ və İİ məsuliyyət səviyyəli (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) bina və qurğuların tikinti-quraşdırma işlərinə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq almadan, 2013-2014-cü illərdə 7 mərtəbəli coxmənzilli yaşayış binalarının tikintisi, torpaq sahəsində elektrik, qaz və su təchizatı, kanalizasiya və telefon xəttinin çəkilməsi, torpaq sahəsinə aparılan yolların asfaltlaşdırılması fəaliyyəti, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, külli miqdar təşkil edən 833.843,69 (səkkiz yüz otuz üç min səkkiz yüz qırx üç) manat gəlir əldə etmişdir. Bundan əlavə, o, həmin hüquqi şəxslərin t əsisçisi və rəhbəri olduğu müddət ərzində Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək münasibətlərinə daxil olan hər bir şəxslə əmək müqaviləsi bağlanılmalı olduğu halda, "xxxx" MMC, "xxxx" MMC və ya "xxxx" MTK-da satış meneceri işləmiş X32, X67, X48, reklam işləri üzrə mütəxəssis işləmiş X42, müqavilələr üzrə menecer işləmiş X33, çağrı mərkəzində operator işləmiş X26, X34, X21, X35, X8, X27, bələdçi işləmiş X36, sahə rəisi işləmiş X56, tikinti sahəsində məsul şəxs X49, layihə rəhbəri X57, torpaq sahələrinin bölünməsinə məsul şəxs X50, layihəçi işləmiş X5, xəzinədar işləmiş X37, sürücü Sarıyev Azər Sabit oğlu və qeyriləri olmaqla, 10 (on) nəfərdən artıq şəxslə müvafiq əmək müqaviləsi olmadan və ya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa, o, göstərilən hüquqi şəxslərin təsisçisi və rəhbəri olduğu müddət ərzində Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni satılan torpaq sahələrinin və torpaq sahələrində tikiləcək çoxmənzilli binaların qanuni olmasını nümayiş etdirmək, törətdiyi dələduzluq əməlini genişləndirməklə əlavə şəxslərin də pul vəsaitlərini ələ keçirmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib satılan torpaq sahələrinin guya "xxxx" MMC, "xxxx" MMC və ya "xxxx" MTK-ya məxsus olmasını, həmin ərazidə fərdi yaş ayış evlərinin tikilməsi üçün bütün dövlət orqanlarından müvafiq icazələrin alınmasını yalandan iddia edib qanunsuz olaraq ümumilikdə 201 şəxs tərəfindən 185 halda fərdi yaşayış evləri, 38 halda torpaq sahələrinə hasar çəkilməsi üçün, ümumilikdə,3.103.686,07 (üç milyon yüz üç min altı yüz səksən altı) manat məbləğində xərc çəkmələrinə səbəb olan, qeyd edilən hərəkətləri ilə həmin şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafələrinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestindəMəhkum1, Məhkum2, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə təqsirləndi rilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protestdə qeyd olunur ki, cinayət işinin 205-ci cildinin 169-179-cu vərəqlərində olan məhkəmə mühasibatlıq ekspertizasının 14 yanvar 2015-ci il tarixli rəyində göstərilmişdir ki, Sevil Massivi MTK üzrə səyyar vergi yoxlamasının əhatə etdiyi 27 yanvar 2014-cü il tarixdən 04 sentyabr 2014-cü il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin 1.258.343,31 manat məbləğində az hesablanması və xüsusi razılıq (lisenziya) olmadan aparılmış əməliyyatlar nəticəsində, ümumilikdə, 833.843,69 manat məbləğində gəlir əldə olunması müəyyən edilir. Məhkəmə he ç bir əsas olmadan apellyasiya baxışı zamanı əlavə və təkrar mühasibatlıq ekspertizaları təyin etmiş, 25.07.2018-ci il və 08.09.2018-ci il tarixli həmin rəylərə əsasən "xxxx" MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergilərin, ümumilikdə, 118.098,53 manat məbləğində az hesablanması müəyyən edilmişdir. Həmin ekspertiza rəyləri digər sübutlara zidd olmasına və ziddiyyətlər aradan qaldırılmamasına baxmayaraq, məhkəmə yalnız həmin ziddiyyətli ekspertiza rəylərini “mötəbər” sübut hesab etmiş və ona əsasən yekun nəticəyə gəlib qanunsuz olaraq cinayət işinin icraatına xitam vermiş və məhkum edilmiş şəxsləri cinayət məsuliyyətindən azad etmişdir. Məhkəmə CPM-nin 124, 143-146-cı maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərə fli və obyektiv yoxlayıb sübutların təhlilini aparmamış, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli halları araşdırmamış və bununla da toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən təkrar təyin olunmuş kifayət qədər əsaslandırılmamış məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanıb məhkumların cinayət əməlinə qanunsuz olaraq xitam vermiş və cinayət məsuliyyətindən azad etməklə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Halbuki, CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə yekun qərar qəbul edərkən qanunun həmin tələblərini pozaraq gəldiyi nəticəni əsaslandırmamış, bir sübutların qəbul edilməsi və digərlərinin rədd edilməsinin motivlərini yekun qərarında göstərməmiş, bunun nəticəsində məhkəmənin gəldiyi nəticə işin obyektiv hallarına uyğun olmamışdır. Protest müəllifi həmçinin hesab edir ki, məhkəmə kollegiyası əsassız olaraq məhkumların şəxsiyyəti, ailə və sağlamlıq vəziyyəti ilə bağlı olan işin hallarını, onların zərər çəkmiş şəxslərə ödəniş etmələrini nəzərə alaraq məhkumlara təyin edilmiş cəzaları yüngülləşdirmişdir. Belə ki,işin müəyyən edilmiş faktiki hallarından görünür ki, məhkum edilmiş şəxslər tərəfindən CM-nin 178-ci maddəsi üzrə vurulmuş ziyanın ümumi məbləği 15.591.672 manat, CM-nın 213.2.2-ci maddəsi üzrə vurulmuş ziyanın ümumi məbləği 1.258.343,31 manat, CM-nın 308.2-ci maddəs i üzrə vurulmuş ziyanın ümumi məbləği 3.103.686,07 manat, ümumilikdə isə, vurulmuş ziyanın ümumi məbləği 19.953.701,38 (on doqquz milyon doqquz yüz əlli üç min yeddi yüz bir) manat təşkil etmişdir. Göründüyü kimi məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayətlər az ağır və ağır cinayətlər kateqoriyasına aid olmaqla hərəkətlərini əvvəlcədən planlaşdıraraq zərər çəkmiş şəxslərə ümumilikdə 19.953.701,38 (on doqquz milyon doqquz yüz əlli üç min yeddi yüz bir) manat miqdarda ziyan vurulmuşdur. Göstərilən hallar məhkum edilmiş şəxslərin törətdiyi əməllərin və şəxsiyyətlərinin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmə kollegiyası tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, cinayət kollegiyası bu halları cəza təyini zamanı nəzərə almamışdır. Bunda n başqa,protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün məhkum edilmiş şəxslərin əmlaklarına xüsusi müsadirə tətbiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi isə həmin əmlakların bir qisminin cinayət hadisələri törədildiyi vaxtdan əvvəl əldə edilməsini, məhkum edilmiş şəxslərin vəsaitləri hesabına alınmasını təsdiq edən sübutların olmamasına əsaslanıb müsadirədən azad etmişdir. Məhkəmənin həmin mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Belə ki, cinayət işi üzrə zərər çəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar qanunun tələblərinə uyğun verilmişdir. CPM-nin 248.1.1-ci maddəsinə əsasən, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qo yulur. Bu səbəbdən cinayət işinin ibtidai istintaq zamanı verilmiş təqdimat təmin edilərək hazırki qərarla müsadirədən çıxarılmış və çıxarılmamış əmlakların üzərinə həbs qoyulmuş, verilmiş və veriləcək mülki iddiaların təmini zamanı ödəmənin yönəldilməsi məqsədi ilə həbs qoyulmuşdur. Protest müəllifinin fikrincə, birinci instansiya məhkəməsi düzgün olaraq mülki və cinayət-prosessual qanunvericiliyin tələblərinə düzgün riayət etməklə gələcəkdə verilə biləcək mülki iddianı təmin etmək məqsədilə zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin istisna olunmasının mümkünlüyünü nəzərə alaraq sözügedən, əmlaklar üzərinə xüsusi müsadirə tətbiq etmişdir. Məhkəmə kollegiyası isə qanunvericiliyin tələblərini nəzərə almayaraq həmin əmlakın üzərindən həbsi götürüb vurulmuş ziyanın ödənilməsini o na yönəltməməklə zərər çəkmiş şəxslərin ziyanının ödənilməsini faktiki cəhətdən mümkünsüz etmişdir. CM-nin 99-2-ci maddəsində deyilir ki, bu Məcəllənin 99-1.1.2-99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə olunur. CM-nin 99-3.2-ci maddəsində deyilir ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsi 10 iyul 2017-ci il tarixli hökmü ilə məhkumları CMnin 178.3.2 və digər maddələri ilə təqsirli bilmiş və onların cinayət əməlləri ilə zərər çəkmiş (o cümlədən mülki iddia vermiş) şəxslərə müxtəlif məbləğlərdə maddi ziyanın vurulmasının təsdiqini tapmasını müəyyən etmiş, təmin etdiyi mülki iddialar üzrə, habelə bir sıra zərər çəkənlərə müxtəlif məbləğlərdə pulun alınıb verilməsini müəyyən etmiş, həmçinin iş üzrə üzərinə həbs qoyulmuş əmlakın vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini müəyyən etmişdir. İşə baxan apellyasiya məhkəmə isə qanunvericiliyin bu tələbindən çıxış etməmiş, sənəd üzərində məhkum edilmiş şəxslərə məxsus olmasada, faktiki onların istifadəsində olanəmlakların üzərindən müsadirəni əsassız olaraq götürməklə zərərçəkmiş şəxslərə dəymiş ziyanın həmin əmlaka yönəldilməsi imkanını aradan qaldırmışdır. Bunlardan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi cinayət işi icraatında olduğu 1 ildən artıq müddət ərzində yalnız müdafiə tərəfinin vəsatətlərinin araşdırılması yönümlü məhkəmə istintaq hərəkətləri aparmış, zərərçəkmiş şəxlərin apellyasiya şikayətlərində göstərilənlərin və zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün cinayət-prosessual qanunvericiliyə uyğun mümkün tədbirləri görməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi təqsirləndirilən şəxslərin əməlləri nəticəsində CM-nin 178-ci maddəsi ilə vurulmuş ümumi ziyanın məbləği 15.591.672 manat, CM-nin 213.2.2-ci maddəsi üzrə vurulmuş ziyanın ümumi məbləği-1.258,343, 31 manat, CM-nin 308-ci maddəsi üzrə vurulmuş ziyanın ümumi məbləği 3.103.686,07 manat - bütövlükdə isə vurulmuş ziyanın ümumi məbləği 19.953.701,38 manat təşkil etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmünə əsasən 751 zərərçəkmiş şəxsə 6.236.700 manat ziyan ödənilməmiş qalmışdır. İş üz rə apellyasiya şikayəti verən bəzi zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyan hesablanarkən yalnız aldıqları torpağın pulu deyil, həm də həmin torpaqda ev tikilməsinə çəkdikləri xərclər də nəzərə alınmasını xahiş etmişlər. Bəzi zərərçəkmiş şəxslər aldıqları torpaq sahələrinə DƏDRX-dən çıxarış əldə edib onları xüsusi mülkiyyətə keçirdiklərindən həmin məsələyə münasibət bildirilməsini məhkəmədən xahiş etmişlər. Çıxarış əldə edən və etməyən zərərçəkmiş şəxslər həmçinin məhkəmə iclaslarında bildirmişlər ki, mübahisəli həmin yaşayış massivinin ərazisinə buraxılmırlar, polis tərəfindən ərazinin mühafizəsi təmin olunmur, ev tikərkən istifadə etdikləri mal-materiallar oğurlanmasını ehtimal edirlər. Odur ki, onlara dəymiş ziyan tamamilə ödənilməli, ya da yarımçıq saxlanılan işlər davam etdirilib e vlə təmin olunmalıdırlar. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan zərərçəkmiş şəxslərin şikayət və vəsatətlərinin araşdırılaraq qanuni qərar qəbul edilməsi üçün mümkün prosessual tədbirləri görməyərək yalnız müdafiə tərəfinin vəsatətləri əsasında Sevil MTK-nın icra etdiyi işlərə və göstərdiyi xidmətlərə görə müvafiq vergilər hesablanarkən həm çəkilən xərclərin, həm də vətəndaşlara dəymiş ziyanın ödənilməsi halında vergi borclarının düzgün müəyyən edilməsı üçün əlavə məhkəmə mühasibatlıq ekspertizaları təyin etmişdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Dövlət ittihamçısı hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalı və yeni apelyasiya b axışı zamanı çoxsaylı zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş ziyanın, habelə zərərçəkmiş şəxslərin şikayət və vəsatətlərində göstərdikləri halların tam araşdırılaraq onlara dəymiş zərərin aradan qaldırılmasının təmin edilməsi üçün mümkün prosessual tədbirlər görülməlidir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1 bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum1 heç bir zaman başqalarının etibardan suiistifadə etmə və ya aldatma yolu ilə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmək niyyətində olmamış, qanuni şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Apellyasiya məh kəməsi iş üzrə toplanmış sübutları qanunvericiliyin tələblərinə müvafiq tədqiq etmədən Məhkum1 ona istinad edilən cinayətdə təqsirinin sübuta yetirilməməsinə baxmayaraq qanunsuz qərar qəbul etmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, məhkəmələr Məhkum1 istinad edilən cinayətlərin törədilməsindən əvvəl alınmış əmlakların da müsadirə edilməsinə dair qanunsuz olaraq qərarlar qəbul etmişlər. Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifinin fikrincə, istər birinci instansiya məhkəməsinin, istərsə də, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, ibtidai istintaq orqanının Məhkum3 və qeyrilərinə verdiyi ittihamlar özü-özünü təkzib edir. Bir tərəfdən "xxxx" MMC, "xxxx" MMC və ya "xxxx" MTK-nın tikinti işləri ilə məşğul olaraq vergidən yayındığı, həmçinin həmin tikinti işləri ilə qanunsuz məşğul olduğuna dair təqsirləndirilən şəxslərə ittiham verilir, digər tərəfdən isə həmin şəxslərin dələduzluq cinayəti edərək vətəndaşların əmlaklarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirdikləri bildirilir. Əgər həmin şəxslər qanunsuz sahibkarlıq edirsəvə vergidən yayınırsa, bunu da vətəndaşlardan aldıqları pulun müqabilində edirsə, hansı dələduzluqdan söhbət gedə bilər. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum3, Məhkum1 və Məhkum2 CM-nin 312.2-ci maddəsi ilə verilmiş ittiham da qanunsuzdur. Belə ki, həmin təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması Departamentində verdikləri ilkin ifadələrində Mirnamat Miradiyevə pul verdikləri barədə ifadələr vermiş və sonuncu ilə üzləşmə zamanı ifadələrini onun üzünə deyərək bir daha təsdiq etmişlər. Müdafiəçi hesab edir ki, Məhkum3, Məhkum1 və Məhkum2 pulun verilməsi və pulun verildiyi şəxs barəsində könüllü məlumat verdiklərindən CM-nin 312-ci maddəsinin “Qeyd” hissəsinin tələbinəəsasən cinayət məsuliyyətindən azad edilməlidirlər. Mülki iddiaçı, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının qərarının ləğv edilməsi və verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı verilmiş və birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul etdiyi məhkəmə mühasibatlıq ekspertizasının 14.01.2015-ci il tarixli 22670 saylı rəyi olmasına baxmayaraq, məhkəmə qərar qəbul edərkən məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza ilə əldə edilən 25.07.2018-ci il tarixli 9704 nömrəli və 05.09.2018-ci il tarixli 21031 nömrəli rəylərini daha mötəbər sübut kimi qəbul etmişdir. Mülki iddiaçı hesab edir ki, sonradan verilən ekspert rəyləri iş materiallarında olan sənədlər hərtərəfli araşdırılmadan və vergi qanunvericiliyinin tələbləri nəzərə alınmadan verilmiş və bununla da vergitutma obyekti və azaldılmış vergilərin məbləği düzgün müəyyənləşdirilməmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan əsassız rəyi daha mötəbər sübut kimi qəbul etmişdir. Hüquqi məsələlər: Məh kəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinintəmin edilməsi barədə müdafiəçilər A6, Müdafiəçi3, Müdafiəçi4, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə mülki iddiaçı Q6 və dövlət ittihamçısı R6, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçilər tərə findən verilmiş kassasiya şikayətlərinin həllinin məhkəmənin mülahizəsinə buraxılması barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs9, E.6, X8, A6 və Ş6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, müdafiəçilərin kassasiya şikayətləri isə təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü ki mi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarını n tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkəmə kollegiyası məhkumlar Məhkum3 və Məhkum1 müdafiəçiləri tərəfindən verilmiş məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələrinə dair kassasiya şikayətlərinin dəlillərinin eyni olduğunu nəzərə alaraq hər iki kassasiya şikayətinə birlikdə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xü susi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum3 və Məhkum1 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum1 və Məhkum3 əməllərini Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunm uş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X18 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum1 və Məhkum3 elan edilmiş ittihamda özlərini təqsirli bilməsələr də, qanunsuz sahibkarlıq, dələduzluq, vəzifə səalahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı, vergi ödəməkdən yayınma və rüşvət vermə halları ətraflı təhlil və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş şahidlər, zərərçəkmiş şəxslərin, çoxsaylı məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində qeyd edilən arqumentlər, yəni məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci m addəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlara bəraət verilməsi məqsədə müvafiq deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X51rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəmə sində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Mülki iddiaçı, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri qismən əsaslı hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, vergilər və digər icbari ödənişlərə dair qanun vericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "xxxx" MTK-nın fəaliyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən 27 yanvar 2014-cü il tarixdən 04 sentyabr 2014-cü il tarixədək yoxlanılmış və nəticədə 08.09.2014-cü il tarixli **********781483 nömryyar vergi yoxlaması aktı tərtib edilmişdir. Akta əsasən aparılan araşdırma nəticəsində "xxxx" MTK üzrə 2011-2013-cü illərdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 131.142.04 manat, ƏDV-nin 1.001.178.91 manat, ümumilikdə vergilərin 1.132.320.95 manat məbləğində az hesablanması faktı aşkar olunmuşdur. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.01.2015-ci il tarixli 22670 saylı rəyi ilə "xxx x" MTK-da səyyar vergi yoxlamasının əhatə etdiyi 27.01.2014-cü il tarixdən 04.09.2014-cü il tarixədək olan dövr üzrə dövlət büdcəsinə ödənilməli olan vergilərin 1.258.343,31 manat olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.07.2018-ci il tarixli 9704 nömrəli və 05.09.2018-ci il tarixli 21031 nömrəli rəylərinə əsasən Sevil Masivi" MTK-da səyyar vergi yoxlamasının əhatə etdiyi 27.01.2014-cü il tarixdən 04.09.2014-cü il tarixədək olan dövr üzrə dövlət büdcəsinə ödənilməli olan vergilərin 118.098,53 manat olduğu müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 29 mart 2018-ci il tarixlə qərarı ilə cinayət işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın 25 iyul 2018-ci il tarixli 9704 №-li rəyində qeyd edilir ki, əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan cəmi vergilərin 118098,53 manat məbləğində az hesablanması müəyyən olunur, o cümlədən: Mənfəət vergisi üzrə - 11.373,93 manat; ƏDV üzrə - 93.591,71 manat; Sadələşdirilmiş vergi üzrə 2851,16 manat; MÖMV üzrə -10281,73 manat. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixlə qərarı ilə cinayət işi üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiz anın 05 sentyabr 2018-ci il tarixli 21031 №-li rəyindən görünür ki, əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan cəmi vergilərin 118098,53 manat məbləğində az hesablanması müəyyən olunur. o cümlədən: Mənfəət vergisi üzrə - 11.373,93 manat; ƏDV üzrə - 93.591,71 manat; Sadələşdirilmiş vergi üzrə 2851,16 manat; MÖMV üzrə -10281,73 manat. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında istintaq zamanı verilmiş və İ instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 14.01.2015-ci il tarixli 22670 saylı rəyi olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza nəticəsində əl də edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25.07.2018-ci il tarixli 9704 nömrəli və 05.09.2018-ci il tarixli 21031 nömrəli rəylərini daha mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işlə bağlı eyni qurum (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən müxtəlif ekspert rəyləri verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu hala əhəmiyyət verilməmiş və həmin ekspert rəyləri tədqiq edilməmiş, heç bir əsaslandırma aparılmadan sonuncu rəy əsas kimi götürülmüşdür. Belə ki, ekspert rəyləri arasında kifayət qədər fərq yaranmış və bu qeyri-müəyyənliyin səbəbi, eyni zamanda, 93.591,71 manatın necə əldə edildiyi rəydə aydınlaşdırılmamış və həmin rəylərin hansı əsaslara görə daha mötəbər sübut hesab olması na münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X38 dövlət ittihamçısının rəylər arasındakı fərqlərin səbəbləri ilə əlaqədar sualını ekspert izah edə bilməmiş və ”Çox güman ki, ilkin ekspertlərə əlavə sənədlər təqdim olunmayıb” cavabını vermişdir. Ekspertin həmin cavabı bir daha təsdiq edir ki, ekspertlər ilkin rəyi kifayət qədər araşdırmadan yeni rəyi tərtib etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə həmin xüsusatı araşdırmadan sonuncu rəyi mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri əsaslandırılmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında istintaq zamanı toplanmış sübutlarla məhkəmə istintaqı zamanı toplanmış sübutlar arasında ziddiyyətlər olmasına baxmayaraq bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmişdir. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki. hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məq sədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən, məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittihamüzrə onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması, məhkumlara təyin edilmiş cəzanın yüngül olması və məhkumların əmlakları üzərinə xüsusi müsadirənin tətbiq edilməsi məsələləri mübahisələndirilir. Kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi yalnış olaraq həmin əmlakların bir qisminin cinayət hadisələri törədildiyi vaxtdan əvvəl əldə edilməsini, məhkum edilmiş şəxslərin vəsaitləri hesabına alınmasını təsdiq edən sübutların olmamasına əsaslanıb müsadirədən azad etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin Zərərçəkmiş şəxs2 mülki iddia tələbi ilə bağlı dəlillərinin mülki iddiaçının kassasiya şikayətində irəli sürülən dəlillərlə eyni məzmunlu olduğundan və kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərkən şərh olunduğundan həmin xüsusatların təkrar şərhinə zərurət görmür. Məhkəmə kollegiyası kassasiya protestinin digər dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cinayət işinin ibtidai istintaq zamanı veril miş təqdimat təmin edilərək məhkum edilmiş şəxslərin mülkiyyəti hesab edilən əmlakların üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, birinci instansiya məhkəməsi mülki iddianın və zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə əmlaklar üzərinə xüsusi müsadirə tətbiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 15 yanvar 2019-cu il tarixli qərarı ilə həmin əmlakların bir qisminin cinayət hadisələri törədildiyi vaxtdan əvvəl əldə edilməsini, məhkum edilmiş şəxslərin vəsaitləri hesabına alınmasını təsdiq edən sübutların olmamasına əsaslanıb müsadirədən azad etmişdir. CPM-nin 248.1.1-ci maddəsinə əsasən, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, ape llyasiya instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan və gəldiyi nəticəni əsaslandırmadan həmin qərarı qəbul etməklə qanunvericiliyin tələblərini pozmuşdur. CPM-nin 346.1.18-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı, Məcəllənin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu, hansı əmlakın müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda, həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilm əli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir. CM-nin 99-2-ci maddəsində deyilir ki, bu Məcəllənin 99-1.1.2-99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə olunur. CM-nin 99-3.2-ci maddəsində deyilir ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. CPM-in 185-ci maddəsinin tələbinə əsasən, cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tə dbirlər görməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxslərin faktiki istifadəsində olan əmlakların kənar şəxslərin adına mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olmasını əsas götürərək kifayət qədər araşdırma aparmadan və əmlakın həqiqi mülkiyyətçisini müəyyən etmədən əmlakların üzərinə qoyulmuş həbsi ləğv etmiş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissəni hökmdən xaric etmişdir CPM-nin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda göstərilən maddələrin tələbləri baxımından həbsin qoyulmasının qanuniliyini araşdırma mış, bu məsələyə münasibət bildirməmişdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan xüsusatlar araşdırıldıqdan sonra təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyini nəzərə alaraq, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü ilə əlaqədar dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı m addələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestinin və mülki iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası, CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkumlara təyin ediləcək cəzaları qabaqcadan həll etmədən hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasi ya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Mülki iddiaçı, Zərərçəkmiş şəxs2 baş direktorunun müavini tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edil sin. Məhkum1 müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X46 və Məhkum3 müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləritəmin edilməsin. Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün SumqayıtApellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-758/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-758/2019
22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver