Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-758/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Mansur Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: C.C.Ramazanov (sədrlik edən), R.İ.Hüseynov və X.H.Səmədovdan ibarət tərkibdə) Məhkum - xx.xx.1991-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə məhkum edilmiş cinayət əməli hazırda qüvvədə olan Cinayət Məcəlləsi ilə cinayət hesab edilmədiyindən, o, 2000 (iki min) man at cərimə cəzasını çəkməkdən və həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə binaya və saxlanc yerinə daxil olmaqla külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin eyni məqsədlə rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə cinayəti əməllərini törətmişdir. Belə ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə və Bakı Şəhəri Surxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə şərti olaraq vaxtında əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə saat 00:30 radələrində əmisi Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-nin həyətinə daxil olaraq oradan bir ədədinin qiyməti 11000 manat olmaqla 88000 manat dəyərində 25 tonluq 8 ədəd və 8000 manat dəyərində 18 tonluq 1 ədəd paslanmayan çənləri gizli yolla talayaraq zərərçəkmiş X5 ümumilikdə 96000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə xx xxxx 2017 -ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-nin həyətinə daxil olaraq oradan gizli yolla taladığı çənləri satmaq məqsədi ilə əldə etdiyi hüquq verən rəsmi sənəd qaiməfakturaları saxtalaşdırmaqla oğurladığı 9 ədəd çənlərin hər biri üçün qaimə-faktura tərtib edərək həmin zavodun möhürünü vurmaqla imza edib Ağsu rayon sakini X1 rəsmi sənədi saxtalaşdırma və istifadə etmə cinayət əməlini törətmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tar ixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş və o, CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 320.1-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il müddətə, 320.2-ci maddəsinə əsasən isə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılaraq üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası sax lanılmışdır. Apelyasiya protesti qismən təmin edilmiş, Məhkum edildiyi CM-in 320.1 və 320.2-ci maddələrinə münasibətdə “tamah niyyəti” ağırlaşdırıcı hal kimi hökmə daxil edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Osmanov Mansur Ramazan oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Osmanov Mansur Ramazan oğlu kassasiya şikayətində göstərmişdir ki, Qax rayonunda yerləşən Konserv Zavodu hüquqlarını müdafiə etdiyim şəxsin rəhmətlik atası x2 məxsus olmuş, x1 əmisinin bu zavodla əvvəldən heç bir əlaqəsi olmamış, atası x2 vəfat etdikdən sonra əmiləri zavodun idarəedilməsi ilə məşğul olmaq əvəzinə, birinci dərəcəli vərəsə kimi ona, atasının mirasını idarə etməkdə yardım etmək əvəzinə zavoddakı əmlakları sataraq varlanmağa başlamışlar. Zavod əmisi x1 adına rəsmiləşdirilsə də heç vaxt x1ə məxsus olmamışdır. Həmçinin əmiləri x3 və x1 dəfələrlə zavoddan əmlak satmışlar. Lakin onlar, heç vaxt dedikləri kimi, əldə etdikləri vəsaiti hər hansı bir borcun ödənilməsinə yönəltməmişlər. Ümumiyyətlə ittihamda sözügedən çənlərin zavodun balansında olan çənlərin olmamağı ekspert rəyi ilə də müəyyən olunmuşdur. Həmin çənləri x4 rəhmətlik atası x2 öz hesabına almış və zavodun ərazisində saxlamışdır. Həmçinin zavodun digər səhmdarlarıda ondan şikayətçi olmamışdır. Lakin əmisi bütün miras əmlakı ələ keçirmək məqsədilə qardaşı oğlu x4 guya oğurluq etməsilə bağlı yalandan şikayət etmişdir. Amma o, oğurluq etməmiş, istintaq düz gün aparılmamışdır. Məhkum özünü məhkum olunduğu maddələrdə təqsirli bilmir və onun təqsiri sübuta yetirilməmişdir. Onun təqsirsiz olduğunu əmisi x1 və digər şahidlərin ziddiyyətli ifadələri də sübuta yetirir. Belə ki, onun əməllərində özgənin əmlakını gizli olaraq talamanın epizodları mövcud deyil. Məhkum həmçinin saxta qaimələr hazırlaması və ondan istifadə etməsi ilə bağlı ona elan olunmuş ittihamla da razılaşmır. Çünki şahid ifadələri və işdə olan sübutlar onu göstərir ki, qaimələri Məhkum hazırlamamış və onların saxta olması barədə onda heç bir məlumat olmamışdır. Həmin qaimələr ona lazım da deyildi. Qaimələr çənləri alana lazım olub ki, onları apara bilsin. Əslində saxta sənəd hazırlanması ilə bağlı cinayətin subyektləri x5 və su idarəsində işləyən 50 yaşlarında bir şəxs olmuşdur. Bu üsulla x5 əvvəllər də zavoddan çən alıb aparmışdır. Qaimələrin evakuator sürücülərinə x5 tərəfindən verildiyi də şahid ifadələri ilə təsdiq edilir. İstintaq zamanı həmin şəxslərin axtarılıb tapılması və məsuliyyətə cəlb edilməsi əvəzinə saxta şahid ifadələri ilə Məhkum ittiham elan olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası MM-nin 182.2. maddəsində deyilir ki. daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu imperativ normanın tələbindən də göründüyü kimi, əşyanın oğurlanması halında onu alan şəxs vicdanlı sayıla bilməz. X9 vicdanlı alıcı sayılmamalı, yaxud da Məhkum əməli oğurluq kimi qiymətləndirilm əməlidir. Lakin nə Şəki Ağır Cinayətlər Məhkəməsi, nə də Şəki Apelyasiya Məhkəməsi bu imperativ normanın tələblərinə riayət etməmişdir. Ümumiyyətlə bütün ittiham Zərərçəkmiş şəxs ziddiyyətli ifadələri əsasında qurulmuşdur. Bu səbəblərə görə və təqsirləndirilən şəxs Məhkum əməllərində hər hansı bir cinayətin tərkibi olmadığından ona bəraət verilməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 5782/6677 saylı ekspert rəyindən də göründüyü kimi Məhkum satdığı çənlərlə əvvəldən zavodun balansında olan çənlər həcm, ölçü və metalın keyfiyyəti baxımından da bir-birinə uyğun gəlmir, lakin Şəki Apellyasiya Məhkəməsi ekspert rəyini öz mülahizəsinə uyğun şəkildə izah edərək zavodun balansında olmuş çənlərlə satılmış çənləri eyniləşdirmişdir. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Məhkum subaydır, atası vəfat etdiyindən anası ilə birlikdə yaşayıb və yaşlı qadının qeydinə qala biləcək başqa bacıqardaşı yoxdur. Qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının Məhkum barəsində əməlinda cinayət tərkibi olmadığı əsası ilə dəyişdirilməsini və ona bəraət verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib,kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüq uqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Qax rayonunda yerləşən Konserv Zavodu hüquqlarını müdafiə etdiyim şəxsin rəhmətlik atası x2 məxsus olmuş, atası x2 vəfat etdikdən sonra əmiləri zavodun idarəedilməsi ilə məşğul olmaq əvəzinə, birinci dərəcəli vərəsə kimi ona, atasının mirasını idarə etməkdə yardım etmək əvəzinə zavoddakı əmlakları sataraq varlanmağa başlamışlar. Zavod əmisi x1 adına rəsmiləşdirilsə də heç vaxt x1ə məxsus olmamışdır. Həmçinin əmiləri x3 və x1 dəfələrlə zavoddan əmlak satmışlar. Lakin onlar, heç vaxt dedikləri kimi, əldə etdikləri vəsaiti hər hansı bir borcun ödənilməsinə yönəltməmişlər. İttihamda sözügedən çənləri x4 rə hmətlik atası x2 öz hesabına almış və zavodun ərazisində saxlamışdır. Lakin əmisi bütün miras əmlakı ələ keçirmək məqsədilə qardaşı oğlu x4 guya oğurluq etməsilə bağlı yalandan şikayət etmişdir. Cinayət işinin materiallarında Qax rayonunda yerləşən X11 Abbasovun atası x2 Abbasova məxsus olması, eləcə də satılmış çənlərin onun atası tərəfindən alınması, onun həmin əmlaklara vərəsəlik hüququnun olması, vərəsəlik hüququnu təsdiq edən qanuni sənədlərin olması müəyyən edilməmişdir, bu barədə Məhkum məhkəmədə mülki iddia qaldırmamış, zavoda və çənlərə mülkiyyət hüququ mübahisələndirilməmiş və onun tərəfindən zavoda və satılmış çənlərə mülkiyyət və vərəsəlik hüququnun olması qanuni əsaslarla rəsmiləşdirilməmişdir. Lakin, həmin çənlərin Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-nin mülkiyyətində olması c inayət işinin materialları ilə təsdiq edilmişdir. Məhkum ittiham verilmişdir ki, o, əmisi Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-nin həyətinə daxil olaraq oradan bir ədədinin qiyməti 11000 manat olmaqla 88000 manat dəyərində 25 tonluq 8 ədəd və 8000 manat dəyərində 18 tonluq 1 ədəd paslanmayan çənləri gizli yolla talayaraq zərərçəkmiş X5 ümumilikdə 96000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Ona görə də konserv zavodunun və Məhkum tərəfindən satılmış çənlərin onun atasına məxsus olması və atası tərəfindən alınması barədə dəlillər, onun qanuni əsası olmadan satdığı çənlərə mülkiyyət hüququ olması barədə subyektiv mülahizələr əsassız hesab edilir. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək s adələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Kassasiya şikayətində göstərilmiş Məhkum əmiləri x3 və x1 dəfələrlə zavoddan əmlak satmaları, əldə etdikləri vəsaiti hər hansı bir borcun ödənilməsinə yönəltməmələri barədə onlara ittiham verilməmiş, belə halların əsaslılığı barədə mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Materialların məhkəmə ekspertizasının və məhkəmə iqtisad ekspertizasını n xx xxxxxx 2017-ci il tarixli, 25190/25191 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunlərin tərkibinə 0,096 faiz karbon, 18,27 faiz xrom, 9,46 faiz nikel və hər birindən az miqdarda maqnezium, silisium, mis, titan və s. elementlər daxil olan karroziyaya davamlı dəmir ərintisidir – paslanmayan poladdır. Fiziki-kimyəvi ekspertizaların nəticələrini nəzərə alaraq qərarda qeyd edilən paslanmayan polad tərkibli çənlərin istifadədə olunması nəzərə alınmaqla 2017-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 1 ədəd 25 tonluq çən – 11000 manat, 8 ədəd 88000 manat, 2) 01 ədəd 18 tonluq çən 8000 manat. Cinayət işinin materiallarında olan xx xxxxx 2019-cu il tarixli 5782/6677 nömrəli əlavə kompleks məhkəmə fiziki-kimyəvi və əm təəşünaslıq ekspertizasının rəyində isə göstəilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd kiçik ölçülü çənin həcmi 16 kub metr, 8 ədəd böyük ölçülü çənin həcmi 22 kub metrdir (22 ton). Bəzi çənlərin üzərlərində istehsal yerlərinə aid markalanma yazıları olan birka olmadığından, digərlərində isə birkalar korroziya məruz qaldığından çənlərin istehsal vaxtını müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş çənlər təmir edildiklərindən hazırki vəziyyətdə təyinatları üzrə istifadə edilə bilərlər. Onlardan tutumu 16 ton olan çən həcminə görə cinayət işinin 4-cü cildinin 157158-ci səhifələrindəki cədvəldə 103, 104, 105 və 106 sıra nömrəsi ilə göstərilmiş çənlərə uyğun gəlir. Tutumu 22 ton olan çənlərin həcmlərinə görə cinayət işinin 4-cü cildinin 157158-ci səhifələrindəki cədvəldə 96-99 və 103-104 sı ra nömrələri ilə göstərilən çənlərə uyğun gəlmirlər. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji mallara uyğun olaraq, təqdim edilmiş 9 ədəd çənin hazırki vəziyyətdə 2017-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 43.000 manat müəyyən edilir. Tutumu 22 ton olan çənlərin həcmlərinə görə cinayət işinin 4-cü cildinin 157-158-ci səhifələrindəki cədvəldə 96-99 və 103-104 sıra nömrələri ilə göstərilən çənlərə uyğun gəlməməsi həmin çənlərin Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-ə aid olmamasını təsdiq edən sübut kimi qiymətləndirilməməlidir. Həmin çənlər Zərərçəkmiş şəxs məxsus “xxxx” ASC-nin balansında olmuş və oğurlanan a nda zavodun həyətində yerləşmişdir. Ona görə də həmin çənlərin zavoda aidiyyətinin olmaması barədə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizasının x xxx 2018-ci il tarixli, 7343 nömrəli və xx xxx 2018-ci il tarixli, 7344 nömrəli rəylərindən görünür ki, ekspertiaya təqdim edilmiş xx xxxx 2017-ci il tarixli 9 ədəd qaimə fakturalarda “Təhvil verdim” qrafasındakı imzalar (9 imza) – Məhkum tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxx 2017-ci il tarixli 9 ədəd qaimə fakturalardakı yazılar və “Təhvil aldım” qrafasındakı imzalar (9 imza) - Məhkum tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş xx xxxx 2017-ci il t arixli 9 ədəd qaimə fakturalardakı möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx xxxx 2017-ci il tarixli 9 ədəd qaimə fakturalardakı möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Ekspertizanın rəyi ilə xx xxxx 2017-ci il tarixli 9 ədəd qaimə fakturalarda “Təhvil verdim” qrafasındakı imzaların (9 imza) – Məhkum tərəfindən icra olunmsı müəyyən edilmişdir, bununla da qaimə fakturaların Məhkum tərəfindən saxtalaşdırılması təsdiq edilmişdir. Ona görə bu barədə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunla rın kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Osmanov Mansur Ramazan oğlunun kassasiya şikay əti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-758/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-758/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver