Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-758/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs2 oğlunun və Məhkum müdafiəçisi Tumasov Vüqar Əjdər oğlunun iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi V.Ə.Tumasov, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) Məhkum, xx xxxxxxx il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, heç yerdə işləm əyən, əvvəllər məhkum olunmamış, 1 ünvanında qeydiyyatda olan və, ünvan 2-də kirayədə yaşamış, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas za lından həbsdən dərhal azad edililmiş, onun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmlə həmçinin məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərcə görə 172 (yüz yetmiş iki) manatın Məhkum tutulub dövlət nəfinə keçirilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 Məhkum qarşı 60400 manat pul tələbinə dair, Zərərçəkmiş şəxs3 Məhkum və Təqsirləndirilən şəxs qarşı 12000 manat pul tələbinə dair, Zərər çəkmiş şəxs2 Məhkum qarşı 43350 manat pul tələbinə dair mülki iddiaları rədd edilmiş, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Zərərçəkmiş şəxs2 hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu Pirəküşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək 50 ədəd yataqxanaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından suiistifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşmiş ev alqısatqısı məntəqəsində Zərərçəkmiş şəxs2 26.000 ABŞ dolları - milli pul ekvival enti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirməsi və götürdüyü pulların müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs2 20.389 manat 20 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinib ona həmin epizod üzrə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əm lakını ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 hər hansı bir iş qurub gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektindəki 132 saylı binanın həyətində yerləşən avtomobil qarajını ona göstərib 22.000 ABŞ dollarına satıldığını və həmin qarajı birlikdə şərikinə alaraq sonradan avtoyuma sexinə çevirib baha qiymətə sata biləcəkləri barədə yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2013-cü ilin mart ayının 13-də ünvan 4 ünvanda yerləşən «Olimpik Star» əylən cə mərkəzinin qarşısında 10.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi ünvan 5 ünvanda yerləşmiş ev alqı- satqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə 10.947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək meqsədi ilə Zərərçəkmiş şəxs1 23.304 manat dəyərində, üzərində ümumilikdə 21 karat xırda brilyant qaşları olan 84 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət və 5.871 manat dəyərində, üzərində ümumilikdə 5 karat xırda brilyant qaşları olan 35 qram çəkidə qı zıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət olan iki ədəd dəstləri satması barədə bildikdə tamah niyyəti ilə guya onları nisyə aİmaq şərti ilə alacağı və pullarını 3-4 ay ərzində tam ödəyəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2014-cü ilin aprel ayında işlədiyi ünvan 6 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində həmin iki ədəd qızıl dəstləri Zərərçəkmiş şəxs1 götürərək inandırmaq üçün ilkin olaraq ona 2.000 ABŞ dolları - milli lil ekvivalenti ilə 1.569 manat 60 qəpik, sonra isə 5.200 manat məbləğində pulu vermiş və bu yolla da həmin qızıl-zinət əşyalarını ələ keçirərək sonradan heç bir ödənişlər etməyib, Zərərçəkmiş şəxs1na ümumilikdə 22.405 manat 40 qəpik xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək nəqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət ələqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, Zərərçəkmiş şəxs3 tanışı Şahid5 arvadı X1 adına olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsi 183C ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kvadrat metr olan bağ evinin ətrafındakı 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Mesələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində X11 adına rəsmi qaydada sənədləşdirəcəkləri və texniki pasportu ilə yanaşı mülkiyyət hüququna aid müvafiq çıxarışı sonuncunun adına əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə ahatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 2017-ci ilin noyabr ayının birinci yarısında Bakı Metropoliteninin "Nərimanov” stansiyasının üst hissəsində ünvan 8 ünvanda yerləşən parkda 2.000 manat, sonra isə ünvan 9 ünvanda yerləşən Təndir” adlanan kafedə 2017-ci ilin noyabr ayının ikinci yarısında 3.000 manat və həmin ilin dekabr ayının 3-də 7.000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdükləri pulların müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 12.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi V.Ə.Tumasov və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərə findən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Səfərov Rizvan Kamal oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 06 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsirov İnqlab Maşallah oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 22 iyul 2020-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qismən, Zərərçəkmiş şəxs2 kassasiya şikayəti isə tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarxli hökmündən Məhkum müdafiəçisi V.Ə.Tumasov və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən təkrarən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 22 okt yabr 2020-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü Məhkum münasibətdə ləğv edilmiş, Məhkum ona ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama uyğun olaraq bütün epizodlar üzrə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum həbsdə saxlanıldığı 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumun zərərçəkmiş Zərərçəkmiş şəxs1 2013-cü ilin mart ayının 13-də ünvan 10 ünvanında yerləşən «Olimpik Star » əyləncə mərkəzinin qarşısında 10.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi ünvan 3 ünvanında yerləşmiş ev alqı-satqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ keçirməsi və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərər çəkmiş Zərərçəkmiş şəxs1na ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə 10.947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilmiş və Məhkum adı çəkilən zərərçəkmişə vurduğu maddi ziyana görə 20.000 (iyirmi min) manat pulun məhkum olunmuş şəxsdən tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmündən: - Məhkum müdafiəçisi V.Ə.Tumasov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsini və Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsinə dair hissədə bəraət verilməsi, mülki iddianın rədd edilməsi və zərərçəkmiş Zərərçəkmiş şəxs1la bağlı olan epizod üzrə Məhkum azadlıqdan məhtum etmə ilə bağlı olmayan cəza təyin edilməsi haqqında, həmçinin cəza təyin edilərkən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı qəbul edildiyi andan qanuni qüvvəyə mindiyi üçün, həmin tarixdən 22 oktyabr 2020-ci il tarixədək olan müddətdə Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məzdudlaşdırıması cəzasının onun tərəfin dən çəkilmiş olan hissəsinin nəzərə alınmasını xahiş etmiş; - zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsini və Məhkum ağır cəza təyin edilməsi, Zərərçəkmiş şəxs2 isə onun mülki iddiasının tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi V.Ə.Tumasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan s onra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, Məhkum əməlləri düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi öz şikayətində cinayət işinin materiallarına istinad edərək, bildirir ki, zərərçəkmiş şəxslərin ifadələri ziddiyətli olmuş, onların düzgünlüyünü şübhə altına qoyduğundan həmin ziddiyyətlərin aradan qaldırması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış və nəticədə Məhkum barəsində qanunsuz qərar qəbul edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı Yasamal rayon məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur, Məhkum həmin epizod ü zrə təqsirsizliyi sübuta yetirildiyindən ona bətaət verilmişdir. Həmin epizod üzrə pulu alan şəxslərin bəlli olduğu, iş materialları ilə və əldə olunmuş sübutlarla öz təsdiqini tapsa da həmin şəxslərin əvəzinə Məhkum əsassız olaraq bu epizod üzrə məsuliyyətə cəlb edilmişdir. Lakin ibtidai araşdırma orqanı çətin olan yolu yox, asan yolu tutmuş və barəsində başqa epizodla bağlı istintaq aparılan Məhkum daha bir əsassız ittiham elan etməyi üstün tutmuşudur. Şahid3 hələ bu epizodla bağlı ilkin araşdırma aparılarkən dəfələrlə pulun onun tanışları X1 və X2 tərəfindən alındığını bildirmişdir. Dəfələrlə də bununla bağlı cinayət işinin başlanması rədd olunmuşdur. Müdafiəçi bildirir ki, Zərərçəkmiş şəxs2 alınmış pul məhz X1in vasitəsi ilə Şahid4 çatdırılmışdır. Bütün bu hallar apellyasiya instansi yası məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin müdafiəçi bildirir ki, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini təmin edən apellyasiya instansiyası məhkəməsi əsassız nəticəyə gəlmişdir. Belə ki, Məhkum və onun qohumları tərəfindən ziyan Zərərçəkmiş şəxs1 müəyyən olunan məbləğdən artıq pul ödənilmişdir. Hətta Zərərçəkmiş şəxs1la Məhkum arasında əsassız olaraq 32000 manatlıq borc müqaviləsi də bağlanmışdır. Belə olan halda ona azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməzdi. Zərərçəkmiş şəxs1 ziyan artıqlaması ilə ödənildiyindən onun Məhkum azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqda tələbi özü-özlüyündə əsassızıdır. Müdafiəçi həmçinin qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cü il tarixli hökmünə əsasən Məhkum üzərində qəti olaraq 01 (bir) il 12 g ün (bir on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, birinci dəfə həmin hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilməmiş, həmin hökm qüvvəyə minmiş və Məhkum cəzanı icra edən Probasiya şöbəsində qeydiyyta alınarıq göstərilən cəzanın bir hissəsini 22 oktyabr 2020-ci il tarixdə həbs olunana qədər çəkmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yeni hökmdə heç bir əsas göstərmədən Məhkum çəkdiyi cəzanı qəti cəza müddətinə hesablamamışdır ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməli və onun azadlığın məhdudlaşdırılması növündə çəkdiyi cəza yekun cəzadan çıxılmalıdır. Şərh ol unanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, Məhkum yüngül cəza təyin etməklə həmçinin onun mülki iddiasını təmin etməmişdır. Belə ki, Məhkum ona dəymiş maddi ziyanın ödənilməsini söz vermiş, lakin həmin ziyanı ödəməmişdir. Buna görə də o, Məhkum ağır cəza təyin edilməsi və mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən edilmiş faktiki hallara istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun sübutları tətqiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin mövqeyinə uyğun hökm çıxartsa da, sonda onun mülki iddiasının təmin edilməsi məsələsini düzgün həll etməmişdir. Kassasiya şikayətinin müəllifi bununla bağlı qeyd edir ki, Məhkum onun 26.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmiş, bu puldan 500 ABŞ dollarını qaytarmış, qalan ödənilməmiş 25.500 ABŞ dollarını isə məhkəmə köhnə məzənnə ilə 20.389 manat 20 qəpik kimi hesablamış və bu məbləğdə pulun məhkumdan alanıb ona ödənilməsi qərara alınmışdır. Zərərçəkmişin fikrincə, məhkəmə ödənilməmiş zərəri köhnə məzənnə ilə hesablamaqla səhvə yol vermiş, ona vurulmuş zərərin ödənilməmiş his səsi manatla deyil, ABŞ dolları ilə hesablanmalı idi. Buna görə o, kassasiya şikayətinin təmin edilməsini və onun mülki iddiasının bu qaydada təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə naməlum səbəblərdən gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək onun məhkəmədə iştirakının təmin edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirak ları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi V.Ə.Tumasovun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxsin əməllərində cinayə tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, hər birisinin ayrıayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan görünür ki, onlar apellyasiya instansiyası məhkəməsinin hökmündən verdikləri həmin şikayətlərində məhkəmə tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmçinin məhkuma yüngül cəza təyin edildiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə onun mülki iddiası üzrə düzgün qərar qəbul edilməməsini iddia edirlər. Beləliklə, müdafiəçi və zərər çəkmiş şəxslər öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilirlər. CPM-nin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mö vcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və zərərçəkmişlərin şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanun ları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqı nda qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cin ayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələbləri nə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və q iymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məh kum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi V.Ə.Tumasovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və q iymətləndirilmiş sübutlarla, yəni zərər çəkmiş şəxslərin, çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi V.Ə.Tumasovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması, həmin hökmün dəyişdirilməsini və Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsinə dair hissədə ləğv edilərək cinayət işinin icraatına bu hissədə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassa siya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş materiallarından göründüyü kimi, bu halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxslərin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməllərinin CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi dələduzluq cinayətlərinə dair ilər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 iyun 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış tövsiyələrlə də uzlaşır. Belə ki, həmin qərarda məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətl ərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüq uqu əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlər in göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum iş üzrə zərər çəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs2 heç vaxt aldatmaq niyyəti olmamış, məhkum həmin şəxsdən pul almamış, pul X1in vasitəsi ilə Şahid4 çatdırılmışdır. Lakin, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmənn hökmündə ətraflı təsvir edilmiş sübutlardan, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrindən görünür ki, sonuncu ona qarşı törədilmiş dələduzluq cinayətinin predmeti olan 26.000 ABŞ dolları məbləğində pulu 30 iyul 2014-ci il tarixdə məhz Məhkum vermiş və məhz sonuncu Pirəküşkül qəsəbəsində Müdafiə Nazirliyinin sifarişi əsasında 100 ədəd, hər biri 1.700 kv.m. sahədə olan hərbi yataqxanalardan 50-sinin tikintisinin idarə edilməsinin Zərərçəkmiş şəxs2 həvalə ediləcəyini vəd edərək zərər çəkmiş şəxsi aldatmış və onun göstərilən məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu halı təsdiq edən sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda da təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, məhkəmənin təhlil edilən epizodla bağlı gəldiyi nəticə həm araşdırılmış sübutlara, həm də Ali Məhkəmənin Cinayət Kolleg iyasının 22 iyul 2020-ci il tarixli qərarında ifadə etdiyi mövqeyə də uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab verərək bir daha göstərmişdir o, nə X2, nə də ki X1 adlı şəxsləri (kassasiya şikayətində istinad olunan) tanımamış, tikinti iş ilə bağlı söhbətləri yalnız Məhkumla aparmış və 30 iyul 2014-cü il tarixdə 26.000 ABŞ dolları məbləğində pulu onun özünə vermiş, sonuncu da pulu götürüb sayaraq öz masasının siyirməsinə qoymuşdur. Onun bu ifadələrini həmçinin şahidlər X9, Şahid2, Şahid3, Şahid4 da təsdiq etmişlər. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28 iyun 2018-ci il tarixli 288 saylı istintaq orqanının sorğusuna cavabdan müəyyən olunur ki, həqiqətən də “xxxx” MMC-ti ilə bağlanmış podrat müqaviləsinə əsasən P irəküşkül qəsəbəsində N saylı hərbi hissə tikilmiş və istismara verilmişdir. Sorğuda qeyd olunmuş şəxslərlə, yəni Məhkum, Şahid3, X23, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə Müdafiə Nazirliyi arasında heç bir müqavilə bağlanmamışdır. İşin təkzib edilməz sübutlarla müəyyən edilmiş faktiki halları və Ali Məhkəmənin tövsiyələri məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum böyük tikinti layihəsi üzrə Zərərçəkmiş şəxs2 iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd edib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 26.000 ABŞ dolları - əməlin törədildiyi vaxt milli pul ekvivalenti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərər çəkmiş şəxsə 20.389 manat 20 qəpik, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Məhkum istər həmin əməlləri, istərsə də ittiham olunduğu digər dələduzluq əməllərini törətməsinin sübuta yetirilməsi ilə yanaşı onların həm də CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün sayır və buna görə də bu məsələlərlə bağlı müdafiəçi V.Ə.Tumasovun kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, Məhkum təqsirliliyi ilə bağlı müdafiəçinin həmin şikayətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyəti ndən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları müəyyən edilmir. Müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cü il tarixli hökmü ilə Məhkum onun təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.4 və 178.2.4-cü maddələri ilə CM-nin 69.3-cü maddəsinin tələbləri tətbiq edilməklə qəti olaraq 01 (bir) il 12 gün (bir on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinqayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixl i qərarı ilə apellyasiya şikayətləri təmin edilməyərək hökm qüvvəsində saxlanılmış, yəni dərhal qüvvəyə minmiş və icraya yönəldilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019cu il tarixli qərarından kassasiya şikayəti verilməsi Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmünün icrasını dayandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya şöbəsindən verilmiş 21 may 2021-ci il tarixli 21-1/3-1752 saylı məktubdan görünür ki, Məhkum 16 dekabr 2019-cu il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmünə əsasən qeydiyyatdan çıxarılmışdır. Bu hal ona dəlalət edir ki, Məhkum 16 dekabr 2019-cu il tarixdən 22 oktyabr 2020-ci il tarixədək, yəni 10 (on) ay 6 (altı) gün müddətində azadlığın məhdudlaşdrması növündə cəza çəkmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilərkən həmin cəza qəti cəzanın müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Halbuki, cəza təyin edilərkən CM-nin 69.3-cü tələbinə və mənasına görə, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesabı ilə hesablanır. Belə olan halda məhkəmə kollegiyası müdafəçi V.Ə.Tumasovun kassasiya şikayətinin təhlil edilən məsələ ilə bağlı dəlilləri ilə razılaşaraq həmin şikayətin bu hissədə təmin edilməsini mümkün bilir və hesab edir ki, məhkumun Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-c u il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 1 (bir) il 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 16 dekabr 2019-cu il tarixdən 22 oktyabr 2020-ci il tarixədək, yəni 10 (on) ay 6 (altı) gün müddətində çəkməsi, bu cəzanını iki gününün ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının bir gününə hesabı ilə hesablanmalı olması əsas götürülərək 5 (beş) ay 3 (üç) gün ona qəti olaraq təyin olunmuş 1 (bir) il 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, məhkumun üzərində qəti olaraq 7 (yeddi) ay 3 (üç) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və onun 22 oktyabr 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək, yəni 7 (yeddi) ay 3 (üç) gün müddətində həmin cəzanı çəkməsi nəzərə alınaraq, o, cəzasını çəkib qurtarmış hesab olunmalı və buna görə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında azad edilməlidir, bu əsaslarla da Məhkum barəsindəki 22 oktyabr 2020-ci il tarixli hökm dəyişdirilməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şikayəti ilə bağlı qeyd edir ki, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona qarşı törətdiyi dələduzluq nəticəsində vurulmuş zyanın məhkum tərəfindən ödənilməsi vəd olunsa da, həmin ziyan ödənilməmiş və buna görə ona təyin edilmiş cəza yüngül hesab edilərək ağırlaşdırılmalıdır. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, Məhkum təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiya sında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, apellyasiyasiya instansiyası məhkəməsi də Məhkum bu cəza növlərindən ən ağırını – azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən CM-nin 8, 41, 58-ci maddələrinin tələblərini kifayət qədər nəzərə almış və bununla bağlı məhkəmənin gəldiyi nəticəsinin təhlili göstərir ki, məhəkəmə məhkumun barəsində cəza tədbirinin seçilməsi zamanı maddi hüquq normalarının pozulmasına yol verməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin əsaslı olmaması və buna görə də həmin şikayətin təmin edilməsinin mümkünsüzlüyü barədə məhkəmə kollegiyasının qənaəti yuxarıda şərh olunanlarla yanaşı həmçinin ona əsaslanır ki, kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında Məhkum müdafiəçisi V.Ə.Tumasov bildirmişdir ki, həmin şikayətlərə baxılanadək məhkum tərəfindən adı çəkilən zərər çəkmiş şəxsə vurulmuş zərəri tam həcmdə ödəmiş və sonuncunun Məhkum qarşı heç bir şikayəti və tələbi yoxdur. Müdafiəçi bu halı təsdiq edən, notarial qaydada təsdiq edilmiş zərərçəkmi Zərərçəkmiş şəxs1 22 aprel 2021-ci il tarixli ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası əvvəla qeyd edir ki, qanunvericiliyin tələblərinə və mənsına, habelə Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə görə, ümumiyyətlə talama cinayətlərinə, o cümlədən dələduzluğa dair işlər üzrə talamanın predmeti olan əmlakın dəyəri və həmin cinayət nəticəsində vurulmuş zərərin miqdarı müəyyən edilərkən hər hansı ehtimal xarakterli qiymətlər, məzənnələr deyil, cinayətin törədilməsi zamanı mövcud olan pərakəndə satış qiymətləri, həmin vaxt xarici valyutanın Azərbaycan manatına nisbətdə məzənnəsi əsas götürülür və cinayət törətmiş şəxsə qarşı da bu qiymətlər (məzənnə) nəzərə alınmaqla ittiham irəli sürülür. Bundan başqa, talama cinayətinin predmeti hər hansı valyutada pul olduqda təqsirləndirilən şəxsə elan olunmuş ittihamda pulun həmin valyutada məbləği ilə yanaşı cinayətin törədilməsi zaman müəyyən olunmuş Azərbaycan manatına nisbətdə məzənnəsi nə uyğun olaraq hesablama aparılmaqla həm də zərərin azarbaycan manatı ilə miqdarı da mütləq göstərilməlidir. Buna görə, talama cinayəti nəticəsində vurulmuş maddi zərər ödənilmədikdə və buna görə zərər çəkmiş şəxs həmin maddi zərərin ödənilməsi barədə mülki iddia qaldırdıqda məhkəmə həmin təmin edərkən yenə də ödənilməli olan məbləği bu və ya digər valyutada deyil, yalnız Azərbaycan manatı ilə ödənilməsi barədə qərar qəbul etməlidir (cinayətin törədildiyi vaxt olan məzənnəyə uyğun məbləğdə). O, da qeyd edilməlidir ki, mülki iddia ərizəsində maddi zərərə görə ödənilməsi tələb olunan məbləğdən asılı olmayaraq, həmin zərərin təqsirləndirilən şəxsə elan olunmuş ittihamda göstərilən məbləğdən artıq məbləğdə ödənilməsi yolverilməzdir. Bütün bu tələblər və təfsir Azərbaycan Respublikası Konstitu siyasının (bundan sonra mətndə Konstitusiyanın) 19-cu maddəsinin tələblərindən irəli gəlir. Konstitusiyanın 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Göstərilən tələblərdən və təfsirdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluqla bağlı elan olunmuş ittihamın məzmunundan, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Məhkum həmin epizod üzrə təqsirli bilinmişdir ona görə ki, o, özgənin əmlakını e tibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Zərərçəkmiş şəxs2 hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu, Pirəküşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək 50 ədəd yataqxnaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən ev alqı-satqısı məntəqəsində Zərərçəkmiş şəxs2 26.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərərçəkmişə 20.389 manat 20 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 Məhkum 26.000 ABŞ dolları məbləğndə pulun verilməsi müəyyən edilsə də, sonuncuya qarşı ittiham irəli sürülərkən həmin pulun cinayətin törədildiyi 30 iyul 2014-cü il tarixdə Azərbaycan manatına nisbətdə mövcud olmuş məzənnəsi - 1 ABŞ dollarının 0,78 Azərbaycan manatına bərabər olması nəzərə alınaraq həmin ittihamda zərərçəkmişin 20.389 manat 20 qəpik məbləğində pulunun ələ keçirilməsi və həmin məbləğdə ona maddi zərər vrulması göstərilmiş, apellyasiya instansiyası məhkəməsi də tam haqlı olaraq vurulmuş zərərdən 500 ABŞ dollarının ödənilməsini, ödənilməmiş zərərin isə 25.500 ABŞ dolları, yəni 20.389 manat 20 qəpik olmasını əsas götürərək məhz həmin həcmdə Zərərçəkmiş şəxs2 verdiyi iddianın təmin edilməsini və həmin məbləğdə pulun məhkumdan tutularaq zərərçəkmişə ödənilməsini qərara almışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, apellyasiya instansiyası məhkəməsi mülki iddianın başqa, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində göstərdiyi həcmdə ödənilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda göstərilənlər zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətində istinad etdiyi dəlillərin əsassız olmasına dəlalət edir və buna görə kollegiya həmin şikayətdə irəli sürülmüş tələbin təmin olunmasını mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib məhkəmə iclası nda iştirak edən müdafiəçinin və zərər çəkmiş şəxsin hər birisinin öz kassasiya müraciətlərinə uyğun olan, dövlət ittihamçısının isə müdafiəçi V.Ə.Tumasovun kassasiya şikayətinin qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin hökmünün məhkuma təyin edilmiş cəzanın qəti müddətinin müəyyən edilməsi hissəsinin dəyişdirilməsi barədə çıxışlarını dinləyərək, hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum müdafiəçisi V.Ə.Tumasovun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmü isə Məhkum təyin edilmiş qəti cəza müddətinin müəyyən olunması ilə bağlı hissədə hazırki qərarda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.5-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1nun kassasiya şikayətləri təmin edilməsin. Məhkum müdafiəçisi Tumasov Vüqar Əjdər oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin ol unmuş 1 (bir) il 12 (on iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 16 dekabr 2019-cu il tarixdən 22 oktyabr 2020-ci il tarixədək, yəni 10 (on) ay 6 (altı) gün müddətində çəkməsi nəzərə alınaraq və azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününün ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə hesabı ilə hesablanaraq 5 (beş) ay 3 (üç) gün müddəti həmin cəzadan çıxılsın və məhkumun üzərində qəti olaraq 7 (yeddi) ay 3 (üç) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş cəzasının çəkilməsi müddətinin əvvəlinin 22 okt yabr 2020-ci il tarixdən hesablanması və onun həmin tarixdən 25 may 2021-ci il tarixədək 7 (yeddi) ay 3 (üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, o cəzasını çəkib qurtarmış hesab edilsin. Məhkum saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal azad edilsin. Qərar icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və həmin Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-758/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-758/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver