Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-758/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum və onun müdafiəçisi Babayev Toğrul Babalı oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(103)-2149/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 1(101)-1022/2024 nömrəli hökmü ilə (hakimlər: K.N.Muxtarov (sədrlik edən), E.A.Nuriyev və A.H.Tağıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında s axlanıldığı 5 (beş) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılaraq onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum himayəsində olan azyaşlı uşağı 28 dekabr 2020-ci il təvəllüdlü X4 aidiyyəti qəyyumluğa verilməsi məsələsinin həll edilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi və hökmün bu hissədə dərhal icra edilməsi, Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışıdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Təqsirləndirilən şəxs və Məhkum və Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarından Müdafiəçi4 tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda təkrar əldə edib saxlamaqla daşımışdır. Belə ki, Məhkum tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «X» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib aralarında olan razılaşmaya əsasən «X» adlı şəxsin satış məqsə dilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan, lakin sonuncunun “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 39,632 qram olan külli miqdarda narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,980 qram olan külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs ilə birlikdə əldə edib, birgə yaşadıqları ünvan 3 ünvanındakı evə daşıyaraq həmin ünvanda narkotik vasitə heroini öz aralarında bölməklə narkotik vasitə heroinin 31,057 qram çəkidə külli miqdarda hissəsini və təmiz çəkisi 9,980 qram külli miqdarda psixotrop maddə metamfetamini eyni ünvandakı evlərində saxlamış, narkotik vasitə heroinin qalan hissəsini isə istintaqla müəyyən edilməyən şəxslərə çatdırmaq üçün təmiz çəkisi 4,733 qram külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs, təmiz çəkisi 3,842 qram külli miqdarda narkotik vasitə heroini isə özü üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 03:15-də Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılaraq gətirildikləri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48ünvanında yerləşən inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində təmiz çəkisi 3,842 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində təmiz çəkisi 4,733 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bir ədəd büküm, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxslərin özlərinin razılığı ilə yaşadıqları, ünvan 5 ünvanına keçirilmiş baxış zamanı evin mətbəxində yerləşən masanın üzərindən içərisində təmiz çəkisi 31,057 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış üzərlərindən aşkar olunanlarla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin olan bir ədəd büküm, içərisində təmiz çəkisi 9,890 qram külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd büküm, dövriyyəsi ilə məşğul olduqları narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmələri üçün əldə etdikləri bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,911 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təkrar əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının qarşısınadək daşımış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:03-də həmin ünvanın yaxınlığında saxlanılaraq gətiri ldiyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli köynəyinin sağ üst cibindən içərisində təmiz çəkisi 1,911 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız və səhvdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında məhkumun şəxsiyyətinin nəzərə alınmalı olduğunu qeyd etsə də, faktiki olaraq bunu etməmişdir. Müdafiəçi bildirir ki, məhkumun himayəsində 28 dekabr 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı var və sonuncunun ana qayğısına ehtiyacı var. Kassatorun fikrincə bu hallar imkan verir ki, ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilsin. Buna görə müdafiəçi kassasiya şikayətinin təmin edilməsini və Məhkum barəsində CM-nin 79.1-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınmasına dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi4 kassasiya şikayətində Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum münasibətdə (Cinayət Məcəlləsinin 79-cü maddəsinin tətbiq edilməsi haqqında) cəzanın təxirə salınması barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətl ərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun isl ah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə d aha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquq i xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və cəzanın təxirə salınması barədə tələb müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələ r tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – himayəsində 1 azyaşlı övladının olması, cəzanın ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 il müddətə (aşağı həddində) azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində məhkəmə tərəfindən Məhkum himayəsində azyaşlı uşağı olduğundan onun cəzasının çəkilməsinin təxirə salınmalı olduğu halda həmin halın yalnız cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığını göstərsə də, müdafiəçinin dəlillərinə yuxarıda göstərilənlərlə yanaşı həmçinin qanunvericiliyin tələblərinə də müraciət etməyi zəruri bilir. Belə ki, CM-nin 79.1-ci maddəsinin tələblərinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Cinayət qanununun bu normasının təhlili göstərir ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar mütləq, yəni imperativ xarakter daşımır və məhkum olunmuş şəxsin himayəsində azyaşlı uşağın olması halı heç də ona təyin olunmuş cəzanın çəkilməsinin bütün hallarda təxirə salınması əsası kimi çıxış etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs barəsində CM-nin 79-cu maddəsi tətbiq edilərkən yalnız onun himayəsində azyaşlı uşağının olması deyil, eyni zamanda onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, CM-nin 79-cu maddəsinin tətbiq edildiyi təqdirdə cəzanın məqsədlərinin təmin edilməsin in mümkün olub-olmaması kimi əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Təhlil edilən maddənin dispozisiyasından həmçinin görünür ki, qanunverici şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində imperativ qaydada həmin maddənin tətbiqini istisna etsə də, digər məhkum edilmiş şəxslərə münasibətdə maddənin tətbiqinin məqsədə uyğun olub-olmamasının müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır ki, hazırki halda məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin əhalinin sağlamlığını təmin edən ictimai münasibətlərə qəsd etdiyini, nəticədə isə adı çəkilən məhkumun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq onun barəsində CM-nin 79.1-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlar Müdafiəçi4 kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(103)-2149/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 05 noyabr 2024-cü il tarixli, 1(103)-2149/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-758/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-758/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver