Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-759/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X6 Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X9 Departamentinin nümayəndəsi X4 iştirakları ilə xx xxxxxx 1956-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ün vanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.S.Məmmədov) Məhkum CM-in 213.2.2-ci maddəsi ilə təqsiri sübuta yetməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı tərəfindən apellyasiya şikayəti ve rilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), C.A.Yusifov və H.H.Həsənov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli bəraət hökmü ləğv edilmişdir. Məhkum CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında təşkilat-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri tutma hüququndan məhrum olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum elan edilmiş ittihama görə Məhkum sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifə sini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin olunmasına cavabdeh olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 130, 150.1.2, 150.2, 150.3.1, 155, 157, 177.1, 220 və 221-ci maddələrinin, həmçinin "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14 və 15-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, külli miqdartəşkil edən 545.135,16 manat məbləğində vergiləri dövlət büdcəsinə, habelə 13.125,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını Dövlət sosial müdafiə fonduna ödəməkdən yayınmışdır. Belə ki, Məhkum "ünvan 2 ünvanda yerləşən, beton istehsal edən qurğu su olan, ümumi sahəsi 300 kvadrat metr sahədə beton istehsalı və satışı ilə məşğul olaraq, əldə etdiyi hasilat 2010-cu ilin 3-ci rübü üzrə 123.340,00 manat, həmin hasilatdan dörd faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 4933,60 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 4933,60 manat məbləğində sadələşdirilmiş vergini; 2010cu ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 79.669,49 manat, büdcəyə ödənilməli ƏDV 14.340,51 manat olduğu halda, bəyannamə təqdim etməməklə 14.340,51 manat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 143.381,36 manat və büdcəyə ödənilməli ƏDV 25.808,64 manat olduğu halda, bəyannamə təqdim etməyərək 25.808,64 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 marıat olduğu h alda, bəyannamə təqdim etməyərək, 16.016,95 manat; dekabr ayı üzrə ƏDV tutulap-äövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; 2011-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməməklə 16.016,95 mariat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilniəli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ocənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyanna mə təqdim etməyərək 16.016,95 manat; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 ma nat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat, büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; 2012-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat, büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməməklə 16.016,95 manat; may ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat, büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda bəyannamə təqdim etməyib 16.016,95 manat; iyul ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat v ə büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; sentyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; noyabr ayı üzrə ƏDV tutulan dövriyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; dekabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat, büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; 2013-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilmə li ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyib 16.016,95 manat; fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək 16.016,95 manat; mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda bəyannamə təqdim etməyib 16.016,95 manat; aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 88.983,05 manat və büdcəyə ödənilməli ƏDV 16.016,95 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 16.016,95 manat, cəmi 520.657,65 manat əlavə dəyər vergisini; 2010-cu il ərzində əldə etdiyi gəlir 401.016,95 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 388.915,60 manat, vergiyə cəlb olunan gəliri 12.101,35 manat, büdcəyə ödənilməli gəlir vergisi 2420,27 manat ol duğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 2420,27 manat, 2011ci il ərzində əldə etdiyi gəlir 1.067.796,60 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1.045.200,00 manat, vergiyə cəlb olunan gəliri 22.596,60 manat, büdcəyə ödənilməli gəlir vergisi 4519,32 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməməklə 4519,32 manat, 2012-ci il ərzində əldə etdiyi gəlir 1.067.796,60 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1.045.200,00 manat, vergiyə cəlb olunan gəlir 22.596,60 manat, büdcəyə ödənilməli gəlir vergisi 4519,32 manäi olduğu halcfa, vergi orqanına bəyannamə təqdim etməyərək, 4519,32 manat, cəmi 11.458,91 gəlir vergisini; Muzdla işləyən fiziki şəxslərə 2010-cu ilin avqust ayından 2013-cü ilin may ayınadək aylıq ödədiyi 1750,00 manat məbləğin də əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 14 faiz dərəcə tətbiq etməklə, hər ay 245,00 manat məbləğində muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi hesablamalı olduğu halda, həmin dövr üçün qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməməklə, 8085,00 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 545.135,16 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum 01 avqust 2010-cu il tarixdən 01 fevral 2013-cü ilədək olan dövrdə işçilərinə ödədiyi 52.500,00 manat məbləğində əmək haqqından "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 14 və 15-ci maddələrinə əsasən 22 və 3 faiz dərəcə tətbiq edib 2010-2013-cü illərdə 13.125,00 manat məcburi dövlət sosial sığorta haqları hesablamalı olduğu halda, həmin dövr üzrə qeydiyyatda olduğu sığortaçı təşkilatına həmin əmək haqqının hesabatını təqdim etməməklə, cəmi 13.125,00 manat məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünün ləğv edilməsi və Məhkum bəraət verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, məhkəmə istintaqı ilə sübut olunan hallara və faktlara obyektiv qiymət vermədən Məhkum törətmədiyi cinayətdə ittiham edərək qanunsuz olaraq məhkum etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, g östərmişdir ki, 2008-ci ilin sonlarına kimi Baksol adlanan ərazidə beton istehsalı və satışı ilə məşğul olsa da, həmin dövrdən sonra işlədiyi ərazi "xxxx" ASC tərəfindən götürülüb, onun qurğusunun oradan çıxarılmasına məcbur edilmişdir. 2009-cu ilin əvvəllərində Keşlə qəsəbəsində “Ət kombinatı” adlanan ərazidə icarəyə yer götürüb orada beton istehsal etmək qərarına gəlmiş, lakin orada olan qurğunun yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda vəsait tələb olunduğundan bunu edə bilməmiş, tikinti materiallarının satışı ilə məşğul olmaq qərarına gəlmişdir. 2009-cu ildən başlayaraq 2010cu ilin sonuna qədər İmişli rayonundan olan N6 qum alaraq satıb hissə-hissə pulunu N6 vermişdir. N6 borcu yarandığından aralarında münasibətlər kəskinləşmiş və 2013-cü ilin əvvəllərində N6 sonuncu dəfə onun işlədiyi yerə gəlib onu təhqir edib getmişdir. 20 iyun 2013-cü ildə mülki geyimli şəxslər onun iş yerinə gəlib onu zorla MTN-ə aparmışlar. Orada ondan həm N6 olan borcunun qaytarılması, həm də əlavə pul tələb olunmuş və qanunsuz olaraq 8 saat saxlanılaraq təzyiq altında guya beton satışı ilə məşğul olması və milyonlarla gəlir əldə edib vergidən yayınmasına dair izahat yazmağa məcbur edilmişdir. Daha sonra o, istintaqa dəvət edilmiş və orada beton istehsalı ilə məşğul olmamasına dair obyektiv ifadə versə də, buna əhəmiyyət verilməmiş, barəsində Səyyar Vergi yoxlaması barədə qərar qəbul edilərək 24 fevral 2014-cü il tarixli aktla 528.497 manat ƏDV ödəmədiyindən, ona 262.248 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi onun iddiasını təmin edərək həmin aktı əsassız hesab edərək ləğv etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin X2 19 mart 2015ci il tarixli qərarı ilə 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilərək onun iddiasını rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin X2 07 iyul 2015-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə istintaqı zamanı Məhkum 01 avqust 2010-cu il tarixdən 01 avqust 2013-cü il tarixədək beton istehsalı və satışı ilə bağlı fəaliyyət göstərməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut müəyyən edilməsə də, apellyasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin X2 19 mart 2015-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin X 2 07 iyul 2015-ci il tarixli qərarını hökmün əsası kimi qəbul edərək Məhkum əsassız məhkum etmişdir. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 142.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Çünki mülki iş, inzibati və ya iqtisadi mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən həll etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifov və mülki iddiaçının nümayəndəsi O.Heydərlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilərək cinayət işi yeni məhkəmə baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələ blərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, məhkəmə istintaqı ilə sübut olunan hallara və faktlara obyektiv qiymət vermədən Məhkum törətmədiyi cinayətdə ittiham edərək qanunsuz olaraq məhkum etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qanunvericilikdə təsbit olunmuş normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qər arlarında verilən şərhlərə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə istinad etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CPM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cin ayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın,heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən,həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından,cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmi ş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.Cinayət proses ində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istin taqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şə xsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərindən görünür ki, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını müəyyən etmək yalnız Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayə t işi üzrə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir.Cinayət işinə baxan məhkəmə mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarını nəzərə almalı və onun məzmunu ilə tanış olmalıdır,lakin CPM-nin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutlar bu Məcəllənin tələblərinə əsasən qiymətləndirilməlidir. Cinayət işinə baxılması zamanı mülki iş üzrə məhkəmənin qərarında buraxılmış səhvlər aşkar edilərsə, həmin qərarda gəlinmiş nəticələrin təqsirləndirilən şəxsin məhkum edilməsinin əsası kimi istifadə edilməsi, həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatı zamanı aşkar edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı, mülki işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri Mülki Prosessual Məcəlləsinin 432-ci maddəsinin müddəalarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması əsasları kimi təsbit olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası m əhkəməsi məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi qərarına gəlsə də, yalnız təqsirləndirilən şəxs Məhkum, şahidlər X5, X7, vergi müfəttişi X3 dindirilməsi ilə kifayətlənərək, əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəy almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuş tələbləri, yəni toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanması, təhlil edilməsi və bir-biri ilə müqayisə edilməsi, yeni sübutların toplanması, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyinin müəyyənləşdirilməsinə dair tələblərə əməl etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair qərarında CPM-nin 267-ci maddəsinin tələbləri pozularaq ekspertiza təyin edilməsi üçün qanunda nəzərdə tutulmayan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbi ilə əlaqələndirmişdir. Halbuki, həmin maddənin tələbinə görə əvvəllər keçirilmiş ekspertiza zamanı ekspert suallara tam cavab vermədikdə və ya aparılmış oyektlərə dair əlavə suallar yarandıqda və ya rəydəki boşluğun aradan qaldırılması məqsədi ilə əlavə ekspertiza aparılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq etdikdən sonra əvvəllər keçirilmiş ekspertizaların rəylərinin kifayət qədər əsaslı olmaması və ya şübhə doğurması nəticəsinə gəldiyi təqdirdə təkrar ekspertiza təyin edə bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında təqsirləndirilən şəxs M.X11 yoxlaması nın nəticəsinə dair 24 fevral 2014-cü il tarixli aktın əsassız olduğuna dair ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin X1i qüvvəyə minmiş 19 mart 2015-ci il tarixli qərarının preyudisial əhəmiyyəti düzgün qiymətləndirilməmişdir. Bununla əlaqədar yuxarıda geniş şərh verildiyindən məhkəmə kollegiyası bir daha təkrarlamağı zəruri hesab etmir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında səhvən belə nəticəyə gəlinmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin X1i qüvvəyə minmiş 19 mart 2015-ci il tarixli qərarında əsaslandırıcı sübutlar kimi istinad edilmiş sübutların mümkünsüzlüyü barədə yeni açılmış mötəbər sübutlar əldə edildiyi halda, ilk növbədə 19 mart 2015-ci il tarixli qər ara yeni açılmış hallar üzrə hüquqi qiymət verilməli və qeyd olunan qərar ləğv olunduğu halda, cinayət işi üzrə həmin sübutların mümkünsüzlüyü nəticəsinə gəlməsi mümkündür. Mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması əsasları Mülki Prosessual Məcəlləsinin 432-ci maddəsində təsbit olunmuşdur və yuxarıda həmin əsaslar sadalanmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələblərinə riayət edərək Məhkum vergi borcunun olmasını təsbit edən və onun iddiasının rədd edilməsi üçün əsas olmuş sübutların təqsirləndirilən şəxsin məhkum ediməsi üçün kifayət edib-etməməsini araşdırmalı və hüquqi qiymət verməli olduğu halda, inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisial əhəmiyyət kəsb etdiyinə əsaslanaraq araşdırm a aparmadan və həmin qərara istinad etməklə Məhkum etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarında araşdırılması zəruri hesab edilən xüsusatları araşdırmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılı b qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndir ilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin mə hkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fr ansaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, təqsirləndirilən şəxs Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdi m etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-759/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-759/2019
07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver