Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-759/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: Ə.M.Hüseynov) Məhkum - xx.xx.1959-cu ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim statistik işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müd dətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CMnin 67.1-ci maddəsinə əsasən Məhkum hazırki hökümlə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzası sax lanılmışdır. Məhkum Zərərçəkmiş şəxs1 3000 və 500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi barədə epizodlar ittihamdan xaric edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1, sonuncunun oğlu X11 xəstəliyi ilə əlaqədar təqaüdə çıxacağına kömək edəcəyinə yalan söz verib aldadaraq xx xxxxxx 2018-ci ildə ünvan 1 küçəsində yerləşən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın qarşısında 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keç irmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1, sonuncunun əmək kitabçasına əlavə iş təcrübəsi yazaraq onu vaxtından əvvəl təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq 2018-ci ilin fevral ayının sonlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq evinin qarşısında 500 (beş yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etm işdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2, sonuncunu əlilliklə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq 2018-ci ilin iyun ayının sonlarında ünvan 2 yerləşən “Mərkəzi poçt”un yaxınlığında ondan 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs2 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3, sonuncunu əlilliklə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadara q xx xxxx 2018-ci ildə Mingəçevir Dövlət Universitetitin yaxınlığında ondan 2100 (iki min yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş, daha sonra cinayətkar əməllərini davam etdirərək 2018-ci ilin avqust ayında 200 (iki yüz) manat, 2018-ci ilin sentyabr ayında 200 (iki yüz) manat, 2018-ci ilin oktyabr ayında isə 100 (yüz) manat məbləğində pulunu Mingəçevir şəhəri ərazisində alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 onu səhhəti ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada sonuncunun həyat yoldaşı X4 3200 manat məbləğdə pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs4 verdiyi vədə əməl etməyib aldadaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 3200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə X1 həyat yoldaşı X2 ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada ondan əvvəlcə 1000 (min) manat məbləğdə pulunu alıb ələ keçirmiş, daha sonra cinayətkar əməllərini davam etdirərək 20 18-ci ilin noyabr ayının 9-da yenidən Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada 800 manat pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək x1 verdiyi vədə əməl etməyib aldadaraq, zərəçəkmiş şəxs X8 ümumilikdə 1800 (min səkkiz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum apelyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X6 apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək Məhkum təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum hazırki hökümlə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzası saxlanılmış, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cəza təyin edərkən məhkumun ailə vəziyyətini, şəxsiyyətini, cəmiyyətdəki rolunu, ağır xəstə olmağını nəzərə almadan ona həddindən artıq cəza təyin etmişdir. Törətdiyi əməlin az ağır cinayət olmasını, yaşlı olmağını, törətdi yi cinayəti səmimi etiraf edib, əməlindən peşiman olmağını nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya k assasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun kassasiya şikayətində on a cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı göstərilmiş və ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmişlərə vurduğu zərəri ödəməyə cəhd belə etməmiş, həmçinin sonuncularla barışıq əldə etməmişdir. Halbuki, bu hallar cəza təyinində mütləq nəzərə alınan önəmli faktorlardandır. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin məlum hökmünün yüngüllüyünə görə ədalətsiz olması barədə zərərçəkmişlərin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirkarın islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alsada, sonda təqsirkara iki il müddətə azadlıqdan məhrum cəzası təyin etməklə yuxarıda istinad edilmiş cinayət qanunvericiyinin tələblərinə düzgün əməl etməmişdir. Bu səbəbdən kollegiya, cəzanın həddinə münasibətdə CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddini qanuni, əsaslı və ədalətli hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Qeyd edilənlərə əsasən apelyasiya məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X10 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməl idir. Göstərilən əsaslarla Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəza təyininə aid hissədə dəyişdirilmiş və məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 ildən 3 ilə artırılmışdır. Məhkumun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri şübhə altına ala biləcək hər hansı mötəbər dəlil göstərilməmişdir. Dələduzluq cinayət əməlinin ictimai təhlükəliliyini xarakterizə edən əsas hallardan biri cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılmasıdır. Hazırkı cinayət işi üzrə məhkumun davranışında belə dönüşün baş verməsi müəyyən edilməmişdir. Belə olan halda onun cəza çəkmədən islah olunacağına əsas verən hər hansı bir hal cinayət işinin materiallarından müəyyən edilməmişdir. Onun kassasiya şikayətində göstərdiyi şəxsiyyətini səciyyələndirən hallar da nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasının nisbətən orta həddində cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər, Məhkum davranışında onun cəza çəkmədən islah olunacağına əsas verən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi, məhkumun cəzasının yüngülləşdirilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi nin tətəbiq edilməklə şərti məhkum edilməsi üçün qanuni əsaslar olmadığıdan kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-759/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-759/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver