Məhkəmə qərarları › İş №1(102)-759/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-759/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-759/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğl u tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Fəhmin Hümbətov) 31 mart 2022-ci il tarixli, 1(124)-236/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmayan, taksi sürücülüyü ilə məşğul olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 7, mənzil 99 qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirli bilinərək 6.000 (altı min) manat cərimə cəzasına məhkum edilmiş, 27 iyul 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək həbsdə olma müddəti nəzərə alına raq CM-in 69.4-cü maddəsinə əsasən təyin edilən cərimə cəzası yüngülləşdirilmiş və qəti olaraq 4.000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, fiziki şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, köhnə kompressor zavodunun ərazisində yerləşən ərzaq mağazasında inzibatçı vəzifəsində işləyərkən "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallar müqabilində həmin MMC-lərə ödənilməli olan pulların bir qismini “ASB Bank”-da Zərərçəkmiş şəxs adına olan bank hesabı vasitəsilə köçürmə yolu ilə ödəsə də, 01 yanvar 2020- ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə səlahiy yətlərindən istifadə edərək mağazanın qeydiyyat dəftərində xx.xx.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 2000 (iki min) manat, “Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Pesok” adı altında 1374.04 (min üç yüz yetmiş dörd manat dörd qəpik) manat və “Azərsun Elşad” adı altında 1000(min) manat, xx.xx.2020-ci il tarixdə "Azərsun Rövşən” adı altında 1164,47 (min yüz altmış dörd manat qırx yeddi qəpik) manat, “Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Rəşad” adı altında 2000 (iki min) manat və "Azərsun Elşad” adı altında 2000 (iki min) manat, xx.xx.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 7000 (yeddi min) manat, xx.xx.2020-ci il tarixdə “Pesok” adı altında 7000 (yeddi min) manat, xx.xx.2020-ci il tarixdə "Azərsun Rəşad (şot/fak)” adı altında 3954,6 8 (üç min doqquz yüz əlli dörd manat altmış səkkiz qəpik) manat, xx.xx.2020-ci il tarixdə “Rövşən" adı altında 4500 (dörd min beş yüz) manat, xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli “Azərsun” adı altında qeydlər edərək ümumilikdə 5000 (beş min) manat, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli "Cola Şirin/Kola Şirin" adı altında qeydlər edərək ümumilikdə 1199,63 (min yüz doxsan doqquz manat altmış üç qəpik) manat qeydlərini bilavasitə özü yazıb hər bir qeydin qarşısında imzasını icra etməklə həmin məbləğlərdə pul vəsaitlərinin qeyd olunan MMC-lərə ödənilməsi görüntüsünü yaradıb faktiki olaraq ödəməmiş, ümumilikdə isə 42.192,82 AZN (qırx iki min yüz doxsan iki manat səksən iki qəpik) məbləğində olan sat ışdan əldə olunaraq kassada toplanmış pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 06 oktyabr 2022-ci il tarixli, 1(105)-277/2022 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. İbtidai istintaq zamanı 7 aydan çox müddət keçməsinə, Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəfələrlə dindirilməsinə baxmayaraq ittihamda göstərilən 7.838,25 manat məbləğin mənimsənilməməsi, həmin məbləğin səhvən hesablanması barədə nə təqsirləndirilən şəxs, nə də zərər çəkmiş şəxs tərəfindən heç nə bildirilməmişdir. Zərər çəkmiş Zə rərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X3 məhkəmədə çatışmazlıq kimi müəyyən edilmiş 7.838,25 manatın mağazanın müəyyən xərcləri üçün xərcləndiyini göstərsələr də, müəyyən xərclərin nədən ibarət olması, təqsirləndirilən şəxs tərəfindən həmin məbləğin mağazanın məhz hansı xərclərinə sərf olunması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən də həqiqətən belə bir halın baş verib-verməməsi, mağazanın müəyyən xərclərinin nədən ibarət olması, 7.838,25 manatın mağazanın məhz hansı xərclərinə sərf olunması və s. bu kimi iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sahibi olduğu mağazanın maliyyə vəziyyəti və maliyyə əməliyyatları, həmçinin Məhkum tərəfindən mənimsənilmiş pul vəsaitinin məbləği barədə kifayət qədər dolğun və aydın ifadələr vermişdir. Lakin ona dəymiş ziyan ödənildikdən sonra məhkəmə istintaqı zamanı 7.838,25 manat pul vəsaitinin mağazanın müəyyən xərcləri üçün xərcləndiyini. Məhkum həmin məbləği mənimsəmədiyini göstərmişdir. İş materiallarından da göründüyü kimi Məhkum əmək funksiyası inzibatçı vəzifəsində işləyərkən yalnız "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallar müqabilində həmin MMC-lərə ödənilməli olan pulları “ASB Bank”-da Zərərçəkmiş şəxs adına olan bank hesabı vasitəsilə köçürmə yolu ödəmək olmuşdur. Qeyd olunan xüsusatlar Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadənin Məhkum hüquqi vəziyyətini yüngülləşdirməklə təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıdığını təsdiq edir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfinin vəsatəti ə sasında təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə kommunal xərclər və o cümlədən cərimə tənbehi kimi ödənilmiş 600 (altı yüz) manat məbləğində vəsait ümumi məbləğdən çıxıldıqdan sonra dəymiş zərər 43.611,12 manat (50.031,07 - 5.674,95 – 145 - 600) məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 9/ 6511 nömrəli ekspert rəyi ilə məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9382 nömrəli məhkəmə ekspert rəyi arasında kəskin ziddiyyət vardır. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 9/6511 nömrəli ekspert rəyi ilə mənimsənilmiş ziyanın 43.611,12 manat olması göstərilsə də, həmin məbləğ zərər çəkmişin işin hallarına uyğun olmayan ifadəsi ilə şərtləndirilmişdir ki, bu halında məhkəmə tərəfindən qiymət verilməsi ilə ekspert rəyində xüsusi vurğulanmışdır. Məhkəmə kollegiyası isə iş materiallarında olan sübutlara subyektiv yanaşaraq zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı işin hallarına uyğun vermiş olduğu ifadələrini əsas götürməmiş, ona dəymiş ziyan Məhkum tərəfindən ödəndikdən sonra məhkəmə baxışı zamanı dəyişdirdiyi ifadəsini əsas gö türmüşdür. Məhkəmə kollegiyası öz qərarında yuxarıda sadalanan ciddi və əməlin tövsifinə təsir edən xüsusatları müzakirə edərək sübutların məcmusu ilə müqayisəli təhlil etməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin də lillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlara düzgün qiymət verilməməsi nəticəsində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir k i, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs 50.031,17 (əlli min otuz bir manat on yeddi qəpik) manat məbləğində zərər vurmaqla özgə əmlakını mənimsəmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum CM-in 179.3.2-ci maddəsi ilə ona irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərmişdir ki, ittihamın 7.838,25 manatlıq hissəsi ilə razı deyildir, qalan hissəsi ilə razıdır. Həqiqətən də, fiziki şəxs Zərərçəkmiş şəxs məxsus “Qayalı” adlanan marke tdə 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək işlədiyi dövrdə şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə ittihamda göstərilən 50.031,07 manatdan 7.838,25 manatı istisna edilərək qalan məbləğdə mənimsəməyə yol vermişdir. Bu müddətdə pulları "xxxx", “Coca-cola” və “Azərsun” şirkətlərindən əvvəlcədən ödəniş edilmədən – nisyə götürülmüş mallara görə guya həmin şirkətlərin mallarını gətirən şəxslərə nağd şəkildə ödəniş edildiyini barədə müvafiq dəftərdə göstərməklə mağazadan götürmüşdür. İttihamda göstərilən 7.838,25 manatı isə mənimsəməmiş, hətta bu məbləğdən 2.000 manatını Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mağazaya yazılmış cərimə olaraq ödənilməsi üçün şəxsən əlbəəl mağazanın sahibi Bəylər müəllimə verdiyini tam xatırlamışdır. O, ibtidai istintaq zamanı ittihamda göstər ilmiş 7.838,25 manatın da onun tərəfindən mənimsənildiyinin göstərilməsinin mənasını anlamamışdır, sonradan onun tərəfindən götürülmüş məbləğ olaraq qeyd edildiyini öyrənmişdir. Bundan sonra isə həmin məbləğin onun tərəfindən mənimsənilmədiyini aydınlaşdırmışlar, lakin ibtidai istintaq başa çatdığına görə bunun qeydə alınmasını təmin edə bilməmişlər. Vurduğu zərərin 15.000 manatını ibtidai istintaq zamanı, qalan hissəsini məhkəmə baxışı dövründə ödəməklə tam olaraq aradan qaldırmışdır. Bunda başqa apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Məhkum ifadəsində bildirmişdir ki, birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edir. Həmçinin prokurorluq orqanında ifadə verərkən də özünü qismən təqsirli bildiyini bildirmişdir, çünki ittihamın 7.838,25 manat hissəsi onun tərəfindən mənimsənilməmişdir. İttihamın 42.192,82 manat hissəsi bank vasitəsi ilə ödənilməli olub, lakin ödənilməyən pullardır. İttihamda göstərilən 7.838,25 manatı isə o, mağazaya və icarəyə ödənilməsinə xərclənən pullardır. Belə ki, 7.838,25 AZN pul vəsaitinə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təyin edilmiş cəriməyə, mağazanın qapısının və noutbukun təmirinə xərclənmişdir. O, zərərçəkmiş şəxsə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təyin edilmiş cərimənin ödənilməsi üçün 2000 manat pulu oktyabr ayında şəxsən vermiş, ancaq mağazanın qeydiyyat dəftərində bununla bağlı qeyd etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, öz səlahiyyətlərini verdiyi təqsirləndirilən şəxs Məhkum tərəfindən mənimsəməyə yol verilmiş, ilkin olaraq bu məbləğin 50.031,17 manat old uğu müəyyən edilmiş, lakin sonradan bu məbləğdən 7.838,25 manatının səhvən hesablandığı, yəni Məhkum tərəfindən mənimsənilmədiyi aydınlaşmış, 7.838,25 manatın mağazanın müəyyən xərcləri üçün ödənildiyini müəyyən etmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, 01 yanvar 2020- ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə Məhkum inzibatçısı olduğu “Qayalı” mağazası işığın istifadəsinə görə "xxxx" ASC-yə 6.207 manat 84 qəpik, suyun istifadəsinə görə “Azərsu” Sumqayıt şəhər İdarəsinə 145 manat pul ödəmiş, 2021-ci ildə Zərərçəkmiş şəxs “Karital Bank” vasitəsi ilə 600 manat məbləğində “cərimə qida” təyinatlı ödənişlər etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə kommunal xərclər və cərimə tənbehi kimi ödənilmiş 600 manat məbləğində vəsait ümumi məbləğdən çıxıldıqdan sonra dəymiş zərər 43.611,12 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, audit yoxlama onun tərəfindən təqdim edilmiş materiallar üzrə aparılmış və 50031 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Komunal xərcləri nəzərə alınmalı idi, lakin bu barədə ona sənədlər təqdim edilmədiyindən həmin xərclər nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə birinci instansiya məhkəməsi, nə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olun malıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikas ı CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə k ollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar