Məhkəmə qərarları › İş №1(102)-759/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-759/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-759/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və müdafiəçisi Rüstəmov Ramil Litvin oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 1(106)-238/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq M üəyyən etdi: Lənkəran Ağır Cinayət Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(099)-476/2023 nömrəli hökmü ilə (hakimlər N.H.Məmmədovun sədrliyi ilə, M.V.Məmmədov və C.Ş.Səfərlidən ibarət tərkibdə) xx xxxx 1960-cı ildə Neftçala rayonu, Novovasilyevka (indiki-Kürkənd) kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, x vəzifəsində işləmiş, x qeydiyyatda olmaqla yaşayan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1-ci və 313-cü (10.106,00 manat məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə talaması və Şahid11 fərdi yaşayış evinin tikintisi üçün mülkiyyət ilə bağlı qanunsuz hüquq yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə sa xtakarlığı etməsi hissələrində) maddələri ilə CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, həmçinin onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələrində (Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin inşası üçün Şahid1 adına 600 kvadrat metr, Şahid13 adına hər biri 600 kvadrat metr olmaqla 2 ayrı-ayrı sahədən, X5 adına 600 kvadrat metr torpaq sahəsi ayırılması ilə bağlı rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsi hissəsində) nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət nəticəsində vurulmuş ziyanı ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə qeyd olunan hissədə xitam verilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-in 75.1.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024cü il tarixli qərarı ilə (hakimlər İ.Şahid12 sədrliyi ilə, E.İ.Əliyev və Y.H.Həşimovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 o ktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almış, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş xeyli miqdarda bələdiyyənin əmlakını mənimsəyərək talamış, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, Məhkum, Neftçala bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli iclasında Neftçala bələdiyyəsinin sədri vəzifəsinə seçilməklə həmin vaxtdan Neftçala bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, “X3” 02 iyul 1999-c u il tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə əsasən bələdiyyənin üzvlərinin yarıdan çoxunun iştirakı ilə bələdiyyənin iclasını keçirməklə qərar qəbul etməli, həmin Qanunun 10.1-ci maddəsinin tələblərinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin qiymətini, torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla müəyyən etməli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin tələblərinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarını yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verməli olduğu halda həmin tələblərə əməl etməyərək, 2021-ci ilin mart ayın ın əvvəlində günü istintaqa məlum olmayan tarixdə, 2000 manat pul müqabilində Neftçala şəhər sakini, Şahid1 adına Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin inşası üçün 600 kvadrat metr torpaq sahəsi, Şahid1 atası Şahid13 adına fərdi yaşayış evinin inşası üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsində hər biri 2000 manat pul müqabilində, hər biri 600 kvadrat metr olmaqla 2 ayrı-ayrı sahədən torpaq sahəsi, Şahid1 anası X5 adına 2000 manat pul müqabilində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin inşası üçün 600 kvadrat metr torpaq sahəsi ayıracağını vəd verib razılığa gələrək, 05 mart 2021-ci il tarixdə Şahid1 icarə əsasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən lombardda ondan 2000 manat, 12 mart 2021-ci il tarixdə Şahid1 həmin ünvanında yerləşən lombardın da törədilmiş cinayətlə əlaqəsi olmayan Neftçala bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyən, Şahid9 vasitəsilə 2000 manat, 15-16 mart 2021-ci il tarixdə həmin ünvanda yerləşən lombardda törədilmiş cinayətlə əlaqəsi olmayan, bələdiyyədə vergi müfəttişi vəzifəsində işləyən Şahid8 vasitəsilə 2000 manat, 20-21 mart 2021-ci il tarixdə həmin ünvanında yerləşən lombardda törədilmiş cinayətlə əlaqəsi olmayan, bələdiyyədə vergi müfəttişi vəzifəsində işləyən Şahid8 vasitəsilə 2000 manat, ümumilikdə vahid niyyətlə 8000 manat məbləğində, külli miqdarda pulunu vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə rüşvət kimi alıb, 2021-ci ilin mart ayının sonunda günü istintaqa məlum olmayan tarixdə rəsmi sənədlər hesab olunan Şahid1 adına xx.xx.2007-ci il tarix li, 07 saylı 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə Neftçala bələdiyyəsinin qərarını, xx.xx.2007-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi xx.xx.2007-ci il göstərilmiş aktı, Şahid1 adına torpaq sahəsinin ayrılması ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, Şahid1 adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, Şahid1 adına fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin təsdiq ta rixi olmayan yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı xx.xx.2007-ci il tarixli 794503 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid1 atası Şahid13 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə Neftçala bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 saylı qərarını, xx.xx.2006-cı il tarixli torpaq sahəsinə baxış keçirilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi xx.xx.2006-cı il göstərilmiş aktı, Şahid13 adına torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyini, tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin Şahid13 adına torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2006-cı il tarixli rəyini, Şahid13 fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin tarixi və nömrəsi olmayan yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli 794502 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid13 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə xx.xx.2006-ci il tarixli, 06 saylı Neftçala bələdiyyəsinin qərarını, xx.xx.2006-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi xx.xx.2006-ci il göstərilmiş aktı, Şahid13 adına torpaq sah əsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyini, Şahid13 adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli rəyini, Şahid13 fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin yerquruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli 794501 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid1 anası X8 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə xx.xx.2007-ci il tarixli,09 saylı Neftçala bələdiyyəsinin qərarını, xx.xx.2007-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi xx.xx.2007ci il göstərilmiş aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyini, x adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, x fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsinin yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı xx.xx.2007-ci il tarixli 794539 nömrəli kassa mədaxil orderinin qəbzini öz xətti ilə yazıb, həmin rəsmi sənədlərdə Neftçala bələdiyyəsinin sabiq sədri Şahid10 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsə imza etdirib, lə ğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri Şahid15 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin aparıcı məsləhətçisi Şahid14 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin baş məsləhətçisi X9 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq baş memarı Şahid16 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin kassa mədaxil orderinin qəbzində baş mühasib sözünün qarşısında Şahid17 adının qa rşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, həmin kassa mədaxil orderinin qəbzində kassir sözünün qarşısında X4 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürünün əksini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin, Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan Neftçala rayonunun Bankə qəsəbə sakini Ş ahid12 tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürlərinin əkslərini həmin rəsmi sənədlərdə əks etdirib, 18 may 2022-ci il tarixli 128 nömrəli məktubunda Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün Şahid13 verilmiş 600 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyi və Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarının hal-hazırda qüvvədə olması ilə bağlı məzmun göstərərək öz imzası və Neftçala bələdiyyəsinin möhürü ilə təsdiqləyərək, 18 may 2022-ci il tarixli 129 nömrəli məktubunda Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün X8 ver ilmiş 600 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyi və Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarının qüvvədə olması ilə bağlı məzmun göstərərək öz imzası və Neftçala bələdiyyəsinin möhürü ilə təsdiqləyərək, 18 may 2022-ci il tarixli 131 nömrəli məktubunda Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün Şahid1 verilmiş 600 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyi və Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarının hal-hazırda qüvvədə olması ilə bağlı məzmun göstərərək öz imzası və Neftçala bələdiyyəsinin möhürü ilə təsdiqləyərək tam ah niyyəti ilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhkum, 16 yanvar 2020-ci il tarixdən Neftçala bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, 2021-ci ilin aprel ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə, Neftçala şəhər sakini Şahid11 rəğbətini qazanmaq və ona fərdi yaşayış evinin tikintisi üçün mülkiyyət ilə bağlı qanunsuz hüquq yaratmaq məqsədilə, yəni şəxsi niyyətlə rəsmi sənədlər hesab olunan Şahid11 adına fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə xx.xx.2006-cı il tarixli, 03 saylı Neftçala bələdiyyəsinin iclas protokolundan çıxarışdakı əlyazmaları öz xətti ilə yazıb həmin çıxarışda Neftçala bələdiyyəsinin sabiq sədri Şahid10 adının qarşısındakı imzanı şə xsiyyəti istintaqa müəyyən olunmayan şəxsə imza etdirib, xx.xx.2006-cı il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktda əlyazmaları öz xətti ilə yazıb həmin aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin baş məsləhətçisi X9 adının qarşısındakı imzanı şəxsiyyəti istintaq məlum olmayan şəxsə imza etdirib, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin aparıcı müfəttişi Şahid14 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq baş memarı Şahid16 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, torpaq alqısatqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Ko mitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi xx.xx.2006-cı il göstərilmiş aktda əlyazmaları öz xətti ilə yazıb, həmin aktda Neftçala bələdiyyəsinin sabiq sədri Şahid10 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindəki əlyazmaları öz xətti ilə yazıb, həmin rəydə Şahid16 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, xx.xx.2006-cı il tarixli Şahid11 torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin rəyində əlyazmaları öz xətti ilə yazıb, Şahid11 adına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin yerqurluşu sxemı planında əlyazmaları öz xətti ilə yazıb, həmin sxem planda Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq baş memarı Şahid16 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin sabiq sədri Şahid10 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, torpaq sahəsi ilə bağlı 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli, 704473 nömrəli kassa mədaxil orderində əlyazmaları öz xətti ilə yazıb, həmin kassa mədaxil orderində rəhbər sözünün qarşısındakı imzanı bələdiyyənin sabiq sədri Şahid10 deyil, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, baş mühasib sözünün qarşısındakı imzanı Şahid17 deyil, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, kassir sözünün qarşısındakı imzanı X6 deyil, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürünün əksini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin, Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan Neftçala rayonunun Bankə qəsəbə sakini Şahid12 tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürlərinin əkslərini həmin rəsmi sənədlərdə əks etdirib, 05 may 2021-ci il tarixli 134 nömrəli məktubunda Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün Şahid11 verilmiş 600 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyi və Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarının qüvvədə olması ilə bağlı məzmun göstərərək öz imzası və Neftçala bələdiyyəsinin möhürü ilə təsdiqləyərək həmin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhkum, 16 yanvar 2020-ci il tarixdən Neftçala bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əl də etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib şəhid ailələrinə ərzaq yardımı adı ilə Şahid4 2021-ci ilin aprel ayında 78,00 manat, 2021-ci ilin dekabr ayında 500,00 manat olmaqla, ümumilikdə vahid niyyətlə 578,00 manat pul vəsaitini, şəhid ailəsi kimi ərzaq yardımı adı ilə Şahid5 qızına 2021-ci ilin aprel ayında 78,00 manat, 2021-ci ilin dekabr ayında 850,00 manat olmaqla, ümumilikdə vahid niyyətlə 928,00 manat məbləğində pul vəsaitini, Şahid3 adına Xalqbank ASC-də olan hesabına, aztəminatlı və şəhid ailələrinə ərzaq yardımı verilməsi üçün ərzaq məhsullarının alınması məqsədilə heç bir müqavilə bağlanmadan, malların alınmasına dair qaimə yazılmadan, kassa qəbzi və ya digər hər hansı bir təsdiqedici sənəd olmadan 28 dekabr 2021-ci il tari xdə 193 nömrəli ödəniş tapşırığı ilə Neftçala bələdiyyəsi tərəfindən köçürülmüş 12000,00 manat məbləğində puldan 5000,00 manat, 07 yanvar 2022-ci il tarixdə 005 nömrəli ödəniş tapşırığı ilə köçürülmüş 6800,00 manat puldan 1500,00 manat, 21 yanvar 2022-ci il tarixdə 005 nömrəli ödəniş tapşırığı ilə köçürülmüş 6300,00 manat puldan 1600,00 manat, 09 fevral 2022-ci il tarixdə 014 nömrəli ödəniş tapşırığı ilə köçürülmüş 3500,00 manat puldan 500,00 manat olmaqla ümumilikdə vahid niyyətlə 8600,00 manat məbləğində pul vəsaitini Neftçala şəhəri M.Şəhriyar küçəsində yerləşən ərzaq məhsullarının topdan və pərakəndə satışı mağazasının faktiki sahibi Şahid2 qeyd olunan tarixlərdə və həmin ünvanda nağd şəkildə geri alaraq, ona etibar edilmiş ümumilikdə 10.106,00 manat məbləğində, xeyli miqdarda pul və saitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə talayıb şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəmiş və Neftçala bələdiyyəsinin mənafeyinə mühüm zərər vurmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunmuş qənaətə (yəni Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə bəraət verməklə, həmçinin onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif etməklə) gəlməklə özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri aşağıdakı kimi vermiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaətlə razılaşmışdır. Məhkəmənin hökmünə əsasən Məhkum 2021-ci ilin mart ayının əvvəlində günü istintaqa və məhkəməyə məlum ol mayan tarixdə Şahid1 ona olan etibarından sui-istifadə edərək 8000 manat məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmək üçün sonuncuya Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin inşası üçün 2000 manat pul müqabilində adına 600 kvadrat metr torpaq sahəsi, atası Şahid13 adına fərdi yaşayış evinin inşası üçün Neftçala şəhəri, M.Ə.Sabir küçəsində hər biri 2000 manat pul müqabilində, hər biri 600 kvadrat metr olmaqla 2 ayrı-ayrı sahədən torpaq sahəsi, anası X5 adına 2000 manat pul müqabilində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evinin inşası üçün 600 kvadrat metr torpaq sahəsi ayıracağı ilə aldadaraq, Şahid1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən Lombardda 05 mart 2021-ci il tarixdə sonuncudan 2000 manat, törədilmiş cinayətlə əlaqəsi olmayan Neftçala bələd iyyəsində vergi müfəttişi vəzifəsində işləyən Şahid9 vasitəsilə 12 mart 2021-ci il tarixdə 2000 manat, törədilmiş cinayətlə əlaqəsi olmayan, bələdiyyədə vergi müfəttişi vəzifəsində işləyən Şahid8 vasitəsilə 15-16 mart 2021ci il tarixdə 2000 manat, 20-21 mart 2021-ci il tarixdə isə 2000 manat olmaqla Şahid1 ümumilikdə vahid niyyətlə 8000 manat məbləğdə pul vəsaitini dələduzluq yolu ilə talayıb, Şahid1 adına 2021-ci ilin mart ayının sonunda günü istintaqa və məhkəməyə məlum olmayan tarixdə rəsmi sənədlər hesab olunan 29 iyul 2007-ci il tarixli, 07 nömrəli 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə Neftçala bələdiyyəsinin qərarını, 21 iyul 2007-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqısatqısına dair tarixi və nömrəsi olmayan, ləğv edilmi ş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi 28 avqust 2007-ci il göstərilmiş aktı, Şahid1 adına torpaq sahəsinin ayrılması ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, Şahid1 adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, Şahid1 adına fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin təsdiq tarixi olmayan yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı 26 iyul 2007-ci il tarixli 794503 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid1 atası Şahid13 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə Neftçala bələdiyyəsinin 30 avqust 2006-ci il tarixli, 08 nömrəli qərarını, 21 avqust 2006-cı il tarixli torpaq sahəsinə baxış keçirilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi 30 avqust 2006-cı il göstərilmiş aktı, Şahid13 adına torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin 19 avqust 2006-cı il tarixli rəyini, tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin Şahid13 adına torpaq sahəsinin ayrılması ilə bağlı 19 avqust 2006-cı il tarixli rəyini, Şahid13 fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin tarixi və nömrə si olmayan yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı 30 avqust 2006-cı il tarixli 794502 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid13 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə 30 iyun 2006-ci il tarixli, 06 nömrəli Neftçala bələdiyyəsinin qərarını, 15 iyun 2006-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi 30 iyul 2006-ci il göstərilmiş aktı, Şahid13 adına torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin 12 iyun 2006-cı il tarixli rəyini, Şahid13 adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Ne ftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin 12 iyun 2006-cı il tarixli rəyini, Şahid13 fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin yerquruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı 30 iyun 2006-cı il tarixli 794501 nömrəli kassa mədaxil orderinin qəbzini, Şahid1 anası X8 600 kvadrat metr torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə 30 sentyabr 2007-ci il tarixli, 09 nömrəli Neftçala bələdiyyəsinin qərarını, 16 sentyabr 2007-ci il tarixli torpaq sahəsinə baxış keçrilməsinə dair aktı, torpaq alqı-satqısına dair tarixi və nömrəsi olmayan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində qeyd tarixi 30 dekabr 2007-ci il göstərilmiş aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbə sinin 16 sentyabr 2007-ci il tarixli rəyini, X adına Tikinti altında torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin tarixi və nömrəsi olmayan rəyini, x fərdi yaşayış evinin tikintisi üçün verilmiş torpaq sahəsinin yer quruluşu sxemasını, 240 manat məbləğində pulun ödənilməsi ilə bağlı 26 iyul 2007-ci il tarixli 794539 nömrəli kassa mədaxil orderinin qəbzini öz xətti ilə yazıb, həmin rəsmi sənədlərdə Neftçala bələdiyyəsinin sabiq sədri Şahid10 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsə imza etdirib, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin müdiri Şahid15 adının qarşısındakı imzanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin aparıcı məsləhətçisi Şahid14 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin baş məsləhətçisi X9 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq baş memarı Şahid16 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin kassa mədaxil orderinin qəbzində baş mühasib sözünün qarşısında Şahid17 adının qarşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirib, həmin kassa mədaxil orderinin qəbzində kassir sözünün qarşısında X4 adının qarşısında şəxsiyyəti istintaqa məlum olm ayan şəxsə imza etdirib, Neftçala bələdiyyəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürünün əksini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin, Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin ölçülərinə, mətninin yerləşməsinə, hərflərin ölçülərinə, forma və konfiqurasiyasına, gerb təsvirinin formasına, ulduz işarətlərinin ölçülərinə görə fərqli olan Neftçala rayonunun Bankə qəsəbə sakini Şahid12 tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış möhürlərin əkslərini həmin rəsmi sənədlərdə əks olunmasını təmin etməklə tamah niyyəti ilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə bəraət verilərkən, həmçinin onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərkən (sonuncunun cinayət məsuliyyətindən azad edilməsi və ona cəza təyin edilməməsi nəzərə alınmaqla) apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun özünün müdafiə xarakterli ifadələrinə və ziddiyyətli ekspertiza rəylərinə əsaslanmış, baxmayaraq ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində iddia edir ki, Məhkum vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasını, vəzifə səlahiyyətlərindən suiistifadə etməsini, öz qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş xeyli miqdarda bələdiyyənin əmlakını mənimsəyərək talamasını və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsini təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, məhkəmələr işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəmələrində verdikləri ifadələrini, evdə axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, üzləşdirmə protokolarını, ekspertiza rəylərini, eləcə də istintaq orqanı tərəfindən toplanmış digər sübutları nəzərə almamış, sadalanan həmin sübutlara səthi yanaşmış, onları təhlil, birbiri ilə müqayisə etməm iş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadəsinə, eləcə də qeyri-mötəbər əlavə ekspertiza rəyinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Məhkum təkbaşına vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyətinin olmaması, torpaq sahəsinin ayrılmasının bələdiyyənin ümumi yığıncağının qərarı ilə həll edilməli məsələ olması, həmçinin onun Neftçala bələdiyyəsinə aid hər hansı məbləğdə pul vəsaitini mənimsəməsinin müəy yən edilməməsi qənaətinə gəlmişlər. Eyni ilə məhkəmələr iş materiallarında olan sübutların Məhkum CM-in 179.2.3, 179.2.4, 308.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etməklə, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və də yişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Məhkum qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verildiyini, həmçinin onun əməllərinin hüquqi tövsifinin isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə dəyişdirildyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 1(106)-238/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Ka ssasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cüml ədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər h allarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutla rı tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Cinayət-prosessual qanunun 353.3.3-cü maddəsi bəraət hökmündə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir. Təsvir edilən cinayət-prosessual normaların tələblərinə əsaslanmaqla və cinayət işinin materialları ilə əlaqəli şəkildə kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda aşağıdakılar müəyyən olunur. İbtida istintaq tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, Məhkum Şahid1 özünün, atasının və anasının adına fərdi yaşayış evinin inşası üçün torpaq sahəsi ayıracağını vəd verib razılığa gələrək, ümumilikdə vahid niyyətlə 8000 manat məblə ğində, külli miqdarda pulunu vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə Şahid1 rüşvət qismində almışdır (məhkəmələr tərəfindən nəzərə alınmış vəzifə saxtakarlığı nəzərə alınmaqla). Birinci instansiya məhkəməsi Məhkum CM-in 311.3.3-cü maddəsi ilə olan əməlini CM-in 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edərkən və apellyasiya instansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlayarkən mövqeylərini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Məhkum Neftçala bələdiyyəsinin sədri vəzifəsində işləsə də, bələdiyyələrlə bağlı mövcud qanunvericiliyə əsasən onun təkbaşına vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, torpaq sahəsinin ayrılması bələdiyyələrin ümumi yığıncağının qərarı ilə həll edilməli məsələ olmuş, bələdiyyə torpağı kimi s atılmasını rəsmiləşdirilən torpaq sahəsinin örüş sahəsi olmaqla fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi olmamış, bələdiyyə qərarının verilməsi zamanı istinad edilmiş sxemlər, aktlar, rəylər ödəniş qəbzləri torpaq alqı-satqısının həqiqi hallarını əks etdirməmiş, həmçinin Məhkum Şahid1 hər hansı torpaq sahəsini göstərməmişdir. Bu hərəkətlərin (məhkəmələrin müəyyən edilmiş saydığı faktiki halların) rüşvət alma cinayətinin (CM-in 311.1-ci maddəsinin) deyil, dələduzluq cinayətinin tərkibini yaratması barədə qənaətini məhkəmələr ilk növbədə onunla izah etmişlər ki, həmin hərəkətlər CinayətMəcəlləsinin 311.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmədiyindən, rüşvət alma cinayətinin obyektinə zərər dəyməmiş, zərər müstəsna olaraq Şahid1 mülkiyyətinə vurulmuşdur. Kassasiy a kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən Məhkum yol verdiyi hərəkətlərə cinayət qanunu normasının düzgün tətbiq edilib-edilməməsini, yəni onun törətdiyi əməlinin hüquqi tövsifini yoxlamaq məqsədi ilə, cinayət qanununun normalarına müraciət etməyi və cinayət işinin materiallarını təhlil etməyi zəruri sayır. Əvvəla, Məhkum ittiham olunduğu CM-in 311.1-ci maddəsində rüşvət alma vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi, CM-in 178.1-ci maddəsində dələduzluq isə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Dələduzluq cinayətini şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törətməsi isə onun CM-in 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbə b olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ verm ək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Rüşvət verənin xeyrinə edilməli olan hərəkət (hərəkətsizlik) başa düşülməlidir. Rüşvət bir qayda olaraq, rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə konkret hərəkətin (hərəkətsizliyin) edilməsinə görə verilir. Lakin, təhlil edilən maddədə xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə də vəzifəli şəxsə pul, qiymətli kağız və s. vermə rüşvət alma hesab edilmişdir. Rüşvətin bu növündə daha çox tabeçilik münasibətlərində olan şəxslər arasında və ya müxtəlif nəzarət orqanlarının fəaliyyətində rast gəlinir. Xidmət üzrə ümumi himayədarlıq iki halda rüşvət alma cinayətinin tərkibini yarada bilər. 1) yuxarı vəzifəli şəxsin onun tabeliyində olan, yaxud onun nəzarət etdiyi sahədə xidmət edən şəxsi mükafatlandırması, müdafiə etməsi, xidmətinə əlverişli şərait yaratması müqabilində rüşvət aldığı hallarda 2) rüşvət verən şəxsin birbaşa xidməti asılılıqda olmadığı, lakin, onun vəzifəli şəxsin hakimiyyət səlahiyyətlərinin aid olduğu sahədə xidmət etdiyi hallarda lazımi məqamda vəzifəli şəxsin onu müdafiə edəcəyini düşünərək rüşvət verdiyi hallarda. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkə tə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi dedikdə, vəzifəli şəxsin özü, yaxud onu təmsil edən başqa şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusunu bildirməsi başa düşülür. Vəzifəli şəxsin maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusu hər hansı formada və ya üsulla bildirilə bilər. Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması dedikdə, vəzifəli şəxsin özü və ya başqa şəxs t ərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin əldə edilməsi, əmlaka sahiblik edilməyə başlanılması, imtiyazın və güzəştin verildiyini təsdiq edən sənədin (aktın) alınması və s. başa düşülür. Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşt barədə təklif və ya vədi qəbul etməsi dedikdə, maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifə və ya vədə, yazılı formada, şifahi və ya susmaqla razılıq bildirmə başa düşülür. Eyni ilə vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni (vəzifəli şəxsin adi halda yerinə yetirməli olduğu işə), həmdə qanunsuz yən i öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən qanunsuz fəaliyyətlə bağlı ola bilər. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə edilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxsin anlayışı da CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. Dələduzluq cinayəti isə həm obyektinə, həm də obyektiv cəhətlərinə görə rüşvət alma cinayətindən kəskin fərqlənən, mülkiyyət əleyhinə törədilən cinayətlər kateqoriyasına aiddir və bu cinayətin obyekti qismində mülkiyyətin və əmlak hüquqlarının idarə olunması və bölüşdürülməsi sahəsində mülki münasibətlər çıxış edir. Obyektiv cəhətdən isə həmin cinayət etibardan sui-istifadə etmə və ya aldat ma yolu ilə özgənin əmlakını ələ keçirmədə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunur. Dələduzluğun törədilməsi zamanı dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə deyil, hər hansı şəxsin bu və ya digər əmlakı və ya əmlak hüquqları ələ keçirilməklə ona həmin əmlakın dəyəri məbləğində zərər vurulur. Buna görə, rüşvət alma cinayətindən fərqli olaraq, bu cinayətin törədilməsi nəticəsində əmlakından və ya əmlak hüququndan məhrum olmuş şəxs (fiziki və ya hüquqi) zərər çəkmiş şəxs qismində tanınaraq ona vurulmuş ziyanı tələb etmək hüququna malik olur. Rüşvət alma cinayətinin törədilməsi nəticəsində isə rüşvət vermiş, yəni aktiv rüşvətxor luq cinayətini törətmiş şəxs bunun nəticəsində məhrum olunduğu hər hansı maddi neməti tələb etmək hüququna malik olmur, belə nemət cinayət təqibi mərhələsində aşkar edildikdə isə, onun dövlət nəfinə müsadirə olunması barədə qərar qəbul edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüq uqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 3-cü bəndlərinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan isti fadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Rüşvət cinayətlərindən talama cinayətlərini fəqləndirərkən qeyd etmək lazımdır ki, talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya üçüncü şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. X16 36-cı bəndinə əsasən, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərin in törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin bu normaların mənasına görə, şəxsin özgənin mülkiyyətində, istifadəsində və ya sərəncamında olan əmlakı (əmlak hüquqlarını) ələ keçirməsi ilə bağlı əməlin ya rüşvət alma, ya da qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq kimi qiymətləndirilib -qiymtələndirilməməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə hər iki halda həmin şəxsin vəzifəli şəxs olub-olmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizliyin) onun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olub-olmaması, yəni bu hərəkətin (hərəkətin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyən edilməlidir. Cinayət qanununun yuxarıda göstərilən normalarının və həmin normalara verilmiş təfsirin hazırkı işə münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ona istinad olunan əməli törədərkən Neftçala Rayon bələdiyyəsinin sədri vəzifəsində işləməsi və CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin tələbləri baxımından onun həmin dövrdə vəzifəli şəxs olması ibtidai araşdırma orqanı ilə yanaşı, məhkəmələr tərəfindən də qəbul edilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum Cinayət Məcəlləsinin 311.3-cü maddəsi ilə elan olunmuş ittihama əsasən onun həmin vəzifə üzrə səlahiyyətləri “X3” 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunundan (bələdiyyəni təmsil etmək, ümumi yığıncağının iclasın təşkil etmək, müəyyən məsələləri ümumi yığıncağın müzakirəsinə çıxarmaq) irəli gəlir. İttihama diqqət etdikdə Məhkum Neftçala bələdiyyəsinin sədri kimi “X3” 02 iyul 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə əsasən bələdiyyənin üzvlərinin yarıdan çoxunun iştirakı ilə bələdiyyənin iclasını keçirməklə qərar qəbul etməli, həmin Qanunun 10.1-ci maddəsinin tələblərinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sa həsinin qiymətini, torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla müəyyən etməli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin tələblərinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarını yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun icarəyə verməli olduğu halda göstərilən tələblərə əməl etməmişdir. Məhkum vəzifəli şəxs olması (subyektə münasibətdə) öz təsdiqini tapdığı halda məhkəmələr tərəfindən müəyyən edilməli digər məsələ ondan ibarət olmalı idi ki, vəzifəli şəxs olaraq sonuncunun Şahid1 əldə etdiyi 8000 manat pulun müqabilində etdiyi hərəkətlər onun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olubmu. Diqqət qaçırılmamalı əsas məqam isə ondan ibarətdir ki, Məhkum qeyd olunan epizod üzrə elan edilmiş ittihamın məzmununda Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlər müqabilində Şahid1 8000 manat məbləğində, külli miqdarda pulun rüşvət qismində alınması göstərilmişdir. Bu da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 311.1-ci maddəsində - qanunverici rüşvətxorluğun dispozisiyasını təsbit edərkən cinayət tərkibinin yaranmasını vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar etdiyi hərəkətin qanuni və yaxud qanunsuz olmasından asılı etməmiş, qanunsuz hərəkətə görə rüşvət almanı qanuni hərəkətə görə rüşvət almadan yalnız ictimai-təhlükəlilik dərəcəsinə görə fərqləndirib birinciyə münasibətdə CM-in 311.2-ci maddəsind ə daha ağır cəza müəyyən etmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayının əvvəlində Neftçala bələdiyyəsinin sədri Məhkum həyətyanı torpaq sahəsi almaq istədiyini demiş, Məhkum ona 1 sot torpaq sahəsinin 1050 manat qiymətə olduğunu bildirmiş, X öz adına, anası X, atası Şahid13 adına həyətyanı torpaq sahəsi istəmişdir. X anası X, atası X və öz adına torpaq sahəsinin sənədlərini hazırlayacağını demişdir. X ondan torpaq sahələrinə görə 8000 (səkkiz min) manat pul istəmişdir. X ilə hissə-hissə pul ödəyəcəyinə dair razılaşmışlar. Maraqlı fakt budur ki, Məhkum Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ona verilmiş 8000 manat rüşv ət ittihamı tamamı ilə həqiqətə uyğun deyildir. Şahid1 ilə 2018-ci ilin may ayında bələdiyyə sədri seçiləndə tanış olmuşdur. X heç bir torpaq sahəsi verməmişdir. X sahibkar kimi tanımış, vaxtaşırı ondan borc pul alıb sonra isə borc aldığı pulu X qaytarmışdır. Sonuncu dəfə X 450 manat borcu qalmışdır. Birmənalı olaraq X torpaq sahəsi adı altında pul almamışdır. Şahid1 8000 manat pulun alınıb Məhkum verilməsini məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid8 ifadələri ilə təsdiq etmişlər. Digər tərəfdən zərərçəkmiş şəxs Şahid1 ifadəsində X təqdim etdiyi sənədlərin 20062007-ci ildə tərtib edildiyini görüb, ondan nə üçün sənədlərin 2006-2007-ci il tarixə, əvvəlki tarixə sənədləşdirildiyini soruşmuş, X isə ona hazırda hərrac və müsabiqə yolu ilə torpaq sahəsi almağın çətin olduğun u, torpağı sənədləşdirməyin baha başa gəldiyini demişdir. X ona sənədlə bağlı narahat olmamağını, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib çıxarış aldıqdan sonra torpaq sahəsinin onun olacağını bildirmişdir. Həmçinin nəzərə vacib məqam ondan ibarətdir ki, məhkəmələr Məhkum qeyd olunan epizod üzrə yəni onun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində Şahid1 adına fərdi yaşayış evinin inşası üçün 600 kvadrat metr, Şahid13 adına fərdi yaşayış evinin inşası üçün hər biri 600 kvadrat metr olmaqla 2 ayrı-ayrı sahədən, X5 adına fərdi yaşayış evinin inşası üçün 600 kvadrat metr torpaq sahəsi ayırılması ilə bağlı rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsi ilə bağlı ibtidai istintaq orqanı ilə qənaəti razılaşmışlar və bundan çıxış edərək Məhkum həmin epizodla bağlı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsi haqqında qənaətə gəlmişlər. Göstərilənlərdən müəyyən olunur ki, Şahid1 Məhkum vəzifəli şəxs kimi - Neftçala bələdiyyəsinin sədri kimi qəbul etməklə onun torpaq ayırmaya dair müəyyən səlahiyyətlərinin olmasını qəbul etmiş, Məhkumlə Şahid1 arasında onun özünün və ailə üzvlərinin adına torpaq sahəsinin ayrılması razılaşma olmuş, bunun müqabilində Məhkum tərəfindən istənilən 8000 manat pul vəsaiti Şahid1 tərəfindən ona verilmiş, Məhkum öz növbəsində Şahid1 hərrac və müsabiqə yolu ilə torpaq sahəsi almağın çətin olduğunu, torpağı sənədləşdirməyin baha başa gəldiyini bildirməklə zərərçəkmiş şəxs tərəfindən istənilən torpaq sahələrini ona qanuni üsulla deyil rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yəni vəzi fə saxtakarlığı etməklə ayırmışdır. Belə olan halda məhkəmə kollegiyasına aydın deyil ki, nəyə görə birinci və apellyasiya instansiyası məhkəmələri vəzifəli şəxs olduğunu qəbul etdiyi Neftçalara Rayon Bələdiyyəsinin sədrinin –xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlər müqabilində vahid niyyətlə Şahid1 özünün və ailə üzvlərinin adına torpaq sahəsinin ayrılmasına (qulluq səlahiyyətlərinə birbaşa aid olan hərəkətə) görə 8000 manat pulun almasını – təkbaşına vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti olmaması, bələdiyyə torpağı kimi satılmasını rəsmiləşdirilən torpaq sahəsi örüş sahəsi olmaqla fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi olmaması olduğu üçün (əslində sadalanan hallar vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar etdiyi hərəkətlərin qan unsuzluğunu şərtləndirir) - yerli özünüidarə orqanlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə qəsd etməyən, onları təhlükə altına almayan hərəkət kimi qiymətləndirmişdir. Məgər bələdiyyə sədrinin xidməti vəzifələrin icrası ilə əlaqədar edəcəyi qanuni və ya qanunsuz hərəkət görə pul istəyib alması edilən hərəkətin xarakterini, ictimai münasibətlərinə mənsubiyyətini, təhlükə altına alınan ictimai münasibətlərin məzmununu dəyişir? Kollegiyanın fikrincə bunun qəbul edilməsi əslində subyektiv cəhətdən yerli özünüidarə orqanlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə qəsd edən hərəkətə əsassız olaraq fərq qoyulması olardı, necə ki, buna birinci və apellyasiya məhkəmələri qərarlarında yol verilmişdir. Belə ki, məhkəmələr Məhkum 8000 manat pulun Şahid1 məhz torpağı ayrılmasına görə alındığını işin həqiqi halı kimi qəbul etmişlər, bununla yanaşı Məhkum Şahid1 pul istəyib almasının alternativ səbəb kimi onun CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq etməsi kimi dəyərləndirmişlər. Halbuki, məhkəmələr Məhkum bələdiyyə torpağının alqı-satqısının zamanı istinad etdiyi sxemlərə, aktlara, rəylərə, ödəniş qəbzlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə yəni vəzifə saxtakarlığı etməsi (bu məsələdə Şahid1 sonuncunu xəbəri olmaqla aldatması), qəsdin yönəldiyi obyekti (təhlükə altına alınan ictimai münasibətlərin xarakterini) dəyişən hal kimi deyil, onun məhz torpağı ayrılmasına görə rüşvət verənin mənafeyi üçün etdiyi qanunsuz hərəkətlər nəticəsində sonuncudan pul almaqda (dövlət idarəetməsi sahəsində ictimai m ünasibətləri təhdid etməkdə) israrlı olmasını göstərən fakt kimi qəbul etməli idilər. Nəzərə almaq lazım idi ki, Məhkum aldığı pul müqabilində götürdüyü öhdəliyin qanunsuz olsa belə həyata keçirilməsi istiqamətində addımlar atdığı halda, Şahid1 tərəfindən verilmiş 8000 manatın nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin edilməsi ilə bağlı gözləntisi olmuşdur. Belə olan halda Məhkum istifadə etdiyi yalan – pulu gələcəkdə ayrılacaq torpaq sahəsinə görə istəyib alması tərkibyaradıcı xüsusat (əməli dələduzluğa çevirən üsul) kimi çıxış etmir.Çünki istənilən halda istər örüş torpağına görə, istərsə digər təyinatlı torpağa görə olsun (və yaxud torpağın Şahid1 göstərilib göstərlməməsindən aslı olmayaq), cinayəthüquqi anla mda əhəmiyyətli olan, yəni cinayətin obyektini - qəsdə uğramış ictimai münasibətlərin xarakterini müəyyənləşdirən həqiqəti – pulun məhz torpağın alqı-satqısına görə, özü də bu torpağı vətəndaşa satmaq səlahiyyətində olan vəzifəli şəxs tərəfindən istənilib alınmasını inkar etmir. Təsvir olunanlar onu göstərir ki, aşağı instansiya məhkəmələrin Məhkum hərəkətləri ilə müstəsna olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin obyektinə (mülkiyyət münasibətlərinə) qəsd edilməsi barədə qənaətləri özlərinin müəyyən edilmiş saydıqları işin hallarına zidd olmaqla sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 143-146-cı maddələrinin tələblərinə əsaslanmır. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum Şahid1 8000 manat məbləğində pulun alınması epizodu üzrə onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirər ək, dövlət ittihamçısının kassasiya protestini qismən əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinə riayət edilməklə, qeyd olunan epizod üzrə Məhkum əməllərinə tam, hərtərəfli, obyektiv qiymət verilməsi üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Eyni zamanda dövlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 179.2.3, 179.2.4, 308.1-ci və 313-cü (10.106,00 manat məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə talaması və Şahid11 fərdi yaşayış evinin tikintisi üçün mülkiyyət ilə bağlı qanunsuz hüquq yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsi hissəl ərində) maddələri ilə CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraətin verilməsini mübahisələndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmələrin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 179.2.3, 179.2.4, 308.1-ci və 313-cü maddələri bəraətin verilməsi haqqında qənaətləri cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Məhkəmələrin müəyyən edilmiş saydıqları bu hallar biri nci instansiya məhkəməsində bilavasitə araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 1(099)-476/2023 nömrəli rəyinə, apellyasiya baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında keçirilmiş 28 iyun 2024-cü il tarixli, 9/3327 saylı təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsaslanır (bu və digər sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib məhkəmələr tərəfindən onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə heyəti kassasiya protestinin bu nəticənin mübahisələndirilməsinə həs r olunmuş hissəsi ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı X2, eləcə də kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi Rüstəmov Ramil Litvin oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 1(106)238/2024 nömrəli qərarı Məhkum Şahid1 8000 manat məbləğində pulun alınması hissədə ləğv edilməli, bu məsələyə baxılması üçün iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kas sasiya protesti qismən təmin edilsin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 oktyabr 2024-cü il tarixli, 1(106)-238/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar