Məhkəmə qərarları › İş №1(102)-76/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-76/2019

15.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Babək Pənahov) 30 avqust 2017-ci il tarixli hökmü ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 178.2.2-cı maddələri ilə təqsirli bilinib, CM-in 177.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə CM-in 178.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.1 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 5 (beş) il 6 (altı) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəs inə əsasən həbsdə saxlanıldığı 6 (altı) ay 19 (on doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2014-cü ilin noyabr ayının ortalarında ünvan 1 ünvanda olan çayxanada X21 ona 885 manat verəcəyi təqdirdə «xxxx»-də mühafizəçi kimi işə düzəlməsinə köməklik edəcəyini yalandan vəd edib aldatmış, etibardan suiistifadə edərək həmin yerdə ondan 885 manat alıb ələ keçirərək verdiyi vədə əməl etmədən dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 16 fevral 2015-ci il tarixdə ünvan 2 ünvanın qarşısında əvvəl tanımadığı X15 ona məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 120 manatlıq “Samsung Galaxy Grand Prime” markalı telefonu danışmaq adı ilə aldadaraq ələ keçirməklə hadisə yerindən uzaqlaşmaqla, sonuncuya 130 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrar 30 aprel 2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yolun kənarında dayanacaqda özgə əmlakını ələ keçirmək məqsədilə X11 ona 250 manat verəcəyi təqdirdə "xxxx" Zavoduna sürücü kimi işə düzəlməsinə köməklik edəcəyini yalandan vəd edib aldatmış, etibardan sui-istifadə edib həmin gün 250 manat almaqla ələ keçirərək verdiyi vədə əməl etmədən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar 02 may 201 5-ci il tarixdə (ittiham aktında hadisənin baş vermə tarixi 15 mart 2015-ci il qeyd edilmişdir)ünvan 1 ünvanda yerləşən peşə məktəbinin yaxınlığında özgə əmlakını ələ keçirmək məqsədilə X8 ona 300 manat verəcəyi şərti ilə "xxxx" Zavoduna sürücü kimi işə düzəlməsinə köməklik edəcəyini yalandan vəd edib aldatmış, etibardan sui-istifadə edərək həmin tarixdə qeyd olunan yerdə X5-dən 300 manat pulu alaraq ələ keçirməklə verdiyi vədinə əməl etmədən dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 17 iyun 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" kişi salonunun içərisində əvvəllər tanıdığı X16 ona məxsus və üzərində 15 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 250 manat təşkil edən “iPhone” markalı “5S” modelli telefonu danışmaq adı ilə almaqla aldadaraq ələ keçirməklə, sonunc uya 265 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 01 iyul 2015-ci ildə ünvan 4 ünvanda yerləşən "xxxx" biznes mərkəzinin 3-cü mərtəbəsində yerləşən “xxxx” mühəndislik şirkətinin ofisində əvvəllər tanıdığı X17 ona məxsus üzərində hər biri 10 manat dəyərində ***-***-**-** və ******-**-** GSM nömrə kartları olan 110 manat təşkil edən “Samsung” markalı SM-G7102 modelli telefonu danışmaq adı ilə alaraq aldadaraq ələ keçirməklə, sonuncuya 130 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar 06 avqust 2015-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanda olan aviakassada əvvəllər tanımadığı X9 atası X2 məxsus, üzərində 10 manat dəyərində 070- ***-**-** saylı GSM nömrə kartı olan 640 manat təşkil edən “HTC” markalı telefonu danışmaq adı ilə alıb alda daraq ələ keçirməklə, sonuncuya 650 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən 10 avqust 2015-ci ildə ünvan 5 ünvanda əvvəllər tanımadığı X12 ona məxsus, üzərində 50 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 500 manat təşkil edən “Samsung” markalı, “S5 Duos” modelli telefonu danışmaq adı ilə alıb aldatmış və hadisə yerindən uzaqlaşaraq ələ keçirməklə, sonuncuya 550 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 01 sentyabr 2015-ci ildə saat 13 radələrində ünvan 2 ünvanda yerləşən Bakı Musiqi Akademiyasının yaxınlığında əvvəllər tanımadığı X23 idarə etdiyi Ford markalı avtomobilin salonundan sonuncuya məxsus və üzərində hər biri 30 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrə kartları olan 460 manat tə şkil edən “Samsung” markalı telefonu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan əlavə, o, təkrar 05 sentyabr 2015-ci ildə Bakı şəhəri ünvan 3 ünvanda yerləşən “xxxx” aptekin qarşısında əvvəllər tanımadığı X18 ona məxsus və üzərində 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 800 manat təşkil edən “iPhone 5” markalı telefonu danışmaq adı ilə alıb aldadaraq hadisə yerindən uzaqlaşıb ələ keçirməklə, sonuncuya 820 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən 05 sentyabr 2015-ci ildə (ittiham aktında hadisənin baş vermə tarixi 09 sentyabr 2015-ci il qeyd olunub) Bakı şəhəri Nəsimi rayonu “Səməd Vurğun” bağının qarşısında əvvəllər tanımadığı X10 ona məxsus və üzərində 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 100 manat təşkil edən “HTC One 801 N Silver” markalı telefonu danışmaq adı ilə aldadaraq almaqla, hadisə yerindən uzaqlaşıb ələ keçirməklə, sonuncuya 120 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 07 sentyabr 2015-ci ildə Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsində olan “xxxx” marketin qarşısında əvvəllər tanımadığı X6 ona məxsus, üzərində 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 300 manat təşkil edən “iPhone 4S” markalı mobil telefonu danışmaq adı ilə alıb aldatmış və hadisə yerindən uzaqlaşapar ələ keçirməklə, sonuncuya 320 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bununla yanaşı, o, təkrar 10 sentyabr 2015-ci ildə Bakı şəhəri ünvan 1 ünvanda yerləşən binanın həyətinin yaxınlığında əvvəllər tanımadığı X13 ona məxsus və üzərində 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 700 manat təşkil edən “Samsung SM-N910 3LGB White” markalı telefonu danışmaq adı ilə alaraq aldatmış və ələ keçirməklə, sonuncuya 720 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən 10 sentyabr 2015-ci il tarixdə ünvan 6 ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında əvvəllər tanımadığı X3 ona məxsus və üzərində 30 manat dəyərində ***-***-**-** nömrəli GSM nömrə kartı olan 300 manat təşkil edən “Samsung Galaxy Grand” markalı telefonu danışmaq adı ilə alaraq aldatmış və hadisə yerindən uzaqlaşıb ələ keçirməklə, sonuncuya 320 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 20 sentyabr 2015-ci ildə (ittiham aktında hadisənin baş vermə tarixi 23 sentyabr 2015- ci il qeyd edilmişdir) ünvan 7 ünvanın yaxınlığında əvvəllər tanımadığı X19 ona məxsus və üzərində 20 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 980 manat təşkil edən “İPhone 6 plus” markalı telefonu danışmaq adı ilə alaraq aldatmış və hadisə yerindən uzaqlaşaraq ələ keçirməklə, sonuncuya 1.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs təkrar 22 sentyabr 2015-ci ildə Bakı şəhəri Nəsimi rayonu ‘Səməd Vurğun” bağının yaxınlığındakı kafedə əvvəllər tanımadığı X20 ona məxsus və üzərində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ^artı olan 312 manat təşkil edən “HTC ONE M8” markalı telefonu danışmaq adı ilə alaraq aldatmış və hadisə yerindən uzaqlaşıb ələ keçirməklə, sonuncuya 322 manat ziyan vurmaqla dələduzluq etmişd ir. Bundan başqa, o, təkrar 27 sentyabr 2015-ci ildə Bakı şəhəri Nəsimi rayonu “xxxx” ticarət mərkəzinin qarşısında əvvəllər tanımadığı X14 ona məxsus və üzərində 10 manat dəyərində GSM nömrə kartı olan 196 manat təşkil edən “Sony” markalı, “XPİ” modelli telefonu danışmaq adı ilə alaraq aldatmış və hadisə yerindən uzaqlaşıb ələ keçirməklə, sonuncuya 206 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Mirpaşa Hüseynov və Həsən Əhmədovdan ibarət tərkibdə) 10 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2017ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamı şdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarı ləğv edilsin və cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırmışdır ki, işə baxılarkən məhkəmələr onun barəsində qeyri humanist qərarlar qəbul etmişlər. Məhkəmələr onun vəziyyətini yüngülləşdirən halları nəzərə almamaqla CMin 59-cu maddəsinin tələblərinə uyğun olmayan qərar qəbul etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 178.2.2-cü maddələri ilə nəzərdə t utulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və nəticədə ona ağır cəza təyin edilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi göstərilsə də işin materiallarında belə faktlar müəyyən edilmir. Belə ki, işin materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun təd qiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin təyin olunmuş cəzanın ağır olması barədəki dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanununda edilmiş dəyişikliklərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbaycan Respublikasının Qanunun 1.2.2-ci bəndinə əsasən Cinayət Məcəlləsinə 18.4.4-cü maddəsi əlavə edilmişdir: Belə ki, Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilini b, CM-in 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. O, 24 may 2016-cı il tarixdə cəriməni ödəməklə cəzanı çəkib qurtarmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 2500 manat miqdarında cərimə cəzasına məhkum edilməsindən sonra yenidən qəsdən cinayət törətməsi ilə əməlində cinayətlərin residivini müəyyən edərək ona CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə alınmaqla cəza təyin etmişdir. Lakin qanunda edilmiş dəyişikliklə residivin müəyyən edilməsi zamanı artıq azadlıqdan m əhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmadığından hökmdən bununla bağlı olan müddəalar xaric olunmalıdır. Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Azərbay can Respublikasının Qanunu ilə məhkum Təqsirləndirilən şəxs vəziyyəti yaxşılaşdığından barəsində qanunun müddəaları tətbiq edilməli və yuxarıda qeyd edilmiş hallar nəzərə alınmaqla cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 10 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası qərar qəbul edərkən həmçinin Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qərarla məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tətbiq olunduğunu da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 10 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin müəyyən edilməsinə dair müddəalar xaric edilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilsin. Ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun həbsdə qaldığı 6 (altı) ay 19 (on doqquz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 11 (on bir ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar