Məhkəmə qərarları › İş №1(102)-76/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-76/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; X2 katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində övlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, zərərçəkmiş şəxslər X7 və X4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 06 fevral 2018-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1955-ci il tarixdə Kürdəmir rayonunun Qocalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər dəfələrlə dələduzluq cinayətləri törətdiyinə görə məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xırdalan şəhəri ************************** ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 22 dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X15 və X9 vasitəsi ilə X4 etibarından sui-istifadə edib kürəkəni X10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldəcəyinə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2012-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanda olan “********” kafesinin yaxınlığında 3000 manat, işə qəbulla əlaqədar tibbi komissiyadan keçməsi üçün 2012-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanda olan Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Mərkəzi Diaqnostik poliklinikasının inzibati binasının yaxınlığında 500 manat, işə qəbulla bağlı 2012-ci ilin iyul ayının ortasında ünvan 3 ünvandakı “********” kafesinin yaxınlığında 1500 manat və 2012-ci ilin sentyabr ayının ortalarında həmin yerdə 1.500 manatını alaraq, ona cəmi 6.500 manat məbləğində xeyli miqdarda ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmə məqsədi ilə X15 və X12 vasitəsilə X1 etibarından sui-istifadə edərək qardaşı X5 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsinə söndürən işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan 01 iyun 2012-ci il tarixdə Bakı şəhəri, **************** prospektində yerləşən “Elmlər Akademiyası” metrosu yaxınlığında 3000 manat, işə qəbulla əlaqədar tibbi komissiyadan keçməsi üçün 2012-ci ilin iyul ayının sonlarında ünvan 4 ünvandakı Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti Mərkəzi Diaqnostik poliklinikasının inzibati binasının yaxınlığında 500 manat, işə qəbulla bağlı idman komissiyasından keçməsi üçün 2012-ci ilin avqust ayının əvvəllər ində ünvan 5 ünvanda yerləşən “********” kafesinin yaxınlığında 500 manat, işə qəbulla əlaqədar 2012-ci ilin iyul ayının ortalarında həmin yerdə 1500 manat və işə qəbulla əlaqədar 2012-ci ilin sentyabr ayının ortalarında yenə həmin yerdə daha 1500 manat pulunu alaraq İlhamə İmamverdiyevaya ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X15 və X9 vasitəsi ilə X3 etibarından sui-istifadə edərək oğlu X6 Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə idarəsinə yanğın söndürən işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2012-ci ilin may ayının ortalarında ünvan 6 ünvanda olan “********” kafesinin yaxınlığında 2000 manat, həmin ünvanda 2012-ci ilin may ayının sonlarında 2000 manat, 2012-ci ilin iyun ayının ortalarında 1500 manat, işə qəbulla əlaqədar tibbi komissiyadan keçməsi üçün 2012-ci ilin iyul ayının sonlarında ünvan 2 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyi sisteminin Tibb Xidməti Mərkəzi Diaqnostik poliklinikasının inzibati binasının yaxınlığında 500 manat, işə qəbulla əlaqədar 2012-ci ilin avqust ayının əvvəllərində ünvan 7 ünvanda yerləşən “********” kafesinin yaxınlığında 1000 manat və işə qəbulla əlaqədar 2012-ci ilin sentyabr ayının ortalarında həmin yerdə 1500 manat pulunu alaraq H6ə ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı il ə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Mirpaşa Hüseynov və Həsən Əhmədovdan ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs 13 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti vermişdir. 05 dekabr 2019-cu il tarixdə məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə əlavə vermişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin olunduğunu əsas gətirərək Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini və ağır xəstəlikdən əziyyət çəkdiyini, 64 yaşının olmasını və ona təyin edilmiş cəzanın çox hissəsini çəkməsini nəzərə alaraq ona cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, yaxud cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavəsində işə baxan məhkəmələr tərəfindən ona ağır cəza təyin olunduğunu əsas gətirərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini və ona təyin olunmuş cəzanın üçdə birini çəkdiyini, barəsində üç dəfə həvəsləndirmə tədbiri tətbiq olunmasını, yaşının 64 olmasını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və ya cəzasının cərimə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Anar Məmmədovun, zərərçəkmiş şəxslər H6in və Kərim Hüseynovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində işə baxan məhkəmələr tərəfindən iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin olunduğunu əsas gətirərək barəsində olan Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini, ağır xəstəlikdən əziyyət çəkdiyini, 64 yaşının olmasını və ona təyin edilmiş cəzanın çox hissəsini çəkməsini nəzərə alaraq ona cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, yaxud cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə qeyd edilməlidir ki, məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa h eç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkum Təqsirləndirilən şəxs isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, eləcə də tədqiq edilmiş cinayət işinin materi allarında olan sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun mü dafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassatorun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, cəzanın çəkilməmiş hissəsinin çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə məsələyə Cəzaların İcrası Məcəlləsinə əsasən hökmün icrası qaydasında baxılır. Hazırda isə məhkum Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilməsi üzrə işə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılır. Bu səbəbdən kassatorun bu dəlili əsassızdır. Məhkuma ədalətsiz cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza tə yin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törət miş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündən müəyyən olunur ki, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 178.2ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manata miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir və məhkəmə də maddənin sanksiyasının orta həddində olan dörd il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç də ağır cəza kimi qiymətləndirmək mümkün deyildir. Kassasiya kollegiyasının qənaətinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Belə ki, iş materiallarından görünür ki, məhkum cinayətin əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən - əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, məhkum etdiyi cinayət əməllərinin ictimai təhlükəli nəticələrini dərk edərək əməlindən peşman olmamış, onun tərəfindən iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilməmiş, ziyanın azaldılması istiqamətində heç bir cəhd edilməmişdir. Məhkumun ağır xəstə olması barədə dəlilinə gəlincə isə qeyd edilməlidir ki, iş materiallarında bu dəlili təsdiq edəcək heç bir sübut növü movcud deyildir. Ona görə də bu dəlil əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas v ermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan müəyyən olunur ki, məhkəmələr Təqsirləndirilən şəxs cəzanın növünü müəyyən edərkən və cəza təyin edəkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ədalətli həddini təyin etmişlər. Kollegiyanın qənaətinə görə, göstərilən Qanun müddəalarının tələbləri və Ali Məhkəmənin göstərilən Plen um qərarının tövsiyyələri baxımından, həmçinin yuxarıda şərh edilənlərin fövqündə yanaşdıqda məhkum Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti ədalətsiz görünmür və irəli sürülən dəlillər məhkumun cəzasının yüngülləşdirilməsinə, ona cərimə və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə heç bir əsas vermir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin digər bir dəlili onun barəsində cəza təyin edilərkən “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” 20 oktyabr 2017-ci Qanunun nəzərə alınmamasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci iİ tarixi Qanunu 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişd ir. Birinci instansiya məhkəməsinin hökmü isə 06 fevral 2018-ci il tarixdə elan edilmişdir. Hökmdən müəyyən olunur ki, məhkəmə 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci iİ tarixi Qanununun tələblərini nəzərə almış və məhkum Təqsirləndirilən şəxs bu dəyişikliyə uyğun olaraq cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir və onun cəzasının yüngülləşdirilməsi üçün hüç bir əsas görmür. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki sübutlarla müqayisəli surətdə tədqiq edərək məhkum tərəfindən törədilən cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayətin əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən - əvvəlcədən düşünülmüş şəkildə törətməsini, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilmədiyini və vurulan ziyanın azaldılması istiqamətində heç bir cəhd edilməməsini, həmçinin təyin edilən cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq, habelə cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini, onun cəzasının yüngülləşdirilməsini, məhkum Təqsirləndirilən şəxs cərimə cəzasının və ya azadlığın məhdudlaşdır ılması cəzasının təyin edilməsinin mümkün hesab etmir və bununla bağlı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmır, həmin şikayətlərin təmin edilmədən və məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkumun kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi təmin edil məsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar