Məhkəmə qərarları › İş №1(102)-76/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-76/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2 019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: X3) Məhkum Hacıməmmməd oğlu - xx.xx.1989-cu ildə Zaqatala rayonun Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkum edilmiş, həmin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının çəkilməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X4 təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xüsusi mülkiyyətində olan əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını təkrarən gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs3 işlətdiyi, saxlanc yeri hesab edilən məişət əşyalarının satışı mağazasının plastik materialdan olan giriş qapısının şüşəsini daşla vurub sındırdıqdan sonra qanunsuz olaraq həmin mağazaya daxil olub sonuncuya məxsus, 01 ədəd 108 sm dioqanallı “Samsung” markalı televizoru həmin mağazanın saxlanc yerindən qanunsuz və əvəzsiz götürüb gizli talayaraq qəsdən Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum, tamah niyyəti ilə dos tu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5, Ünvan1 yerləşən evinin yaxınlığında saxladığı, etibarnamə əsasında idarə etdiyi, faktiki istifadəsində və sahibliyində olan, “VAZ-2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olmuş, mühərriki işə salan kontakt açarı olmadığından sükanın alt hissəsində olan, mühərriki işə salmağa imkan verən elektrik naqillərini yerindən çıxarıb birbaşa birləşdirib mühərriki işə salaraq hadisə yerindən uzaqlaşmaqla, həmin avtomobili hüquqazidd ələ keçirib gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 qəsdən 4500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmin avtomobil üzə rində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdikdən sonra, həmin gün də oğurladıqları avtomobili idarə edib Zaqatala rayonunun Yengiyan kəndinə gətirərək, həmin kənd sakini X5 500 manata satmışdır. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti ilə dostu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs7 Əlqulu oğlunun, Ünvan1ndə olan evinin yaxınlığında saxladığı, etibarnamə əsasında idarə etdiyi, faktiki istifadəsində və sahibliyində olan, “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək, avtomobilin salonuna daxil olmuş, mühərriki işə salan kontakt açarı olmadığından sükanın alt hissəsində olan, mühərriki işə salmağa imkan verən elektrik naqi llərini yerindən çıxarıb birbaşa birləşdirməklə mühərriki işə salaraq hadisə yerindən uzaqlaşmaqla, həmin avtomobili hüquqazidd ələ keçirib gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs7 qəsdən 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmin avtomobil üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdikdən sonra, həmin gün oğurladıqları avtomobili idarə edib Zaqatala rayonuna gətirərkən, Yevlax rayonunun ərazisində olduqları zaman Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təqib edildiyini görüb cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin avtomobili yolun kənarında saxlayaraq oradan qaçmışdır. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə dostu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxx 2019-cu il tarixdə, s aat 02 radələrində Zərərçəkmiş şəxs6 Ünvan1ndə olan evinin qarşısında saxladığı, etibarnamə əsasında idarə etdiyi, faktiki istifadəsində və sahibliyində olan, “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək, avtomobilin salonuna daxil olmuş, mühərriki işə salan kontakt açarı olmadığından sükanın alt hissəsində olan, mühərriki işə salmağa imkan verən elektrik naqillərini yerindən çıxarıb birbaşa birləşdirməklə mühərriki işə salaraq hadisə yerindən uzaqlaşmaqla, həmin avtomobili hüquqazidd ələ keçirib gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs6 qəsdən 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmin avtomobil üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdikdən sonra, həmin gün oğurladıq ları avtomobili idarə edib Zaqatala rayonuna gətirmiş, rayonun Dağlı kəndi ərazisində olduqları zaman Zaqatala RPŞ DYPB-nin əməkdaşları tərəfindən təqib edildıklərini görüb cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin avtomobili yolun kənarında saxlayaraq oradan qaçmışdır. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə dostu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu il tarixdə, saat 01:30 radələrində yaşayış sahəsinə, yəni Zərərçəkmiş şəxs4 Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evinin həyətinə daş hasarın üzərindən aşmaqla keçdikdən sonra yaşayış evinin mətbəxinin həyətə tərəf olan pəncərəsinin itələyərək açmaqla qanunsuz olaraq mətbəxə, oradan isə evin yataq otağına, yəni yaşayış sahəsinə daxil olaraq, oradan sonuncuya məxsus, 01 ədəd odlu suilah hesab edilməyən “Fantom” markalı tir tüfəngini qanunsuz və əvəzsiz götürməklə gizli talayaraq, Zərərçəkmiş şəxs4 qəsdən 138 (bir yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə dostu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu il tarixdə, saat 02:30 radələrində saxlanc yerinə, yəni Zərərçəkmiş şəxs1 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evinin həyətindəki fındıq sexinin giriş qapısında olan qıfılı dartaraq açmaqla qanunsuz olaraq həmin sexə daxil olmuş, oradan sonuncuya məxsus, hər birinin çəkisi 40 kiloqram olan 4 kisə, ümumilikdə 1760 manat dəyərində 160 kq fındıq ləpəsini və çəkisi 34 kiloqram olan, 142,80 manat dəyərində 1 kisə qabıqlı fındığı qanunsuz və əvəzsiz olara q gizli talayaraq, Zərərçəkmiş şəxs1 qəsdən ümumilikdə 1902,80 (bir min doqquz yüz iki manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən tamah niyyəti ilə dostu X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2019-cu il tarixdə saat 02:30 radələrində saxlanc yerinə, yəni Zərərçəkmiş şəxs1 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evinin həyətindəki fındıq sexinin arxa üst tərəfində olan dəmir barmaqlığı çıxarıb qanunsuz olaraq həmin sexə daxil olaraq, oradan sonuncuya məxsus, hər birinin çəkisi 40 kiloqram olan 6 kisə, ümumilikdə 2640 (iki min altı yüz qırx) manat dəyərində 240 kq fındıq ləpəsini gizli şəkildə sexdən çıxarıb, sonradan özləri ilə aparmaq üçün sexdən 10 metr kənarda yığmış, lakin evin həyətindəki itin dayanmadan hürdüyünü görüb ev sahibi Zərərçəkmiş şəxs1 itin səsini eşidib həmin yerə gələcəyindən ehtiyat edərək sexdən çıxardıqları fındıq ləpəsini həmin yerdə qoyub ərazidən uzaqlaşmaqla, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayətinin törədilməsinə cəhd etmişdir. Həmçinin, Məhkum təkrarən tamah niyyəti ilə xx xxxx 2019-cu il tarixdə saat 02 radələrində saxlanc yerinə, yəni Zərərçəkmiş şəxs2 Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evinin həyətindəki fındıq sexinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus, hər birinin çəkisi 40 kiloqram olan 2 kisə, ümumilikdə 880 manat dəyərində 80 kq fındıq ləpəsini qanunsuz və əvəzsiz götürməklə gizli talamış və zərərçəkmiş şəxsə qəsdən 880 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən dövlət ittihamçısı Namiq Əsgərov tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apelyasiya protestinə münasibətdə Məhkum təy in edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2-ci və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək kor anasının və iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində olan cinayət işinə obyektiv baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddə sinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində anasının gözdən əlil (kor) olmasını və iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində olan cinayət işinə obyektiv baxılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu i l tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xüsusi mülkiyyətində olan əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını təkrarən gizli olaraq talamağa cəhd etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü məhkuma təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 4 (dörd) aya artırılmıışdır. Məhkum kassasiya şikayətində əməllərinin hüquqi tövsifini mübahisələndirməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ona ittiham olunan cinayət əməllərinin törədilməsində təqsirliliyini sübut edən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması hallarına yol verilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən Məhkum cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş zərəri qismən ödəməsini, öhdəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar, habelə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəmə sinin təqsirləndirilən şəxs Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə razılaşsa da, onun əməlində cinayətlərin residivi olması və ona təyin edilmiş cəzanın müddəti ilə bağlı hissədə Cinayət Məcəlləsinin normalarının düzgün tətbiq etməməsi qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. İşin hallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zaqata la Rayon Məhkəməsinin x xxxxxxx 2015-ci il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən çəkilməmiş qalan 10 ay 16 gün 2 müddət azadlıqdan məhrum etmə cəzası həmin cəza ilə qismən birləşdirilərək ona qəti 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxxx 2017-ci il tarixli Qanunun müvafiq müddəaları tətbiq edilərək Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli hökmündən onun Cinayət Məcəlləsinin 177.2.2-c i maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair, həmçinin Zaqatala Rayon Məhkəməsinin x xxxxxxx 2015-ci il tarixli hökmündən onun Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissələri xaric edilmişdir. Məhkum x xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, Məhkum hazırkı cinayət əməlini x xxxxxx 2019-cu il tarixdə törədərkən Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2013-cü il və x xxxxxxx 2015-ci il tarixli hökmlərinə münasibət də məhkumluqları ödənilməmiş və götürülməmişdir. Bu səbəbdən də, onun əməlində cinayətlərin təhlükəli residivi olmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də c əza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya protestində qeyd edilən Məhkum münasibət cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci və 405.1-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hökmündə yuxarıda göstərilən dəyişikliyi etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi nəticələr qanunun tələbinə uyğundur, ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və mə hkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar