Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, bəraət almış şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-c i maddələri ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, X22 Məcidov, X5 ibarət tərkibdə) 07 iyun 2021-ci il tarixli hökmü ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Dövlət Gömrük Komitəsi X2 Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213-1.2.1 maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəz ası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmış, sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulmuşdur. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Barəsində xüsusi müsadirə tətbiq edilməmişdir. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Məhkum təhvil verilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli "maddi sübutun təhvil verilməsi” haqqında aktın cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X7 ibarət tərkibdə) 16 sentyabr 2021-ci il tarixli qərarı ilə məhkum olunmuş Məhkum və Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Vüsal Mehrəliyev tərəfindən verilmiş apellyasiya pro testi qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-702/2021 saylı, 07 iyun 2021ci il tarixli hökmü Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Vüsal Mehrəliyev tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət 179.3.2, 2131.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsii tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213-1.2.1 maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin "həbs”qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəza çəkmə müddətinin əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması, qərarın icrasının Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkib də) 07 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X13 və X11 ibarət tərkibdə) 13 iyun 2022-ci il tarixli hökmü apellyasiya protesti təmin olunmamış, apellyasiya şikayətləri təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair 07 iyun 2021-ci il tarixli hökmü ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verilmişdir. İş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Məhkum təhvil verilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli "maddi sübutun təhvil verilməsi” haqqında aktın cinayət işinin materiallarında saxlanılması, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui- istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun iz ah edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyindən müvafiq cinayətləri törətmiş şəxs müəyyən edilmədiyindən bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin müəyyən edilərək cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 29 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlə t Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən Azərterminalkompleks Birliyinin direktorunun xx.xx.2016-cı il tarixli 107 saylı əmri ilə təsdiq edilmiş həmin Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3 və 5.6-cı bəndlərinə, habelə həmin Birliklə aralarında bağlanmış 10 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük orqanının müraciəti əsasında Birliyin anbarlarına qəbuletmə aktı tərtib etməklə qəbul edilməsini həyata keçirmək, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmal ar üzrə gömrük orqanları tərəfindən saxlanca götürülmüş və isintaq altında olan malların anbarlara qəbul edilməsini həyata keçirmək, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi malların anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirmək, Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək və digər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmalı, müəssənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini adınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmalı və müəyyən edilmiş qay dada hesabat tərtib edib tələb olunan yerə təqdim etməli olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq Dövlət Gömrük Komitəsinə məxsus olmaqla xx.xx.2020-ci il tarixli "maddi sübutun təhvil verilməsi” barədə aktla qeyd olunan Baş idarənin təhqiqat şöbəsinin baş tə hqiqatçısı X10 tərəfindən saxlancın təmin edilməsi üçün "Azərterminalkompleks” Birliyinin Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında şəxsən özünə təhvil verilmiş 924.000 qutu "Milano”, 983.500 qutu "Cavallo”, 584.000 qutu "Kent Nanotek 2.0” və 29.000 qutu "X21” markalı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri (tütün məmulatlarını) anbara yükləyib saxlanc üçün qəbul etdikdən sonra xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddətdə 1 qutunun dəyəri 1.5 manat olmaqla cəmi 12.679,5 (on iki min altı yüz yetmiş doqquz manat əlli qəpik) manat dəyərində "Milano” markalı siqaretdən 8.453 (səkkiz min dörd yüz əlli üç) qutu, 1 qutunun dəyəri 1.5 manat olmaqla cəmi 12.003 (on ik min üç) mana t dəyərində "Cavallo” markalı siqaretdən 8.002 (səkkiz min iki) qutu, 1 qutunun dəyəri 3 manat olmaqla cəmi 67.746 (altmış yeddi min yeddi yüz qırx altı) manat dəyərində "Kent Nanotek 2.0” markalı siqaretdən 22.582 (iyirmi iki min beş yüz səksən iki) qutu və 1 qutunun dəyəri 4 manat olmaqla cəmi 65.592 (altmış beş min beş yüz doxsan iki) manat dəyərində "X21” markalı siqaretdən 16.398 (on altı min üç yüz doxsan səkkiz) qutu olmaqla, ümumilikdə 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində tütün məmulatlarını istintaqa məlum olmayan şəraitdə anbardan çıxarmaqla aksiz markası ilə markalanmalı olan qeyd olunan külli miqdarda məhsulları aksiz markası olmadan satış məqsədilə istintaqla müəyyən edilməyən yerdə saxlamaqla satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyac larına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübut qismində tanınmış əşyaların (malların) qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum maddi məsul vəzifəli şəxs olmasını, tütün məlumatlarının saxlanılıb qorunması üçün ona etibar edilməsini, həmin əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılmasını, bir müddətdən sonra isə bu əmlakın bir hissəsinin çatışmazlığının aşkar edilməsini qəbul etmiş, lakin həmin çatışmazlığın baş verməsinə görə məhz Cəlilzadənin cinayət məsuliyyətinə cəlb edilməli olmasını əsaslı hesab etməmişdir. Məhkəmənin mövqeyinə görə belə bir nəticəyə gəlmək üçün tütün məmulatlarının bir hissəsinin çatışmazlığının aşkar edilməsi ilə yanaşı həmin məmulatların məhz Cəlilzadə tərəfindən mənimsənilməsi, yəni anbardan çıxarılması, yük avtomobillərinə yüklənməsi, satışa verilməsi də təsdiq edilməlidir. Məhz bu mövqedən çıxış edən məhkəmə kollegiyası 2020-ci ilin iyul ayında aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin müxtəlif satış nöqtələrində satışının həyata keçirilməsi, bunun həcminin həmin dövrdə artması, s atış nöqtələrinin müəyyən edilərək hətta oradan nümunə üçün alması barədə məlumatların yoxlanılmadığını qeyd etmişdir. Halbuki, mənimsəmə cinayətinin başa çatma anı nəzərə almarsa bu kimi halların müəyyən edilməsinin vacibliyi müəyyən oluna bilər. İşin faktiki hallarına əsasən tütün məmulatlarının anbardan oğurlanmasının kifayət qədər təkzib edildiyi müəyyən olunur. İş üzrə toplanmış sübutlardan görünür ki, anbarda hər hansı bir oğurluq hadisəsi baş verməmiş, siqaretlər məhz anbarın qapısından daxil olmaqla götürülmüş, aşkar edilmiş boş karton qutularının olması, hər hansı bir kənar müdaxilənin olmaması onu deməyə əsas verir ki, siqaretlər açar və möhürün təhvil verildiyi Cəlilzadə tərəfindən anbardan çıxarılmışdır. Bu isə etibar edilmiş şəxs tərəfindən əmlakın talanmasını - mənimsənilmə si deməkdir. Apellyasiya məhkəməsi araşdırma aparmadan yekun nəticəyə gəlmiş, əsassız olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə bax mış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xey rinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verilməsi barədə Apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-c i maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulması na gətirib çıxara bilər. Cinayət işi üzrə müyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq Dövlət Gömrük Komitəsinə məxsus olmaqla xx.xx.2020-ci il tarixli "maddi sübutun təhvil verilməsi” barədə aktla qeyd olunan Baş idarənin təhqiqat şöbəsinin baş təhqiqatçısı X10 tərəfindən saxlancın təmin edilməsi üçün "Azərterminalkompleks” Birliyinin Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında 924.000 qutu "Milano”, 983.500 qutu "Cavallo”, 584.000 qutu "Kent Nanotek 2.0” və 29.00 0 qutu "X21” markalı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri (tütün məmulatlarını) Məhkum təhvil verilmiş, sonuncu göstərilən malları anbara yükləyib saxlanc üçün qəbul etdikdən sonra xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddətdə ümumilikdə 158.020,5 manat dəyərində tütün məmulatlarını istintaqa məlum olmayan şəraitdə anbardan çıxarılmaqla aksiz markası ilə markalanmalı olan qeyd olunan külli miqdarda məhsulları aksiz markası olmadan satış məqsədilə istintaqla müəyyən edilməyən yerdə saxlanılmaqla satılmış və bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində külli miqdarda ziyan vurulmuşdur. Cinayət işinin material larında olan maddi sübutun təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli aktdan məlum olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X10 Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 924.000 qutu “Milano”, 983.500 qutu “Cavallo”, 584.000 qutu “Kent Nanotek 2.0” və 29.000 qutu “X21” markalı tütün məmulatlarını (siqaretləri) saxlancın təmin edilməsi üçün xx.xx.2020-ci il tarixdə X2 Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyən və həmin Birliyin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına maddi məsul şəxs Məhkum təhvil vermiş, həmin akt sonuncu tərəfindən imzalanmaqla qeyd edilən siqaretlər saxlanca təhvil alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Azərterminalkompleks Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində “Mal bazarı” adlanan ərazidə yerləşən anbara müvəqqəti saxlanca təhvil verilmiş siqaretlərin əskik olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşları tərəfindən həmin anbara maddi məsul şəxs Məhkum iştirakı ilə siqaretlərə baxış keçirilərkən siqaret qutuları (yeşikləri) yığılmış cərgələrin üst hissəsində boşluqların, həmçinin digər cərgələrdəki içərisi siqaretlərlə dolu olan karton qutular ın arasında, içərisində siqaret olmayan boş karton qutuların olduğu müəyyən edilmişdir. Bundan sonra aksiz markası ilə markalanmayan “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X21” markalı siqaretlər ayrı-ayrılıqda sayılmış, ekspertiza tədqiqatından sonra anbarda “Kent Nanotek 2.0” markalı siqaretin qalıq sayı 583.900 qutu olmalı olduğu halda, 561.318 qutu, yəni 22.582 qutu əskik, “X21” markalı siqaretin qalıq sayı 28.900 qutu olmalı olduğu halda, 12.502 qutu, yəni 16.398 qutu əskik, “Cavallo” markalı siqaretin qalıq sayı 983.400 qutu olmalı olduğu halda, 975.398 qutu, yəni 8.002 qutu əskik və “Milano” markalı siqaretin qalıq sayı 923.900 qutu olmalı olduğu halda, 915.447 qutu, yəni 8.453 qutu əskik olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3- cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəməbioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 mart 2020-ci il tarixli, 34/151/011850 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş “Milano”, “CavaNo”, “Kent Nanotek 2.0” və “X21” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. - Ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda tütün məmulatların (siqaretlərin) 26 mart 2020-ci il tarixə orta bazar qiyməti aşağıdakı kimidir Milano - 1.5 manat, Cavallo -1.5 manat Kent Nanotek 2.0 - 3 manat X21 - 4 manat Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi nə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən anbarına saxlanca verilmiş tütün məmulatların (siqaretlərin) çatışmayan hissəsinin qiyməti aşağıdakı kimi olmuşdur. - Milano markalı siqaretin 1 qutunun dəyəri 1.5 manat olmaqla 8.453 qutu siqaretin ümumi dəyəri 12.679,5 (on iki min altı yüz yetmiş doqquz manat əlli qəpik) manat, - Cavallo markalı siqaretin 1 qutunun dəyəri 1.5 manat olmaqla 8.002 qutu siqaretin ümumi dəyəri 12.003 (on ik min üç) manat, - “Kent Nanotek 2.0” markalı siqaretin 1 qutunun dəyəri 3 manat olmaqla 22.582 qutu siqaretin ümumi dəyəri 67.746 (altmış yeddi min yeddi yüz qırx altı) manat, - “X21” markalı siqaretin 1 qutunun dəyəri 4 manat olmaqla 16.398 qutu siqaretin ümu mi dəyəri 65.592 (altmış beş min beş yüz doxsan iki) manat olmaqla, qeyd edilən 4 adda tütün məmulatların (siqaretlərin) ümumi dəyəri 158.020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) təşkil etmişdir. Cinayət işinin materiallarında olan əmrlərdən və müqavilədən məlum olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin direktorunun xx.xx.2018- ci il tarixli, 182/482Ş nömrəli əmri ilə Cəlilzadə X1 Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. Birliyin direktorunun xx.xx.2018-ci il tarixli, 182/545 Ş nömrəli digər əmri ilə həmin Birliyin Bakı şəhəri Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi və Bakı şəhəri Səngəçal qəsəbəsi, Salyan şössesi 52 ünvanındakı a nbarlar müvafiq əməkdaşlardan təhvil alınıb Məhkum təhvil verilmişdir. xx.xx.2018-ci il tarixdə Məhkum ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin direktorunun digər əmrləri ilə Məhkum xx.xx.2016-cı il tarixdən yuxarıda qeyd edilən vəzifəyə təyin edilənədək həmin Birliyin ayrıayrı şöbələrində müxtəlif vəzifələrə təyin edilmiş, hər dəfə onunla tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin direktorunun xx.xx.2020-ci il tarixli, 2300/205Ş nömrəli əmri ilə Məhkum əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə ə sasən tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş şəxslərdən heç biri həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında Məhkum rəhbərlik etdiyi anbarda saxlanılan hər hər hansı əmlakı, o cümlədən tütün məmulatları olan siqaretləri nə vaxtsa bu və ya digər miqdarda çıxarmasını, həmin əmlakı satmaq məqsədilə hər hansı şəxsə verməsini, zərurət olmadan nəqliyyat vasitələrinə yükləyərək naməlum istiqamətdə aparmasını göstərməmiş, Məhkum özü də belə halların olmasını qətiyyətlə inkar etmişdir. Məhkum olunmuş şəxs siqaretlərin satışının həyata keçirilməsinin yerləri barədə məlumatının olmasını bildirərək ibtidai araşdırma orqanına və məhkəmələrə bu yerləri göstərə bilməsini, siqaretləri s atan şəxslərin vasitəsilə isə onlara həmin siqaretləri verən şəxslərin müəyyən edilməsi mümkünlüyünü də göstərmiş və hətta bununla bağlı polis orqanlarına da müraciət etmişdir. Apellyasiya məhkəməsi qeyd etdiyi hallara hüquqi qiymət verərək hesab etmişdir ki, Məhkum maddi məsul vəzifəli şəxs olması, yuxarıda göstərilən tütün məlumatlarının saxlanılıb qorunması üçün ona etibar edilməsi, həmin əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması, bir müddətdən sonra isə bu əmlakın bir hissəsinin çatışmazlığının aşkar edilməsi toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq olunsa da, çatışmayan tütün məmulatlarının hansı şəraitdə, hansı vaxtda, hansı üsulla onun və ya başqa şəxs tərəfindən anbardan çıxarılmasına, onları satmaq üçün kimlərə verməsinə, yaxud özünün satmasına dair hər hansı sübüt əldə edilməmişdir. Həmçinin istintaq orqanı Məhkum təqsirli bilindiyi cinayətlərin obyektiv cəhətlərini təşkil edən qanuna zidd əməllərin törədilməsinin təsdiq olunması istiqamətində heç bir hərəkət etməmiş və müvafiq sübutlar əldə olunmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, Məhkum tərəfindən saxlanılıb qorunması üçün ona etibar edilmiş əmlakın talanmasında iştirakını təsdiq edən sübutlar müəyyən edilməsə də, Məhkum əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması və qorunmasını lazımi qaydada təşkil edib-etməməsi məsələlərinə qiymət verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Məhkum maddi məsul vəzifəli şəxs olmaqla ona eti bar edilmiş əmlakın anbarlara qəbul edilməsini həyata keçirmək, anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirməklə yanaşı Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmaq kimi səlahiyyətlərə da malik olmuşdur. Onun qeyd edilən səlahiyyətləri rəsmiləşdirilmiş tam maddi məsuliyyət haqqında müqavilədə də öz əksini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərterminalkompleks Birliyinin direktorunun xx.xx.2016-cı il tarixli 107 saylı əmri ilə təsdiq edilmiş həmin Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3 və 5.6-cı bəndlərinə, habelə həmin Birli klə aralarında bağlanmış 10 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük orqanının müraciəti əsasında Birliyin anbarlarına qəbuletmə aktı tərtib etməklə qəbul edilməsini həyata keçirmək, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə gömrük orqanları tərəfindən saxlanca götürülmüş və isintaq altında olan malların anbarlara qəbul edilməsini həyata keçirmək, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi malların anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirmək, Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək və di gər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi olmaqla, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmaq, müəssənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini adınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmaq və müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerə təqdim etmək kimi öhdəlikləri olmuşdur. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi anbara yerləşdirilmiş malların qorunub saxlanması lazımi qaydada təşkil edilməməsi göstərilən əmlakların talanması üçün şərait yaranmasına səbəb olmuş və nəticədə əmlakların talanması kimi cinayət hadisəsi baş vermişdir. Apellyasiya məhkəməsi göstərilən bu hallara qiymət vermədən, Məhk um maddi məsul şəxs kimi öz vəzifə səlahiyyətlərini lazımi qaydada icra edilməsinin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmadan Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Halbuki, birinci instansiya və apellyasiya məhkəməsində Məhkum ifadəsindən görünür ki,siqaretlər onun müşaiəti ilə “166 yükdaşıma” xidməti vasitəsi ilə birbaşa Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndində yerləşən anbarına daşınmış, orada 2-ci mərtəbəyə yüklənib saxlanılması təşkil edilmişdir. Həmin siqaretlər maddi sübut olduğundan “Morfhy” anbarına aparılmalı olsa da, qeyd edilən anbarda yer olmadığından məcbur qalıb Məhəmmədi kəndindəki anbara aparmışdır. Onun iştirakı ilə siqaretlərin təhvil alınması barədə akt tərtib olunmuş və həmin aktı, təhvil alan şəxs kimi o, təhvil verən şəx s kimi isə baş təhqiqatıçısı Rauf Osmanov imzalamışlar. Təhvil aldığı malı anbara boşaldarkən bir daha tərəfindən sayılmış, heç bir çatışmamazlıq aşkar edilməmişdir. 2020-ci ilin may ayında Dövlət Gömrük Komitəsi tərəfindən Zərərçəkmiş şəxs anbarlarında saxlanılan siqaret məhsullarının siyahısı tələb olunduğundan o, maddi məsul şəxs olduğu həmin 2 anbarda saxlanılan siqaretləri bir daha sayıb siyahısını çıxarmışdır. Həmin vaxt o, qeyd edilən siqaretləri də saymış və heç bir çatışmamazlıq aşkar edilməmişdir. Məhəmmədi kəndindəki anbarda onunla yanaşı 2 fəhlə və 2 mühafizəçi işləmiş, başqa işçi olmamışdır. Fəhlələr yalnız yük boşaldıldıqda və ya anbardan hansısa yük aparıldıqda onunla birlikdə anbara daxil olmuş, yəni onsuz heç kim anbara daxil olmamışdır. Mühafizəçilər isə növbəli şəkildə b ir gündən bir gecələr saat 18:00-dan növbəti gün saat 09:00-dək anbarı mühafizə etməklə heç vaxt anbara daxil olmamış, xidmətlərini anbarın çölündə təşkil etmişlər. Anbarın ümumilikdə 5 ədəd girişçıxış qapısı olmaqla bütün qapıların açarları yalnız onda olmuş, başqa heç kimdə açar olmamış, həmin qapıların hamısı tərəfindən bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş nömrəli plombla bağlanmışdır. Həmin qapılardan adətən 3-ü istifadə edilmiş, işçi kimi özü və fəhlələr işə gələndə yalnız balaca qapı, yük gətirilib-aparılanda isə iri darvazalar açılmışdır. Hər dəfə anbara yükün boşaldılması bitdikdən sonra dərhal tərəfindən bağlanılıb qapılara nömrəli plomb vurulmuşdur. … 29 yun 2020-ci il tarixdə o, da “koronavirus”, xəstəliyinə yoluxduğundan ev şəraitində 14 gün müddətində müalicə almış, həmi n müddət ərzində heç vaxt işə getməmiş, onu heç kim əvəz etməmiş, anbarın açarı onda olduğuna görə anbar da bağlı olmuşdur. Karantində olduğu müddətdə yalnız bir dəfə anbarın açarını fəhlə Vahid Güləliyevə vermişdir ona görə ki, Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi Vidadi ona zəng edib həmin siqaretlərdən nümunələr götürüb ekspertizaya təqdim etmək lazım olduğunu və bu işi təxirə sala bilməyəcəyini bildirib anbarın açılmasını xahiş etmiş, bundan sonra o, anbarda fəhlə işləyən Vahid Güləliyevi yaşadığı evə çağırıb anbarın açarını sonuncuya verib anbarı açmasını və siqaretlərdən müəyyən qədər nümunə kimi müstəntiqə verməsini xahiş etmişdir. Vahid müstəntiq Vidadinin iştirakı ilə anbarı açıb birlikdə daxil olmuş, siqaretlərdən müəyyən qədər verdikdən sonra birlikdə anbarı bağlamış, Vi dadi öz istifadəsində olan nəqliyyat vasitəsi ilə Vahidi onun yaşadığı ünvana gətirmiş, Vahid anbarın açarlarını ona təhvil verib getmişdir. … 16 iyul 2020-ci il tarixdə axşam anbarı bağlayıb getdikdən bir saat sonra, yəni saat 18:00 radələrində şöbə rəisi Şahid7 zəng edib anbarın hansısa pəncərəsinin dəmir barmaqlığının qırılması barədə mühafizə xidmətinin məlumat verdiyini, buna görə mühafizəçinin anbarı təhvil almadığını bildirmişdir. O dərhal anbara getmiş, anbarın 1-ci mərtəbəsində təxminən 30x30 sm ölçüsündə olan kiçik bir pəncərənin çöl tərəfində olan dəmir barmaqlığın fiziki təsir nəticəsində qırıldığını, lakin pəncərənin bağlı olduğunu, habelə şüşəsinin sınmadığını müəyyən etmişdir. Həmin pəncərənin ölçüləri kiçik olduğundan oradan kiminsə içəri girməsi mümkünsüzdür. Birinci insta nsiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsindən görünür ki, o, 2020-ci ilin fevral ayından Azərterminalkompleks Birliyinin Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında mühafizəçi kimi işləmişdir. Həmin ərazidə Azərterminalkompleks Birliyinin 2 ədəd anbarı olmuş, onlardan birinə Məhkum, digərinə isə başqa şəxs cavabdeh olmuş, hər bir anbarın ətrafı hasara alınmaqla həyətləri ayrı olmuşdur. Anbarın mühafizəsi yalnız gecələr həyata keçirilməklə hər gün saat 18:00-dan növbəti gün saat 09:00-dək təşkil olunmuşdur. Həmin anbarı bir gündən bir növbəli şəkildə digər mühafizəçi Şahid4 ilə mühafizə etmişlər. Səhər saatlarında, yəni saat 09:00-da saat 18:00-dək anbarda işçilər olduğuna görə anbar mühafizə olunmamışdır. Hər gün işə çıxarkən ilk növbədə anbarın bütün qapı və pəncərələrinin bağlı olub-olmamasını, habelə qapılara nömrəli plombların vurulub-vurulmamasını, plomblara müdaxilə halın olubolmamasını yoxlamışdır. Hər hansı qanunsuz hal aşkar edilmədikdə növbəni təhvil alaraq xidməti təşkil etmişdir. Mühafizəçi kimi heç vaxt anbarın içərisinə daxil olmamış, orada hansı malların saxlanması barədə məlumatı olmamış, mühafizə xidmətini çöldə, anbarın ətrafında gəzməklə təşkil etmişdir. İşlədiyi müddətdə anbarın açar və plomblarına hər hansı müdaxilə edilməsi halı ilə rastlaşmamışdır. Yalnız bir dəfə xx.xx.2020-ci il tarixdə növbəni qəbul edərək anbarın qapı və pəncərələrini yoxlayarkən birinci mərtəbədə 30x30 sm ölçülərində kiçik bir pəncərənin (nəfəsliyin) dəmir barmaqlıqlarının divara bərkidilən yerindən qırıldığını, bunun hiss olunmaması üçün həmin barmaqlığın pəncərənin çərçivəsinə söykədildiyini, pəncərənin isə açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. O, bu barədə dərhal mühafizə xidmətin rəhbərliyinə, habelə anbarların rəhbəri Şahid7 məlumat vermiş, bir müddət sonra anbara maddi məsul şəxs Məhkum ora gəlmişdir. Ağaəli həmin pəncərəyə baxıb həmin pəncərənin anbardakı silah otağına açıldığını bildirmişdir. Daha sonra Ağaəli anbarı açıb içəridə hər hansı çatışmazlığın olubolmamasını araşdırmış, silah otağın qapısının bağlı olduğunu, yəni həmin otaqdan anbara daxil olmaq mümkün olmadığını bildirmişdir. Otaqdakı əşyaları da yoxlayıb hər hansı çatışmazlıq olmadığını demiş, anbarın qapısını bağlayıb plombladıqdan sonra usta çağırıb dəmir barmaqlığı yerinə bərkitmişdir. Ağaəli hər şeyin qaydasında olduğunu bildirdikdən sonra o, növbəni təhvil alıb anbarı mühafizə etmişdir. Bundan bir həftə sonra, yəni 23 iyul 2020-ci il tarixdə digər mühafizəçi Şahid4 növbəyə gəldikdə orada DGK-nin çoxlu sayda əməkdaşlarının olmasını görmüş, həmin əməkdaşlar anbarın içərisində olan siqaretləri sayarkən çoxlu sayda çatışmazlıqlar aşkar etmələrini bilmişdir. O, siqaretlərin hansı şəraitdə və kim tərəfindən aparılmasını bilməmiş, xidmət göstərdiyi müddətdə onun növbəsində anbardan heç bir oğurluq halı olmamışdır. Anbara kənardan kiminsə girib oğurluq etməsi mümkün deyildir. Belə ki, anbar kimsəsiz, çöllük bir ərazidə yerləşməklə ətrafı mişar daşı ilə hündür hasara alınmış, həyətinə girmək üçün ayrıca darvazası vardır. Kənar yerdən anbarın həyətinə girmək mümkün deyildir. Anbarın birinci mərtəbəsindəki bütün pəncərələrdə dəmir ba rmaqlıqlar olmuş, ikinci mərtəbə isə yerdən kifayət qədər hündürlükdə yerləşməklə daim içəridən bağlı olmuşdur. Anbarın yerləşdiyi ərazi küləklitozlu olduğundan bütün pəncərələr həmişə tozlu olmuş, əgər kimsə 2-ci mərtəbənin pəncərəsindən içəri girməyə cəhd etsə pəncərənin üzəridəki toz ləkələrində izləri qalmalı idi. Mühafizəçi kimi anbarın açarı onda və Şamxalda olmamışdır. Onda yalnız anbarın həyətinə açılan darvazanın açarı olmuşdur. Həmin hadisəyə qədər anbarda mühafizə kameraları olmamış, yalnız bu hadisədən sonra anbarın içərisinə və çölünə lazımi yerlərdə çoxsaylı mühafizə kameraları quraşdırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid4 ifadəsində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilm iş Şahid7 ifadəsində göstərmişdir ki, keçən ilin iyun ayında xəstə olduğundan işə çıxmamışdır. Gömrük Komitəsindən ona zəng olunmuş və DGK X2 mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlanc anbarına baxış keçirilməsi üçün əməliyyatçıların gəldiyini bildirmişlər. O da Məhkum zəng vuraraq, anbara baxış keçirilməsi üçün şərait yaradılmasını bildirmişdir. Ağaəli də ona anbardakı malların sayıldığını və çatışmazlıq olduğunu demişdir. Anbar yoxlanıldıqdan sonra bununla bağlı akt tərtib olunmuş, Ağaəli işdən çıxarıldıqdan sonra idarədaxili komissiya yaradılmışdır. Anbar yoxlanılarkən, aşkar edilən çatışmazlıqlar ciddi olmamışdır. Ağaəli işdə olmayanda sonuncunu o, əvəz etmişdir. O, xəstələndiyində 1 ay yarım işə çıxmamışdır. Anbarda olan malların Ağaəlinin götürməsi ilə bağlı hər hansı bir məlumatı yoxdur. Mühafizidən ona bildirmişlər ki, anbarın pəncərəsi sınıq olmuşdur. Anbar yoxlanıldıqdan sonra ciddi pozuntu aşkar edilməmişdir. Anbarın açarları Ağaəlidə olmuşdur. DGK-də kompleks yoxlama aparıldıqdan sonra da ciddi pozuntu faktı aşkar edilməmişdir. Siqaretlərin qalan hissəsi Müdafiə Nazirliyinə təhvil verilmişdir. Anbarın barmaqlıqlarının hündürlüyü 1.5 metr olmuşdur. Barmaqlıqların arasındakı məsafə 5-6 sm olmuş, anbarın pəncərəsindən həmin malların çıxarılıb aparılması mümkün deyil. İş üzrə ibtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində həmin anbarın açarının yalnız baş inspektor Məhkum olduğunu, açarların başqa heç kimdə olmadığını, anbara kənardan girib oradan nəsə oğurlamağın qeyri-mümkün olduğunu, Ağaəlinin xəbəri olmadan anbardan hər hansı malı n qanunsuz çıxarılmasının mümkünsüz olduğunu, 100- dən artıq karton qutu siqaretin kifayət qədər böyük həcm təkil etdiyini, yəni bu qədər yükün bir dəfəyə aparılmasının mümkün olmadığını, bunun üçün iri yük maşını tələb olunduğunu, odur ki, siqaretlərin hiss-hissə aparıldığını, əməliyyat yolu ilə məlumat topladığı vaxt həmin siqaretlərin Bakı şəhərində aksizsiz siqaret satışı ilə məşğul olan bütün köşklərdə satıldığını, hətta şərti alıcı kimi özünün 1 saylı klinik xəstəxananın (Semaşko) yaxınlığındakı köşkdən aksiz markası olmayan “Kent” və “Marlboro” markalı siqaretlər aldığını göstərmişdir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və toplanmış sübutların müqayisəli təhililindən göründüyü kimi talanan əmlakın yerləşdiyi anbarın açarı yalnız baş inspektor Məhkum başqa heç kimdə olmamış dır. Malların talanması aşkar edildiyi vaxt anbarın qapı və pəncərələrində hər hansı zədə aşkar edilməmişdir. Yalnız anbarın 1-ci mərtəbəsində təxminən 30x30 sm ölçüsündə olan kiçik bir pəncərənin çöl tərəfində olan dəmir barmaqlığın fiziki təsir nəticəsində qırıldığı, lakin pəncərənin bağlı olduğu, habelə şüşəsinin sınmadığını müəyyən edilmişdir ki, həmin pəncərənin ölçüləri kiçik olduğundan oradan kiminsə içəri girməsi mümkünsüzdür. Məhkum ifadələrində karantində olduğu müddətdə yalnız bir dəfə anbarın açarını fəhlə Vahid Güləliyevə verdiyini, Əməliyyat-İstintaq Baş İdarəsinin müstəntiqi Vidadi ona zəng edib həmin siqaretlərdən nümunələr götürüb ekspertizaya təqdim etmək lazım olduğunu və bu işi təxirə sala bilməyəcəyini bildirib anbarın açılmasını xahiş etdiyini, bundan sonra o, anbarda fəhlə işləyən Vahid Güləliyevi yaşadığı evə çağırıb anbarın açarını sonuncuya verib anbarı açmasını və siqaretlərdən müəyyən qədər nümunə kimi müstəntiqə verməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin göstərilən halına, yəni ona etibar edilmiş əmlakların yerləşdiyi anbarın açarını fəhlə Vahid Güləliyevə verməklə, Məhkum vəzifə öhdəliklərinə zidd hərəkət edib-etmədiyinə, ümumiyyətlə onun bu hərəkətinin qanunauyğun olmasına münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum müqavilə ilə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olması, həmin vəzifələri lazımınca yerinə yetirməsi, ona inanılıb tapşırılmış malların mühafizəsini tə ləb olunan qaydada yerinə yetirilməsi kimi halların mövcudluğunu araşdırmamışdır. Ümumiyyətlə, Məhkum inanılıb tapşırılmış malların talanması ilə onun vəzifəli şəxs kimi işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi arasında səbəbli əlaqə olubolmaması hallarına qiymət verilməmişdir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutla ra və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin ittiham olunduğu bütün maddələri ilə bəraət verən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, nəticədə göstərilən sübutlar əsasında Məhkum ittiham irəli sürülmüş bütün əməlləri üzrə bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövq eyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, yuxarıda qe yd edilən hallara əhəmiyyət verilməməişdir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların Məhkum tam təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və Məhkum əsassız olaraq tam bəraət verilməsi qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar on ların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 13 iyun 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-76/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-76/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver