Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X5, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və X7) 13 mart 2023-cü il tarixli, 1(101)-352/2023 nömrəli hökmü ilə xx xxxxxx 1978-ci il tarixdə Vartaşen şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 150.2.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.1-ci maddəsi ilə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaqla ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, Məhkum 25 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi “Qurd qapısı” adlı restoranın qarşısındakı avtobus dayanacağından Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olan 31 saylı marşrut avtobusa mindikdən sonra avtobusda oturan onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yanında əyləşmiş, cinsi ehtirasını təmin etmək məqsədi ilə cinsiyyət orqanını şalvarından çıxararaq sonuncuya göstərmiş, bunu görən Zərərçəkmiş şəxs qalxıb yerini dəyişmək istədikdə o, sonuncunu öldürməklə hədələyib zor tətbiq etməklə əli ilə onun ayağından tutaraq qalxmasına imkan verməyib yerində otuzdurduqdan sonra sonuncunun əlindən tutub öz cinsiyyət orqanına əl vurmağa məcbur etmiş, daha sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs ayağına və bədəninin müxtəlif yerlərinə sürtərək cinsi ehtirasını pozğun formada təmin etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə o, başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,050 qram kustar üsulla hazırlanmış nark otik vasitə heroin əldə edib daşıyaraq 0,200 qramını üzərində, 2,850 qramını isə idarə etdiyi, arvadı X1 adına olan “Changan” markalı, Az ** TD *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra Səbail RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarının” 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən onun üzəri yoxlanıldığı zaman qanunsuz olaraq əldə etdiyi çəkisi 0,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki gödəkcəsinin cibindən aşkar olunaraq götürülmüş, b undan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 01 may 2022ci il tarixdə saat 03:00 radələrində etibarnamə ilə idarə etdiyi arvadı X4 məxsus “Changan” markalı, Az ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksinin həyətində axtarış aparılan zaman avtomobilin sol qabaq qapısının ciblik hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 2,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Ziya Şirinov) 1(103)-1103/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1(101)-352/2023 saylı hök mü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmaması əsasları ilə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2 023-cü il tarixli 1(103)-1103/2023 nömrəli hökmü dəyişdirilərək məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsinə tövsif edilməklə barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlillərində cinayət işi üzrə ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi, Bakı Ağır Cinayətlər Məhkəməsində keç irilən məhkəmə prosesində də tam, hərtərəfli, obyektiv araşdırma aparılmadığı, hökmdə bir çox sübutların təhrif olunduğu, nəticədə Məhkum barəsində qanunsuz, əsassız, ədalətsiz ittiham hökmü çıxarılması göstərilmişdir. Kassator ilk öncə onu qeyd edir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə təqsirli bilməmişdir. Məhkəmə istintaqında Məhkum CM-in 150.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq edilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə cinayət haqqında ərizə ilə Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinə dörd gün sonra 29 aprel 2022-ci il tarixdə müraciət etmişdir. Bu faktın özü də göstərir ki, təqsirləndirilən şəxsə qanunsuz və əsassız ittiham irəli sürülmüşdür. H əmçinin 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz yaşından çox böyük görünür və onun çox makiyaj kosmetikasından istifadə edərək bir çox tik-tok və sair videoları da şəbəkələrdə yayılmışdır. Lakin nə istintaq orqanı, nə də işə baxan məhkəmələr iş üçün çox mühüm əhəmiyyətli olan bu hala düzgün qiymət verməmişlər. Halbuki, təqsirləndirilən şəxsə zərərçəkmişin şəxsiyyəti məlum olmamış, o, nə onun doğulduğu gün və yaşını təsdiq edən heç bir sənədi görməmiş, qızın xarici görünüşü, bəzəyi və makiyajı isə onun yetkinlik yaşına çatmadığına uyğun gəlmir. Qanunun mənasına görə isə belə olan halda şəxsi yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlərə görə təqsirli bilmək olmaz. Ona görə də, əməli sübuta yetirilmədiyinə görə təqirləndirilən şəxsə bəraət verilməlidir. Əgər məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyi qənaətinə gələrsə, onda onun yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmək hədəsi ilə seksual hərəkətlər etməyə görə deyil, yetkinlik yaşına çatmış şəxsə qarşı həmin hərəkətləri etməyə görə təqsirli bilinməlidir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 verdiyi kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkuma Azərbaycan Respublikası CVM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi əsassız və qanunsuz olmuşdur. Məhkum üzərində və onun avtomaşında narkotik vasitə aşkar edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuş, lakin apellyasiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Narkotik vasitə Məhkum polis bölməsinə b aşqa araşdırma ilə bağlı gətirildiyi və orada saxlanıldığı müddət ərzində deyil, bir neçə saatdan sonra şübhəli şəxs qismində saxlanılması üçün müvəqqəti saxlama yerinə təhvil verilərkən aparılmış yoxlama zamanı təsadüfən üzərindən aşkar edilmişdir. İşin bu halları da onu göstərir ki, polis əməkdaşları məhkuma qarşı qərəzli mövqedə olmamış, narkotik vasitələrin aşkar edilməsi ilə əlaqədar sübutların mötəbərliyini şübhə altına almaq heç bir əsas yoxdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi öz hökmdə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraətin iki əsası müəyyən etməklə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının izahını nəzərə almamışdır. Belə ki, yuxarıda qeyd edilən qərarının 59-cu bən dəndə qeyd edilmişdir ki, bəraət yalnız cinayət-prosessual qanunda göstərilən əsaslarından biri ilə verilə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və ona verilmiş əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin olunmalı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmamış, cinayət işinə əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, o, zərərçə kmiş şəxsin yetkinlik yaşına çatmamış şəxs olması barədə məlumatlı olmamış, zərərçəkmiş şəxsin zahiri görünüşü onun yetkinlik yaşına çatmamasını anlamağa imkan verməmişdir. Bu səbəbdən də, məhkəmələr həmin sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində CM-in 150.2.3-cü maddəsi ilə ittiham hökmü çıxarmışlar. Dövlət ittihamçısı3 kassasiya protestinin başlıca dəlili isə Məhkum CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməld ə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-i n 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxsin ifadələri və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmişə qarşı məhkəmələrin hökm və qərarlarında təsvir edilmiş seksual xarakterli zorakılıq hərəkətləri törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum zərərçəkmişə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkumun cinayət əməlinin törətməsi mötəbər sübutlarla təsdiq olunmaması barədə dəlili əsaslı hesab etmir. Məhkəmələr əsaslı olaraq məhkumun cinayətin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiqətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin məhkumun əməlinin səhvən CM-in 150.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, müdafiəçinin fikrincə məhkum zərərçəkmiş şəxsin yaşı haqqında məlumatı olmamış, zahirən zərərçəkmiş şəxs yetkinlik yaşına çatan şəxs kimi görünür ona görə də məhkumun əməli yetkinlik yaşın a satmayan şəxsə qarşı törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bununla qeyd edir ki, kassasiya şikayətinin bu dəlili iş materialları ilə uzlaşmır. Belə ki, cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş və cinayət törətdiyi vaxt onun 16 yaşı olmuşdur. Şəxsiyyət vəsiqəsinin üzərində olan fotoşəkildən də aydın görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxsdir və onun yetkinlik yaşına çatmasına təsəvvür yaradan heç bir əlamət yoxdur. Məhkəmə kollegiyası işdə olan bu sübutları nəzərə alaraq hesab edir ki, məhkəmələr məhkumun əməlinə hüquqi qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxs Məhkum üçün zərərçəkmiş aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır və məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş CM-in 150.2.3-cü maddəsi üzrə olan ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar apellyasiya instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini məhkuma CM-in 150.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirsiz olması, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət əməllərin i törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətin törədilməsində iştirakını istisna edən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız olmasına dair nəticə yə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 150.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin hökmündən də görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmə sinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla Məhkum təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin ifadəsinə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsi, onun m üvəqqəti saxlama yerinə qəbul edilərkən üzərində baxış keçirilən zaman narkotik vasitəyə bənzər kütlənin aşkar edilməsi barədə 30 aprel 2022-ci il tarixli akt, onun avtomaşında axtarış keçirilməsi və narkotik vasitənin götürməsi barədə 01 may 2022-ci il tarixli protokol, axtarışda iştirak etmiş və Məhkum məxsus gödəkcədə narkotik vasitəni aşkar etmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiy ası məhkəməsi öz hökmündə qeyd etmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Həmçinin məhkəmə hökmdə qeyd olunmuşdur ki, Məhkum bədənin üzərində olan xəsarətlərin olmasını və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən cinayətlərin boynuna alınmasına məcbur etmək üçün ona zor tətbiq edilməsi nəticəsində yetirilməsi barədə təqsirləndirilən şəxsin ifadəsi polis əməkdaşlarının ona qarşı qərəzli mövqedə olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, məhkuma qarşı polis əməkdaşları tə rəfindən zor tətbiq edilməsi öz təsdiqini tapmamış, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Məhkum elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən ed ilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkü nlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamış, bununla əlaqədar onun barəsində əməliyyat-axtarış tədbirləri keçirilməmiş, onun narkotik vasitələrin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitələrin hər hansı bir konkret şəxsə satması və ya onun qanunsuz olaraq narkotik vasitəni əldə etməsini və ya saxlamasını təsdiq edən digər hallar müəyyən edilməmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun Səbail RPİ-nin MSY qəbul edilərkən gödəkcəsinin cibində və ya şadığı evin qabağında olan onun avtomobilində narkotik vasitə olan heroinin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitələrin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutlar həm ziddi yyətlidir, həm də iş üzrə müəyyən edilmiş hallar həmin sübutların mötəbərliyinə kifayət qədər şübhə doğurur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirliliyinə dair başqa sübutlar olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Məhkum həmin maddə ilə bəraət vermişdir. Belə ki, apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum nə ibtidai istintaq zamanı, nə birinci instansiya məhkəməsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməmiş, iddia etmişdir ki, narkotik vasitələri bölmədə olan zaman onun gödəkcəsinin cibinə qoymuşlar, avtomobilində isə ümumiyyətlə narkotik vasitə olmamışdır. İş materialından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrdə daha ağır, ictimai və əxlaq normalarını ifrat tərzdə pozan və bu səbəbə görə ciddi ictimai qınaq altında düşən hərəkətlərin (CM-in 150-ci mad.) onun tərəfindən törədilməsi boynuna almış, lakin qanunsuz narkotik vasitənin əldə edilməsi və saxlamasında özünü təqsir bilməyərək göstərmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, üzərinə və avtomobilinə baxış keçirilərkən ümumiyyətlə narkotik vasitə olmamış, döyülərək və işgəncələrə məruz qalaraq ondan etirafedici ifadələr verməyə məcbur edilmiş, lakin bununla belə o, belə ifadələr verməmiş, ittihamda göstərilən narkotik vasitələrin ona aidiyyəti olmadığını bildirmişdir. İşə əlavə edilmiş tibb sənədlərindən görünür ki, Famil İsmayılovun bədənində xəsarətlər aşkar edilmişdir. Famil İsmayılov ifadəsində göstərmiş dir ki, həmin xəsarətlər polis əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlaması hərəkətlərin boynuna alınmasına məcbur etmək üçün ona zor tətbiq edilən zaman yetirilmişdir. İş üzrə keçirilmiş narkoloji ekspertizanın rəyinə əsasən də Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları X2 və Şahid3 Famil İsmayılovu göstərmişlər ki, onlar Famil İsmayılovu 30 aprel 2022-ci il tarixdə saxlamış və polis bölməsinə gətirmişlər. Lakin cinayət işinin materiallarından görünür ki, Məhkum yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsi nin araşdırılması ilə əlaqədar Bakı şəhəri Səbail RPİ-in 41-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən verilmiş əməliyyat tapşırığa əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin bölmənin polis əməkdaşları tərəfindən 29 aprel 2022-ci il tarixdə saxlanılmış və bölməyə gətirilmişdir. Həmin tarixdə təhqiqatçı tərəfindən Famil İsmayılovun izahatı almışdır. 30 aprel 2022-ci il tarixdə İ.Sultanovun ərizəsi üzrə toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-in İstintaq şöbəsinə göndərilmişdir. 30 aprel 2022-ci il tarixdə Famil İsmayılovun barəsində müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsi ilə cinayət işi başlanmış, Məhkum müstəntiq tərəfindən 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və bu barədə müvafiq protokol tərtib edi lmişdir. Həmin tarixdə müstəntiq Famil İsmayılovu şübhəli şəxs qismində dindirilmişdir. Qeyd edilməlidir ki, müstəntiq CM-in 150.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Famil İsmayılovu dindirilərkən onun narkotik vasitələrinin istifadəsi ilə əlaqədar suallar verilmişdir. 30 aprel 2022-ci il tarixdə saat 21:50-də Məhkum Səbail RPİ-in MSY-nə qəbul edilərkən onun üzərində baxış keçirilən zaman eynində olan gödəkcənin cibində narkotik vasitə heroin aşkar edilmişdir. Beləliklə iş materiallarından görünür ki, Famil İsmayılov seksual xarakterli zorakılıq hərəkətlərin törətməsinə görə 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-in 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilərkən tutulmuş və 30 aprel 2022-ci ilədək həmin bölmədə saxlanılmışdır. 30 aprel 2022-ci il tarixdə isə X9 RPİ-in İstintaq idarəsinin müstəntiqə təqdim edilmiş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və dindirilmişdir. Göründüyü kimi Famil İsmayılovun gödəkcəsinin cibində narkotik vasitə onun bir sutkadan çox müddət ərzində polis bölmə və idarəsində saxlanılmasından sonra aşkar edilmişdir. Əməliyyat-axtarış tədbirlər nəticəsində cinayət törətmiş şəxs kimi saxlanılmış və Bakı şəhəri Səbail RPİ-in 41-ci Polis Bölməsinə gətirilmiş Famil İsmayılovun üzərində baxışın keçirilməsi qaçılmaz haldır. Narkotik vasitənin aşkar edilməsi barədə aktdan isə görünür ki, narkotik vasitə onun aşkara çıxarmasını çətinləşən hər hansı bir yerdə deyil, gödəkcənin cibində olmuşdur. Azərbaycan Respublikası CPM-in 246-cı maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmə qərarı olmadan şəxsi axtarış aparılır. Famil İsmayılov müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqda da onun üzərində narkotik vasitə aşkar edilməmişdir. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkum saxlanıldıqdan sonra, habelə onun şübhəli şəxs qismində tutularkən polis əməkdaşlarının onun gödəkcəsinin cibində narkotik vasitəni aşkar etməməsi, Məhkum isə bir sutkadan çox müddətdə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün həmin narkotik vasitəni atmaması məntiqsiz və inandırıcı olmadığı üçün işin bu halları məhkumun cinayətin törətməməsi barədə ifadəsinin həqiqətə uyğun olmasına dəlalət edir, ittihamın sübutları isə şübhə altına salır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsi işin hallarına düzgün qiymət verib əsaslı olaraq nəticəyə gəlmişdir ki, Famil İsmayılovun üzərində və onun avtomaşında narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyi əsaslı şübhə doğurur, həmin sübutlar Famil İsmayılovun ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməsi və saxlaması barədə yekun və mötəbər nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şüb hələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, Məhkum qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar əməlini təsdiq edən sübutlar mötəbər sübut kim i qəbul etməmiş və nəticəyə gəlmişdir ki, onun barəsində ittihamın bu hissəsinə bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, sübutlara və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni ə saslı hesab edir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz və əsassız olmasına dair dəlili əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya protesti ilə qismən razılaşaraq, hesab edir ki, apellyasiya məhkəməsi məhkuma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 349.4-cü maddəsinə görə isə məhkəmənin hökmü Azərbaycan Respublikası Konsti tusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayətin törədilməsinə aidiyyəti olmadıqda (42.1.3) və təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. İşin faktiki hallarından da görünür ki, Məhkum ona elan edilmiş CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlin törədilməsinə aidiyyəti olmadığı müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə ona bəraət verməkdə haqlı olsa da, ona bəraət verilməsinin əsasları kimi həm elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi, həm də cinayətin törədilməsinə aidiyyəti olmadığı əsası ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Apellyasiya instansiyası məhkəməsi Məhkum həm elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi, həm də cinayətin törədilməsinə aidiyyəti olmadığ ı əsası ilə bəraət verilməsi qənaətinə gəlməkdə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının izahlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqinə heç bir əsas göstərməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, kassasiya protestinin apellyasiya məhkəməsi tərəfindən bəraətin əsaslarının fərqli göstərilməsi ilə əlaqədar məhkəmə təcrübəsinin pozulması barədə dəlili əsaslı olduğundan kassasiya protesti bu hissədə təmin edilməli apellyasiya məhkəməsinin hökmü isə bu hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il ta rixli hökmü dəyişdirilsin. Hökmdən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair müddəalardan “təqsiri sübuta yetirilməməsi” əsası xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-76/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-76/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver