Məhkəmə qərarları › İş №1(102)-76/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-76/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-76/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Bəraət almış şəxs – X2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-216/2024 saylı, 19 aprel 2024-cü il tarixli (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə) hökmü ilə 06 iyun 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə) 1(103)-1355/2024 saylı, 27 iyun 2024-cü il tarixli hökmü Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(101)-216/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X7 verilmiş ittihama əsasən, X12 09 sentyabr 2022ci il tarixdə Bakı şəhəri, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,263 qram kustar üsul la hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş, həmin polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi - 2,263 qram olmaqla kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, yəni X12 qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-135 5/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər narkotik vasitə olan marixuana istifadə etdiyini, lakin tutulmazdan təxminən iki il əwəl narkotik vasitələrin istehlakım tərgitməsini qeyd etsə də, iş üzrə keçirilmiş, mötəbərliyi hər hansı bir şübhə doğurmayan, məhkəmə baxışı zamanı tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 23 dekabr 2022- ci il tarixli, 7779 nömrəli rəyində təqsirləndirilən şəxs X5 op ioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması öz əksini tapmışdır ki, həmin hal özlüyündə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə tərkibinə yalan ifadə verməsi ilə bağlı hərəkətlərini bir daha ifşa edir (İ cild vərəq 137-138). Həmçinin təqsirləndirilən şəxs iddia etdiyi kimi ona işgəncə verilməsindən sonra polis əməkdaşlarının sərəncamında olmadığı uzun müddət ərzində ona qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı prokurorluq oqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətin verilməsi ilə əlaqədar hər hansı bir təşəbbüs göstərməmiş, bunun səbəblərini məhkəmə baxışı zamanı izah edə bilməmişdir ki, bu hal hesab ed irəm ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı onun ibtidai araşdırma zamanı işgəncələrə məruz qalması ilə bağlı vermiş olduğu ifadələrində onun səmimiliyinə qiymət verilməsi konteksində yuxarı instansiya məhkəməsi olaraq apellyasiya məhkəməsinin nəzərindən yayınmayacaqdır. Məhkəmə öz hökmündə cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı llyasov Ruslan Namiq oğlunun ifadələri arasında ziddiyyətli məqamlar olmasını, məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsində Məlhəddin Abıyevi tanımamasını, məhkəmə baxışı zamanı ifadəsində isə onu tanıdığını qeyd etmişdir. Lakin məhkəmələr qeyd edilən ziddiyyəti təqsirləndirilən şəxsin xeyrinə təfsir edərkən nəzərə almamışdır ki, həmin ziddiyyət işin obyektiv hallarına təsir edə biləcək ziddiyyət deyi ldir. (İ cild vərəq 134-136) Habelə nəzərə alınmamışdır ki, hər bir şəxsin fərdi psixoloji xüsisiyyətləri fərqli olduğundan onun yaddaşı və hadisələri xatırlaması da fərqli olacaqdır. Psixologiyada yaddaş prosesləri şəxsin fərdi psixi xüsusiyyətlərindən, onun emosional vəziyyətindən, maraq və tələbatından asılıdır. Bunlar şəxsin nəyi və necə yaddaşa həkk etməsi, yadda saxlaması və xatırlamasına təsir edir. Hər hansı bir hal, hadisə və ya vəziyyət şəxsə emosional əhəmiyyətli olduqda və psixo emosional vəziyyətinə təsir edirsə (müsbət və ya mənfi) daha yaxşı yaddaşda qalır. Buradan sual olunur, çoxsaylı insanların yaşadığı Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin yurisdiksiyasına aid olan ərazidə yaşayan sakin Məlhəddin Abiyev polis əməkdaşı Şahid2 hansı psixo emosional sferada təsirə malik o lmuşdur ki, bu həmin şəxsin yaddaşına həkk olunsun, hadisənin üzərindən məhkəmədə dindirilmə anına kimi uzun müddət keçməsinə baxmayaraq yaddaşlarda olduğu kimi dəqiqliklə qalsın və bu həmin şahiddən imperativ şəkildə tələb edilsin? Polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən gündəlik olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə apardıqları mübarizə çərçivəsində həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbirləri həyata keçirirlər. Belə olan halda, polis əməkdaşlarından bu hadisənin tam dəqiqliklə xatırlanmasının tələb edilməsi heç bir məntiqi qanunauyğunluğa sığmır. Bununla belə, qeyd edilən şahid şəxsin saxlanılması yeri, narkotik vasitələrin götürüldüyü yer, yəni cinayət təqibi ilə bağlı sübut edilməli olan hallar barədə dəqiq məlumat vermişlər ki, bu da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda məhkəmənin həmin şahidin ifadələrini ziddiyyətli qəbul etməsi, hadisənin üzərindən uzun müddət keçdikdən sonra ondan hadisədən dərhal sonra verdikləri ifadə kimi dəqiq ifadə vermələrini tələb etməsi”və hadisəni tam xatırlamadıqları üçün ifadələrinin ziddiyyətli qəbul edilməsi anlaşılan deyildir. Təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işinin ibtidai istintaqı mərhələsində müqavilə üzrə vəkili Aydın Abbasəliyevin iştirakı ilə vermiş olduğu 25.01,2023-cü il tarixli əlavə ifadəsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 11 və 12 sentyabr 2022-ci il tarixli ifadələrində göstərdiyi xüsüsatları bir daha təsdiq etməsi ilə bağlı təqsirləndirilən şəxs Məlhəddin Abiyev göstərdi ki, o, elan olunan həmin ifadəsini oxumamış və ifadəsində nə yazılmasını bilməmişdir. Müqaviləli vəkili ifadəni oxumuş və «qorxma, imza et» dediyi üçün o da ifadəsinə imza etmişdir. Məhkəmələr hesab etmişdirlər ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Təqsirləndirilən şəxs Məlhəddin Abiyevin müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin edilməməsinə, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların həm də onun müdafiə h üququnun pozulmaqla əldə olunmasına gəldikdə isə qeyd edilməlidir ki, Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1 və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq, özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək qadağan olu nur. Kassasiya protestində X6 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kim i, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X6 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X6 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə icla sında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdı rması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təf sir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X6 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən X11 ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürü lən ittihamı qəbul etməmiş, özünü təqsirli bilməyərək polis tərəfindən saxlanıldığı ərəfədə narkotik vasitələrdən istifadə etmədiyini, saxlanılmazdan təxminən iki il əvvəl marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bildirmiş, həmçinin göstərmişdir ki, o saxlanılarkən, polisə gətirilərkən üzərində heç bir növdən olan narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitəni polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki təzyiqlər və işgəncə nəticəsində boynuna götürməyə və etirafedici ifadələr verməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Məlhəddin Abıyev təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri belə əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında tikinti şirkətlərindən biri tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ər azisində ona məxsus olub, ailəsi ilə yaşadığı evin sökülməsi planlaşdırılmış, buna görə tikinti şirkəti tərəfindən ona pul təklif olunmuş, lakin o, pulla razılaşmamışdır. Bundan sonra polis tikinti şirkəti sahiblərinin sifarişi əsasında onu incitməyə başlamış, qısa müddət ərzində onu iki dəfə tutub məhkəmə vasitəsi ilə 10 və 15 sutkalıq həbsə məruz qoymuş, həmçinin ona qarşı irəli sürülən ittihamda qeyd olunan 2,263 qram heroin narkotik vasitəsi ilə qərəzli olaraq tutulmuş və barəsində cinayət işi başlanmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin döyülməsi, bunula bağlı prokurorluq orqanalarına, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətin verilməsi ilə bağlı hər hansı bir təşəbbüs göstərməməsi ilə bağlı qeyd edir ki, Cinayət işinə məhkəmə baxışı zamanı 06 iyun 2023-cü i l tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası DİN-nin X14 Saxlanılma Mərkəzindən verilən 06 iyun 2023-cü il tarixli, 3-13-36/2-7143/2023 saylı arayışın məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 3(005)- 1726/2022 saylı qərarına əsasən X12 Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək Mərkəzə qəbul edilmiş və xx.xx.2022ci il tarixdə Mərkəzdən azad edilmişdir. Cinayət işində olan 06 iyun 2023-cü il tarixli, 3-13-36/2-7143/2023 saylı həmin arayışda, həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1726/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilərək Mərkəzə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə Mərkəzdən azad edilmişdir. Cinayət işində olan təqsirləndirilən şəxs X4 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmasından sonra yerləşdirildiyi Bakı şəhəri Nərimanov RPİ-nin MSYdən alınmış «Şəxsin barəsində tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı» kitabı üzrə məlumatlardan görünür ki, X12 10 sentyabr 2022-ci il tarixdə, saat 23:15-də Nərimanov RPİ-nin MSY-ə gətirilmiş, o, «280» sıra sayı ilə qeydə alınmış və ilkin tibbi müayinə zamanı onun bədən səthi üzərində sağ gözün qızartısı, sağ qaşın yanında cızıq kimi xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs X4 bədənində hər hansı xəsarəti n olması, onun üzərində «şəxsi axtarış aparılması və götürmə», həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokollarda öz əksini tapmasa da, DVD formatlı diskdəki video-görüntülərdən görünür ki, təqsirləndirilən şəxs Məlhəddin Abiyevin bədən səthində onun sağ qaşına paralel, sağ gicgahı istiqamətində yeni əmələ gəlməyə xarakterik kəsilmiş yara aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində DVD formatlı diskdəki videogörüntülərin nümayişi zamanı müəyyən olunan bədən xəsarətinə münasibət bildirən təqsirləndirilən şəxs X12 tutularkən bədəni üzərində heç bir xəsarət olmadığını, videogörüntülərin nümayişi zamanı müəyyən olunan xəsarəti sahə rəisi Babək adlı şəxsin dizi ilə vurub yetirdiyini, onun qaşını partlatdığını, bütün sifətinin qan içində olduğunu, videoçəkilişdən əvvəl sifətinin qanının təmizləndiyini göstərmiş, üzərində hər hansı bir narkotik vasitə olmaya-olmaya ittihamda göstərilən narkotik vasitəni bir bükümdə boynuna götürməyə məcbur edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs Məlhəddin Abiyev ifadəsinin davamında daha sonra göstərmişdir ki, adına narkotik rəsmləşdirildikdən sonra 18-ci PŞ-dən Nərimanov RPİ-yə gətirilmiş, yadında qaldığı qədər 10 sentyabr 2022-ci li tarixdən 11 sentyabr tarixə keçən gecə RPİ-nin X15 (bundan sonra: MSY) verilmiş və 12 sentyabr tarixədək MSY-də saxlanmışdır. RPİ-nin Növbətçi hissəsində də, MSY-də də onun xəsarətləri adi gözlə görünmüş, qeydə alınmışdır. O, orada polislər tərəfindən döyüldüyünü demişdir. Hətta xəsarətlərlə bağlı MSY-yə həkim g əlib onu müayinə etmişdir. Tibbi personalın MSYyə gəlməsi barədə qeyd aparılmışdır. Ağrıdan az qala nəfəsi kəsilmişdir. Həkim də xəsarətlərini görüb qeyd etmişdir. Həftənin birinci günü, sentyabr ayının 12-də həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılarkən ilk olaraq Nərimanov rayon prokurorunun yanına aparmışlar. Prokuror onun döyüldüyünü və üz gözümdə xəsarətlər olduğunu görüb “sənə təzyiq göstəriblər?” deyə soruşduqda, o da təsdiq etmişdir. Həmin vaxt dövlət tərəfindən təyin olunmuş müdafiəçisi də orada iştirak etmişdir. Müstəntiqi çağırıb ona “bunun sirsifəti niyə belədir?” sualını verdikdə, müstəntiq prokurora “belə gətiriblər” cavabını vermişdir. Ondan sonra prokuror onu buraxmaq barədə müstəntiqə göstəriş vermiş, daha sonra o, buraxılmış və o, çıxıb evinə getmişdir. Məhk əmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X6 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hall arda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiha m tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törə dilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək və zifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci madd ələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdir ilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyy əti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya pr otesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1355/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar