Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-760/2018 24.05.2018 ALİ MƏHKƏMƏ 1 (102)-760/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A Rİ 24 may 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilən kassasiya şikayəti üzrə işə bax araq MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü ilə (sədrliк еdən və məruzəçi hakim N.F.Quliyev, hakimlər X.A.Nuriyev və R.M.Cəfərоvdan ibarət tərkibdə) Məhkum (xx xx 1968-ci ildə Cəlilabad rayonunun Soltankənd кəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, еvli, оrtа təhsilli, fərdi əməklə məşğul оlmuş, məhkumluğu olmayan, Cəlilabad rayonunun Uzuntəpə кəndində qеydiyyаtdа оlmaqla yаşаmış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilnib 11 (on bir) il 6 (аltı) аy müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü madd əsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı xx xx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2015-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Ə.Novruzov, hakimlər Z.B.Babayev və A.Q.Dosiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2014cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Kərimov, hakimlər G.L.Rzay eva, İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) Məhkum kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2015-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər K.H.Əkbərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) Məhkum apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilərək Məhkum CM-in 234.4.1, 234.4.2-ci maddələri ilə təyin edilmiş 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 il 6 aya endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 206.3-cü maddəsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki o, 2014-cü ilin yanvar ayında İran İslam Respublikası ərazisində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan F adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılıq əldə etdikdən sonra, F xx xx 2014-cü il tarixdə Məhkum zəng edərək, külli miqdarda, yəni təmiz halda çəkisi 8863,85 qram narkotik vasitə olan heroini və təmiz halda çəkisi 11732,95 qram narkotik vasitə olan tiryəki qaçaqmalçılıq yolu ilə İran İsla m Respublikasından Azərbaycan Respublikasına keçirdib Cəlilabad rayonunun İran İslam Respublikası ilə həmsərhəd ərazisində gizlətdiyini bildirmiş, həmin külli miqdarda narkotik vasitələri götürərək özündə saxlamağı və sonradan deyəcəyi şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxsə çatdırmağı tapşırmışdır. Məhkum verilən tapşırığın icrası ilə əlaqədar xx xx 2014-cü il tarixdə saat 20-21 radələrində fərdi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərən, lakin qrup üzvlərinin cinayət əməllərindən xəbəri olmayan X3 idarə etdiyi «XXX» markalı Az **-UE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cəlilabad rayonu, Şatırlı kəndinə gedərək içərisində külli miqdarda narkotik vasitələr olan kisəni götürmüş və B avtomaşını ilə Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən B kisədə olan əşyadan şüb hələndiyinə görə Məhkum həmin kisəni gizlətməyi təklif etmiş, o da bu təkliflə razılaşdıqdan sonra onlar Cəlilabad rayonu, Fərzili kəndi ərazisində rayonun Zopun kəndinə gedən yolun kənarında Məhkum məxsus kisəni açıq sahədə gizlətmiş və birlikdə Cəlilabad rayonuna qayıtmışlar. B xx xx 2014-cü il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad rayon şöbəsinə müraciət etmiş və sonuncunun ərizəsi əsasında həmin gün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yaxalanmış, onun İran İslam Respublikası vətəndaşlarından satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, Cəlilabad rayonunun Fərzili kəndi ərazisində rayonun Zopun kəndinə gedən yolun kənarındakı açıq sahədə qanunsuz olaraq saxladığı içərisində külli miqdarda - təmiz halda çəkisi 8863,85 qram heroin və təmiz halda çəkisi 11732,95 qram tiryək olan 1 ədəd polimer kisə aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, nəticədə barəsində ədalətli olmayan qərarlar qəbul edilmiş və o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, barəsində bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-c ı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə onun barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kolle giya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən görünür ki, Məhkum ona elan olunmuş ittiham üzrə məhkəmələrin gəldiyi nəticələrin əsassız olduğunu iddia etməklə, əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraətin verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi üzərində qurmuşd ur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları tə hlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü tələbin (o cümlədən, əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına baxmayaraq barəsində ittiham hökmünün çıxarmasına dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki ha llarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi qismən məhkəmə istintaq aparılmaqla həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət qanunu normasının tətbiqi məsələlə rində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmiş, yəni baxılan işdə cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qərarında sübutlar təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apelly asiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddələrlə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını işdə olan yüngülləşdirici hallara uyğun olmayan ədalətsiz cəza olduğunu hesab etməklə 10 il 6 aya endirmiş, bununla da hər hansı pozuntuya yol verməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları məhkumun kassasiya şikayəti ilə ehtiva olunan - məhkəmələrin cinayət-prosessual qanunun 416.0.2 və 416.0.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddianı təkzib edir və mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz hesab edilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, Məhkum kassasiya şikayəti təmin edilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilə və yaxud ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-760/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-760/2018
24.05.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver