Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-760/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.İ.Hacıyeva) 16 mart 2018-ci il tarixli hökmü ilə xx xxxxx 1982-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 07 mart 2017-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 3 ünvanında 11.07.2002-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu X11 ilə “Samsung Galaxy Note-3” markalı mobil telefon aparatına görə aralarında məişət zəminində yaranmış mübahisə zamanı X5 özünə məxsus olan “Samsung Galaxy Note-3” markalı telefon aparatını ona qaytarmadığı üçün o, bunu səbəb gətirərək oğlu X6nı yerə yıxdıqdan sonra sonuncunun bədəninin müxtəlif nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona boynun ön səthinin aşağı şöbəsinin qançırı, alt çənə nahiyyəsində solda qançır, sağ əlin arxa səthində cızığı, sağ bilək oynağının arxa səthində cızıqları, sol əlin arxa səthində cızığı, sol bazunun 1/3-nin ön bayır səthinin şişkinliyi və qançırı (hematoması) xəsarətləri ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət ə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) 12 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlill əri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, onun təqsirli yoxdur, oğlunu heç vaxt döyməmiş, ona xəsarət yetirməmişdir. Lakin, birinci və apellyasiya instansiya məhkəmələri buna əhəmiyyət verməmiş, sabiq əri X13, sabiq qayınanası X7 və oğlu X8 qərəzli ifadələri əsasında ittiham hökmü çıxarılmışdır. Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli, 69 saylı məktubdan görünür ki, 07 mart 2018-ci il tarixdə saat 18:57 radələrində «103» xidmətinə ünvan 4 ünvandan X6 (15 yaş) adına «halı pis» səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi X7 yerinə yetirərək, xəstəni müayinə etmiş və ona «P raktiki sağlam. Tibbi yardıma ehtiyacı yoxdur» diaqnozu qoymuşdur. Birinci və apellyasiya instansiya məhkəmələri bu halı da nəzərə almamışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs ində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin sübuta yetirilməməsi, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, müdafiə tərəfinin verdiyi vəsatətlərin təmin edilməməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsidir. İşdən görünür ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum verilmiş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadə lərinə, müvafiq ekspertizaların rəylərinə istinad etdiklərini göstərmişlər. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclaslarında verdiyi ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2015-ci ildən etibarən X13 ilə aralarında mübahisələr olmuş, bu da onların boşanmalarına gətirib çıxarmışdır. Məhkəmədə işə baxılan zaman X8 uşaqlarıX11 və X12 onunla qalmasını istəmiş, buna səbəb kimi onun uşaqları mütəmadi döyməyini göstərmişdir. X8lə münasibətləri pozulduqdan sonra X8 uşaqları onunla ünsiyyətdə olmağa qoymamış və hətta uşaqları onunla ünsiyyətdə olduqları halda cəzalandıracağı ilə hədələmişdir. 07 mart 2017-ci il tarixdə saat 17:00 radələrində yaşadığı evə gəlmiş, özünə məxsus olan “Samsung Galaxy Note 3” markalı mobil telefonu enerjiyə qoyub hamam otağına keçmişdir. Hamamdan qayıtdıqdan sonra mobil telefonun oğlu X11in əlində olduğunu görüb X11dən telefonunu istədikdə X11 telefonu verməmişdir. Buna görə o, X11in qolundan tutmuş, bu zaman qayınanası X14 onların söhbətinə müdaxilə etmiş və onları ayırmağa çalışmışdır. Oğlu X11 bundan istifadə edib onu itələyib yerə yıxmışdır. O, yerə yıxılan zaman əli ilə oğlu X11in əynində olan jaketdən tutduqdaX11in jaketi cırılmışdır. Bundan sonra X11 bayıra çıxaraq telefonu atasına vermiş və X8 avtomobilə əyləşərək oradan getmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. X8in onun telefonunu almağına səbəb X8in uşaqlara onunla ünsiyyətdə olmasına qadağa qoyması olmuşdur. Oğlu X12dən onunla nəyə görə danışmadığını soruşduqda X12 onunla danışacağı halda atasının onu döyəcəyini bildirmiş o, X12 bu sözlərini həmin istifadə etdiyi mobil telefona qeyd etmişdir. Buna səbəb isə X12 danışıqlarını məhkəməyə təqdim etmək olmuşdur. X8 onun mobil telefonunda belə bir yazının olduğunu bildiyi üçün onun mobil telefonunu ələ keçirmişdir. Oğlu X11 "xxxx" adına hərbi liseyin tələbəsidir və o, hər dəfə təhsil aldığı liseydən evə gələn zaman lisey valideynin imzası əsasında tələbəni valideynə təhvil verir və təkrarən liseyə qayıdanda onu müayinə edirlər və bədənində hər-hansı bir xəsarətin olub-olmamasına nəzarət yetirirlər. Onun heç bir günahı yoxdur. O, oğlu X11i vurmamışdır. Məhkəmə tibbi ekspertizasının rəyi ona verilməmişdir, əgər ekspert rəyi ona verilsəydi təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsini tələb edərdi. Məhkəmədən ədalətli qərar qəb ul edilməsini xahiş etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, oğlunu döymədiyini, ona xəsarət yetirmədiyini bildirir. Buna baxmayaraq, nə ittiham orqanı, nə də məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri yoxlamamış, bu dəlillərin təkzib edilməsinə səy göstərməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dinidrilmiş X9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər TTT Yardım Stansiyasında həkim işləyir. 07 mart 2017-ci il tarixdə “103” Xidmətinə Nizami rayonu, ünvan 1 ünvanından X8in “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırış bir il bundan əvvəl olduğundan dəqiq yadında qalmamışdır. X3 bədənində xəsarət görmüş olsaydı qeyd edərdi. Bakı şəhər TTT Yardım Stansiyası tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli, 69 saylı məktubdan görünür ki, 07 mart 2017-ci il tarixdə saat 18.57 radələrində “103” Xidmətinə Nizami rayonu, ünvan 1 ünvanda yerləşən ünvanından X8 “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi X7 yerinə yetirərək, xəstəni müayinə etmiş və ona “Praktiki sağlam. Tibbi yardıma ehtiyacı yoxdur” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 10.03.2017-ci il tarixli, 12/187 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, X8 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun ön səthinin aşağı şöbəsində qançır, alt çənə nahiyəsində solda qançır, sağ əlin arxa səthində cızıq, sağ bilək oyna ğının arxa səthində cızıqlar, sol əlin arxa səthində cızıq, sol bazunun orta 1/3-nin ön bayır səthində şişkinlik və qançır (hematoma). Qeyd edilən cızıqlar şiş uca malik əşyanın (əşyaların), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inandırıcı deyildir. Ekspert rəyindən göründüyü kimi, zərərçəkmiş şəxs X15in aldığı xəsarətlər b ədəninin görünən hissələrindədir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfi yazılı vəsatət verərək Cəmşid Naxçıvanski adın Hərbi Liseyin rəhbərliyinə hadisə vaxtı X8 xəsarət alıb-almaması barədə məlumat verilməsi barədə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında C.Naxçıvanski adına Hərbi Liseydən alınmış və iş materiallarına əlavə olunmuş 6 dekabr 2017-ci il tarixli, 1440 saylı məktubdan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X8 təhsil aldığı müddətdə Liseyin Tibb məntəqəsinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə ed ilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Zərərçəkmiş şəxs X15in aldığı xəsarətlər bədəninin görünən hissələrində olması nəzərə alındıqda Bakı şəhər TTT Yardım Stansiyasında həkimi X4, eləcə də C.Naxçıvanski adına Hərbi Liseyin müəllimlərinin həmin xəsarətləri görməməsi 10.03.2017-ci il tarixli, 12/187 saylı ekspert rəyinin şübhə altına alınmasına əsas verir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə ko llegiyasının qənaətinə görə məhkəmələr Məhkum Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilərkən sübutların yoxlanılması barədə Azərbaycan Respublikası CPM-in tələblərinə tam riayət etməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayəti Məcəllənin şəxsiyyət əleyhinə olan cinayətlər bölməsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslində yer almaqla maddənin dispozisiyasına görə qəsdən sağlamlığa yüngül zərərvurma- sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmadır. Cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq tör ədilməsi cinayət sayılır. Başqa sözlə, təqsirləndirilən şəxsi o halda cəza gözləyir ki, o əməlini təqsirli olaraq törətmiş olsun. Təqsir isə qəsd və ehtiyatsızlıq halında öz təzahürünü tapır ki, CM-nin 128-ci maddəsində əməlin qəsdən törədilməsindən söhbət gedir. Zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 07 mart 2017-ci il tarixdə evə gəlmiş, bir neçə dəqiqə sonra anası Sülhiyyə evə gəlib heç bir səbəb olmadan onun üstünə qışqırmış, anasından onun üstünə qışqırmasının səbəbini soruşduqda anası ona nəyə görə mobil telefonunu götürdüyünü demişdir. O, anasına həmin telefonu götürmədiyini dedikdə anası onu küçə söyüşləri ilə söyüb təhqir etmiş və döymüşdür. Zərərçəkmiş şəxs X5 ifadəsində 7 mart 2017-ci il tarixdə anasının mobil telefonunu götürmədiyini göstərsə də, işə əlavə olunmuş tə qsirləndirilən şəxs Məhkum Nizami RPİnin 23 saylı Polis Bölməsinin rəisinə yazdığı 7 mart 2017-ci il tarixli ərizəsindən görünür ki, 7 mart 2017-ci il tarixdə saat 16.30 radələrində evə gəlmiş, telefonu “zaryadkaya” qoyub əlini yumaq üçün hamam otağına keçmiş, elə həmin müddətdə 15 yaşlı oğlu mobil telefonu oğurlayaraq atasına vermişdir. Deməli, təqsirləndirilən şəxs Məhkum ilə X15in arasında mobil telefonun icazəsiz götürülməsi nəticəsində qeyd edilmiş hadisə baş vermişdir. Zərərçəkmiş şəxs X15in təqsirləndirilən şəxs Məhkum doğma oğlu olması nəzərə alındıqda, ananın oğluna qarşı dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətin qəsdən yetirilməsi sübut edilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzər də tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittiham üzrə hökm çıxararkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişlər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ona görə də məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin yuxarıda qeyd edilmiş maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaratması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyini də kifayət qədər əsaslandırılmış saya bilmir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinməsi barədə gəldiyi nəticəni tam əsaslandırılmış kimi qəbul edə bilmir. İşdən görünür ki, hökmdən narazı qalan Məhkum müdafiəç isi Müdafiəçi ondan apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinin tələbinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirməsinə baxmayaraq Məhkum müdafiəçisiMüdafiəçiin apel lyasiya şikayətində göstərdiyi dəlilləri tədqiq edərək onlara qiymət verməmiş, bu dəlilləri nəyə görə əsassız hesab etməsini qəbul etdiyi qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Odur ki, məhkəmə kollegiyası baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsi haqqında nəticəyə gəlib, mübahisləndirilən qərarın ləğv edilməsini, yuxarıda qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması və bundan asılı olaraq sübutların kifayətedilənliyi və təqsirlilik məsələlərinin həll edilməsi üçün apellyasiya baxışının təkrarən keçi rilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiya məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2018-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 12 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-760/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-760/2019
27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver