Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-760/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Təqsirləndirlən şəxsəli oğlunun iştirakı ilə xx xxxxxx 1958-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmi n hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və M.K.Həsənov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 2020ci ilin may ayının sonlarında İran İslam Respublikasının (bundan sonra – İİR) Astara şəhərində cinayətkar qrupun İİR-da olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının göm rük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirilərək cinayətkar qrupun Ukraynanın Xarkov şəhərində olan üzvünə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən və istintaqla müəyyən edilməmiş vaxtda qabaqcadan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 26 paletdən ibarət “yemiş” yükünün 10 paletindəki hərəsində 72 ədəd olmaqla, ümumilikdə 720 ədəd standart ölçülü plastik yeşiklərdən 526 ədədinin hər birində 1 ədəd olmaqla “yemiş” yükünün qablaşdırılmasında istifadə olunan yeşiklərin altlıq hissələri ilə eynilik təşkil edən sarı rəngli karton ka ğızların altında üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, ayrı ayrılıqda 985, 1010, 1005, 985, 990, 995, 1005, 985, 995, 985, 1005, 985, 985, 985, 1005, 990, 1010, 1010, 990, 985, 995, 995, 980, 990, 995, 1000, 995, 975, 975, 1005, 1010, 1000, 1010, 980, 990, 990, 995, 985, 995, 990, 990, 985, 995, 990, 990, 990, 995, 990, 1000, 985, 995, 995, 995, 990, 995, 990, 990, 995, 985, 985, 995, 1000, 1005, 980, 990, 990, 995, 995, 995, 995, 990, 995, 995, 995, 995, 995, 1000, 1005, 990, 1000, 985, 995, 985, 980, 1000, 1010, 1005, 985, 1005, 985, 990, 990, 1000, 1010, 990, 990, 1015, 960, 985, 1010, 1005, 985, 1005, 970, 1085, 1095, 1095, 1095, 1095, 1085, 1005, 995, 1010, 985, 995, 990, 990, 985, 990, 995, 990, 990, 990, 1010, 1010, 995, 995, 1000, 990, 1010, 1005, 995, 995, 990, 990, 1010, 1005, 1010, 1005, 1095, 990, 990, 985, 990, 985, 985, 985, 1010, 1005, 985, 1005, 1005, 1000, 985, 1005, 990, 1005, 990, 990, 1005, 990, 1010, 1010, 990, 1005, 985, 985, 975, 980, 985, 990, 990, 990, 990, 985, 995, 1005, 985, 990, 990, 995, 1005, 990, 980, 1000, 995, 990, 1095, 1010, 1010, 1010, 985, 1010, 1015, 1005, 1010, 990, 990, 1005, 1000, 980, 980, 990, 1050, 995, 985, 990, 1000, 990, 990, 990, 980, 990, 1000, 1005, 1005, 1005, 975, 995, 1005, 985, 1005, 970, 985, 985, 980, 1005, 980, 1050, 1010, 995, 995, 1000, 995, 980, 985, 1005, 1005, 1005, 1000, 995, 990, 985, 975, 985, 990, 995, 985, 1005, 995, 1010, 975, 1010, 995, 995, 1005, 985, 1025, 995, 980, 985, 1000, 975, 1010, 980, 1005, 990, 980, 990, 990, 985, 995, 985, 990, 1000, 98 5, 985, 985, 1010, 985, 1010, 995, 985, 1000, 1005, 1005, 990, 1010, 980, 980, 1005, 990, 990, 990, 990, 990, 995, 1000, 990, 1005, 995, 995, 990, 985, 990, 995, 1000, 995, 990, 990, 985, 990, 995, 1000, 1000, 995, 1000, 995, 1000, 1000, 985, 1005, 1000, 990, 970, 990, 995, 990, 1000, 990, 990, 990, 990, 990, 985, 995, 990, 1005, 1005, 985, 980, 990, 995, 985, 985, 1000, 980, 990, 985, 995, 995, 985, 1005, 990, 995, 990, 995, 985, 1000, 1000, 995, 1000, 1000, 1005, 985, 995, 995, 1000, 995, 990, 985, 1000, 990, 990, 1000, 985, 995, 995, 990, 990, 985, 1005, 1005, 975, 995, 990, 1005, 1005, 1000, 995, 1005, 995, 995, 990, 985, 980, 985, 985, 980, 1005, 1015, 985, 985, 980, 990, 1005, 1005, 990, 990, 985, 990, 980, 985, 990, 1005, 1005, 990, 980, 990, 990, 1000, 1005, 990, 1000, 975, 995, 99 0, 985, 1005, 985, 995, 985, 1005, 1010, 995, 990, 1005, 990, 1000, 990, 995, 995, 1030, 1030, 1020, 990, 995, 980, 1005, 990, 980, 995, 980, 995, 985, 1005, 995, 990, 1000, 995, 995, 990, 990, 1000, 990, 990, 985, 980, 995, 990, 985, 995, 990, 990, 1000, 990, 985, 995, 995, 990, 995, 1010, 990, 1010, 1000, 975, 985, 995, 990, 995, 990, 980, 990, 980, 995, 995, 985, 985, 1010, 1010, 970, 1010, 1005, 980, 1010, 1010, 985, 1010, 990, 1005, 1010, 990, 980, 990, 985, 1000, 985, 995, 1005, 1000, 980, 985, 1005, 990, 975, 1010 qram olmaqla, ümumilikdə 526 bağlamada külli miqdarda, 523.700 qr (523 kq 700 qram) heroin narkotik vasitəsini o, 29 may 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən İİR-nın Astara şəhərində “yemiş” yükü ilə birgə qanunsuz qəbul edərək idarə etdiyi “Mercedes-Benz” markalı, 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük avtomobilində saxlamış, beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirərək İİR-dan Azərbaycan Respublikasına daşımış, 31 may 2020-ci il tarixdə saat 21 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, 01 iyun 2020-ci il tarixdə nəqliyyat vasitəsinə keçirilmiş yoxlamalar zamanı 526 bağlamada, ümumilikdə külli miqdarda – 523.700 qr (523 kq 700 qram) heroin narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs bəraət verilməsinə dair hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, dövlət ittihamçısının fikrincə, Təqsirləndirilən şəxs “yemiş” yükünün İİR vətəndaşı Təqsirləndirlən şəxs adlı şəxsdən qəbulu zamanı apardığı danışıql ar, yükün tranziti zamanı Ukrayna vətəndaşı X1 adlı şəxslə apardığı danışıqlar barədə verdiyi ifadələr belə bir nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri ilə cinayət əlaqəsində olmuşdur. O cümlədən, yükün sənədlərində çəkisinin 20 ton göstərilməsinə baxmayaraq faktiki çəkinin 16 ton olması və buna görə də Təqsirləndirilən şəxs tələbi ilə sənədlərin dəyişdirilməsi və buna görə yükün tərkibinin yoxlamaq hüququ olduğu halda, yoxlamaması, X1 adlı şəxsin yükün gömrükdə tam yoxlanılacağını bildikdən sonra söyüşlə cavab verməsi barədə əvvəlcədən gömrük işçilərinə məlumat verməməsi də Təqsirləndirilən şəxs cinayətkar qrupun üzvü olmasını təsdiq edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillər ini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Təqsirləndirilən şəxs əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Protest də göstərilmiş dəlillərlə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğ ın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə; Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəf indən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanu nvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkib inin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi nəticəsinə gəlinərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edilməmişdir. Belə ki, cinayət i şi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Azərbaycan Respublikası Astara şəhər sakini Şahid5 məxsus olan və Astara şəhərində yerləşən “***” şirkətində sürücü olaraq işləmiş, əsasən İİR-dan müxtəlif növ yük məhsullarının Rusiya Federasiyasına, Ukrayna Respublikasına daşımasını həyata keçirirmiş. İdarə etdiyi “Mercedes Benz” markalı, “**BF***/ **ZD***” dövlət qeydiyyat nişanlı yük avtomobili Astara şəhər sakini X3 məxsusdur. X3“***” şirkəti ilə bağladığı müqavilə əsasında həmin şirkətin adından istifadə etməklə özünə məxsus nəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti ilə məşğul olur. 2020-ci il may ayının 26-da X4 nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda ona İİR-da yaşayan İİR vətəndaşı X4 adlı şəxsin “qarpız” yükünü İİR-nın Astara şəhərindən götürüb Rusiya Federasiyasına aparmağını bildirmişdir. O, təxminən 2020-ci ilin mart ayında X4 kivi yükünü İİR Astara şəhərindən Rusiya Federasiyasının Rostov şəhərinə aparmışdır. Ona görə onu əvvəlcədən tanımışdır. O, X3 dediyi gün Astara gömrük postundan keçib İİR-nın Astara şəhərinə getmiş, yükün yüklənməli olduğu yerə bir qədər gec çatdığından Puri həmin yükü başqa bir avtomobilə yükləyib yola saldığını bildirmişdir. Həmin vaxt X3ona zəng vuraraq 1-2 gün gözləməyini, onun idarə etdiyi nəqliyyat vasitəsinə Ukraynanın Xarkov şəhərinə aparmalı olduğu “yemiş” yükünün yüklənəcəyini, onları təyinat yerinə aparmalı olduğunu bildirmişdir. Həmçinin onun telefon nömrəsini həmin “yemiş” yükünün sahibi İİR vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsə verdiyini və onu nla əlaqə saxlayacağını qeyd etmişdir. 27 may 2020-ci il tarixdə təxminən axşam radələrində İİR vətəndaşı Təqsirləndirlən şəxs adlı şəxs ona zəng edərək 29 may 2020-ci il tarixdə İİR-nın Astara şəhərində yerləşən terminaldan “yemiş” yükünü onun yük avtomobilinə yükləyərək Ukraynanın Xarkov şəhərinə göndərəcəyini bildirmişdir. O, 2 gün həmin yükün yüklənəcəyi yerdə nəqliyyat vasitəsinin içərisində qalmışdır. 29 may 2020-ci il tarixdə İİR-nın Astara şəhərində yerləşən yük terminalında o, İİR vətəndaşı Təqsirləndirlən şəxs adlı şəxslə görüşərək, onun da iştirakı ilə “yemiş” yükü onun yük avtomobilinə yüklənmişdir. Həmin yüklər “DAF” markalı, İİR-na məxsus hazırda xatırlamadığı dövlət nömrə nişanlı yük avtomobili ilə həmin yerə gətirilmişdir. X4 ona öncədən “yemiş” yükünə kinoloji it tətbiq et məyi bildirmişdir. Bu səbəbdən də 29 may 2020-ci il tarixdə “yemiş” yükü onun yük avtomobilinə yükləndikdən sonra kinoloji it vasitəsi ilə yoxlanış keçirilmiş və heç bir şübhəli predmet aşkar edilməmişdir. Həmin yüklərin müşayiət sənədlərinə əsasən yemiş yükü 20 ton çəkidə olmalı idi. O, 29 may 2020-ci il tarixdə İran gömrüyünə daxil olan zaman məlum olmuşdur ki, idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş yüklərin ümumi çəkisi təxminən 16 tondur. Bu səbəbdən o nəqliyyat vasitəsini İran gömrüyünün həyətində saxlamış və bu barədə əvvəlcə Cavada bildirmiş, daha sonra isə Təqsirləndirlən şəxs onunla əlaqə saxlayan zaman çəkidəki uyğunsuzluğu ona da bildirmişdir. Həmin günün səhəri yükün sənədləri düzəldilərək Təqsirləndirlən şəxs tərəfindən tanımadığı bir nəfərlə ona çatdırılmışdır. 30 may 20 20-ci il tarixdə o, İİRnın gömrüyündən çıxıb neytral zonada gözləmişdir. Həmin gün gömrükdə çox avtomobil olduğundan o, növbəti gün, yəni 31 may 2020-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “Mercedes Benz” markalı “**BF***/ **ZD***” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasının “Astara” gömrük postunda yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Nəqliyyat vasitələrinin çox olması səbəbindən idarə etdiyi “Mercedes Benz” markalı “**BF***/ **ZD***” dövlət qeydiyyat nişanlı yük avtomobili və əlavə 2 yük maşını gömrük nəzarəti altında saxlanılmışdır. O səhəri gün gömrük nəzarətindən tez keçmək üçün həmin gecəni nəqliyyat vasitəsinin içərisində yatmışdır. 01 iyun 2020-ci il tarixdə saat 11 radələrində gömrük yoxlaması tətbiq edilmişdi r. Gömrük yoxlaması başlanmamışdan öncə gömrük əməkdaşları tərəfindən idarə etdiyi “Mercedes Benz” markalı “**BF***/ **ZD***” dövlət qeydiyyat nişanlı yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə ondan soruşulmuş, o isə idarə etdiyi yük nəqliyyat vasitəsində yükü müşayiət edən sənədlərdə göstərilmiş “Yemiş” yükündən başqa gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı ilk öncə idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilmişdir. Bu zaman xidmət it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya vermişdir. Daha sonra idarə etdi yi “Mercedes Benz” markalı “**BF***/**ZD***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda olan cəmi 26 ədəd paletdə olan ümumilikdə 1568 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılmış “Yemiş” yükü yerə boşaldılmış və yenidən xidməti itin tətbiqi ilə yoxlanılmışdır. Bu zaman xidməti it avtomobilin qoşqusundan yerə boşaldılmış yüklərdən, əsasən 10 ədəd paletdə olan “Yemiş” yükünə reaksiya vermişdir. Daha sonra xidməti itin reaksiyasına əsasən həmin 10 ədəd paletdə olan yüklər gömrük əməkdaşları tərəfindən əsaslı yoxlanılmışdır. Yoxlama zamanı yük avtomobilinin qoşqusundan boşaldılmış içərisində “Yemiş” yükü olan 10 ədəd paletdə, hər paletdə 72 ədəd olmaqla ümumilikdə 720 ədəd standart ölçülü plastik yeşiklərdən 526 ədədində “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yı ğılmış “Yemişlərin” altından, “Yemişlərin” qablaşdırılmasında istifadə edilmiş yeşiklərin altlıq hissələri ilə eynilik təşkil edən sarı rəngli karton kağızların altında, hər yeşikdə 1 ədəd olmaqla ümumilikdə 526 ədəd üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilmişdir. Daha sonra həmin bağlamalar onun iştirakı ilə gömrük əməkdaşları tərəfindən açılmış və içərisində preslənmiş halda, spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra həmin bağlamalar onun iştirakı ilə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddənin hər birinin qablaşdırılmaları ilə birgə çəkiləri müəyyən edilməklə, içərisində narkotik vasitə heroinə oxşar maddə olan cəmi 526 ədəd bağlamanın qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisinin 545 kq 105 qram olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra nəqliyyat vasitəsinin qoşqusundan aşkar olunmuş 526 ədəd bağlamada olan narkotik vasitə heroinə oxşar maddə onun iştirakı ilə götürülmüş və qablaşdırılmışdır. Aşkar edilmiş maddənin orada olmasından və kimə məxsus olduğundan əvvəlcədən məlumatı olmamışdır. İİR vətəndaşı olan Təqsirləndirlən şəxs adlı şəxslə əvvəllər heç bir tanışlığı və əlaqəsi olmamışdır. Təqsirləndirlən şəxs, +98 912 *** ** ** iran nömrəsindən istifadə etmiş və həmin nömrənin “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlamışdır. Həmin yemiş yükünün Ukraynanın Xarkov şəhərində kimə təhvil verəcəyi barədə nə X3, nə də ki, Təqsirləndirlən şəxs ona bu barədə heç nə deməmişlər. Lakin o, 31 may 2020-ci il tarixdə Astara gömrük postuna daxil olana yaxın onun telefonunun WhatsApp tətbiqinə Ukrayna operatoruna məxsus bir nömrədən zəng gəlmiş, həmin şəxs ona adının X1 olduğunu və idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş yemiş yükünün sahibi olduğunu bildirmişdir. Həmin vaxt hal-hazırda harada olduğunu, gömrükdən çıxdıqdan sonra onunla əlaqə saxladığını bildirmişdir. X1 onunla +380 66 *** ** ** nömrəsi ilə əlaqə saxlamış. X1 həmçinin ona gömrükdə maşın açılıb mallar yoxlanan zaman malların şəklini çəkib ona göndərməyi tapşırmışdır. X1 ona narkotiklə bağlı heç nə deməmiş, sadəcə olaraq yüklərin hamısının yoxlanılıb-yoxlanılmayacağını soruşmuşdur. Şahid X4 göstərmişdir ki, 1998-ci ildən sürücülük fəal iyyəti ilə məşğul olmuş, 2003-cü ildən isə İrandan Azərbaycandan tranzit keçirməklə Rusiya Federasiyasına, Ukrayna Respublikasına müxtəlif növ yük məhsullarının daşınması fəaliyyətini görmüşdür. 2015-ci ildə RF-dan deportasiya olunduğundan özü bu işlə məşğul ola bilməmiş, bu məqsədlə istifadəsində olan, özünə məxsus 3 (üç) ədəd yük avtomobillərini “Aliyev SH. M” şirkətinin sürücülərinə, Azərbaycan Respublikası vətəndaşları olan X5, X6 və X7 adlı şəxslərə müqavilə əsasında yük daşıma fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə vermişdir. Hər yükün daşınması başa çatdıqdan sonra sürücülərə məsafədən asılı olaraq 800 ABŞ dolları və bu kimi məbləğdə pul vermiş, digər xərclər isə ona aid olmuşdur. “***” şirkəti ilə artıq 2 (iki) ildən artıq müddətdir ki, əməkdaşlıq edir. Əsasən İİR-dan yük daşımala rı həyata keçirdiyi üçün İİR-da sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə şəxsi tanıyır. Eyni zamanda Azərbaycanda da bu işlə məşğul olan, yəni yük tapılmasında köməklik edən şəxslərlə çalışır. Hadisədən təxminən 1 (bir ) ay öncə Azərbaycan Respublikası vətəndaşı olan, sürücü işləyən tanışı X9 adlı şəxs (**********) ona İİR-da sahibkarlıq fəaliyyəti ilə məşğul olan İİR vətəndaşı Təqsirləndirlən şəxs adlı şəxsi tanıdığını və onun tez-tez İİRdan Rusiya Federesiyasına, Ukrayna Respublikasına meyvə yükü göndərdiyini bildirmişdir və ona da Təqsirləndirlən şəxslə əməkdaşlıq etməyi ona təklif etmişdir. O da X9 adlı şəxsin təklifi ilə razılaşaraq, onun telefon nömrəsini İİR vətəndaşı olan Təqsirləndirlən şəxs adlı şəxsə verməyi bildirmişdir. İlk dəfə 06 may 2020-ci il tarixdə İİR vətəndaşı olan Təqsirləndirlən şəxs adlı şəxs +98 912 *** **** iran nömrəli “WhatsApp” proqramı vasitəsi ilə ona mesaj yazaraq özünü təqdim etmişdir.26 may 2020-ci il tarixdə saat təxminən 13:55 radələrində İİR vətəndaşı olan Təqsirləndirlən şəxs adlı şəxs ona +98 912 *** **** iran nömrəli “WhatsApp” proqramı vasitəsi ilə səs yazısı göndərərək İİR-nın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü göndərilməli olduğunu bildirmiş və bunun üçün ondan boş yük avtomobilinin olub-olmadığını soruşmuşdur. O isə boş maşınının olmadığını bildirmişdir. Çünki sürücülərindən Valeh (**********) və Əhməd Ukraynada olmuş, digər sürücü Azərbaycan Respublikası vətəndaşı, Astara rayonu, Ərçivan kəndində yaşayan Təqsirləndirlən şəxsni isə İİR-nın Astara şəhərindən “qarpız” yükü götürməklə RF-na aparılması üçün göndərmişdi. Belə ki, həmin gün, yəni 26 may 2020-ci il tarixdə digər bir İranlı tanışı Purə adlı şəxs qaynı Vaqif (***-***-**-**) vasitəsilə onunla əlaqə saxlamış və ondan “qarpız” yükü aparılması üçün boş maşın istəmişdir. O da Təqsirləndirlən şəxsni həmin yükün göndərilməsi üçün İranın Astara şəhərinə göndərmişdir. X10 şəhərinə getdikdən sonra Purə adlı iranlının artıq yükü başqa yük avtomobili ilə göndərdiyini və onların avtomobilə ehtiyac qalmadığını bildirmişdir. O isə daha sonra həmin gün yenidən Təqsirləndirlən şəxs adlı şəxslə əlaqə saxlamış və lazım olsa, boş maşın olduğunu demişdir. Təqsirləndirlən şəxs isə maşın lazım olduğunu, lakin yükün İranın ayrı şəhərindən gətirildiyini, bir neçə günə gəlib çatacağını demişdir. O da X11 zəng edib demişdir ki, Təqsirləndirlən şəxs adl ı şəxsdən Ukraynaya aparmaq üçün yemiş yükü götürəcəkdir və buna görə də yük İranın başqa şəhərindən İranın Astara şəhərinə gəlib çatana qədər orada gözləsin. Malın Ukraynaya daşınması ilə bağlı qiyməti də Təqsirləndirlən şəxslə razılaşdırdıqdan sonra Təqsirləndirlən şəxsnin nömrəsini Təqsirləndirlən şəxsə vermişdir. Həmçinin Təqsirləndirlən şəxsyə də bildirmişdir ki, Təqsirləndirlən şəxs adlı şəxsdən yükü qəbul edərkən yükə təhlükəsizlik məqsədi ilə öncədən kinoloji it tətbiq etdirsin və bu barədə ona “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi səs yazılarında qeyd etmişdir. 31 may 2020-ci il tarixində Təqsirləndirlən şəxs Təqsirləndirlən şəxs adlı şəxsdən həmin yükü qəbul etmişdir. Həmin tarixə qədər isə Təqsirləndirlən şəxs və Təqsirləndirlən şəxs ilə daimi əlaqə saxlamış, Təqsirləndiri lən şəxs isə ona heç bir problemin olmadığını qeyd etmişdir. Eyni zamanda Təqsirləndirlən şəxsnin çalışdığı “***” şirkətinin direktoru Şahinə (***-***-**-**) də məlumat vermişdir. Adətən yüklər barədə Şahinə də məlumat vermiş, xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində ona gömrük əməkdaşları tərəfindən İran İslam Respublikasından göndərilən “yemiş” yükünün içərisindən narkotik vasitə aşkar olunduğu bildirilmişdir. O da gömrük əməkdaşları ilə birlikdə Astara Gömrük Postunun inzibati ərazisinə gələrək, aşkar olunmuş hüquqpozma predmeti ilə bağlı izahat vermişdir. Yükün içərisində narkotik vasitələrin olması barədə onda heç bir məlumat olmamışdır. Adətən İranda yük qəbul edəndə yükə kinoloji it tətbiq etdirirlər ki, hər hansı problem olmasın. Belə ki, qəbul edib daşıdıqları yüklər İranın Astara şəhərində yerləşən “Payanə” terminalında yüklənir. Orada da yüklənən zaman maşının yanında həkim, terminaldan bir işçi olur. Kinoloji iti isə İranın gömrüyündən gətirirlər. Və bunun da müqabilində onlara müəyyən haqq ödənilir. X4 həmçinin göstərmişdir ki, Təqsirləndirlən şəxsin ona həmin “yemiş” yükünü Ukraynada qəbul edən şəxslərlə danışdığını, həmin şəxslərin yükə yoxlama aparılması zamanı bu gedişatın video və fotolarını çəkərək onlara göndərilməsini istədiklərini, ona görə də həmin video və fotoları Təqsirləndirlən şəxsnin ona, onun da “Təqsirləndirlən şəxsə” göndərməsi ilə bağlı təklifi onda şübhə doğurmamışdır. Çünki, adətən tez xarab olan yüklər daşınarkən mal sahibləri daşınma zamanı malların xarab olmamasını tələb edir. Gömrükdə də açılıb baxılanda buna dair akt ve rilirmiş ki, yəni sürücü malı aparıb təyinat yerinə çatdıranda mal sahibləri nə üçün malın əzildiyini soruşanda əsas kimi gətirirmişlər ki, gömrükdə açılıb və daha sonra yük yerinə yığılıb. “Təqsirləndirlən şəxs” ona belə bir təklif verəndə fikirləşmişdir ki, malların əzilməməsindən arxayın olmaq üçün mal sahibləri malların video və fotolarını istəmişlər. Şahid, “***” şirkətinin direktoru Şahid5 göstərmişdir ki, şirkət daşıyıcı şirkət kimi gömrük orqanında qeydiyyatdan keçmişdir və BYD kitabçası ilə yük daşınmaları fəaliyyətini həyata keçirmək hüququnu qazanmışdır. Şirkət işlərini sahibkarlarla müqavilə əsasında qurur. Belə ki, yük daşınmasında iştirak etmək istəyən yük nəqliyyat vasitələrinin sahibləri ilə onun şirkəti arasında müqavilə bağlanır və həmin müqaviləyə əsasən də o, sahibkarı daşıma müqaviləsindən asılı olaraq ya BYD kitabçası, ya da CMR-lə təmin edir. Bundan sonra da həmin şirkət yük daşınmasına buraxılır. Yüklərin sifarişi, daşınma qiyməti, yükün daşınmasında iştirak edən sürücü ilə əmək müqaviləsi, onun vergi və sosial öhdəliklərinin hamısı sahibkarın özü tərəfindən həyata keçirilir. Eyni zamanda hər hansı sahibkarla aralarında bağlanan müqavilədə daşınan yüklərə görə məsuliyyət sahibkarın özünə aid edilir və yükdə aşkar olunmuş hər hansı qanunsuz mal yaxud qaçaqmalçılıq predmetinə görə sahibkar özü məsuliyyət daşıyır.Astara rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **BF***/**ZD*** dövlət qeydiyyat nişanlı yük avtomobili sahibkar X3 məxsusdur. X3 bağladıqları müqaviləyə əsasən X3 sahibliyində olan 2 yük avtomobili ilə CMR-lə yü klərin daşınması ilə bağlı müqavilə bağlamışdır. 2020ci ilin may ayının sonlarında X8 şəhərindən meyvə yükü götürərək RF-nın Sankt Peterburq şəhərinə yük aparmaq üçün getmişdir. Bu barədə ona X3da məlumat vermişdir və o da sürücünü lazımi sənədlərlə (CMR və s.) təmin etmişdir. X8 şəhərinə getdikdən 2-3 gün sonra onunla əlaqə saxlamış və RF-na aparılmalı olan yükün baş tutmadığını və imkan olsa, aparması üçün başqa yük tapmağını xahiş etmişdir. Bir gün sonra X3ona Whatsup vasitəsilə yazaraq Təqsirləndirlən şəxs üçün Ukraynanın Odessa şəhərinə yük tapdığını, həmin yükü aparacağını bildirmişdir. Elə həmin gün X3 görüşərkən o da X3 demişdir ki, yük ölkə ərazisinə gələrkən ona məlumat versin, sənədləri Ukraynaya aparılması üçün yenidən sənələşdirsin. Çünki o Təqsirləndirlən şəxsyə yükün Rusiyay a daşınması üçün sənədlər vermişdir. X3da ona Təqsirləndirlən şəxsnin İrandan çıxıb ölkəyə daxil olarkən məlumat verəcəyini demişdir. Bu söhbətdən bir neçə gün sonra X3 görüşərkən ona bildirmişdir ki, Təqsirləndirlən şəxs İranın gömrüyünü keçmiş və Azərbaycan gömrüyünə çatmışdır, lakin orada onu saxlayıb yükü yoxlayırlar, ona görə də tez-tez sonuncuya zəng edir. Hətta X3bununla bağlı yükü İrandan göndərən tanışına da watsup vasitəsilə səsli mesaj göndərərək maşını ətraflı yoxladıqlarını və hər hansı problem olub-olmadığını soruşmuş, həmin İranlı isə X3 hər hansı problem olmadığını bildirmiş və eynilə mesaj vasitəsilə X3 cavab vermişdir. Bu söhbətdən bir neçə saat sonra isə X3 bir yerdə olanda gömrük əməkdaşları onların oturduqları çayxanaya gələrək X3 posta dəvət etmişlər. Ondan sonra bilm işdir ki, Təqsirləndirlən şəxsnin gətirdiyi yükdən narkotik vasitə aşkar olunmuşdur. “Yemiş yükünün” içərisində gizlədilmiş narkotik vasitələrdən əvvəlcədən məlumatı olmamışdır. İş materiallarından görünür ki, 31 may 2020-ci il tarixdə, saat 21 radələrində İran İslam Respublikası istiqamətindən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna daxil olan və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynanın Xarkov şəhərinə mal müşayiət sənədlərinə əsasən “yemiş” yükü aparan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, **BF***/**ZD*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin saxlanılması və 01 iyun 2020-ci il tarixdə aparılmış yoxlamalar zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə avtomobilin qoşqusunda olan 26 paletdən ibarət “yemiş” yükünün 10 paletindəki hərəsində 72 ədəd olmaqla, ümumilikdə 720 ədəd standart ölçülü plastik yeşiklərdən 526 ədədinin hər birində 1 ədəd olmaqla “yemiş” yükünün qablaşdırılmasında istifadə olunan yeşiklərin altlıq hissələri ilə eynilik təşkil edən sarı rəngli karton kağızların altında üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 526 bağlamadan ümumilikdə külli miqdarda, 523.700 qram (523 kq 700 qram) heroin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayə t təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuş, Təqsirləndirilən şəxs ifadələri tədqiq edilmədən,işin digər halları və sübutları ilə müqayisə edilmədən obyektiv həqiqət kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrinə görə yüklərin müşayiət sənədlərinə əsasən yemiş yükü 20 ton çəkidə olmalı idi. 29 may 2020-ci il tarixdə İran gömrüyünə daxil olan zaman ona məlum olmuşdur ki, idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş yüklərin ümumi çəkisi təxminən 16 tondur. Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” 01 aprel 2008-ci il tarixli 556-İİİQ №-li Qanununun 43-cü maddəsinə müvafiq olaraq: “43.1. Daşıyıcı yükü daşınma üçün qəbul edərkən əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır. 43.2. Sistern və konteynerlərdə yaxud qalaq və füruş şəkildə olan yüklər daşınma üçün qəbul edildikdə, onların ümumi çəkisi müəyyən edilməli və əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir. 43.3. Yükün ümumi çəkisi və yük yerlərinin sayı yükgöndərən və daşıyıcı tərəfindən birlikdə müəyyən edilir və yoxlanılır. 43.5. Sürücü tərəfindən əmtəə-nəqliyyat qaiməsinin imzalanmış nüsxəsi yükgöndərənə verildikdən sonra yük daşınma üçün qəbul edilmiş hesab olunur.” Həmin Qanunun 50-ci maddəsinə görə: “50.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir. 50.5. Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən, operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir. 50.6. Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı i lə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir. Məhkəmə kollegiyası istinad olunan Qanunun və beynəlxalq qanunvericiliyinin tələblərini əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs daşıyıcı olaraq yükün ümumi çəkisini və yük yerlərinin sayını yükgöndərən ilə birlikdə müəyyən etməli və yoxlamalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs daşıyıcı olaraq yükü daşınma üçün qəbul edərkən əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır. Təqsirləndirilən şəxs ifadəsinə görə təqdim olunmuş sənədlərlə yemiş yükünün çəkisi arasında olan 4 tonluq fərqi aşkar etdiyi təqdirdə, bu barədə müvafiq qaimədə yaranmış fərqi qeyd etməli,yükü rəsmiləşdiri lməsinin düzgünlüyünü yoxlamalı olduğu halda, əksinə o, yükün sənədlərinin dəyişdirmələrini və yükün çəkisinin sənəddə 16 ton kimi qeyd olunmasını bildirmiş və yük sənədləri onun özünün də dediyi kimi dəyişdirilərək yükün çəkisi 20 ton deyil 16 ton göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi işin obyektiv həlli üçün zəruri olan bu xüsusatı araşdırmamış və Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmadan sübut kimi qəbul etmişdir. Şahid X2 ifadəsindən görünür ki, İİR-da yük qəbul edəndə yükə kinoloji it tətbiq etdirirlər ki, hər hansı problem olmasın. Belə ki, qəbul edib daşıdıqları yüklər İİR-nın Astara şəhərində yerləşən “Payanə” terminalında yüklənir. Orada da yüklənən zaman maşının yanında həkim, terminaldan bir işçi olur. Kinoloji iti isə İİR-nın gömrük orqanlarından gətirirlər, bunun da müqabilində onlara müəyyən haqq ödənilir. Təqsirləndirilən şəxs ifadəsindən də görünür ki, 29 may 2020-ci il tarixdə “yemiş” yükü onun yük avtomobilinə yükləndikdən sonra kinoloji it vasitəsi ilə yoxlanış keçirilmiş və heç bir şübhəli predmet aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi ilə bağlı heç bir araşdırma aparmamış,kinoloji it vasitəsi ilə yoxlanışın hansı orqan tərəfindən keçirilməsi və bununla əlaqədar ödəniş haqqının necə həyata keçirilməsi,həhansı bir sənədləşmənin aparılıb-aparılmamasını aydınlaşdırmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə qəbul etdiyi yüklərin müşayiət sənədlərinə əsasən yemiş yükü 20 ton çəkidə olmalı olduğu halda, o, 29 may 2020-ci il tarixdə İİR-nın gömrüyünə daxil olan zaman məlum olmu şdur ki, idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş yüklərin ümumi çəkisi təxminən 16 tondur. Bu səbəbdən o nəqliyyat vasitəsini İİR-nın gömrüyünün həyətində saxlamış və bu barədə əvvəlcə X3 bildirmiş, daha sonra isə Təqsirləndirlən şəxs onunla əlaqə saxlayan zaman çəkidəki uyğunsuzluğu ona da bildirmişdir. X9 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona heç bir problemin olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən həmin ziddiyyətlər araşdırılmamış qalmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi norm alar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi c inayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessua l qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddə lərinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb ed ə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-760/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-760/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver