Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-761/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qrarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: M.Ə.Allahverdiyev) Məhkum - xx xxxxxx 1971-ci ildə Bərdə rayonu İkinci Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu İkinci Nazırlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasın a məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və hökmün icrasının yaşayış yeri üzrə isə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Həmin hökmlə X16 və X12 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: x9 və X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək “Yaşıllıqların götürülməsi Qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 321 nömrəli qərarının tələblərini pozub Bərdə rayonu, İkinci Nazırlı kəndi ərazisində əkilmiş, meşə fonduna daxil olmayan 13 ədəd qovaq ağacını kəsilməsinə icazə ve rilməsi üçün x8 360 manat pul almış, sonuncu isə 2019-cu ilin fevral ayının sonlarında saat 10 radələrində Bərdə rayonu İkinci Nazırlı kəndində stadionun yaxınlığında əkilmiş, meşə fonduna daxil olmayan, ümumi dəyəri 11150 manat olan 13 ədəd qovaq cinsinə mənsub olan ağacı X6 qanunsuz kəsdirməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Bununla da Məhkum Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikay əti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində bildirmişdir ki, Bərdə rayonu, ikinci Nazirli kəndində stadionun yaxınlığında qovaq ağacları, həmin qovaq ağacının yerləşdiyi yerdə isə işıq dirəkləri olmuşdur. Qovaq ağacları boy atarkən işıq xətləri üçün təhlükə yaratmışdır. Bir neçə dəfə Bərdə şəhər işıq idarəsinin işçiləri həmin qovaq ağaclarını işıq xətlərinə təhlükə yaratdıqları üçün budamışlar. Qovaq ağacları bir neçə dəfə işıq xətlərinin üstünə aşmış, kənd camaatı da bir neçə dəfə bununla bağlı şifahi qaydada Bərdə şəhər işıq idarəsinə müraciət etmişlər. İşıq idarəsi kənd camaatına həmi n qovaq ağaclarının kəsilməli olduğunu bildirmişdir. Təxminən 2019-cu ilin fevral ayının sonlarına yaxın oğlu x9 Bərdə şəhərində həkimə aparmış, saat təxminən 18 radələrində kəndə qayıdarkən 13 ədəd qovaq ağacının kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. Təxminən 3-4 gün sonra kənd bələdiyyəsinin sədri x8 ona zəng edib ağacların kəsildiyi əraziyə çağırmış, həmin əraziyə gedən zaman ekologiya idarəsinin iki nəfər işçisi ilə kənd bələdiyyəsinin sədri x8 həmin yerdə olduğunu görmüşdür. Ekologiya idarəsinin işçiləri 13 ədəd qovaq ağacını kimin kəsdiyini soruşduqda, ağacların kimin kəsdiyini bilmədiyini, ola bilsin ki, Bərdə şəhər işıq idarəsinin işçilərinin kəsdiyini demişdir. Ekologiyanın işçiləri ona “niyə bilmirsən kimin kəsdiyini”, “ sənin başına oyun açacağıq, ağacları sənin kəsdiyini yaza cağıq” dedikdən sonra, akt tərtib etsə də akta imza etməmiş, həmin ağacların kəsilməsi ilə bağlı heç kimdən pul almamış və həmin ağacların kəsilməsinə razılıq verməmişdir. Həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 və X10 bildirmişlər ki, ağacların kəsildiyini görüb Məhkum ağacları kəsən şəxslərlə mübahisə etmişdir. Ağacları kəsən şəxslərlə mübahisə etmişdirsə, onda necə ola bilər ki, o, ağacların kəsilməsinə mən razılıq verib, onlardan pul almışdır? Ailə vəziyyətinin olduqca ağır olmasını, dolanaşıqlarının aşağı səviyyədə olmasını, oğlunun səhhətindəki problemləri, üstəlik hazırki hökmün qüvvəyə minməsi onun və ailəsinin normal yaşamasına mənfi təsir göstərir. Ailənin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasın ı, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək barəsində bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya ins tansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəy ə gəlmişdir. Kassasiya şikayətində Məhkum göstərmişdir ki, qovaq ağacının yerləşdiyi yerdə işıq dirəkləri olmuş, qovaq ağacları boy atarkən işıq xətləri üçün təhlükə yaratmışdır. Bir neçə dəfə Bərdə şəhər işıq idarəsinin işçiləri həmin qovaq ağaclarını işıq xətlərinə təhlükə yaratdıqları üçün budamışlar. Qovaq ağacları bir neçə dəfə işıq xətlərinin üstünə aşmış, kənd camaatı da bir neçə dəfə bununla bağlı şifahi qaydada Bərdə şəhər işıq idarəsinə müraciət etmişlər. İşıq idarəsi kənd camaatına həmin qovaq ağaclarının kəsilməli olduğunu bildirmişdir. Təxminən 2019-cu ilin fevral ayının sonlarına yaxın oğlu x9 Bərdə şəhərində həkimə aparmış, saat təxminən 18 radələrində kəndə qayıdarkən 13 ədəd qovaq ağacının kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin ağacların kəsilməsi ilə bağlı heç kimd ən pul almamış və həmin ağacların kəsilməsinə razılıq verməmişdir. Ailə vəziyyətinin olduqca ağır olmasını, dolanaşıqlarının aşağı səviyyədə olmasını, oğlunun səhhətindəki problemləri, üstəlik hazırki hökmün qüvvəyə minməsi onun və ailəsinin normal yaşamasına mənfi təsir göstərir. Ailənin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək barəsində bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından və birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan müəyyən edilir ki, Məhkum cinayət əməli digər təqsirləndirilən şəxslər X7 və X4 etiraf ifadələri, şahidlər X8 və X5 ifadələri, digər istintaq hərkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut olunmuşdur. Sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilmişdir. Kassasiya şikayətində toplanmış sübutların həqiqiliyini və mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslı dəlil göstərilməmişdir. Toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də məhkuma bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkumun ailə vəziyyətinin nəzərə alınması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində sadalanan hallarla yanaşı ona təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx xxxxxx 2019-cu il tarixli tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin yaşayış yerindən müsbət xarakterizə olunma sını, əvvəllər məhkum olunmamasını, ailədə yeganə qazanc gətirən olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən halları nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində ona cəza təyin etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinə baxaraq, apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları üzrə yoxlamış və düzgün olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-761/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-761/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver